×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
28.09.2007
QEYDİYYAT NÖMRƏSİ
2413
ADI
Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2007, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 914)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
28.09.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında

Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli 2272 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2007-ci il mayın 3-də Rabat şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın təsis edilməsi haqqında Anlaşma Memorandumu"nun icrasını və iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasın ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi aşağıdakı heyətdə təsdiq edilsin: [1]

 

Komissiyanın həmsədri [2]

 

Azərbaycan Respublikasının xarici işlər naziri

 

Komissiyanın üzvləri

 

Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası energetika nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini [3]

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini [4]

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri.

 

2. Bu Sərəncamın 1-ci bəndində göstərilən Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə tapşırılsın ki, Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin tənzimlənməsi və daha da genişləndirilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 sentyabr 2007-ci il

     2413

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 iyul 2009-cu il tarixli 412 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti  29 iyul 2009-cu il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 589)

2.       7 iyun 2011-ci il tarixli 1544 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti 9 iyun 2011-ci il, № 117, “Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 520)

3.       8 fevral 2012-ci il tarixli 1996 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti 10 fevral 2012-ci il, № 032, “Azərbaycan” qəzeti, 12 fevral 2012-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 104)

4.       10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)

5.       27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644)

6.       21 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1414)

7.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384)

8.       07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518)

9.       1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677)

10.    23 iyul 2021-ci il tarixli 2804 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 817)

11.    31 may 2022-ci il tarixli 3299 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 540)

12.    3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 iyul 2009-cu il tarixli 412 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti  29 iyul 2009-cu il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 589) ilə 1-ci bəndində “Mikayıl Cabbarov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri “Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri ilə, “Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri “Nigar Əliyeva - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini” sözləri ilə, “Vadim Xubanov - Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti sədrinin müavini” sözləri “Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini” sözləri ilə əvəz edilmişdir.

7 iyun 2011-ci il tarixli 1544 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti 9 iyun 2011-ci il, № 117, “Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 520) ilə 1-ci hissəsində “Natiq Qasımov – Azərbaycan Respublikası vergilər nazirinin müavini” sözləri “Sahib Ələkbərov – Azərbaycan Respublikası vergilər nazirinin müavini” sözləri ilə, “Teymur Mehdiyev – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözləri “Ədalət Vəliyev – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

8 fevral 2012-ci il tarixli 1996 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti 10 fevral 2012-ci il, № 032, “Azərbaycan” qəzeti, 12 fevral 2012-ci il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 104) ilə 1-ci hissəsində “Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri “Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 1-ci hissəsində “sənaye və energetika nazirinin müavini” sözləri “energetika nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №6, maddə 644) ilə 1-ci hissəsində “Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini” sözləri “Sahil Babayev - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

21 noyabr 2014-cü il tarixli 374 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1414) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları nazirinin müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri ilə əvəz edilmişdir.

16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 avqust 2016-cı il, № 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 8, maddə 1384) ilə 1-ci hissədən “və sənaye” sözləri çıxarılmışdır.

07 sentyabr 2016-cı il tarixli 2321 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 09 sentyabr 2016-cı il, № 198, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1518) ilə 1-ci hissəsində “Bəhram Əliyev” sözləri “Seyfəddin Talıbov” sözləri ilə, “Qulu Novruzov” sözləri “Firudin Qurbanov” sözləri ilə, “rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini” sözləri “rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə və “Sabir Ağabəyov” sözləri “Tarik Əliyev” sözləri ilə əvəz edilmişdir.

1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə 1-ci hissəsində “Musa Pənahov - Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini” sözləri çıxarılmışdır.

1 avqust 2018-ci il tarixli 227 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 8, maddə 1677) ilə 1-ci hissəsində “İltimas Məmmədov - Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri “Elmir Vəlizadə - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini” sözləri ilə əvəz edilmişdir.

 

[2] 23 iyul 2021-ci il tarixli 2804 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 25 iyul 2021-ci il, № 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №7, maddə 817) ilə 1-ci hissə ilə təsdiq edilmiş Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Komissiyanın həmsədri

Elmar Məmmədyarov

- Azərbaycan Respublikasının xarici işlər naziri

Komissiyanın üzvləri:

İlqar Fətizadə

- Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Toğrul Musayev

- Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Sahib Ələkbərov

– Azərbaycan Respublikası vergilər nazirinin müavini

Sahil Babayev

- Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini

Gülməmməd Cavadov

- Azərbaycan Respublikası energetika nazirinin müavini

Seyfəddin Talıbov

- Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Ədalət Vəliyev

- Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Firudin Qurbanov

- Azərbaycan Respublikası təhsil nazirinin müavini

Nigar Əliyeva

- Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Elmir Vəlizadə

- Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Səfər Mehdiyev

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Vadim Xubanov

- Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Tarik Əliyev

- Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri

 

[3] 3 mart 2023-cü il tarixli 3782 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 3 mart 2023-cü il, “Xalq” qəzeti, 4 mart 2023-cü il, № 49) ilə 1-ci hissədə “təhsil” sözü “elm və təhsil” sözləri ilə əvəz edilmişdir.

 

[4] 31 may 2022-ci il tarixli 3299 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 5, maddə 540) ilə 1-ci hissədə “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status