"Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Daşınar əmlakın rəsmi reyestrlərinin tərtib edilməsinin və aparılmasının vahid hüquqi bazasını formalaşdırmaq məqsədilə qərara alıram:
1. "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları" (Əlavə 1) təsdiq edilsin (əlavə olunur).
2. "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı" (Əlavə 2) təsdiq edilsin (əlavə olunur).
[1]
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 aprel 2007-ci il
№ 564
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Əlavə 1
|
Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması
QAYDALARI
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində mülkiyyət formasından asılı olmayaraq daşınar əmlakın rəsmi reyestrlərinin (bundan sonra - reyestrlər) tərkibini, onların tərtib edilməsi və aparılmasının ümumi qaydalarını müəyyən edir.
1.2. Reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir.
Reyestrlərdə olan məlumat, həmin məlumatın aid olduğu əmlak məhv edildikdə və ya daimi olaraq Azərbaycan Respublikasından kənara çıxarılması ilə bağlı özgəninkiləşdirildikdə silinir.
1.3. Reyestrlər Azərbaycan Respublikasının dövlət dilində aparılır.
1.4. Qanunvericiliklə müvafiq reyestrlərin aparılmasının xüsusi qaydasını tənzimləyən müddəalar nəzərdə tutula bilər.
1.5. Reyestrlər kağız və elektron daşıyıcıları üzərində aparılır. Reyestrlərin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə, kağız üzərindəki məlumata üstünlük verilir. Reyestrdəki yazılarla hüquqların qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.
1.6. Reyestr kitabı möhkəm üz səhifəsi ilə əhatələnmiş (tikilmiş) vərəqlərdən ibarət olan (vərəqlərinin yalnız cırmaq və ya kəsmək yolu ilə çıxarılması mümkün olan) cildlərdən təşkil edilir. Reyestr kitabının hər bir cildinin üzərinə həmin cildə daxil olan ilk və sonuncu bölmələrin və vərəqlərin nömrələri əks etdirilir. Hər bir cildə daxil olan bölmələrin və vərəqlərin sayı özlərindən əvvəl gələn cildə daxil olan bölmələrin və vərəqlərin sayını davam etdirir.
1.7. Reyestr elektron daşıyıcılar üzərində "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının müddəalarına uyğun olaraq aparılır. Bu zaman aşağıdakı tələblərə riayət olunmalıdır:
1.7.1. məlumatların işlənməsinin lazımi qaydasının gözlənilməsi, xüsusilə məlumatların itirilməsinin qarşısının alınması, məlumatların qanunsuz əldə edilməsinin istisna edilməsi üçün etibarlı müdafiə sisteminin yaradılması üzrə tədbirlər görülməsi;
1.7.2. məlumatların məlumat bazasına operativ daxil edilməsi, orada dəyişilməz və aydın şəkildə oxunaqlı vəziyyətdə saxlanılması;
1.7.3. məlumatların daxil edilməsinin, dəyişdirilməsinin və silinməsinin sübut olunması mümkünlüyünün təmin edilməsi.
1.8. Reyestrin elektron daşıyıcılar üzərində aparılması, həmçinin eyni qaydada daşınar əmlak, həmin əmlaka olan hüquqlar və bu hüquqların sahibləri, məhdudlaşdırmalar və s. göstəricilər üzrə müvafiq siyahıların tərtib edilməsi və işlək vəziyyətdə saxlanılmasını nəzərdə tutur.
II. REYESTRLƏRİN TƏRTİB EDİLMƏSİ VƏ APARILMASI QAYDASI
2.1. Reyestrlərdə hər bir daşınar əmlaka dair məlumat bölməsi tərtib edilir. Bölmələr ərəb rəqəmləri ilə nömrələnir. Hər bir bölmədə aşağıdakı məlumatlar qeydə alınmalıdır:
2.1.1. daşınar əmlakın adı, növü və onun (tərkib hissələrinin) fərdi nömrəsi (nömrələri);
2.1.2. daşınar əmlakın mülkiyyətçisi və onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər barədə məlumat;
2.1.3. daşınar əmlaka mülkiyyət hüququnu və digər əşya hüquqlarını təsdiq edən sənədlər barədə məlumat (sənədlərin rekvizitləri göstərilməklə);
2.1.4. daşınar əmlak üzərində hüquqların məhdudlaşdırılmasını, başqasına keçməsini və bu hüquqlara xitam verilməsini təsdiq edən sənədlər barədə məlumat (sənədlərin rekvizitləri göstərilməklə).
