"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1992-1996-cı illərdə dövlət büdcəsi kəsirinin örtülməsi məqsədi ilə istifadə etdiyi Azərbaycan Respublikası Milli Bankının 345.2 milyard manat mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq üçün uzunmüddətli və güzəştli dövlət qiymətli kağızlarının buraxılış Şərtləri"nin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli, 827 nömrəli Fərmanının 5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərar alır:
1. "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1992-1996-ci illərdə dövlət büdcəsi kəsrinin örtülməsi məqsədi ilə istifadə etdiyi Azərbaycan Respublikası Milli Bankının 345.2 milyard manat mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq üçün uzunmüddətli və güzəştli dövlət qiymətli kağızlarının buraxılış Şərtləri" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi buraxılacaq qiymətli kağızlar üzrə ödəniş məbləğinin müvafiq illərin dövlət büdcələrində nəzərdə tutulmasını təmin etsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 13 may 2003-cü il
№ 58
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2003-cü il 13 may tarixli 58 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1992-1996-cı illərdə dövlət büdcəsi kəsirinin örtülməsi məqsədi ilə istifadə etdiyi Azərbaycan Respublikası Milli Bankının 345.2 milyard manat mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq üçün uzunmüddətli və güzəştli dövlət qiymətli kağızlarının buraxılış
ŞƏRTLƏRİ
1. Bu Şərtlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1992-1996-cı illərdə dövlət büdcəsi kəsirinin örtülməsi məqsədi ilə istifadə etdiyi Azərbaycan Respublikası Milli Bankının mərkəzləşdirilmiş kredit resursunu qaytarmaq üçün ümumi məbləği 345.2 (üç yüz qırx beş milyard iki yüz milyon) milyard manat olan uzunmüddətli güzəştli şərtlərlə dövlət qiymətli kağızlarının buraxılışının həyata keçirilməsini tənzimləyir.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin qiymətli kağızları tam məbləğdə Milli Bankda yerləşdirir.
3. Milli Bank bu kağızlarla qiymətli kağızlar bazarında əməliyyatlar apara bilər.
4. Buraxılacaq dövlət qiymətli kağızlarının parametrləri və ödəmə mexanizmi aşağıdakı kimi müəyyənləşdirilir:
dövlət qiymətli kağızları "Dövlət istiqraz vərəqəsi" adlandırılan, qiymətli kağızlar rekvizitlərinə cavab verən, nominal dəyəri 100,0 (yüz milyon) manat adlı sənədləşdirilmiş formada, dövriyyəsi 20 (iyirmi) il müddətinə, gəlirliyi illik 0,15 faiz dərəcəsi ilə (hər il dekabr ayının sonunadək və son faiz ödənişi əsas borcun sonuncu ödənişi ilə birlikdə ödənilmək şərti ilə) ödənişi 1 aprel 2013-cü il tarixdən başlayaraq (10) on il ərzində bərabər hissələrlə həyata keçirilir.
5. İstiqraz vərəqələrinin sahiblərinin hüquqları emitent tərəfindən sahibə təqdim edilən qiymətli kağızların icmal sertifikatı şəklində həyata keçirilir.