×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
02.05.2007
QEYDİYYAT NÖMRƏSİ
2141
ADI
"Yanardağ " dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2007, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 479)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.05.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında

"Yanardağ " dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Zəngin neft və qaz yataqlarının mövcud olduğu Azərbaycan tarix boyu Odlar yurdu kimi tanınmışdır. Ölkəmizin ərazisində yanan təbii əbədi odlar insanların inanc və etiqadlarına güclü təsir göstərmiş, ədəbiyyat və incəsənət əsərlərində öz bədii təcəssümünü tapmışdır.

Azərbaycanda unikal təbii abidələrdən biri Abşeron rayonunun Məmmədli kəndində yerləşən "Yanardağ"dır. "Yanardağ" abidəsinin qorunması və burada turizmin inkişaf etdirilməsi məqsədilə qərara alıram:

1. Abşeron rayonunun Məmmədli kəndindəki "Yanardağ" təbii abidəsinin ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

2.1. "Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilməsini təmin etsin;

2.2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Abşeron Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində "Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun sərhədlərini müəyyən etsin, yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında sənədlərin hazırlanmasını və torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etsin;

2.3. "Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında əsasnaməni təsdiq etsin.

3. "Yanardağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər 2007-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üçün nəzərdə tutulmuş müvafiq vəsaitlər hesabına həyata keçirilsin.

4. Abşeron Rayon İcra Hakimiyyəti:

 

4.1. iki ay müddətində qoruğu müvafıq bina ilə təmin etsin;

4.2. qoruq ərazisində hər hansı tikinti işlərinin aparılmasına yol verilməməsi üçün təxirəsalınmaz tədbirlər görsün.

5. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

 

İlham ƏLİYEV,

rinin aparılmasına yol verilmə-ar mədəniyyət işçisi" Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Bakı şəhəri, 2 may 2007-ci il

                2141

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status