AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
06.03.2007
QEYDİYYAT NÖMRƏSİ
260-IIIQD
ADI
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2007, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 401)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.05.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
070.000.000
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli 979-X nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1982-ci il, №13, maddə 121; 1984-cü il, № 19, maddə 157; 1985-ci il, №19-20, maddə 195; 1986-cı il, № 10, maddə 49; 1988-ci il, № 24, maddə 229; 1989-cu il, № 11-12, maddə 80; 1990-cı il, № 3-4, maddə 20; 1992-ci il, № 20, maddə 881; 1995-ci il, № 8, maddə 157; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №4, maddə 287; 1999-cu il, № 10, maddə 570; 2001-ci il, № 3, maddələr 138, 144; 2002-ci il, № 1, maddələr 1, 2, № 6, maddə 328) 34-cü maddəsinin birinci hissəsinin 3-cü bəndində "qocalığa" sözü "yaşa" sözü ilə əvəz edilsin. [1]

II. "Xarici investisiyanın qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 81, № 7, maddə 171; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226; 2001-ci il, № 6, maddə 360, № 11, maddə 683, № 12, maddə 736; 2003-cü il, № 1, maddələr 1, 3; 2005-ci il, № 8, maddə 684) aşağıdakı dəyişikliklər edilsin:

1. 33-cü maddənin üçüncü hissəsindən ", onların pensiya təminatı" sözləri çıxarılsın;

2. 34-cü maddədə:

2.1. birinci hissədən "(əcnəbi işçilərin pensiya təminatı istisna olmaqla)" sözləri çıxarılsın;

2.2. ikinci hissə aşağıdakı redaksiyada verilsin:

"Xarici investisiyalı müəssisədə işləyən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək pensiyası təminatı hüququ "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir";

2.3. üçüncü hissədə "dövlət sosial sığortası üzrə ayırmaları və yerli işçilərin pensiya təminatı üçün ayırmaları" sözləri "sosial sığortası üzrə məcburi dövlət sosial sığorta haqlarını" sözləri ilə əvəz edilsin. [2]

III. "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №12, maddə 445; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №11, maddə 687, № 12, maddə 736; 2003-cü il, №1, maddə 16; 2005-ci il, №8, maddə 691) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 4-cü maddədə:

1.1. birinci hissədə ", dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər" sözləri "və təqaüdlər" sözləri ilə əvəz edilsin;

1.2. altıncı hissə aşağıdakı redaksiyada verilsin:

"Pensiyaların və sosial müavinətlərin məbləğləri müvafiq qanunvericiliyə uyğun olaraq indeksləşdirilir";

1.3. yeddinci hissədə ", dövlət pensiyalarının, təqaüdlərin və sosial müavinətlərin" sözləri "və təqaüdlərin" sözləri ilə əvəz edilsin;

2. 6-cı maddənin ikinci hissəsində:

2.1. ikinci abzasdan ", sosial pensiyaların" sözləri çıxarılsın;

2.2. beşinci abzas aşağıdakı redaksiyada verilsin:

"əmək pensiyalarının indeksləşdirilməsi üçün - "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən vəsaitlər";

2.3. altıncı abzas aşağıdakı redaksiyada verilsin:

"sosial müavinətlərin indeksləşdirilməsi üçün - dövlət büdcəsinin vəsaiti və məcburi dövlət sosial sığortası vəsaitləri;".

IV. "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №16, maddə 697; 1994-cü il, №15, maddə 176;   1995-ci il, №  17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 81, №4, maddə 305, №5, maddələr 356, 378, №6, maddə 452; 1998-ci il, №1, maddə 16; 1999-cu il, № 4, maddə 217, №7, maddə 395; 2001-ci il, №3, maddə 145, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddələr 244, 246, №12, maddə 706; 2004-cü il, № 4, maddə 202, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 8, maddə 684) 46-cı maddəsinə aşağıdakı dəyişikliklər edilsin:

1. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Qocalar və əlillər üçün internat evlərində (pansionatlarda) yaşayan əmək pensiyaçılarına təyin olunmuş əmək pensiyası tam məbləğdə ödənilir";

2. beşinci və altıncı hissələr çıxarılsın;

3. yeddinci hissə beşinci hissə hesab edilsin.

V. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, №21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddələr 282, 293; 2001-ci il, № 12, maddə 731; 2003-cü il, № 10, maddə 539; 2004-cü il, №7, maddə 507) 3-cü maddəsinin ikinci hissəsinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

"ailə başçısını itirməyə görə əmək pensiyası təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun tənzimlənir".

VI. "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, №23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddə 451; 1999-cu il, №5, maddə 293; 2001-ci il, №12, maddələr 731, 736; 2004-cü il, № 7, maddə 507) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddədə "Vətəndaşların pensiya təminatı haqqında" sözləri "Əmək pensiyaları haqqında" sözləri ilə əvəz edilsin;

2. 10-cu maddədə "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 12, 21, 80-85-ci maddələrində" sözləri "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda" sözləri ilə əvəz edilsin.

