AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
17.04.2007
QEYDİYYAT NÖMRƏSİ
317-IIIQD
ADI
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2007, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 561)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.06.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
220.000.000
340.000.000
420.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 4, maddə 79; 1993-cü il, № 5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 378; 1998-ci il, № 1, maddələr 15, 16; 1999-cu il, № 4, maddə 228, № 5, maddə 286; 2001-ci il, № 6, maddələr 362, 363, № 11, maddə 694; № 12, maddələr 731, 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddələr 199, 212, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 10, maddə 871, № 12, maddə 1093; 2006-cı il, № 4, maddə 312, № 11, maddə 933) aşağıdakı dəyişikliklər edilsin:

1. 10-cu maddənin 3-cü bəndi çıxarılsın.

2. 21-ci maddənin 3-cü bəndində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə” sözləri ilə əvəz edilsin.

II. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 5, maddələr 282, 293; 2001-ci il, № 12, maddə 731; 2003-cü il, № 10, maddə 539; 2004-cü il, № 7, maddə 507) 6-cı maddəsinin ikinci hissəsi çıxarılsın.

III. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 451; 1999-cu il, № 5, maddə 293; 2001-ci il, № 12, maddələr 731, 736; 2004-cü il, № 7, maddə 507) 14-cü maddəsinin üçüncü hissəsi çıxarılsın.

IV. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 477; 2001-ci il, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddə 241, № 6, maddə 328; 2006-cı il, № 2, maddə 75) 3-cü maddəsinin dördüncü hissəsindən “qaydada və” sözləri çıxarılsın.

V. “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 417; 2004-cü il, № 10, maddə 781) 5.2-ci maddəsindən “və ödənilmə qaydası” sözləri çıxarılsın.

 

VI. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4; Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli 236-IIIQD nömrəli, 27 fevral tarixli 251-IIIQD və 6 mart tarixli 260-IIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 53-4-cü maddə əlavə edilsin:

 

 “Maddə 53-4. Sosial müavinətlər haqqında qanunvericiliyin pozulması

 

53-4.1. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən sosial müavinətlərin təyin edilməsi barədə qərarın qanunvericiliklə müəyyən edilmiş müddətdə çıxarılmamasına, müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə imtinanın səbəbləri göstərilməklə müraciət edən şəxsə qanunvericiliklə müəyyən edilmiş müddətdə rəsmi məlumatın verilməməsinə və ya imtinanın səbəbləri göstərilməməklə verilməsinə görə -

şərti maliyyə vahidinin otuz beş mislindən səksən mislinədək miqdarda cərimə edilir.
          53-4.2. Müavinət alan şəxs (onun ailə üzvləri) tərəfindən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatın müvafiq icra hakimiyyəti orqanlarına verilməmәsinə görə -

şərti maliyyə vahidinin otuz mislindən qırx mislinədək miqdarda cərimə edilir.”.

VII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2007-ci il
         № 317-IIIQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status