×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
30.12.2007
QEYDİYYAT NÖMRƏSİ
219
ADI
Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2007, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1354)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilmə

Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın təsdiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur). [2]

2. Bu qərar 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri 30 dekabr 2007-ci il

№ 219

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi

 

Q A Y D A L A R I [3]

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli 675 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi və ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə əməliyyatların aparılması, habelə həmin əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülməsi qaydalarını müəyyən edir. [4]

1.2. Əlavə dəyər vergisinin depozit hesabı – ƏDV-nin mədaxili, uçotu, hərəkəti və dövlət büdcəsinə məxarici ilə bağlı əməliyyatlar aparılan vahid xəzinə hesabıdır.

ƏDV-nin depozit hesabı Dövlət Xəzinədarlığı Agentliyində (bundan sonra - DXA ) açılır. DXA ilə bank arasında münasibətlər bank hesab müqaviləsi ilə tənzimlənir. [5]

ƏDV sub-uçot hesabı – ƏDV-nin depozit hesabına mədaxil olmuş ƏDV məbləğlərinin vergi ödəyiciləri üzrə uçotunun aparılması məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyində açılmış uçot vərəqələridir.

Fərdi identifikasiya nömrəsi - Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə barəsində məlumat daxil edilən Azərbaycan Respublikasının vətəndaşına, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə verilən vahid təkrarolunmaz koddur. [6]

1.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmadıqda, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu bəndin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. [7]

1.4. Malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra - alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra - satıcı) bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. [8]

1.5. Mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir. [9]

1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. [10]

1.7. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir. [11]

1.8. Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada ƏDV-nin məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitləri göstərilməlidir. Həmin məhsulların alıcıları elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada göstərilən kənd təsərrüfatı məhsullarının ƏDV-siz dəyərini onları təqdim edən şəxsin bank hesabına, ticarət əlavəsindən hesablanan ƏDV-nin məbləğini isə ƏDV-nin depozit hesabına köçürməlidirlər. [12]

 

2. ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili

 

2.1. ƏDV- nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər:

- ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından;

- digər vergi ödəyicilərinin bank hesablarından;

- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən; [13]

- Azərbaycan Respublikasının ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarəti zamanı alıcıların ödəmələrindən. [14]

2.2. Alınmış mallara (işlərə, xidmətlərə) görə təqdim edilmiş elektron qaimə-fakturaları üzrə ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisi, o cümlədən ƏDV məqsədləri üçün qeydiyyatda olmayan büdcə təşkilatları, dövlət müəssisələri, səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən ƏDV-nin depozit hesabına ödəniş sənədləri əsasında köçürülür.

2.3. Nağdsız ödənişlərin aparılması zamanı tətbiq olunan “A” formatlı ödəniş tapşırığı ƏDV-nin ödənilməsi üçün istifadə edildikdə, “B1. Benefisiar (alan) bank” bölməsində DXA-nın bank rekvizitləri əks etdirilməlidir. Həmin ödəniş tapşırığının “B2.Vəsaiti alan” bölməsinin “Adı” sətirində satıcının adı, “Hesab №-si” sətirində ƏDV-nin depozit hesabının nömrəsi, “VÖEN” sətirində isə satıcının VÖEN-i dəqiq qeyd olunmalıdır.

Satıcı alıcıdan ƏDV-nin depozit hesabına ƏDV məbləğinin köçürülməsini təsdiq edən ödəniş sənədini tələb edə bilər.

2.4. ƏDV-nin ödənilməsi üçün təqdim edilmiş ödəniş tapşırığının bank tərəfindən bu Qaydalara və qüvvədə olan digər normativ hüquqi aktların tələblərinə uyğunluğu yoxlanılır.