VII. "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, №16, maddə 213; 1995-ci il, №9, maddə 177, №14, maddə 241; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 16, №2, maddə 66; 1999-cu il, №5, maddə 283, № 7, maddə 395; 2001-ci il, № 12, maddə 731; 2004-cü il, №4, maddələr 199, 202, № 7, maddə 505; 2005-ci il, № 8, maddə 684; 2006-cı il, №4, maddə 315 ) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddədə "Vətəndaşların pensiya təminatı haqqında" sözləri "Əmək pensiyaları haqqında" sözləri ilə əvəz edilsin;

2. 19-cu maddədə "pensiyalarına əlavələr edə bilərlər və bu əlavələrin məbləğini dolanacaq xərclərinin səviyyəsi ilə əlaqədar dəyişdirə bilər" sözləri "maddi təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirə bilərlər" sözləri ilə əvəz edilsin.

VIII. "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 1, maddə 23; 1999-cu il, № 4, maddə 228) 10-cu maddəsinin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Əmək pensiyası hesablanarkən bəraət verilmiş şəxslərin əmək stajı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hesablanır.".

IX. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 11, maddə 642; 2001-ci il, № 12, maddə 736; 2005-ci il, № 8, maddə 684) 28-ci maddəsinin ikinci hissəsi çıxarılsın. [3]

X. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasmm Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddə 460; 2001-ci il, №1, maddə 25, №6, maddə 362; 2002-ci il, № 5, maddə 241; 2006-cı il, № 3, maddə 225) 53-cü maddəsinin 1-ci bəndinin "c" yarımbəndindən "pensiyaları" sözü çıxarılsın.

XI. "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 393; 2001-ci il, №12, maddələr 731, 736; 2005-ci il, № 12, maddə 1093) 8-ci maddəsinin birinci hissəsi çıxarılsın.

XII. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 213; 2001-ci il, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003-cü il, №1, maddələr 9, 23; 2004-cü il, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, №7, maddə 505, №9, maddə 672, № 12, maddə 981; 2005-ci il, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, №12, maddə 1094; 2006-cı il, № 3, maddələr 220, 222; Azərbaycan Respublikasının 2006-cı il 10 oktyabr tarixli 152-IIIQD nömrəli, 8 dekabr tarixli 194-IIIQD nömrəli, 19 dekabr tarixli 204-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 9-cu maddənin "1" bəndində "və güzəştlərdən" sözlərindən sonra ", sosial sığorta hüququndan" sözləri əlavə edilsin, həmin bənddən "qanunvericiliklə müəyyən edilmiş hallarda və şərtlərlə (güzəştlərlə) pensiya təminatından," sözləri çıxarılsın;

2. 239-cu maddənin birinci hissəsindən "pensiya," sözü və "sosial sığorta orqanları tərəfindən" sözləri çıxarılsın;

3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavənin 6.2-ci bəndində "Mövcud qanunvericiliklə müəyyən edilmiş hallarda, şərtlərlə və qaydada işçinin pensiya təminatı," sözləri "İşçinin" sözü ilə əvəz edilsin, "təmin edilir" sözlərindən əvvəl ", sosial sığorta hüququ" sözləri əlavə edilsin.

XIII. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, № 3, maddə 139, №7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, №12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, №6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, s 692, №10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932; Azərbaycan Respublikasmm 2006-cı il 20 oktyabr tarixli 167-IIIQD nömrəli, 28 noyabr tarixli 185-IIIQD nömrəli, 5 dekabr tarixli 193-IIIQD nömrəli, 26 dekabr tarixli 219-IIIQD nömrəli, 29 dekabr tarixli 220-HIQD nömrəli qanunları) aşağıdakı əlavələr edilsin:

1.       Məcəlləyə aşağıdakı məzmunda 52-1-ci maddə əlavə edilsin:

 

"M a d d ə 52-1. Əmək pensiyaları haqqında qanunvericiliyin pozulması

 

52-1.1. Əmək pensiyasını təyin edən orqan tərəfindən əmək pensiyasının ödənilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə qəbul edilməməsinə, əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarda pensiya təyin olunmasından imtinanın səbəblərinin göstərilməməsinə və əmək pensiyasının təyin olunmasından imtina edilməsi barədə qərarın qanun-vericiliklə müəyyən olunmuş müddətdə müraciət edənə göndərilməməsinə görə-

vəzifəli şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən səksən mislinədək miqdarda cərimə edilir.

52-1.2. Əmək pensiyaçısı və işəgötürən tərəfindən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayan-dınlmasına səbəb olan hallar barədə məlumatın əmək pensiyasını təyin edən orqana verilməməsinə görə -

şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.".

