200.000.000
Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası, ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması zərurəti və müasir elmi texnologiyaların mənimsənilməsi ilə bağlı məsələlər təhsil sisteminin keyfiyyətcə yaxşılaşdırılmasını, məzmunca müasirləşdirilməsini tələb edir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında ümumi təhsil müəssisələri nin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" 2004-cü il 21 avqust tarixli Sərəncamının icrası ilə bağlı araşdırmalar, ümumi təhsil müəssisələri şagirdlərinin müxtəlif beynəlxalq fənn olimpiadalarında və ali təhsil müəssisələrinə qəbul imtahanları zamanı nümayiş etdirdikləri bilik səviyyəsi göstərir ki, ölkənin bir sıra ümumtəhsil məktəblərində günün tələblərinə cavab verən innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün kifayət qədər müasir təhsil mühiti formalaşmışdır.
[2]
Gənc nəslə fundamental biliklərin əsaslarını yeni üsullarla aşılayan, Azərbaycan dili, ədəbiyyatı və tarixinin, xarici dillərin tədrisində nailiyyətlər qazanan, informasiya texnologiyalarının mənimsədilməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yüksək nəticələr əldə edən ümumi təhsil müəssisələrinin və müəllimlərin fəaliyyətini qiymətləndirmək məqsədilə qərara alıram:
1. Müasir təlim texnologiyaları və üsulları üzrə kompleks tədbirləri (innovativ təhsil proqramlarım) həyata keçirən, keyfiyyət göstəriciləri ilə fərqlənən ümumi təhsil müəssisəsi üçün 2007-2008-ci tədris ilindən başlayaraq hər tədris ilində bir dəfə olmaqla, müsabiqə əsasında 50 (əlli) ən yaxşı ümumi təhsil müəssisənin hər birinə innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün 10000 (on min) manat və 100 (yüz) ən yaxşı müəllimin hər birinə 5000 (beş min) manat məbləğində birdəfəlik mükafat təsis edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. bir ay müddətində "ən yaxşı ümumi təhsil müəssisəsi " və "ən yaxşı müəllim" innovativ təhsil proqramları üzrə müsabiqələrin keçirilməsi və ümumi təhsil müəssisələrinə ayrılmış vəsaitlərin istifadə edilməsi istiqamətləri barədə qaydaların layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
[3]
2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 sentyabr 2007-ci il
№ 2373
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 2, maddə 85)
2.
3 avqust 2016-cı il tarixli 2255 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 4 avqust 2016-cı il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1390)
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
3 avqust 2016-cı il tarixli 2255 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 4 avqust 2016-cı il, № 167, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 7, maddə 1390) ilə ləğv edilmişdir.
[2]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 2, maddə 85) ilə preambulanın birinci abzasının ikinci cümləsində “orta məktəb” sözləri “ümumi təhsil müəssisələri” sözləri ilə, “ali məktəblərə” sözləri “ali təhsil müəssisələrinə” sözləri ilə əvəz edilmişdir.
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 2, maddə 85) ilə preambulanın birinci abzasının ikinci cümləsində və ikinci abzasında, 1-ci və 2.1-ci bəndlərdə ismin müvafiq hallarında “ümumtəhsil məktəbləri” sözləri ismin müvafiq hallarında “ümumi təhsil müəssisələri” sözləri ilə əvəz edilmişdir.
[3]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 2, maddə 85) ilə adında və 2.1-ci bənddə “ümumtəhsil məktəbi” sözləri “ümumi təhsil müəssisəsi” sözləri ilə, 1-ci bənddə “ümumtəhsil məktəbinin” sözləri “ümumi təhsil müəssisəsinin” sözləri ilə əvəz edilmişdir.