2.5. Ödəniş tapşırığının “B2.Vəsaiti alan” bölməsində satıcının VÖEN-i düzgün qeyd olunmadıqda, daxil olmuş vəsait onu ödəyən alıcının VÖEN-inə uyğun olaraq, açılmış ƏDV-nin “naməlum sub-uçot hesabı”na mədaxil edilir.

2.6. Milli Bankın ödəniş sistemləri vasitəsi ilə alınmış məlumatlar DXA tərəfindən Bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun formada, elektron formatda Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə ötürülür.

İş gününün sonunda isə DXA tərəfindən hesabdan çıxarış bank sənədləri ilə birlikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edilir.

 

3. ƏDV-nin depozit hesabından vəsaitlərin məxarici

 

3.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanmış ödəniş tapşırığına əsasən ƏDV-nin depozit hesabından pul vəsaitləri aşağıdakı hallarda dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına köçürülür: [15]

- əlavə dəyər vergisi üzrə vergi öhdəliyinin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsi üçün;

- vergi ödəyicisinin rəsmi müraciətinə əsasən.

3.2. Vergi ödəyicilərinin ƏDV üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəalarına əsasən ƏDV-nin depozit hesabından vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün vergi öhdəliklərinin yaranması ardıcıllığına uyğun olaraq təsdiq edilmiş kassa xərclərinin sifarişi (2 nömrəli əlavə) iki nüsxədə, ödəniş tapşırığı elektron imzalarla təsdiq edilmiş elektron formatda və ya kağız daşıyıcılarında 4 nüsxədə “ƏDV-nin depozit hesabı üzrə məxaric vəsaitləri haqqında” Reyestr (3 nömrəli əlavə) kağız formatda saat 13:00-dək DXA-ya təqdim edilir.

Kassa xərclərinin sifarişinin bir nüsxəsi DXA tərəfindən təsdiq edilərək növbəti iş günündə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə qaytarılır. DXA tərəfindən ödəniş tapşırığı üzrə vəsaitlərin aidiyyəti yerli xəzinədarlıq orqanlarına köçürülməsi məqsədi ilə elektron formatda ödəniş tapşırıqlarının təsdiq edilməsi təmin olunur və bank hesab müqaviləsində nəzərdə tutulmuş reqlamentə uyğun olaraq xidmət olunduğu banka göndərilir.

ƏDV-nin depozit hesabı üzrə bank əməliyyatları Milli Bankın ödəniş sistemləri vasitəsi ilə aparılır.

Bank DXA tərəfindən təqdim olunmuş ödəniş tapşırığı üzrə vəsaitlərin gün ərzində aidiyyəti yerli xəzinədarlıq orqanlarına köçürülməsini təmin edir.

Azərbaycan Respublikasının Vergilər Nazirliyi təqdim edilmiş ödəniş tapşırığında qeyd olunan ödəmə məbləğlərinin həmin vəsaitlərin dövlət büdcəsinə mədaxil edilmə tarixlərinə müvafiq olaraq vergi ödəyicilərinin vergi orqanında aparılan şəxsi hesab vərəqələrinə daxil edilməsini təmin edir.

 

4. ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin ƏDV sub-uçot hesabları üzrə vəsaitlərin hərəkəti

 

4.1. Vergi ödəyicisinin ƏDV sub-uçot hesabına vəsaitlər bu Qaydaların 2.1-ci bəndində göstərilən mənbələrdən və digər ƏDV sub-uçot hesablarından mədaxil edilə bilər.

4.2. ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin köçürülməsi aşağıdakı ardıcıllıqla aparılır:

- dövlət büdcəsinə;

– dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına; [16]

- ƏDV sub-uçot hesablarına.

