AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
10.04.2007
QEYDİYYAT NÖMRƏSİ
272-IIIQ
ADI
Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında viza tələblərinin qismən aradan qaldırılması haqqında Sazişə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında notalar mübadiləsinin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2007, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 404)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.05.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.000.000
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında viza tələblərinin qismən aradan qaldırılması haqqında Sazişə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Braziliya Federativ Respublikasının Xarici Əlaqə

Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında viza tələblərinin qismən aradan qaldırılması haqqında Sazişə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında notalar mübadiləsinin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında viza tələblərinin qismən aradan qaldırılması haqqında Sazişə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında notalar mübadiləsi təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 10 aprel 2007-ci il

№ 272-IIIQ

 

Dim/da/00 l/pain-bras-azer

 

 Braziliya, 4 aprel 2006-cı il

 

Cənab nazir,

Sizə bildirməkdən şərəf duyuram ki, Braziliya Federativ Respublikası Hökuməti hər iki ölkə vətəndaşlarının səfərlərini asanlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə aşağıdakı şərtlərlə ifadə olunan Viza tələblərinin qismən ləğvinə dair Saziş bağlamaq arzusundadır:

1. 1. Hər bir Tərəfin etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşları vizasız, 90 (doxsan) gündən çox olmayan müddətə digər Tərəfin dövlətinin ərazisinə daxil ola, tranzitlə keçə və oranı tərk edə bilərlər.

2. 2. Qalma müddətinin uzadılması akkreditə edilmiş dövlətin diplomatik missiyası və ya konsulluğu tərəfindən edilən yazılı müraciət əsasında qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən həyata keçiriləcəkdir.

3. 3. Tərəflərin diplomatik missiyası və ya konsulluğu olmadığı təqdirdə, diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşlar akkreditə edən dövlətin Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə müraciət edəcəklər.

4. 4. Diplomatik, rəsmi və ya xidməti pasportlara malik olan Braziliya Federativ Respublikasının vətəndaşları Azərbaycan Respublikasına istənilən beynəlxalq sərhəd məntəqəsindən daxil olacaqlar. Diplomatik, rəsmi və ya xidməti pasportlara malik olan Azərbaycan Respublikasının vətəndaşları Braziliyaya istənilən beynəlxalq sərhəd məntəqəsindən daxil olacaqlar.

5. 5. Hər bir Tərəfin diplomatik, rəsmi və ya xidməti pasportlara malik olan və diplomatik missiyanın, konsulluğun və ya beynəlxalq təşkilatların rəsmi nümayəndələri olan vətəndaşları, həmçinin onlarla birlikdə yaşayan və etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara malik olan ailə üzvləri vəzifələrini yerinə yetirdikləri müddət ərzində digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, orada qala və oranı tərk edə bilərlər.

6. 6. Hər bir Tərəfin vətəndaşları qəbul edən dövlətin ərazisində olduqları müddət ərzində qüvvədə olan qanunlara və qaydalara əməl edəcəklər.

7. 7. Tərəflər əcnəbilərin ölkəyə daxil olması, tranzitlə keçməsi və qalması ilə bağlı müvafiq qanunlarında və qaydalarında baş vermiş dəyişikliklər barədə bir-birinə məlumat verəcəklər.

8. 8. Bu Saziş, heç bir Tərəfin digər Tərəfin arzuolunmaz hesab olunan vətəndaşlarının ölkəyə gəlməsinin qarşısını almaq və ya ölkədə qalma müddətini qısaltmaq hüququnu məhdudlaşdırmır.

9. 9. Tərəflər bu Sazişdə qeyd olunan etibarlı diplomatik, rəsmi və ya xidməti pasportların nümunələrini bu Sazişin imzalanmasından ən azı 30 (otuz) gün sonra diplomatik kanallarla mübadilə edəcəklər.

1. 10. Yeni diplomatik, rəsmi və ya xidməti pasportlar dövriyyəyə buraxıldıqda və ya mövcud pasportlarda dəyişikliklər baş verdikdə Tərəflər bu cür pasportların nüsxələrini onların tətbiq olunmasından ən azı 30 (otuz) gün əvvəl diplomatik kanallar vasitəsilə bir-birinə göndərəcəklər.

2. 11. Tərəflərdən hər biri diplomatik kanallar vasitəsilə istənilən vaxt bu Sazişi ləğv edə bilər. Ləğvetmə bildirişin alınmasından 90 (doxsan) gün sonra qüvvəyə minəcəkdir.