2.2. Daşınar əmlakın reyestrlərdə qeydiyyatı aşağıdakı sənədlər əsasında aparılır:
2.2.1. daşınar əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılmış əqdlər;
2.2.2. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
2.2.3. qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslar.
2.3. Daşınar əmlak üzərində hüquqların qeydiyyatı həmin əmlakın mülkiyyətçiləri və ya onun üzərində digər əşya hüquqlarına malik olan şəxslər tərəfindən verilmiş ərizə əsasında aparılır.
Ərizədə onu təqdim edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.
Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.
Ərizənin forması və ərizəyə əlavə edilməli olan sənədlərin siyahısı bu Qaydalara və digər qanunvericilik aktlarına uyğun olaraq reyestrləri aparan inzibati orqanlar tərəfindən müəyyən olunur.
2.4. Ərizə daşınar əmlak əmələ gəldikdən (istehsal edildikdən), onun barəsində əqd bağlanıldıqdan və ya onun üzərində hüquqlar məhdudlaşdırıldıqdan sonra qanunla başqa müddət nəzərdə tutulmamışdırsa, 5 (beş) iş günü müddətində verilir.
2.5. Hüquqların qeydiyyatı ərizələrin qəbul edilmə ardıcıllığı ilə aparılır.
2.6. Ərizə jurnalı (ərizələrin qeydiyyat kitabı) və hüquqların qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqlar reyestrin ayrılmaz tərkib hissəsidir.
2.7. Ərizə jurnalında aşağıdakılar barədə məlumat göstərilir:
2.7.1. ərizəçilər, xahişin məzmunu, daşınar əmlaka dair sənədlər, hüquq sahibləri;
2.7.2. hüquqların qeydiyyatı haqqında verilmiş müvafiq sənədlər;
2.7.3. reyestrdən bu Qaydaların 3.1-ci və 3.2-ci bəndlərinə müvafiq olaraq verilmiş məlumatlar və onları almış şəxslər.
2.8. Ərizə və ona əlavə olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə, 5 (beş) iş günü müddətində reyestrlərdə müvafiq qeydiyyat aparılaraq, ərizəçiyə daşınar əmlakın reyestrdə qeydiyyata alınması barədə qanunvericiliklə müəyyən edilmiş formada müvafiq sənəd verilir. Müstəsna hallarda əlavə araşdırma zərurəti yarandıqda, bu müddət 15 (on beş) iş gününədək artırıla bilər.
2.9. Təqdim edilmiş sənədlərdə daşınar əmlakın qeydiyyata alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, həmin sənədlər ərizəçiyə qaytarılır və çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 (beş) iş günü müddəti təyin edilir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün ərizəçiyə rəsmi qaydada bildirilməlidir.
2.10. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar aradan qaldırılıb sənədlər yenidən təqdim edildikdən sonra 5 (beş) iş günü müddətində reyestrlərdə müvafiq qeydiyyat aparılaraq ərizəçiyə daşınar əmlakın reyestrdə qeydiyyata alınması barədə qanunvericiliklə müəyyən edilmiş formada müvafiq sənəd verilir.
2.11. Hüquqların qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
2.11.1. qeydiyyat barədə müraciət olunan hüquq qanunvericiliyə əsasən qeydiyyata alınmalı deyildirsə;
2.11.2. hüquqların qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
2.11.3. hüquqların qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;
2.11.4. daşınar əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
2.11.5. qanunvericiliklə nəzərdə tutulan digər hallarda.
2.12. Əmlakın qeydiyyata alınması üçün imtinaya səbəb olan çatışmazlıqlar müəyyən edildikdə, bu barədə ərizəçiyə 5 (beş) iş günü müddətində yazılı məlumat verilir. Müstəsna hallarda əlavə araşdırma zərurəti yarandıqda, bu müddət 15 (on beş) iş gününədək artırıla bilər.
2.13. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında daşınar əmlak üzərində hüquqların qeydiyyatı müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətdə həyata keçirilir.
2.14. Daşınar əmlakın ipotekasının dövlət qeydiyyatı "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq qaydada həyata keçirilir.