4.3. Alınmış elektron qaimə-fakturaya əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişin aparılması üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları”na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarına uyğun olaraq əldə edilmiş gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsi olan İnternet Vergi İdarəsinə (www.e-taxes.gov.az) daxil olur və ödənişi gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsində yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə həyata keçirir. ƏDV-nin depozit hesabı vasitəsilə ƏDV üzrə ödənişlərin və əvəzləşmələrin elektron formada aparılması qaydaları Azərbaycan Respublikası Vergilər Nazirliyinin kollegiyası tərəfindən təsdiq edilmiş inzibati reqlamentlə müəyyən edilir. [17]

4.3-1. Bu Qaydaların 4.3-cü bəndində qeyd edilmiş ödənişi alıcı qismində aşağıdakı şəxslər gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirə bilərlər:

4.3-1.1. vergi ödəyicisi olan fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri;

4.3-1.2. bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxsin özü və ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər).

4.3-2. Ödənişin bu Qaydaların 4.3-1.2-ci yarımbəndinə uyğun ödənişi etməyə səlahiyyəti olan digər şəxs (şəxslər) tərəfindən həyata keçirilməsinə icazənin verilməsi bu Qaydaların 4.3-1.1-ci yarımbəndində qeyd edilmiş şəxslər tərəfindən İnternet Vergi İdarəsində yaradılmış “Səlahiyyətlərin idarə edilməsi” menyusundan istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilir. [18]

4.4. Vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitəsilə öz ƏDV sub-uçot hesabı üzrə real vaxt rejimində əməliyyatların aparılması ilə yanaşı, bu sub-uçot hesabı üzrə aparılmış əməliyyatlar və saldo barədə məlumatlar əldə edə bilərlər. [19]

4.5. Ödəniş tapşırığında satıcının VÖEN-i düzgün göstərilmədiyi halda alıcı İnternet vergi idarəsinə daxil olaraq, ƏDV-nin “naməlum sub-uçot hesabı” ndan satıcıya ünvanlanan vəsaitləri onun VÖEN-i göstərməklə köçürmə əməliyyatları aparmalıdır.

Ödəniş tapşırığının “B2. Vəsaiti alan” bölməsində satıcının VÖEN-i düzgün qeyd olunmadıqda və vəsaiti ödəyən ƏDV qeydiyyatında olmadıqda, həmin vəsait ƏDV-nin “naməlum sub-uçot hesabı”na mədaxil edilməklə dövlət büdcəsinə köçürülür və həmin məbləğ vəsaiti ödəyən vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir.

4.6. Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından , naməlum sub-uçot hesabından dövlət büdcəsinə və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına vergilər üzrə ödəniş həyata keçirilə bilər. Bu halda Azərbaycan Respublikasının Vergilər Nazirliyi həmin vəsaitlərin bu Qaydalara uyğun ödəniş tapşırığında əks etdirilməsini təmin etməlidir.

Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş iş günü saat 11:30-dək proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər həmin gün bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur.

Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş iş günü saat 11:30-dan sonra və ya qeyri-iş günündə proqram təminatında təsdiq edildikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müvafiq sənədlər də növbəti iş günündə bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur.

Vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına yük gömrük bəyannamələrinə uyğun olaraq idxal olunan mallara görə ƏDV ödənişi həyata keçirildiyi halda, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən elektron formatlı ödəniş tapşırığında ödənişi aparan vergi ödəyicilərinin adı, VÖEN-i, dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabının nömrəsi və ödəniş məbləği əks etdirilməklə, bu Qaydaların 3.2-ci bəndində müəyyən edilmiş qaydada təqdim olunur. [20]

4.7. Vergi ödəyicisi ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin qaytarılması üçün həmin vəsaiti dövlət büdcəsinə köçürməlidir və bu vəsaitlərin qaytarılması vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

4.8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və DXA arasında ƏDV-nin depozit hesabına mədaxil və məxaric olunmuş vəsaitlər barədə aylıq üzləşmə aktı tərtib edilir.

4.9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsi ilə bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun formada istənilən iki tarix aralığında ƏDV sub-uçot hesabının hərəkəti barədə məlumata DXA-ya elektron formatda baxış və həmin məlumatın çapı üçün imkan yaradılır. Bu zaman iki tarix aralığı dedikdə, birinci tarixin əvvəli saat 00:00-dan - ikinci tarixin əvvəli saat 00:00-dək olan müddətlər nəzərdə tutulur.

