AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
31.01.2008
QEYDİYYAT NÖMRƏSİ
704
ADI
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli fərmanının tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 02-02-2008, Nəşr nömrəsi: 24), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2008, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 8)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.01.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
140.000.000
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezi

“Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının  işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli fərmanının tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin, idarənin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 13; 2001-ci il, №10, maddə 640; 2002-ci il, №8, maddə 487; 2005-ci il, №2, maddə 69) 3-cü bəndinin ikinci abzasında "həyata keçirir" sözləri "və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər" sözləri ilə əvəz edilsin.

2. "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №4, maddə 244; 2001-ci il, №10, maddə 640; 2002-ci il, №1, maddə 14; 2005-ci il, №7, maddə 596; 2006-cı il, №9, maddə 743, №11, maddə 943) 2-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

2.1. doqquzuncu abzasda "Mətbuat və İnformasiya Nazirliyi" sözləri "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" sözləri ilə əvəz edilsin;

2.2. onuncu abzas aşağıdakı redaksiyada verilsin:

"həmin qanunun 17-ci maddəsinin ikinci hissəsində, 34-cü maddəsinin dördüncü hissəsində, 39-cu maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini, 14-cü maddəsinin ikinci hissəsində, 19-cu maddəsinin birinci cümləsində, 34-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 35-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində, üçüncü və altıncı hissələrinin birinci cümlələrində, 36-cı maddəsinin ikinci hissəsinin üçüncü cümləsində və üçüncü hissəsinin ikinci cümləsində, 37-ci maddəsinin birinci və dördüncü hissələrində, ikinci hissəsinin birinci cümləsində, 38-ci maddəsinin ikinci hissəsində və 48-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.".

 3. "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №6, maddə 386; 2002-ci il, №1, maddə 14; 2006-cı il, №9, maddə 743, №11, maddə 943; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 noyabr tarixli 667 nömrəli fərmanı) 2-ci bəndinə aşağıdakı əlavə və dəyişiklik edilsin:

3.1. üçüncü abzasda "Mədəniyyət və Turizm Nazirliyi" sözlərindən sonra ", "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" sözləri əlavə edilsin;

3.2. on birinci abzas aşağıdakı redaksiyada verilsin:

"həmin qanunun 1-ci maddəsinin beşinci hissəsində hər iki halda, 12-ci və 13-cü maddələrinin birinci hissələrinin birinci cümlələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini, 4-cü maddəsinin altıncı hissəsində, 5-ci və 12-ci maddələrinin ikinci hissələrində, 13-cü maddəsinin birinci və ikinci hissələrinin ikinci cümlələrində, 14-cü maddəsinin birinci və ikinci hissələrində, 15-ci maddəsinin ikinci hissəsinin birinci və ikinci cümlələrində, 16-cı maddəsinin birinci hissəsinin ikinci cümləsində, 17-ci maddəsinin ikinci hissəsində, 18-ci maddəsinin birinci hissəsinin birinci cümləsində, 19-cu maddəsinin üçüncü hissəsinin ikinci cümləsində, 20-ci maddəsinin birinci və ikinci hissələrində, 21-ci maddəsinin ikinci və üçüncü hissələrində, 23-cü maddəsində, 24-cü maddəsinin ikinci hissəsində, 25-ci maddəsinin birinci hissəsinin birinci və ikinci cümlələrində və üçüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirir.".

4. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №11, maddə 704; 2003-cü il, №10, maddə 563; 2004-cü il, №12, maddə 1005; 2005-ci il, №2, maddə 69) ilə təsdiq edilmiş "Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları"nın 2.4-cü bəndində "tərəfindən" sözündən sonra ", "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində və qoruğa daxil olan abidələrin üzərində isə reklam və digər informasiya xarakterli lövhələr Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən" sözləri əlavə edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral tarixli 200 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №2, maddə 75) ilə təsdiq edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə"yə aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

5.1. 5-ci bəndə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Qoruğun ərazisində yerləşən abidələr və dövlət mülkiyyətində olan, o cümlədən dövlət yaşayış fonduna daxil olan tikililər idarənin balansındadır.";

5.2. 16-cı bənddən "Azərbaycan Respublikasının Nazirlər Kabinetinin razılığı," sözləri çıxarılsın;

5.3. 17-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin:

"Qoruğun ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün icazə Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla idarə tərəfindən verilir və idarədə qeydə alınır.";

5.4. 18-ci bənddə "razılığı" sözü "icazəsi" sözü ilə əvəz edilsin;

5.5. 19-cu bənddə "rəyi əsasında" sözlərindən sonra "İdarənin razılığı və nəzarəti ilə" sözləri əlavə edilsin;

5.6. 20-ci bəndin ikinci cümləsində "razılığı" sözündən sonra "idarənin icazəsi və nəzarəti" sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

6.1. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 yanvar 2008-ci il

              № 704

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status