[2]
III. REYESTRLƏRDƏN MƏLUMATIN ALINMASI QAYDASI
3.1. Reyestrlərdən məlumat almaq üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq reyestri aparan inzibati orqanlara müraciət edirlər. Müraciətə fiziki şəxslər - şəxsiyyəti təsdiq edən sənədin surətini, hüquqi şəxslər - hüquqi şəxsin dövlət qeydiyyatına alınmasını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədin surətini və ərizə nümayəndə tərəfindən verilirsə, nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnaməni əlavə edirlər.
[3]
3.2. Reyestrlərdən məlumat (və ya məlumatın verilməsindən imtina barədə qərar) ərizə qeydiyyata alındığı tarixdən 3 (üç) iş günü müddətində verilir. Reyestrlərdən məlumat reyestrləri aparan inzibati orqanlar tərəfindən müəyyən edilmiş formada, sənədin nömrəsi və tarixi göstərilməklə, həmin orqanın vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilərək verilir.
3.3. Reyestrlərdən məlumat və ya məlumatın verilməsindən imtina barədə qərar ərizəçiyə bilavasitə təqdim edilir və ya poçt vasitəsilə göndərilir.
3.4. Məlumatın verilməsindən aşağıdakı hallarda imtina edilir:
3.4.1. ərizəçini maraqlandıran məlumat dövlət sirrini təşkil etdikdə;
3.4.2. müəyyən edilmiş qaydada tələb olunan sənədlər təqdim edilmədikdə.
3.5. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi reyestrlərin elektron məlumatlarından real vaxt rejimində istifadə edir.
[4]
IV. REYESTRLƏRDƏ DƏYİŞİKLİKLƏRİN VƏ DÜZƏLİŞLƏRİN EDİLMƏSİ
4.1. Reyestri aparan inzibati orqan reyestrə daxil edilmiş məlumatlarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan dəyişikliklər və qeydiyyat zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır.
[5]
Hüquqların qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir.
4.2. Hüquqların qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi və dəyişikliklər hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
V. YEKUN MÜDDƏALAR
5.1. Hər bir qeydiyyata alınmış daşınar əmlaka aid sənədlər həmin əmlakı qeydiyyata almış inzibati orqanlarda qanunvericiliklə müəyyən edilmiş müddət ərzində saxlanılır. Həmin inzibati orqanlar sənədlərin salamat saxlanmasına görə məsuliyyət daşıyırlar.
[6]
5.2. Daşınar əmlakın qeydiyyatını aparan inzibati orqanların vəzifəli şəxsləri qeydiyyat qaydalarını pozduqda qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
[7]
5.3. Ərizəçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatların düzgünlüyünə görə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
5.4. Daşınar əmlakın qeydiyyatını aparan inzibati orqanların qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
[8]
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Əlavə 2
Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların
SİYAHISI
[9]
Sıra
№-si
|
Qeydiyyata alınan əmlak növləri
|
Daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqanların adları
[10]
|
1
|
2
|
3
|
1.
|
Xidməti və mülki silah
|
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
|
2.
|
Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları
|
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi
|
3.
|
Tramvaylar və trolleybuslar
|
Şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları
|
4.
|
Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələri
[11]
|
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
|
5.
|
Texnoloji nəqliyyat vasitələri, habelə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin II hissəsinin 1-ci və 3-cü bəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələri
[12]
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
6.
|
Hüquqi və fiziki şəxslərin yarış məqsədli nəqliyyat vasitələri
|
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
|
7.
|
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələri
|
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
|
|
|
|
9.
|
Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilər (kiçik həcmli gəmilər istisna olmaqla)
[15]
|
Azərbaycan Respublikasının |
10.
|
kiçik həcmli gəmilər
|
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
11.
|
Dəmiryol nəqliyyatı vasitələri
|
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
[17]
|
12.
|
Mülki aviasiya hava gəmiləri
|
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
[18]
|
13.
|
Azərbaycan Respublikasının ərazisində kütləvi nümayiş (kinozal, videozal, video yayımı məntəqələri, efir və kabel televiziyası) üçün nəzərdə tutulmuş bütün filmlər
|
Azərbaycan Respublikasının Mədəniyyət |
14.
|
Kitabxanalarda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar
|
Azərbaycan Respublikasının Mədəniyyət |
15.
|
Mülkiyyət formasından və mühafizə yerindən asılı olmayaraq, milli arxiv fondunun sənədləri
|
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi
|
16.