4.10. ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyat tam və ya qismən ləğv edildikdə (mal tam və qismən geri qaytarıldıqda), əməliyyatın xarakteri dəyişdikdə, əməliyyat baş tutmadıqda, qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda, ƏDV-rıin geri qaytarılması tələb olunarsa, bu halda ƏDV ödəyicisi malların (işlərin, xidmətlərin) dəyərini öz bank hesabından digər ƏDV ödəyicisinin bank hesabına, depozit hesabına daxil olmuş ƏDV məbləğini isə vəsaiti köçürən ƏDV ödəyicisinin ƏDV depozit hesabına qaytarmalıdır. [21]

Bu məlumatların itirilməsi və yaxud acıqlanması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

5. ƏDV qeydiyyatının ləğvi, vergi ödəyicisinin ləğvi və yenidən təşkili ilə bağlı ƏDV sub-uçot hesabları üzrə əməliyyatların aparılması

5.1. Vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğvi onun ƏDV sub-uçot hesabından istifadəsinin məhdudlaşdırılması üçün əsasdır. Vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edilərkən onun ƏDV sub-uçot hesabında olan və sonradan bu sub-uçot hesabına daxil olan pul vəsaitləri dövlət büdcəsinə köçürülür və həmin vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir.

5.2. Vergi ödəyicisi ləğv edilərkən onun ƏDV sub-uçot hesabında olan pul vəsaitləri bu Qaydalara uyğun olaraq, dövlət büdcəsinə köçürülür və həmin vergi ödəyicisinin vergi orqanında olan şəxsi hesab vərəqəsinə daxil edilir.

5.3. Hüquqi şəxs birləşmə, qoşulma və bölünmə nəticəsində ləğv edilərkən onun ƏDV sub-uçot hesabında olan pul vəsaitləri yeni təşkil edilmiş ƏDV qeydiyyatında olan hüquqi şəxslərin ƏDV sub-uçot hesablarına və ya dövlət büdcəsinə köçürülür.

5.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda, onun ƏDV sub-uçot hesabında olan pul vəsaitləri bölünmə balansına uyğun olaraq, yeni təşkil edilmiş ƏDV qeydiyyatında olan hüquqi şəxslərin ƏDV sub-uçot hesablarına köçürülə bilər.

 


 

“Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə

alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən

ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında

uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə

aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və

dövlət büdcəsinə köçürülməsi Qaydaları”na

1 nömrəli əlavə

 

ƏDV-nin depozit hesabına daxil olmuş pul vəsaitləri haqqında Reyestr

 

___  ___________ 200    il

 

Sıra №-si

Bank əməliyyatının  nömrəsi

Ödəyən tərəfin

Alan tərəfin

Ödəniş məbləği

(manatla)

adı

VÖEN/FİN-i [22]

adı

VÖEN-i

1

2

3

4

5

6

7

1

 

 

 

 

 

 

2

 

 

 

 

 

 

3

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

CƏMİ

 

 

 

 

 

Məbləğ:_______________________________________________________________________manat.

(sözlə)

                                                       (vəzifə)                                         (adı, soyadı, atasının adı)              M.Y.                            

 

 

 


 

“Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə

alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən

ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında

uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə

aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və

dövlət büdcəsinə köçürülməsi Qaydaları”na

2 nömrəli əlavə

 

Kassa xərclərinin  SİFARİŞİ №

 

 

Xəzinədarlıq                                     Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

 

Büdcə təşkilatı                                 Azərbaycan Respublikasının Vergilər Nazirliyi

                                                                                     (adı, XHK №-si)

 

 

Tarìx:           "      "  "                      "  200       ìl

       Vergilər Nazirliyi tərəfindən doldurulur

Xəzinədarlıq tərəfindən doldurulur

iqtisadi təsnifat

ödəniş sənədinin

günün əvvəlinə vəsait qalığının məbləği

ödəniş sənədi haqqında məlumat

qeyd

ödəniş sənədinin

№ - si

tarixi

məbləği (manatla)

adı

№ - si

tarixi

məbləği (manatla)

1

2

3

4

5

6

7

8

9

10

 

 

 

 

 

X

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

CƏMİ

 

 

 

 

 

 

 

 

 

Məbləğ___________________________________________________________________________manat.

