AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.05.2003
QEYDİYYAT NÖMRƏSİ
67
ADI
Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2003, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 252)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.05.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydalarının təsdiq edilməsi haqqında

“Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli, 827 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 14 may 2003-cü il

   № 67

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 14 may tarixli, 67 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi

 

QAYDALARI [2]

 

1. Bu Qaydalar Azərbaycan Respublikasında aşağıdakı siyahıda göstərilən büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin (bundan sonra - təhsil müəssisələri) yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi məsələlərini tənzimləyir: [3]

- məktəbəqədər təhsil müəssisələri; [4]

- bütün tipdən olan ümumtəhsil məktəbləri, litseylər və gimnaziyalar;

- internat tipli tədris müəssisələri, uşaq evləri;

- xüsusi tədris müəssisələri;

- peşə məktəbləri və peşə litseyləri;

- ali və orta ixtisas təhsili müəssisələri və onların filialları;

- ixtisasartırma və kadrların yenidən hazırlanması kursları, institutları;

- məktəbdənkənar təlim-tərbiyə müəssisələri;

- təhsil sahəsi üzrə qanunvericilikdə nəzərdə tutulmuş digər müəssisələr və qurumlar.

2. Təhsil müəssisələrinin, habelə onların strukturuna daxil olan şəbəkə vahidlərinin yaradılması, genişləndirilməsi (ali və orta ixtisas təhsili müəssisələrində fakültə, kafedra, şöbə və bölmələrin yaradılması istisna olmaqla) və yenidən təşkili məsələlərinə tələbata uyğun olaraq müvafiq kadr potensialı, maddi-texniki (binalar, tədris təsərrüfatı, avadanlıqlar, laboratoriyalar və başqa qiymətli maddi-texniki təchizat vasitələri), elmi-metodiki bazaları olduqda və aşağıda qeyd olunan sənədlər təqdim edildikdə baxılır:

- təhsil müəssisəsinin kadr potensialı haqqında məlumat;

- sinif komplektlərinin (qrupların, dərnəklərin) sayı və statistika orqanlarının müvafiq əhali qrupunun sayı barədə arayışı;

- ayrı-ayrı sinif komplektlərində (qruplarda, dərnəklərdə) şagirdlərin sayı;

- təhsil müəssisəsinin yerləşəcəyi binaların (otaqların) sayı, sahəsi, yerləşdiyi ərazi barədə məlumat;

- həmin binanın tədris və təlim-tərbiyə prosesinin həyata keçirilməsi üçün yararlılığı barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, sanitariya-gigiyena normalarına uyğunluğu barədə isə müvafiq səhiyyə orqanlarının arayışları, binanın balansdan balansa verilməsi zərurəti yarandıqda buna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı. [5]

3. Təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili zərurəti yarandıqda nazirliklər, dövlət komitələri, şirkətləri və konsernləri, baş idarələr və digər dövlət qurumları, yerli icra hakimiyyəti orqanları real vəziyyəti öyrənir, qaldırılan məsələnin Azərbaycan Respublikasının Təhsil Qanununa, təhsil haqqında qəbul olunan standartlara, ölkədə aparılan təhsil islahatı proqramına, respublikanın iqtisadi və sosial inkişafının əsas istiqamətlərinə uyğunluğunu, eləcə də maliyyə imkanlarını nəzərə almaqla vəsatət qaldırır.

4. Peşə-ixtisas təhsili müəssisələri və büdcənin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən digər təhsil müəssisələri barədə nazirliklər, dövlət komitələri, şirkətləri və konsernləri, baş idarələr və digər təşkilatlar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən, Maliyyə Nazirliyindən və Təhsil Nazirliyindən (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyindən, Maliyyə Nazirliyindən və Təhsil Nazirliyindən) müvafiq rəy aldıqdan sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qarşısında vəsatət qaldırır. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi peşə-ixtisas təhsili müəssisələri barədə müvafiq qərar qəbul edir, büdcənin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən digər təhsil müəssisələri barədə isə razılıq verilməsi və ya verilməməsi məsələsini həll edir. [6]

5. Büdcənin yerli xərclərindən maliyyələşdirilən təhsil müəssisələri barədə isə yerli icra hakimiyyəti orqanları onların şəbəkəsinin inkişafının proqnozlarına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi) və yaxud Azərbaycan Respublikasının Təhsil Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi) ilə razılaşdırılmaqla aidiyyəti nazirlik və təşkilatlar qarşısında vəsatət qaldırır. [7]

Azərbaycan Respublikasının Təhsil Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi) və digər aidiyyəti nazirlik və təşkilatlar yerli icra hakimiyyəti orqanlarının qaldırdığı məsələlərin məqsədəuyğunluğunu araşdırmaqla həmin təklifləri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyinin) müsbət rəyləri olduğu hallarda həmin təhsil müəssisələri barədə müvafiq qərar qəbul edir.

5-1. Bələdiyyə təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi təhsil fəaliyyətinin lisenziyalaşdırılması və təhsil müəssisəsinin akkreditasiyası tələbləri nəzərə alınmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. [8]

6. Büdcədən maliyyələşən təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili büdcədə bu məqsəd üçün vəsait nəzərdə tutulmaqla həyata keçirilir. [9]

Müvafiq təkliflər növbəti ilin büdcə formalaşdırılandan sonra daxil olarsa, bu məsələyə yalnız təsdiq olunmuş büdcə xərcləri çərçivəsində baxıla bilər.

7. Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin, habelə onların strukturuna daxil olan şəbəkə vahidlərinin ləğv edilməsi onları yaradan orqanlar tərəfindən bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə razılaşdırmaqla vəsatət qaldırıldıqdan və həmin vəsatətə baxıldıqdan sonra həyata keçirilir. [10]

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       28 noyabr 2005-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1076)

2.       6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432)

3.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

4.       4 iyun 2012-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti  05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 623)

5.       5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2014-cü il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 736)

6.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

  1. 17 oktyabr 2018-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2173)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 4 iyun 2012-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti  05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 623) ilə adında və 1-ci hissəsində “Dövlət büdcəsindən” sözləri “Büdcədən” sözü ilə əvəz edilmişdir.

 

[2] 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə təsdiq edilmiş "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nın 2-ci, 4-cü, 5-ci və 7-ci bəndlərində ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri müvafiq olaraq "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

4 iyun 2012-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti  05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 623) ilə “Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın adında və 7-ci hissəsində “Dövlət büdcəsindən” sözləri “Büdcədən” sözü ilə əvəz edilmişdir.

 

[3] 4 iyun 2012-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti  05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 623) ilə “Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın 1-ci hissəsində “dövlət büdcəsindən” sözləri “büdcədən” sözü ilə əvəz edilmişdir.

 

[4] 17 oktyabr 2018-ci il tarixli 459 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 oktyabr 2018-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2173) ilə “Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın 1-ci hissəsinin ikinci abzasında “tərbiyə” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

 

[5] 28 noyabr 2005-ci il tarixli 220 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 11, maddə 1076) ilə "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nın 2-ci, 4-cü, 5-ci və 7-ci bəndlərində ismin müvafiq hallarında verilmiş "İqtisadi İnkişaf Nazirliyi" sözləri ismin müvafiq hallarında "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

6 may 2008-ci il tarixli 109 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 432) ilə «Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları»nın 2-ci bəndinin altıncı abzasında «Dövlət Tikinti və Arxitektura Komitəsinin» sözləri «Fövqəladə Hallar Nazirliyinin» sözləri ilə əvəz edilmişdir.

 

4 iyun 2012-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 623) ilə “Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın 2-ci hissəsinin altıncı abzasında “Fövqəladə Hallar Nazirliyinin,” sözləri “Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin,” sözləri ilə, “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikasının ərazisində orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin” sözləri ilə əvəz edilmişdir.

 

5 iyun 2014-cü il tarixli 181 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2014-cü il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 736) ilə "Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın 2-ci hissəsinin altıncı abzasında, 5-ci hissəsinin ikinci abzasında, 4-cü və 7-ci hissələrində "İqtisadi İnkişaf" sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın 2-ci hissəsinin altıncı abzasından, 5-ci hissəsinin ikinci abzasından, 4-cü və 7-ci hissələrindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[6] 4 iyun 2012-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 623) ilə “Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın 4-cü hissə üzrə birinci cümlədə “dövlət büdcəsinin” sözləri “büdcənin” sözü ilə, “Təhsil Nazirliyindən” sözləri “Təhsil Nazirliyindən (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyindən, Maliyyə Nazirliyindən və Təhsil Nazirliyindən)” sözləri ilə, “Nazirlər Kabineti” sözləri “Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi" sözləri ilə ikinci cümlədə “Nazirlər Kabineti” sözləri “Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Ali Məclisi" sözləri ilə, "dövlət büdcəsinin” sözləri "büdcənin" sözü ilə edilmişdir.

 

[7] 4 iyun 2012-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 623) ilə “Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın 5-ci hissə üzrə birinci abzasda “Dövlət büdcəsinin” sözləri “Büdcənin” sözü ilə, hər iki halda “Təhsil Nazirliyi” sözləri “Təhsil Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi)” sözləri ilə ikinci abzasdan “həmin təklifləri” sözləri çıxarılmışdır, “Təhsil Nazirliyi” sözləri “Təhsil Nazirliyi (Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi)” sözləri ilə, “Əmlak Məsələləri Dövlət Komitəsinin” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin)” sözləri ilə, “müvafiq qaydada rəsmiləşdirir” sözləri “həmin təhsil müəssisələri barədə müvafiq qərar qəbul edir” sözləri ilə əvəz edilmişdir.

 

[8] 4 iyun 2012-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 623) ilə “Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”na yeni məzmunda 5-1-ci hissə əlavə edilmişdir.

 

[9] 4 iyun 2012-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 623) ilə “Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın 6-cı hissə üzrə birinci abzasda “Dövlət büdcəsindən” sözləri “Büdcədən” sözü ilə, “dövlət büdcəsində” sözləri “büdcədə” sözü ilə ikinci abzasda “dövlət büdcəsi” sözləri “büdcə” sözü ilə əvəz edilmişdir.

 

[10] 4 iyun 2012-ci il tarixli 125 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 05 iyun 2012-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 06, maddə 623) ilə “Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın 7-ci hissədə “Dövlət büdcəsindən” sözləri “Büdcədən” sözü ilə, “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının ərazisində isə orta ixtisas təhsil müəssisələrinə dair Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status