2. 451.4.1-ci maddədə "təşkilata" sözündən sonra "və ya pensiya təyin edən orqana" sözləri əlavə edilsin.

XIV. "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 518) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"11.3. Stasionar sosial xidmət müəssisəsində yaşayan ahılların pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.";

2. 15.2-ci maddədə "minimum dolanacaq xərclərindən" sözləri "yaşayış minimumu səviyyəsindən" sözləri ilə əvəz edilsin. [4]

XV. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 738; 2005-ci il, № 6, maddə 466) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.2.10-cu maddədə "dövlət" sözü çıxarılsın və "ümumi iş stajı dövrü" sözləri "sosial sığorta stajı" sözləri ilə əvəz edilsin;

2. 10.2.3-cü maddə çıxarılsın.

XVI. "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №12, maddə 974) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 5-ci maddənin adında və 5.1-ci maddədə ", pensiyaların minimum məbləğinin," sözləri "minimum məbləğinin, pensiyaların baza hissəsinin," sözləri ilə əvəz edilsin;

2. 5.3-cü maddədə "və pensiyaların minimum məbləğinin" sözləri "minimum məbləğinin, pensiyaların baza hissəsinin" sözləri ilə əvəz edilsin;

3. 5.4-cü maddədə "və pensiyaların minimum məbləği" sözləri "və pensiyaların baza hissəsi" sözləri ilə əvəz edilsin;

aşağıdakı məzmunda 5.5-ci maddə əlavə edilsin:

4. "5.5. Əmək pensiyaları "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq artırılır və indeksləşdirilir.".

XVII. "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №3, maddə 130; 2005-ci il, №4, maddə 276) 82.1.5-ci maddəsindən "pensiyaların," sözü çıxarılsın.

XVIII.     "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №2, maddə 72) aşağıdakı dəyişikliklər edilsin:

1. Qanunun adında "dəyişikliklər" sözü "dəyişiklik" sözü ilə əvəz edilsin, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa və" sözləri çıxarılsın;

2.  I hissə çıxarılsın, II və III hissələr müvafiq olaraq I və II hissələr hesab edilsin.

XIX. Azərbaycan Respublikasının aşağıdakı qanunvericilik aktları qüvvədən düşmüş hesab edilsin:

1. "Pensiyaların bütün növlərinin minimum məbləği haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, № 24, maddə 475);

2. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №18, maddə 814; 1994-cü il, № 15, maddə 177; 1995-ci il, № 22, maddə 354; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddələr 453, 494; 1998-ci il, №1, maddə 10; 1999-cu il, № 5, maddə 284; 2000-ci il, № 6, maddə 379; 2001-ci il, № 2, maddə 88, № 3, maddə 145, №6, maddə 363, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 246, № 6, maddə 328, № 8, maddələr 463, 464; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, №1, maddə 10, №2, maddə 60, № 3, maddə 133, №6, maddə 397, №8, maddələr 596, 598; 2005-ci il, №6, maddə 465, № 7, maddə 574, №10, maddə 871; 2006-cı il, №2, maddə 72);

3. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 23 sentyabr tarixli 306 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 815);

4. "Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 4 noyabr tarixli 364 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №21, maddə 914);

5. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 fevral tarixli 497 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, №3, maddə 84);

6. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 89-cu maddəsinin tətbiqi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 29 avqust tarixli 1091 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, №17-18, maddə 288);

7. "Pensiyaların bütün növlərinin minimum məbləği haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqində yol verilmiş ciddi nöqsanlar barədə" Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 fevral tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 89).

XX. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 6 mart 2007-ci il

№ 260-IIIQD

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 30 iyun 2009-cu il tarixli 845-IIIQ nömrəli  Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  02 sentyabr 2009-cu il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 612)
  2. 30 iyun 2009-cu il tarixli 847-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  30 avqust 2009-cu il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №8, maddə 613)
  3. 30 dekabr 2011-ci il tarixli 275-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 16 mart 2012-ci il, № 61, “Azərbaycan” qəzeti 17 mart 2012-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 191)
  4. 22 iyun 2022-ci il tarixli 551-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 iyul 2022-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 702)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 iyun 2009-cu il tarixli 845-IIIQ nömrəli  Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  02 sentyabr 2009-cu il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 612) ilə I hissə qüvvədən düşmüş hesab edilmişdir.

 

[2] 22 iyun 2022-ci il tarixli 551-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 iyul 2022-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 702) ilə II-ci hissə ləğv edilmişdir.

 

[3] 30 iyun 2009-cu il tarixli 847-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  30 avqust 2009-cu il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №8, maddə 613) ilə IX hissə ləğv edilmişdir.

 

[4] 30 dekabr 2011-ci il tarixli 275-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti 16 mart 2012-ci il, № 61, “Azərbaycan” qəzeti 17 mart 2012-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 03, maddə 191) ilə XIV hissə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status