2016 - Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
06.03.2007
QEYDİYYAT NÖMRƏSİ
2016
ADI
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2007, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 248)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.03.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
440.000.000
010.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi aşağıdakı heyətdə təsdiq edilsin:

 

Komissiyanın həmsədri [1]

 

Azərbaycan Respublikasının Baş naziri

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Naxçıvan Muxtar Respublikasının Baş naziri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri [2]

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası vergilər nazirinin müavini

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri [3]

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri [4]

Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri (məsul katib). [5]

 

2. “Türkiyə Respublikası ilə iqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan Respublikasının daimi fəaliyyət göstərəcək hökumətlərarası Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 aprel tarixli 295 nömrəli Sərəncamının 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Türkiyə Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 mart 2007-ci il

   № 2016

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 iyun 2009-cu il tarixli 112 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 424)

2.       10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)

3.       13 sentyabr 2010-cu il tarixli 325 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 09, maddə 773)

4.       7 iyun 2011-ci il tarixli 1543 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 iyun 2011-ci il, 117, “Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 519)

5.       8 fevral 2012-ci il tarixli 1997 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 12 fevral 2012-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 105)

6.        10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

7.       27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644)

8.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

9.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

10.    07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518)

11.    7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

12.    6 sentyabr 2017-ci il tarixli 3211 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 7 sentyabr 2017-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1664)

13.    1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677)

14.    11 mart 2019-cu il tarixli 1055 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 492)

15.    2 mart 2020-ci il tarixli 1877 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 mart 2020-ci il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 262)

16.    23 sentyabr 2021-ci il tarixli 2912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 24 sentyabr 2021-ci il, № 204, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1026)

17.    12 aprel 2022-ci il tarixli 3205 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 aprel 2022-ci il, № 75)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 1-ci hissəsində “sənaye və energetika naziri” sözləri “energetika naziri” sözləri ilə əvəz edilmişdir.

07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518) ilə 1-ci hissəsində “İsmət Abasov” sözləri “Heydər Əsədov” sözləri ilə, “Misir Mərdanov” sözləri “Mikayıl Cabbarov” sözləri ilə, “Əli Abbasov – Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri” sözləri “Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə və “Süleyman Tatlıyev” sözləri “Niyaz Əlizadə” sözləri ilə əvəz  edilmişdir.

2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları naziri” sözləri “rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.

10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80) ilə 1-ci bəndində "Milli Bankının" sözləri "Mərkəzi Bankının" sözləri ilə əvəz edilmişdir.

7 iyun 2011-ci il tarixli 1543 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 iyun 2011-ci il, 117, “Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 519) ilə “Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin sədri” sözləri “Elman Rüstəmov - Azərbaycan Respublikası Mərkəzi Bankının sədri” sözləri ilə, “Natiq Qasımov – Azərbaycan Respublikası vergilər nazirinin müavini” sözləri “Sahib Ələkbərov – Azərbaycan Respublikası vergilər nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644) ilə 1-ci hissəsində “Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri “Sahil Babayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

7 iyun 2011-ci il tarixli 1543 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 iyun 2011-ci il, 117, “Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 519) ilə “Sahib Ələkbərov – Azərbaycan Respublikası vergilər nazirinin müavini” sözlərindən sonra “Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini” sözləri, “Nazim İbrahimov – Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri” sözlərindən sonra “Kərəm Həsənov – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri” və “Ramiz Həsənov – Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri” sözləri əlavə edilmişdir.

24 iyun 2009-cu il tarixli 112 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 424) ilə 1-ci bəndinin «Komissiyanın üzvləri» bölməsinin on yeddinci abzasında «Xaricdə Yaşayan Azərbaycanlılarla» sözləri «Diasporla» sözü ilə əvəz edilmişdir.

8 fevral 2012-ci il tarixli 1997 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 12 fevral 2012-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 105) ilə 1-ci hissəsində “Ramiz Həsənov - Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri” sözlərindən sonra “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri əlavə edilmişdir.

1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə 1-ci hissəsindən “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözləri çıxarılmışdır.

6 sentyabr 2017-ci il tarixli 3211 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 7 sentyabr 2017-ci il, № 193, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1664) ilə 1-ci hissədə “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözlərindən sonra “Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilmişdir.

13 sentyabr 2010-cu il tarixli 325 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 09, maddə 773) ilə 1-ci bəndində “Zakir Həşimov” sözləri “Faiq Bağırov” sözləri ilə əvəz edilmişdir.

11 mart 2019-cu il tarixli 1055 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 492) ilə -ci hissəsi ilə yaradılmış komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın həmsədri

 

Abid Şərifov

- Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Komissiyanın üzvləri:

 

Yavər Camalov

– Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Natiq Əliyev

– Azərbaycan Respublikasının energetika naziri

Ziya Məmmədov

– Azərbaycan Respublikasının nəqliyyat naziri

Heydər Əsədov

– Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Əbülfəs Qarayev

– Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Mikayıl Cabbarov

– Azərbaycan Respublikasının təhsil naziri

Ramin Quluzadə

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azad Rəhimov

  Azərbaycan Respublikasının gənclər və idman naziri

Əlövsət Baxşiyev

– Naxçıvan Muxtar Respublikasının Baş naziri

Elman Rüstəmov

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

İlqar Fətizadə

  Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Sahil Babayev

  Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini

Xələf Xələfov

  Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Sahib Ələkbərov

  Azərbaycan Respublikası vergilər nazirinin müavini

Toğrul Musayev

– Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Aydın Əliyev

– Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Nazim İbrahimov

– Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Kərəm Həsənov

– Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Ramiz Həsənov

– Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri

Qüdrət Qurbanov

– Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

Cavid Qurbanov

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Faiq Bağırov

– Azərbaycan Respublikasının Türkiyə Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri

Ağadayı Ağayev

– Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinin müdiri (məsul katib)

Niyaz Əlizadə

– Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti

 

[2] 12 aprel 2022-ci il tarixli 3205 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 13 aprel 2022-ci il, № 75) ilə 1-ci hissədə “Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri “Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri” sözləri ilə əvəz edilmişdir və həmin hissəyə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri” sözlərindən sonra “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri” sözləri əlavə edilmişdir.

 

[3] 2 mart 2020-ci il tarixli 1877 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 mart 2020-ci il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 262) ilə 1-ci hissədən “Azərbaycan Respublikası Vergilər nazirinin müavini” və “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri” sözləri çıxarılmışdır.

 

[4] 23 sentyabr 2021-ci il tarixli 2912 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 24 sentyabr 2021-ci il, № 204, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 9, maddə 1026) ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözlərindən sonra “Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri” sözləri əlavə edilmişdir.

 

[5] 2 mart 2020-ci il tarixli 1877 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 3 mart 2020-ci il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 262) ilə 1-ci hissədə “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri (məsul katib)” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri (məsul katib)” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status