×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
21.06.2007
QEYDİYYAT NÖMRƏSİ
590
ADI
Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2007, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 603)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.06.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

1. “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli, 692 nömrəli Sərəncamının 1-ci bəndində göstərilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın aşağıdakı tərkibi müəyyən edilsin:

 

Komissiyanın sədri

 

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

 

Komissiyanın üzvləri:

 

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri [1]

Azərbaycan Respublikasının müdafiə naziri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri [2]

Azərbaycan Respublikasının sənaye və energetika naziri

Azərbaycan Respublikasının nəqliyyat naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının elm və təhsil naziri [3]

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri [4]

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi [5]

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru [6]

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

“Azərbaycan Hava Yolları” Dövlət Konserninin Baş direktoru

Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin direktoru

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

 

2. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi haqqında” 2006-cı il 3 iyul tarixli, 424 nömrəli Fərmanının 1.4-cü bəndi, “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibində dəyişikliklər edilməsi barədə” 2004-cü il 28 iyul tarixli, 327 nömrəli və “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dəyişiklik və əlavə edilməsi barədə” 2006-cı il 13 iyun tarixli, 1505 nömrəli sərəncamları, “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 noyabr tarixli, 692 nömrəli Sərəncamına dəyişikliklər edilməsi barədə” 2003-cü il 5 sentyabr tarixli, 1312 nömrəli Sərəncamının 1-ci bəndi və “Azərbaycan Respublikası Prezidentinin bəzi sərəncamlarında dəyişikliklər edilməsi haqqında” 2005-ci il 31 oktyabr tarixli, 1080 nömrəli Sərəncamının 1.8-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 iyun 2007-ci il

    № 590

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.                25 fevral 2010-cu il tarixli  227 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 fevral 2010-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №2, maddə 91)

2.                14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101)

3.                2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

4.                16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

5.                21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51)

6.                7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

7.                19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840)

8.                31 may 2022-ci il tarixli 1701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 469)

9.                03 mart 2023-cü il tarixli 2047 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51) ilə 1-ci hissəsindən “Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri” sözləri çıxarılmışdır.

 

[2] 25 fevral 2010-cu il tarixli 227 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 fevral 2010-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №2, maddə 91) ilə 1-ci bəndinə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi” sözlərindən sonra yeni  məzmunda abzaslar əlavə edilmişdir.

14 may 2014-cü il tarixli 164 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 16 may 2014-cü il, № 101) ilə 1-ci hissəsində “iqtisadi inkişaf” sözləri “iqtisadiyyat və sənaye” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır.

 

[3] 03 mart 2023-cü il tarixli 2047 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 03 mart 2023-cü il, “Xalq” qəzeti, 04 mart 2023-cü il, № 49) ilə 1-ci hissəsində “təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilmişdir.

[4] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları naziri” sözləri “rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 1-ci hissədən “Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri çıxarılmışdır və həmin hissəyə “rabitə” sözündən əvvəl “nəqliyyat,” sözü əlavə edilmişdir.

 

31 may 2022-ci il tarixli 1701 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 469) ilə 1-ci hissədə nəqliyyat, rabitə və yüksək texnologiyalar sözləri rəqəmsal inkişaf və nəqliyyat sözləri ilə əvəz edilmişdir.

 

[5] 21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51) ilə 1-ci hissəyə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri” sözlərindən sonra yeni məzmunda yeni abzaslar əlavə edilmişdir.

 

[6] 25 fevral 2010-cu il tarixli 227 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 26 fevral 2010-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, №2, maddə 91) ilə 1-ci bəndinə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi” sözlərindən sonra yeni  məzmunda abzaslar əlavə edilmişdir.

 

19 sentyabr 2018-ci il tarixli 277 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9 , maddə 1840) ilə 1-ci hissəsindən “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” və “Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status