100.000.000
Azərbaycan Respublikasında istehsal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aksiz dərəcələrinin müəyyən edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublika-sının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasında istehsal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aksiz dərəcəsi həmin vasitələrin mühərrikinin həcminin hər kub santimetrinə görə - 0 manat müəyyən edilsin.
2. Bu qərar 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 29 may 2007-ci il
№ 85