(sözlə)

 

Vergi orqanının vəzifəli şəxsi  1. ________       Xəzinədarlıq orqanının vəzifəli şəxsi  1. __________

                                                              imza                                                                                     imza

                                                

                                                      2. ________                                                                          2. _________

                                                             imza                                                                                        imza

 

 

                        M.Y.                                                                 M.Y.

 

 

 


 

“Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə

alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən

ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında

uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə

aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və

dövlət büdcəsinə köçürülməsi Qaydaları”na

3 nömrəli əlavə

 

  ___  ___________ 200   il          

 

ƏDV-nin depozit hesabı üzrə məxaric vəsaitləri haqqında

 

(manatla)

Sıra №-si

Vergi ödəyicisinin adı

VÖEN

Ödəniş məbləği

Ödəniş tapşırığının nömrəsi

1.

 

 

 

 

2.

 

 

 

 

3.

 

 

 

 

Cəmi ___________YXO üzrə

 

X

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

YEKUN

 

X

 

Yekun məbləği :______________________­__________________________________________________manat.

(sözlə)

 

 

Vergi orqanının vəzifəli şəxsi:

 

 __________________________           __________________________               ____________________________

                       (imza)                                                  (vəzifə)                                             (adı, soyadı, atasının adı)            

 

  M.Y.

  ________________                                                                                  

          (tarix)

 

 

 

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 16 fevral tarixli 47 nömrəli qərarına

Əlavə № 4

 

«Vergi ödəyicisinə verilmiş vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV- nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları»na [23]

 

 

Birinci tarix:_____________ ikinci tarix:__________

 

                                                                                                                                                  (manatla)

 

Vergi ödəyicisinin adı

 

VÖEN

 

Birinci tarixin əvvəlinə qalıq

Mədaxil

Məxaric

İkinci tarixin əvvəlinə qalıq

 

vergi ödəyicilərinin bank hesablarından

vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarından

vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarından

dövlət büdcəsinə

dövlət gömrük orqanlarının depozit hesabına

 

CƏMİ    

 

 

 

 

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 127)

2.       16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)

3.       16 iyun 2009-cu il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 494)

4.       5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 853)

5.       19 mart 2014-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 mart 2014-cü il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 03, maddə 314)

6.       3 may 2016-cı il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 may 2016-cı il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 942)

7.       12 sentyabr 2017-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1724)

8.       12 aprel 2019-cu il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 763)

9.       1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə adında və birinci hissəsində “elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilmişdir.

 

[2] 5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 853) ilə adında və 1-ci bəndində "vergi hesab-fakturası" sözlərindən əvvəl "elektron" sözü əlavə edilmişdir.

 

[3] 5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 853) ilə "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"nın adında və mətnində ismin müvafiq hallarında "vergi hesab-fakturası" sözlərindən əvvəl "elektron" sözü əlavə edilmişdir.

 

1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın adında, 1.1-ci bəndində və Qaydalara 1, 2, 3 nömrəli əlavələrin yuxarı sağ küncündə “elektron vergi hesab-fakturası” sözləri “elektron qaimə-faktura” sözləri ilə əvəz edilmişdir.

 

[4] 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 127) ilə 1.1-ci bənddə «dövlət büdcəsinə» sözlərindən sonra «və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına» sözləri əlavə edilmişdir.