3. 12. Bu razılaşmalar Azərbaycan Respublikası Hökuməti üçün məqbul
hesab olunduğu təqdirdə, bu nota və Zati-Alilərinizin cavabı bizim iki Hökumət arasında Saziş təşkil edəcək və bu Sazişin qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin ikinci diplomatik notasının alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minəcəkdir.

Fürsətdən istifadə edərək Zati-Alilərinizə bir daha ən dərin ehtiramımı izhar edirəm.

 

Selso AMORİM

Braziliya Federativ Respublikasının

xarici əlaqələr naziri

 

 

5/11-512/03

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyinə öz ehtiramını bildirir və sonuncunun DİM/DA/001/PAİN-BRAS-AZER nömrəli, 4 aprel 2006-cı il tarixli notasına istinad edərək Azərbaycan tərəfinin aşağıdakı şərtlərə razı olduğunu bildirməkdən şərəf duyur:

1. 1. Hər bir Tərəfin etibarlı diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşları vizasız, 90 (doxsan) gündən çox olmayan müddətə digər Tərəfin dövlətinin ərazisinə daxil ola, tranzitlə keçə və oranı tərk edə bilərlər.

2. 2. Qalma müddətinin uzadılması akkreditə edilmiş dövlətin diplomatik
missiyası və ya konsulluğu tərəfindən edilən yazılı müraciət əsasında qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən həyata keçiriləcəkdir. Tərəflərin diplomatik missiyası və ya konsulluğu olmadığı təqdirdə, diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşlar akkreditə edən dövlətin Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə müraciət edəcəklər.

3. 3. Diplomatik, rəsmi və ya xidməti pasportlara malik olan Azərbaycan Respublikasının vətəndaşları Braziliyaya istənilən beynəlxalq sərhəd məntəqəsindən daxil olacaqlar. Diplomatik, rəsmi və ya xidməti pasportlara malik olan Braziliya Federativ Respublikasmm vətəndaşları Azərbaycan Respublikasına istənilən beynəlxalq sərhəd məntəqəsindən daxil olacaqlar.

4. 4. Hər bir Tərəfin diplomatik, rəsmi və ya xidməti pasportlara malik olan və diplomatik missiyanın, konsulluğun və ya beynəlxalq təşkilatların rəsmi nümayəndələri olan vətəndaşları, həmçinin onlarla birlikdə yaşayan və etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara malik olan ailə üzvləri vəzifələrini yerinə yetirdikləri müddət ərzində digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, orada qala və oranı tərk edə bilərlər.

5. 5. Hər bir Tərəfin vətəndaşları qəbul edən dövlətin ərazisində olduqları müddət ərzində qüvvədə olan qanunlara və qaydalara əməl edəcəklər.

6. 6. Tərəflər əcnəbilərin ölkəyə daxil olması, tranzitlə keçməsi və qalması ilə bağlı müvafiq qanunlarında və qaydalarında baş vermiş dəyişikliklər barədə bir-birinə məlumat verəcəklər.

1. 7. Bu Saziş, heç bir Tərəfin digər Tərəfin arzuolunmaz hesab olunan vətəndaşlarının ölkəyə gəlməsinin qarşısını almaq və ya ölkədə qalma müddətini qısaltmaq hüququnu məhdudlaşdırmır.

2. 8. Tərəflər bu Sazişdə qeyd olunan etibarlı diplomatik, rəsmi və ya xidməti pasportların nümunələrini bu Sazişin imzalanmasından ən azı 30 (otuz) gün sonra diplomatik kanallarla mübadilə edəcəklər.

3. 9. Yeni diplomatik, rəsmi və ya xidməti pasportlar dövriyyəyə buraxıldıqda və ya mövcud pasportlarda dəyişikliklər baş verdikdə Tərəflər bu cür pasportların nüsxələrini onların tətbiq olunmasından ən azı 30 (otuz) gün əvvəl diplomatik kanallar vasitəsilə bir-birinə göndərəcəklər.

10. Tərəflərdən hər biri diplomatik kanallar vasitəsilə istənilən vaxt bu Sazişi ləğv edə bilər. Ləğvetmə bildirişin alınmasından 90 (doxsan) gün sonra qüvvəyə minəcəkdir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bildirir ki, bu təsdiqləyici verbal nota və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyinin verbal notası Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pas-portlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında saziş təşkil edəcəkdir. Bu Saziş, onun qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların tamamlanması barədə Tərəflərin ikinci diplomatik notasının alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minəcəkdir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək bir daha Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyinə dərin ehtiramını bildirir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status