|
Daşınar tarix və mədəniyyət abidələri
|
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (tabeliyindəki dövlət qoruqlarına münasibətdə), Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (Şuşa şəhərinin ərazisinə münasibətdə), “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi (“İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisinə münasibətdə)
[20]
|
17.
|
Geodeziya, topoqrafiya və kartoqrafiya materialları və məmulatları
|
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (xüsusi (sahəvi) təyinatlı geodeziya materialları və məmulatları istisna olmaqla), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (xüsusi (sahəvi) təyinatlı geodeziya materiallarına və məmulatlarına münasibətdə)
[21]
|
Qeyd: Bu Siyahının 1, 8, 13 (xüsusi kolleksiyalar istisna olmaqla), 14, 15 və 16-cı bəndlərində göstərilmiş daşınar əmlak növləri ipoteka predmetinə aid deyildir.
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
20 iyun 2008-ci il tarixli 777 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 495)
2.
11 noyabr 2008-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2008-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 969)
3.
27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980)
4.
25 iyun 2013-cü il tarixli 928 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 656)
5.
17 oktyabr 2014-cü il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 oktyabr 2014-cü il, № 226; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1176)
6.
15 fevral 2016-cı il tarixli 779 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 mart 2016-cı il, № 47; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 243)
7.
16 mart 2016-cı il tarixli 836 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 17 mart 2016-cı il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 457)
8.
10 avqust 2016-cı il tarixli 1015 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1376)
9.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
10.
21 fevral 2018-ci il tarixli 1844 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 fevral 2018-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 208)
11.
19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1840)
12.
4 sentyabr 2020-ci il tarixli 1150 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 sentyabr 2020-ci il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1140)
13.
29 yanvar 2021-ci il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 38)
14.
31 may 2022-ci il tarixli 1701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 469)
15.
2 avqust 2022-ci il tarixli 1785 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 845)
16.
1 fevral 2023-cü il tarixli 2019 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 1 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 2 fevral 2023-cü il, № 23) (Bu Fərman dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minir.)
17.
30 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, № 65)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
10 avqust 2016-cı il tarixli 1015 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1376) ilə 2-ci hissədə “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilmişdir.
[2]
21 fevral 2018-ci il tarixli 1844 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 22 fevral 2018-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 208) ilə “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın 2.14-cü bəndinə “ipotekasının” sözündən sonra “dövlət” sözü əlavə edilmişdir.
[3]
10 avqust 2016-cı il tarixli 1015 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1376) ilə 3.1-ci bəndin birinci cümləsində “icra hakimiyyəti orqanlarına” sözləri “inzibati orqanlara” sözləri ilə, 5.1-ci bəndin birinci cümləsində “icra hakimiyyəti orqanlarında” sözləri “inzibati orqanlarda” sözləri ilə əvəz edilmişdir.
[4]
17 oktyabr 2014-cü il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 oktyabr 2014-cü il, № 226; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1176) ilə “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na 3.5-ci bənd əlavə edilmişdir.
[5]
10 avqust 2016-cı il tarixli 1015 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1376) ilə 4.1-ci bəndin birinci yarımbəndində “icra hakimiyyəti orqanı” sözləri “inzibati orqan” sözləri ilə əvəz edilmişdir.
[6]
10 avqust 2016-cı il tarixli 1015 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1376) ilə 2.3-cü bəndin dördüncü yarımbəndində, 3.2-ci bəndin ikinci cümləsində və 5.1-ci bəndin ikinci cümləsində “icra hakimiyyəti orqanları” sözləri “inzibati orqanlar” sözləri ilə əvəz edilmişdir.
[7]
10 avqust 2016-cı il tarixli 1015 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1376) ilə 5.2-ci və 5.4-cü bəndlərdə “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilmişdir.
[8]
20 iyun 2008-ci il tarixli 777 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 495) ilə “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”nın 5.4-cü bəndində “müəyyən edilmiş qaydada” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz edilmişdir.
10 avqust 2016-cı il tarixli 1015 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1376) ilə 5.4-cü bənddən “(və ya)” sözləri çıxarılmışdır.
[9]
10 avqust 2016-cı il tarixli 1015 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1376) ilə adında “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilmişdir.
[10]
10 avqust 2016-cı il tarixli 1015 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1376) ilə “Daşınar əmlakın rəsmi reyestrlərini aparan icra hakimiyyəti orqanlarının adları” sütununun adında “icra hakimiyyəti orqanlarının” sözləri “inzibati orqanların” sözləri ilə əvəz edilmişdir.