 

[5] 16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282) ilə 1.2-ci bəndin ikinci abzasının birinci cümləsində «Baş Dövlət Xəzinədarlığında (bundan sonra - BDX)» sözləri «Dövlət Xəzinədarlığı Agentliyində (bundan sonra - DXA )» sözləri ilə əvəz edilmişdir və 1.2-ci bəndin ikinci abzasının ikinci cümləsində, 2.6-cı bəndin birinci və ikinci abzaslarında, 3.2-ci bəndin ikinci abzasının birinci və ikinci cümlələrində, dördüncü abzasında və 4.8-ci bənddə «BDX» akronimi «DXA» akronimi ilə, 2.3-cü bəndin birinci abzasında «BDX-nin» akronimi «DXA-nın» akronimi ilə, 3.2-ci bəndin  birinci abzasında və 4.9-cu bəndin birinci abzasında «BDX-yə» akronimi «DXA-ya» akronimi ilə əvəz edilmişdir.

 

[6] 3 may 2016-cı il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 may 2016-cı il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 942) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.2-ci bəndə yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.

12 aprel 2019-cu il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 763) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.2-ci bəndinin dördüncü abzasına “daimi yaşayan” sözlərindən sonra “və ya qaçqın statusu almış” sözləri əlavə edilmişdir.

 

[7] 1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.3-cü bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş vergi hesab-fakturalarında nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

 

[8] 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 127) ilə 1.4-cü bənddə «şəxsin (bundan sonra satıcı)» sözlərindən sonra «bank» sözü çıxarılmışdır.

 

1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.4-cü bəndində “vergi hesab fakturalarında” sözləri “elektron qaimə-fakturalarda” sözləri ilə əvəz edilmişdir və həmin bəndə “(bundan sonra – satıcı)” sözlərindən sonra “bank” sözü əlavə edilmişdir.

 

[9] 1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.5-ci bəndində “vergi hesab-fakturalarında” sözləri “elektron qaimə-fakturalarda” sözləri ilə və 2.2-ci bəndində “vergi hesab-fakturaları” sözləri “elektron qaimə-fakturaları” sözləri ilə əvəz edilmişdir.

 

[10] 1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.6-cı bəndində “vergi hesab-fakturasında” sözləri “elektron qaimə-fakturada, müqavilədə” sözləri ilə əvəz edilmişdir və həmin bəndə “şəxsin” sözündən sonra “bank” sözü əlavə edilmişdir.

 

[11] 3 may 2016-cı il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 may 2016-cı il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 942) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na yeni məzmunda 1.6-cı və 1.7-ci bəndlər əlavə edilmişdir.

 

1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.7-ci bəndində “Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina tikintisi” sözləri “Bina tikintisi” sözləri ilə və “vergi hesab-fakturasında” sözləri “elektron qaimə-fakturada, müqavilədə” sözləri ilə əvəz edilmişdir.

 

[12] 12 sentyabr 2017-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1724) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na yeni məzmunda 1.8-ci bənd əlavə edilmişdir.

 

1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1.8-ci bəndində birinci və ikinci cümlələrindən “elektron vergi hesab-fakturasında,” sözləri çıxarılmışdır və həmin cümlələrdə “qaimə-fakturada (elektron qaimə-fakturada)” sözləri “elektron qaimə-fakturada” sözləri ilə əvəz edilmişdir və ikinci cümləyə “şəxsin” sözündən sonra “bank” sözü əlavə  edilmişdir.

 

[13] 3 may 2016-cı il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 may 2016-cı il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 942) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 2.1-ci bəndin üçüncü abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.

 

[14] 12 sentyabr 2017-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 sentyabr 2017-ci il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №9 , maddə 1724) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 2.1-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda beşinci abzas əlavə edilmişdir.

 

[15] 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 127) ilə 3.1-ci bənddə «dövlət büdcəsinə» sözlərindən sonra «və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına» sözləri əlavə edilmişdir.

 

[16] 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 127)  ilə 4.2-ci bəndə yeni məzmunda üçüncü abzas əlavə edilmiş və həmin bəndin üçüncü abzası dördüncü abzas hesab edilmişdir.

 

[17] 19 mart 2014-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 mart 2014-cü il, № 62) ilə 4.3-cü bənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

4.3. Alınmış elektron vergi hesab-fakturasına əsasən alıcı öz ƏDV sub-uçot hesabından ƏDV məbləğini satıcının ƏDV sub-uçot hesabına köçürə bilər. Bu ödənişi aparmaq üçün alıcı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli 120 nömrəli qərarına uyğun olaraq, vergi orqanından aldığı xüsusi parol-şifrə vasitəsilə İnternet vergi idarəsinə (www.e-taxes.gov.az) daxil olur və yaradılmış “Köçürmə əməliyyatlarının aparılması” menyusundan istifadə etməklə ödənişi həyata keçirir. Əməliyyat başa çatdıqdan sonra proqram təminatı vasitəsilə alıcı köçürmənin aparılması haqqında bildiriş çap edə bilər. Satıcı alıcıdan ƏDV sub-uçot hesabından köçürmənin aparılmasını təsdiq edən bildirişi tələb edə bilər.

 

1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 4.3-cü bəndin birinci cümləsində “elektron vergi hesab fakturasına” sözləri “elektron qaimə-fakturaya” sözləri ilə əvəz edilmişdir və ikinci cümləsindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydaları”na əsasən vergi orqanından alınmış istifadəçi kodu, parol və şifrə, yaxud” sözləri çıxarılmışdır.

 

[18] 19 mart 2014-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 mart 2014-cü il, № 62) ilə 4.3-1-ci və 4.3-2-ci bəndlər əlavə edilmişdir.

 

[19] 19 mart 2014-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 mart 2014-cü il, № 62) ilə 4.4-cü bənddə “vergi orqanlarından alınmış xüsusi parol-şifrədən istifadə etməklə,” sözləri “gücləndirilmiş elektron imza vasitəsilə” sözləri ilə əvəz edilmişdir.

 

[20] 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 127)  ilə 4.6-cı bəndin 1-ci cümləsində «sub-uçot hesabından» sözlərindən sonra « , naməlum sub-uçot hesabından» sözləri, «dövlət büdcəsinə» sözlərindən sonra «və dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına» sözləri əlavə edilmiş və həmin bəndə yeni məzmunda dördüncü abzas əlavə edilmişdir.

 

[21] 16 iyun 2009-cu il tarixli 93 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 494) ilə "Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin  əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları"na 4.10-cu bənd əlavə edilmişdir.

[22] 3 may 2016-cı il tarixli 182 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 7 may 2016-cı il, № 98, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 942) ilə “Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nın 1 nömrəli əlavə - “ƏDV-nin depozit hesabına daxil olmuş pul vəsaitləri haqqında Reyestr”in 4-cü sütununda “VÖEN-i” sözü “VÖEN/FİN-i” sözləri ilə əvəz edilmişdir.

 

[23] 16 fevral 2008-ci il tarixli 47 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 127)  ilə 4 nömrəli əlavə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi.

  “Vergi ödəyicisinə verilmiş vergi hesab-fakturası üzrə

alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən    

ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında

uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə

aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və

dövlət büdcəsinə köçürülməsi Qaydaları”na

 

4 nömrəli əlavə

ƏDV sub-uçot hesabının hərəkəti

 

Birinci tarix:___________ ikinci tarix:_______

                                            (manatla)

Vergi ödəyicis-inin adı

VÖEN

Birinci tarixin əvvəlinə qalıq

Mədaxil

Məxaric

İkinci tarixin əvvəlinə qalıq

 

vergi ödəyicilərinin bank hesablarından

vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarından

vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarına

dövlət büdcəsinə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

CƏMİ

 

 

 

 

 

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status