[11]
16 mart 2016-cı il tarixli 836 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 17 mart 2016-cı il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 457) ilə “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nın “Qeydiyyata alınan əmlak növləri” sütununda 4-cü hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Hüquqi və fiziki şəxslərin ümumi istifadəsində olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan tırtıllı mexaniki nəqliyyat vasitələri (traktorlar), kənd təsərrüfatında istifadə olunan digər mexaniki nəqliyyat vasitələri
[12]
16 mart 2016-cı il tarixli 836 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Respublika” qəzeti 17 mart 2016-cı il, № 60, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 457) ilə “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nın “Qeydiyyata alınan əmlak növləri” sütununda 5-ci hissəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Hüquqi və fiziki şəxslərin ümumi istifadəsində olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələri
[13]
4 sentyabr 2020-ci il tarixli 1150 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 sentyabr 2020-ci il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 9, maddə 1140) ilə “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın 8-ci hissəsi ləğv edilmişdir və həmin Siyahının “Qeyd”indən “
[14]
10 avqust 2016-cı il tarixli 1015 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 avqust 2016-cı il, № 174, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1376) ilə 8-ci hissədə “Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi” sözləri “Maliyyə Bazarlarına Nəzarət Palatası” sözləri ilə əvəz edilmişdir.
[15]
25 iyun 2013-cü il tarixli 928 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2013-cü il, № 137; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 656) ilə “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nın 9-cu hissəsində “bayrağı” sözündən əvvəl “Dövlət” sözü əlavə edilmişdir.
[16]
27 noyabr 2008-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 28 noyabr 2008-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 980) ilə Əlavə 2-nin - "Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı"nın 9-cu bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılmışdır.
19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 9, maddə 1840) ilə Əlavə 2 - “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısının 9-cu hissəsində “Dövlət Dəniz Administrasiyası” sözləri, 12-ci hissəsində “Dövlət Mülki Aviasiya Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
31 may 2022-ci il tarixli 1701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 469) ilə “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın 9-cu, 11-ci və 12-ci hissələrinin “Daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqanların adları” sütununda “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[17]
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın 11-ci hissəsində “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[18]
11 noyabr 2008-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2008-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 969) ilə «Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı»nın «Daşınar əmlakın rəsmi reyestrlərini aparan icra hakimiyyəti orqanlarının adları» sütununun 12-ci bəndində «Nəqliyyat Nazirliyi» sözləri «Dövlət Mülki Aviasiya Administrasiyası» sözləri ilə əvəz edilmişdir.
[19]
29 yanvar 2021-ci il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 38) ilə Əlavə 2 – “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın “Daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqanların adları” sütununun 13-cü və 14-cü hissələrdən “və Turizm” sözləri çıxarılmışdır.
[20]
29 yanvar 2021-ci il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 38) ilə Əlavə 2 – “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın “Daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqanların adları” sütununun 16-cı hissədə “və Turizm Nazirliyi” sözləri “Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (tabeliyindəki dövlət qoruqlarına münasibətdə), “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi (“İçərişəhər” Dövlət Tarix Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisinə münasibətdə)” sözləri ilə əvəz edilmişdir.
30 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 30 mart 2023-cü il, “Xalq” qəzeti, 31 mart 2023-cü il, № 65) ilə “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın 16-cı hissəsinin “Daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqanların adları” sütununa birinci halda “İçərişəhər” sözündən əvvəl “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi (Şuşa şəhərinin ərazisinə münasibətdə),” sözləri əlavə edilmişdir.
[21]
15 fevral 2016-cı il tarixli 779 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 mart 2016-cı il, № 47; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 243) ilə “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nın 17-ci hissəsində “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (xüsusi (sahəvi) təyinatlı geodeziya materialları və məmulatları istisna olmaqla), Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (xüsusi (sahəvi) təyinatlı geodeziya materiallarına və məmulatlarına münasibətdə)” sözləri ilə əvəz edilmişdir.
2 avqust 2022-ci il tarixli 1785 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 2 avqust 2022-ci il, “Xalq” qəzeti 4 avqust 2022-ci il, № 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 845) ilə Əlavə 2 – “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan inzibati orqanların Siyahısı”nın 17-ci hissəsinin “Daşınar əmlakın rəsmi reyestrlərini aparan inzibati orqanların adları” sütununda “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilmişdir.