120.000.000
Yeyinti məhsullarına verilən uyğunluq sertifkatının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq sertifkatının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Uyğunluq sertifikatının forması” və “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
[2]
2. Yeyinti məhsullarına verilən fitosanitar sertifikatının forması və verilməsi qaydası "Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli qərarına uyğun müəyyən edilir.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ
Bakı şəhəri, 25 sentyabr 2007-ci il
№ 142
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Milli uyğunluq nişanının təsviri
|
UYĞUNLUQ SERTİFİKATININ FORMASI
AZS MİLLİ SERTİFİKATLAŞDIRMA SİSTEMİ
|
|
[4]
Uyğunluğu qiymətləndirən qurumun adı və ünvanı:______________________________________
___________________________________________________________________________________
|
||
UYĞUNLUQ
SERTİFİKATI
|
B№_____________________________________________________________
blankın nömrəsi
Sertifikat № AZ031 ______________________________________________
Verilmə tarixi____________________________________________________
Qüvvədə olma müddəti___________________________________________
|
|
Bu sertifikatla təsdiq edilir ki,________________________________________________________
|
||
məhsulun istehsal olunduğu ölkənin və istehsalçı müəssisənin adı
|
||
__________________________________________________________________________istehsal edilmiş
|
||
Müvafiq qaydada identifikasiya olunmuş______________________________________________
|
||
məhsulun adı, tipi, markası və s.
|
||
___________________________________________________________________________________________
___________________________________________________________________________________________
normativ sənədin adı və nömrəsi
|
||
tələblərinə uyğundur. Məhsulun kodu:
|
||
Sertifikat verilib____________________________________________________________________ sifarişçinin adı
|
||
Ünvan_____________________________________________________________________________ sifarişçinin ünvanı
|
||
Sertifikatın verilməsi üçün əsas:______________________________________________________ təqdim olunmuş sənədlər toplusu
|
||
___________________________________________________________________________________________
|
||
___________________________________________________________________________________________
|
||
___________________________________________________________________________________________
|
||
|
||
Bu sertifikatın sahibi sertifikatda göstərilən məhsulları AZS Milli Uyğunluq nişanı ilə nişanlamaq hüququna_________________________________________
|
||
malikdir/malik deyildir
|
||
Uyğunluğu qiymətləndirən qurumun rəhbəri
|
||
M.Y.
__________________________________
imza
|
||
|
||
|
||
|
||
ərazisində qüvvədədir.
|
||
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
GİGİYENİK SERTİFİKATIN FORMASI
AZƏRBAYCAN RESPUBLİKASININ
SƏHİYYƏ NAZİRLİYİ
Ünvan _____________________________________________________________________________
Sertifikat № AZ 031_________________________________________________________________
Verilmə tarixi______________________________________________________ il_______
Məhsulun tam adı___________________________________________________________________
Məhsulların normativ sənədləri_______________________________________________________
Xarici məhsulların rekvizitləri_________________________________________________________
İstehsalçı müəssisənin adı_____________________________________________________________
Gigiyenik sertifikatı alan təşkilat_______________________________________________________
Məhsulun gigiyenik xarakteristikası____________________________________________________
____________________________________________________________________________________
İstifadə sahəsi_______________________________________________________________________
____________________________________________________________________________________
Məhsulun istifadəsi, saxlanması, daşınması
və təhlükəsizliyinə dair lazımi şərtlər___________________________________________________
(istehsalçı müəssisənin tövsiyəsinə əsasən)
______________________________________________________________________________________________________
Gigiyenik sertifikatın qüvvədə olma
müddəti
____________________________________________________________________________________
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin
vəzifəli şəxsi________________________________________________________________________
(soyadı, adı və atasının adı)
İMZA
M. Y.
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
BAYTARLIQ ŞƏHADƏTNAMƏSİNİN FORMASI
|
AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ yanında DÖVLƏT BAYTARLIQ NƏZARƏTİ XİDMƏTİNİN
[5]
|
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin baytar
həkimi tərəfindən dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli
yeyinti məhsullarına verilir.
|
Ünvan
|
|
BAYTARLIQ ŞƏHADƏTNAMƏSİ
(gün, ay, il)
Mən, aşağıda imza edən baytar həkimi, həmin baytarlıq şəhadətnaməsini verirəm
_____________________________________________________________________________________
(kimə - hüquqi şəxsin adı və ya fiziki şəxsin soyadı, adı və atasının adı)
ondan ötrü ki,________________________________________________________________________
(məhsulun adı)
(yer, ədəd, kq) (qablaşdırma)
tədarük və ya istehsal edilmiş
____________________________________________________________________________________
(hüquqi şəxsin adı və ya fiziki şəxsin soyadı, adı, atasının adı və ünvanı)
_______________________________________baytar-sanitariya nəzarətindən keçmişdir
(istehsal tarixi)
və yararlı sayılır______________________________________________________________________
(məhdudiyyətsiz satış, əgər məhdudiyyət varsa, səbəbi göstərməli,
_______________________________________________________________________________________________________
yaxud baytarlıq-sanitariya ekspertiza qaydalarına uyğun emal etmək)
____________________________________________ ____________________________________________
və göndərilir_________________________________________________________________________
(nəqliyyat növü, hərəkət marşrutu)
_____________________________________________________________________________________
(alıcının ünvanı və adı)
_____________________________________________________________________________________
(yük-nəqliyyat sənədinin nömrəsi)
Məhsul əlavə laborator müayinəsindən keçmişdir_________________________________________
(hə, yox)
XÜSUSİ QEYDLƏR:
_____________________________________________________________________________________
(ərazinin epizootik salamatlığı, məhsulun ərazidən kənara çıxarılması üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müfəttişi tərəfindən məhsulun təhlükəsizliyi haqqında verilən arayışın tarixi göstərilir)
Şəhadətnamə yükləmə və yolboyu yükün hərəkəti zamanı nəzarətin həyata keçirilməsi üçün təqdim olunur və yük sahibinə verilir. Şəhadətnamə blanklarının doldurulması qaydasında pozuntu halları müəyyən edildikdə, şəhadətnamə etibarsız sayılır.
M. Y. ________________________________________________________________________
(baytar həkiminin soyadı, adı, atasının adı; imza və vəzifəsi)
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi
QAYDASI
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qayda “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən hazırlanmışdır və yeyinti məhsullarına uyğunluq sertifikatının (bundan sonra - sertifikat) verilməsini tənzimləyir.
[6]
1.2. Bu Qayda mülkiyyət formasından asılı olmayaraq, AZS Milli Sertifikatlaşdırma Sistemində (bundan sonra - Sistem) “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkre-ditasiya edilmiş qurumlar, həmçinin Sistemin üzvləri, iştirakçıları və sahibkarlıq fəaliyyətinin subyektləri olan (o cümlədən xarici) idarə, müəssisə və təşkilatlar üçün məcburidir.
[7]
1.3. Yeyinti məhsullarının sertifikatlaşdırılması bu Qaydaya və müvafiq normativ sənədlərə uyğun həyata keçirilir.
[8]
1.4. Yeyinti məhsullarının keyfiyyət göstəricilərinin müvafiq standartla müəyyən olunmuş tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə istehsalçının öz istəyi əsasında yeyinti məhsulları akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən könüllü sertifikatlaşdırılır.
[9]
1.5. Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsini “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş qurumlar həyata keçirirlər.
[10]
II. YEYİNTİ MƏHSULLARININ SERTİFİKATLAŞDIRILMASI QAYDASI
2.1. Yeyinti məhsullarının sertifikatlaşdırılması üçün sifarişçi uyğunluğu qiymətləndirən quruma sifariş verir.
[11]
Sifarişdə aşağıdakılar öz əksini tapmalıdır:
hüquqi şəxslər üçün - hüquqi şəxsin adı və hüquqi ünvanı;
fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir).
Sifarişlə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:
a) seriya şəklində istehsal olunan məhsullar üçün:
normativ sənədlər (zərurət olduqda);
keyfiyyəti idarəetmə sisteminin sertifikatının surəti (olduqda);
istehsalçının apardığı sınaqların protokolları;
qida təhlükəsizliyi sertifikatı, istehsalçının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın surəti;
[12]
heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;
emal olunmamış bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatının surəti;
qanunvericilikdə nəzərdə tutulduğu halda xüsusi razılığın surəti;
dövlət rüsumunun ödənilməsi barədə sənəd
[13]
b) partiya şəklində istehsal olunan məhsullar üçün:
müqavilənin (kontraktın) surəti;
sınaq protokolları (olduqda);
qida təhlükəsizliyi sertifikatı, istehsalçının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın surəti;
istehsalçının məhsula verdiyi keyfiyyət sertifikatının surəti (olduqda);
heyvan mənşəli məhsullar üçün baytarlıq şəhadətnaməsinin surəti;
emal olunmamış bitki mənşəli məhsullar üçün fitosanitar sertifikatının surəti.
dövlət rüsumunun ödənilməsi barədə sənəd
2.2. Sifarişçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin tələb olunmasına yol verilmir.
2.3. Məhsulun sertifikatlaşdırılması qaydası aşağıdakılardır:
təqdim edilmiş sənədlərin təhlili;
sertifikatlaşdırma sxeminin seçilməsi, məhsulun sınaqlarının aparılacağı akkreditə edilmiş laboratoriyanın (mərkəzin) seçilməsi;
sifariş üzrə qərarın qəbul edilməsi;
məhsuldan nümunə seçilməsi və məhsulun eyniləşdirilməsi;
məhsul nümunələrinin sınaqları;
sınaqların nəticələrinə görə uyğunluq sertifikatının verilməsi və ya onun verilməsindən imtina barədə qərarın qəbul edilməsi.
2.4. Sertifikatlaşdırma üzrə bir neçə akkreditə edilmiş uyğunluğu qiymətləndirən qurum olduqda, sifarişçi sifarişi öz seçiminə görə həmin qurumlardan hər hansı birinə göndərə bilər, belə orqan olmadıqda isə sifariş Sertifikatlaşdırma üzrə Milli Orqana göndərilir və sifariş daxil olduğu gündən qeydə alınır.
[14]
2.5. Sənədlərin təhlili müsbət nəticələndikdə, uyğunluğu qiymətləndirən qurum 10 (on) gün müddətində məhsulun sertifikatlaşdırılmasının əsas şərtlərini əks etdirən qərar qəbul edir.
[15]
2.6. Sənədlərin təhlili mənfi nəticələndikdə, sifarişə hansı sənədlərin əlavə edilməsi və ya hansı düzəlişlərin edilməsi barədə sifarişçiyə 10 (on) gün müddətində məlumat verilir.
2.7. Sertifikatlaşdırma sınaqlarının aparılması üçün məhsul nümunələrini uyğunluğu qiymətləndirən qurum seçir.
[16]
Sertifikatlaşdırılmasına sifariş verilmiş məhsulun sertifikatlaşdırılması zamanı nümunələr məhsula dair normativ sənədin tələblərinə uyğun olaraq seçilir.
2.8. Sertifikatlaşdırma sınaqlarının aparılması üçün təqdim edilmiş məhsul nümunəsinin kütləsi nümunənin seçilməsinə dair normativ sənədə müvafiq olaraq müəyyən edilir.
Sınaq məqsədilə seçilmiş nümunələr müvafiq qaydada möhürlənir və ya damğalanır.
Nümunənin seçilməsinin düzgünlüyünə görə məsuliyyəti nümunəni seçmiş uyğunluğu qiymətləndirən qurum daşıyır.
2.9. Məhsulun üzərində onun istehsal edildiyi tarix, saxlanma və ya yararlılıq müddəti göstərilmədikdə, məhsulun yararlılıq müddəti bitdikdə, nümunələr seçilmir, məhsul sertifikatlaşdırılmaya qəbul edilmir və bu barədə sifarişçiyə yazılı məlumat verilir. Azərbaycan Respublikasına idxal olunan yeyinti məhsullarına uyğunluq sertifikatı həmin məhsulun yararlılıq müddətinin sonunadək verilir.
[17]
2.10. İstehlak qabının üzərindəki məlumatlar Azərbaycan Respublikasının dövlət dilində olmalıdır. Mətn və yazılar xarici dillərdə təkrarlana bilər.
2.11. Sertifikatlaşdırma sınaqlarından əvvəl sertifikatlaşdırmanı aparan orqan sertifikatlaşdırılmasına sifariş verilmiş məhsulu eyniləşdirir. Bu zaman həmin məhsulun sifariş verilmiş partiyaya mənsubiyyəti yoxlanılır.
[18]
2.12. Eyniləşdirilmənin nəticələri mənfi olduqda, məhsul sınaqlara buraxılmır və məhsulun sertifikatlaşdırılmasından imtina sertifikatlaşdırma işlərini aparan uyğunluğu qiymətləndirən qurumun qərarı ilə rəsmiləşdirilir və sifarişçiyə göndərilir. Sertifikatlaşdırma üzrə işlər yalnız aşkar olunmuş pozuntular aradan qaldırıldıqdan və sifariş təkrar verildikdən sonra aparıla bilər.
2.13. Məhsul nümunələrinin sınaqları məhsulu sertifikatlaşdıran uyğunluğu qiymətləndirən qurum tərəfindən müəyyən edilən Sistemdə akkreditə olunmuş sınaq laboratoriyalarında (mərkəzlərində) aparılır. Texniki səlahiyyətliliyə akkreditə olunmuş sınaq laboratoriyasında sınaqlar sertifikatlaşdırmanı aparan uyğunluğu qiymətləndirən qurumun nümayəndəsinin iştirakı ilə həyata keçirilir. Bu halda sınaqların obyektivliyinə görə məsuliyyəti sınaq laboratoriyası (mərkəzi) ilə yanaşı, uyğunluğu qiymətləndirən qurumda daşıyır.
2.14. Məhsul növü üzrə akkreditə olunmuş sınaq laboratoriyası olmadıqda, sertifikatlaşdırmanı aparan orqan Sertifikatlaşdırma üzrə Milli Orqanın yazılı razılığı ilə sınaqların nəticələrinin obyektivliyini təmin edən sınaqların aparılmasının mümkünlüyünü, yerini və şərtini müəyyən edir. Bu halda sınaqlar sertifikatlaşdırma üzrə orqanın nümayəndəsinin iştirakı ilə aparılmalıdır.
[19]
2.15. Sertifikatlaşdırma sınaqlarının nəticələri bir göstərici üzrə mənfi olduqda, sınaqlar dayandırılır və bu barədə sifarişçiyə sertifikatın verilməsindən imtinanın səbəblərini göstərməklə, sifarişin daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı məlumat verilir, nəticələr müsbət olduqda isə sifarişçiyə uyğunluq sertifikatı verilir. Sınaqların nəticəsindən asılı olmayaraq, sınaq protokolu uyğunluğu qiymətləndirən quruma və sifarişçiyə təqdim edilir.
2.16. Sertifikatın surəti sertifikatlaşdırma üzrə digər sənədlərlə birlikdə sertifikatlaşdırmanı aparan uyğunluğu qiymətləndirən qurumda saxlanılır. Sertifikatın surətinin ikinci nüsxəsi sertifikatın verildiyi gündən sonra 5 (beş) gün müddətində Sertifikatlaşdırma üzrə Milli Orqana göndərilir.
[20]
2.17. Uyğunluq sertifikatı sifarişçiyə verildikdən sonra uyğunluğu qiymətləndirən qurum həmin uyğunluq sertifikatına dair müvafiq məlumatları dövlət reyestrinə daxil edilməsi üçün milli akkreditasiya qurumuna təqdim edir.
[21]
2.18. Məhsulun sertifikatlaşdırılması üzrə xidmətlərə görə dövlət rüsumu ödənilir.
[22]
2.18-1. Sertifikatın alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.
[23]
2.19. Uyğunluq sertifikatı xüsusi blanklarda tərtib edilir və mühafizə olunur. Bu sertifikat ciddi hesabat blankıdır və uyğunluğu qiymətləndirən qurumun rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin qurumun möhürü ilə təsdiqlənir.
[24]
2.20. Sertifikat Azərbaycan dilində tərtib edilir. İxrac olunan məhsullar üçün isə qarşılıqlı razılaşma ilə digər dillərdə tərtib edilə bilər.
2.21. Məhsul partiyasına verilən uyğunluq sertifikatında məhsulun istehsal olunduğu tarix və partiyanın miqdarı barədə məlumat göstərilir.
2.22. Attestasiya olunmuş istehsalatda uyğunluq sertifikatının qüvvədə olma müddəti iki il, attestasiya olunmamış istehsalatda isə bir ildir.
Məhsul partiyasına verilən uyğunluq sertifikatının qüvvədə olma müddəti hər konkret halda məhsulun saxlanma şəraiti, yararlılıq müddəti nəzərə alınmaqla, sertifikatlaşdırmanı aparan uyğunluğu qiymətləndirən qurum tərəfindən, lakin bir ildən artıq olmayaraq müəyyən edilir.
2.23. Məhsulun tərkibində və ya onun istehsal texnologiyasında məhsula dair normativ sənədlərlə müəyyən edilmiş məhsulun keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğuna təsir göstərə biləcək dəyişikliklər edildikdə, sifarişçi bu barədə yazılı şəkildə sertifikatlaşdırmanı aparmış uyğunluğu qiymətləndirən quruma məlumat verməlidir.
2.24. Verilmiş uyğunluq sertifikatına əlavə və dəyişikliklər sifarişçinin müraciəti əsasında uyğunluğu qiymətləndirən qurumun qərarı ilə edilir.
III. XARİCİ UYĞUNLUQ SERTİFİKATLARININ TANINMASI
3.1. Azərbaycan Respublikasında istifadə olunan məhsula başqa ölkələrin uyğunluğunu qiymətləndirən qurumlarının verdikləri sertifikatların tanınmasını akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar həyata keçirirlər.
[25]
Məhsula verilmiş xarici uyğunluq sertifikatının (bundan sonra - xarici sertifikatın) tanınması halları aşağıdakılardan ibarətdir:
sifarişin təqdim edilməsi;
daxil olmuş sənədlərin təhlili;
məhsulun eyniləşdirilməsi və orqanoleptik göstəricilərə nəzarət (fiziki-kimyəvi və mikrobioloji göstəricilərə nəzarətin zəruriliyi uyğunluğu qiymətləndirən qurum tərəfindən müəyyən edilir);
xarici sertifikatın tanınmasının mümkünlüyü və ya tanınmadan imtina barədə sifarişin daxil olduğu tarixdən 5 gün müddətində qərarın qəbul edilməsi;
xarici sertifikat əsasında Azərbaycan Respublikasının uyğunluq sertifikatının tərtib edilməsi və onun qeydiyyatı.
3.2. Xarici sertifikatın tanınması üçün əsas şərt idxal olunan məhsula dair normativ sənəddə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə nəzərdə tutulmuş təhlükəsizlik və digər tələblərin tam və düzgün əks etdirilməsi və məhsulun eyniləşdirilməsinin müsbət nəticələridir.
3.3. MDB iştirakçısı olan dövlətlərin uyğunluq sertifikatlarının tanınması PMQ 36-2001-də müəyyən edilmiş qaydada aparılır.
3.4. Sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması haqqında Azərbaycan Respublikası ilə müqaviləsi olan digər dövlətlərin uyğunluq sertifikatlarının tanınması üçün sifarişçi, uyğunluğu qiymətləndirən quruma sertifikatın tanınmasına sifarişi, uyğunluq sertifikatının əslini və ya onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surətini təqdim edir.
3.5. Xarici dildə olan bütün sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir.
3.6. Uyğunluq sertifikatlarının qarşılıqlı tanınması haqqında Azərbaycan Respublikası ilə müqaviləsi olan ölkələr tərəfindən hər hansı bir digər ölkələrdə seriya şəklində istehsal edilmiş məhsullara verilmiş uyğunluq sertifikatları tanınmır, lakin uyğunluğu qiymətləndirən qurum məhsul partiyasına verilmiş sertifikatın tanınması barədə qərar qəbul edə bilər.
[26]
3.7. Xarici uyğunluq sertifikatlarının tanınmasını aparan uyğunluğu qiymətləndirən qurum məhsulun əlavə sınaqlarının aparılması və ya istehsalatın sabitliyinin yoxlanılması barədə qərar qəbul edə bilər.
IV. YEYİNTİ MƏHSULLARINA VERİLƏN UYĞUNLUQ SERTİFİKATININ LƏĞV EDİLMƏSİ
4.1. Yeyinti məhsullarına sertifikat verən uyğunluğu qiymətləndirən qurum sertifikatı yalnız aşağıdakı hallarda ləğv edir:
4.1.1. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
4.1.2. sertifikat sahibi tərəfindən normativ sənədlərin tələblərinə əməl edilmədikdə;
[27]
4.1.3. yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi zamanı qanunvericilik aktlarının və normativ sənədlərin tələblərinin pozulması nəticəsində insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran hallar aşkar edildikdə;
[28]
4.1.4. məhkəmənin müvafiq qərarı olduqda;
4.1.5. hüquqi şəxs ləğv edildikdə;
4.1.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
4.2. Yeyinti məhsullarına sertifikat verən uyğunluğu qiymətləndirən qurum sertifikatın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 3 (üç) gün müddətində yazılı surətdə sertifikat sahibinə məlumat göndərir.
4.3. Yeyinti məhsullarına sertifikat verən uyğunluğu qiymətləndirən qurum bu Qaydanın 4.1.2-ci və 4.1.3-cü yarımbəndlərinə uyğun olaraq, sertifikatın ləğv olunması barədə kütləvi informasiya vasitələri ilə məlumat yayır.
V. YEYİNTİ MƏHSULLARINA SERTİFİKAT VERƏN UYĞUNLUĞU QİYMƏTLƏNDİRƏN QURUMUN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN VƏ SİFARİŞÇİLƏRİN MƏSULİYYƏTİ
5.1. Yeyinti məhsullarına sertifikat verən uyğunluğu qiymətləndirən qurumun vəzifəli şəxsləri sertifikatlaşdırma qaydalarını pozduqda, qüvvədə olan qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
5.2. Sifarişçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatın düzgünlüyünə, habelə saxta sənədlərin təqdim edilməsinə görə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
5.3. Yeyinti məhsullarına sertifikat verən uyğunluğu qiymətləndirən qurumun qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən müəyyən edilmiş qaydada aidiyyəti dövlət orqanına və ya məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi
QAYDASI
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qayda "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanına və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən hazırlanmışdır və yeyinti məhsullarına gigiyenik sertifikatın (bundan sonra - sertifikat) verilməsini tənzimləyir.
1.2. Sertifikat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilir.
1.3. Yeyinti məhsullarına verilən sertifikat həcmindən asılı olmayaraq, istehsala və idxala şamil edilir.
II. YEYİNTİ MƏHSULLARINA SERTİFİKATIN VERİLMƏSİ QAYDASI
2.1. Yeyinti məhsullarına sertifikat almaq üçün hüquqi və ya fiziki şəxslər (bundan sonra - ərizəçi) müvafiq sertifikat verən orqana ərizə ilə müraciət edirlər.
Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, hüquqi ünvanı;
fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvan).
Ərizə ilə birlikdə qanunvericilikdə nəzərdə tutulduğu halda, xüsusi razılığın surəti təqdim olunmalıdır.
2.2. Bu Qaydanın 2.1-ci bəndində qeyd edilən sənədlərlə yanaşı, yeyinti məhsullarına sertifikat almaq üçün ərizəçi aşağıdakıları təqdim etməlidir:
dövlət sanitariya-epidemioloji xidmət müəssisəsinin mütəxəssisləri tərəfindən götürülmüş məhsulun nümunəsini;
[29]
istehsal olunan yeyinti məhsulları üçün əlavə olaraq, istehsalçı müəssisənin sanitariya norma və qaydalarının tələblərinə uyğunluğu haqqında ərazi dövlət sanitariya nəzarəti orqanının müayinə aktını;
idxal olunan yeyinti məhsulları üçün əlavə olaraq:
kontraktın (müqavilənin) surətini;
istehsalçı ölkənin səlahiyyətli orqanları tərəfindən verilmiş yeyinti məhsulunun mənşəyini və təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın notariat qaydasında təsdiq edilmiş tərcüməsini;
dövlət rüsumunun ödənilməsi haqqında sənəd.
[30]
2.2-1. Sertifikatın alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.
[31]
2.3. Ərizəçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin tələb olunmasına yol verilmir.
2.4. Yeyinti məhsullarına sertifikat, bir qayda olaraq, həmin məhsullar dövlət gigiyena qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra verilir.
2.5. Məhsulun gigiyenik qiymətləndirilməsi dövlət sanitariya nəzarəti orqanlarının müvafiq qaydada akkreditasiya edilmiş laboratoriyalarında aparılmış ekspertizanın nəticələrinə əsasən həyata keçirilir.
2.6. Azərbaycan Respublikasında istehsal edilən, respublikaya gətirilən yeyinti məhsullarının kimyəvi, bioloji, toksikoloji və radioloji göstəricilərə görə ekspertizasının aparılması ərizəçinin vəsaiti hesabına həyata keçirilir.
2.7. Yeyinti məhsullarının idxalı zamanı Azərbaycan Respublikasında qüvvədə olan milli sertifikatlaşdırma sisteminin tələbləri və qaydaları tətbiq edilir.
2.8. Yeyinti məhsullarına sertifikat almaq üçün təqdim edilən sənədlər sertifikat verən orqan tərəfindən qəbul edilir, qeydə alınır, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qanunvericiliyə və normativ sənədlərə uyğun olaraq, bütün zəruri tədbirlər görüldükdən sonra sertifikat verilməsi haqqında 10 (on) iş günü müddətində qərar qəbul edilir.
2.9. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 1 (bir) gündən gec olmayaraq, yazılı məlumat verilir. Məlumatda sənədlərdəki çatışmazlıqlar konkret göstərilməlidir. Çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 3 (üç) iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
2.10. Yeyinti məhsullarına verilmiş sertifikatın sahibi ona verilən sertifikatdan yalnız özü istifadə edə bilər.
2.11. Yeyinti məhsullarına verilən sertifikat xüsusi blanklarda tərtib edilir və mühafizə olunur. Bu sertifikat ciddi hesabat blankıdır və sertifikatı verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiqlənir.
2.12. Məhsulun sertifikatlaşdırılması xidmətinə görə dövlət rüsumu ərizəçi tərəfindən ödənilir.
[32]
2.13. Sertifikat Azərbaycan dilində və qarşılıqlı razılaşma ilə digər dillərdə tərtib edilə bilər.
2.14. Ərizəçiyə sertifikatın verilməsindən imtina edildikdə, bu barədə ona imtinanın səbəbləri göstərilməklə, 3 (üç) iş günü müddətində yazılı məlumat verilir.
2.15. Sertifikatın verilməsindən aşağıdakı hallarda imtina edilir:
qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
qanunvericiliyə uyğun olaraq, müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyətinə xitam verildikdə;
müxtəlif ərzaq növləri eyni ad altında və ya eyni yeyinti məhsulları bir neçə ad altında olduqda;
yeyinti məhsulları təhlükəsizlik və keyfiyyət normalarına uyğun olmadıqda.
2.16. Hüquqi şəxs ləğv edildikdə, həmin şəxsə verilən müvafiq sertifikat öz hüquqi qüvvəsini itirir. Vəfat etmiş fiziki şəxsin adına verilən sertifikat onun varisləri üçün həmin sənədlərdə göstərilən müddət və şərtlərlə öz qüvvəsini saxlayır.
2.17. Hüquqi şəxs yenidən təşkil edildikdə, ərizəçi sertifikatın bu Qaydaya uyğun yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.
2.18. Sertifikatın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki sertifikat əsasında, sertifikat itirildikdə isə müvafiq dövlət orqanlarının verdiyi dublikat əsasında həyata keçirir.
2.19. Sertifikatın dublikatı müvafiq dövlət orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
2.20. Sertifikat verən dövlət orqanı dövlət gigiyena qeydiyyatına alınmış yeyinti məhsullarının dövlət reyestrini aparır.
2.21. Sertifikat ölkə ərazisində istehsal olunan yeyinti məhsullarına 1 (bir) il müddətinə, xarici dövlətlərdən ölkə ərazisinə idxal olunan yeyinti məhsullarına (məhsul partiyasına) isə 6 (altı) ay müddətinə verilir.
III. YEYİNTİ MƏHSULLARINA VERİLƏN SERTİFİKATIN LƏĞV EDİLMƏSİ
3.1. Yeyinti məhsullarına sertifikat verən dövlət orqanı sertifikatı aşağıdakı hallarda ləğv edir:
3.1.1. sertifikat sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
3.1.2. sertifikat sahibi tərəfindən normativ sənədlərin tələblərinə əməl edilmədikdə;
3.1.3. sertifikat verilməsi üçün təqdim edilən sənədlərdə qeyri-dürüst və təhrif olunmuş məlumat aşkar edildikdə;
3.1.4. yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi zamanı qanunvericilik aktlarının və normativ sənədlərin tələblərinin pozulması nəticəsində insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran hallar aşkar edildikdə;
[33]
3.1.5. ölkə ərazisində epizootik vəziyyət dəyişdikdə;
3.1.6. məhkəmənin müvafiq qərarı olduqda;
3.1.7. hüquqi şəxs ləğv edildikdə;
3.1.8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
3.2. Yeyinti məhsullarına sertifikat verən dövlət orqanı sertifikatın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 3 (üç) gün müddətində yazılı surətdə sertifikat sahibinə məlumat göndərir.
3.3. Yeyinti məhsullarına sertifikat verən dövlət orqanı sertifikatın ləğv edilməsi barədə kütləvi informasiya vasitələri ilə məlumat yayır.
IV. YEYİNTİ MƏHSULLARINA SERTİFİKAT VERƏN ORQANIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN VƏ ƏRİZƏÇİLƏRİN MƏSULİYYƏTİ
4.1. Yeyinti məhsullarına sertifikat verən orqanın vəzifəli şəxsləri həmin sənədin verilmə qaydalarını pozduqda, qüvvədə olan qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
4.2. Ərizəçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatın düzgünlüyünə, habelə saxta sənədlərin təqdim edilməsinə görə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
4.3. Yeyinti məhsullarına sertifikat verən orqanın qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən müəyyən edilmiş qaydada aidiyyəti dövlət orqanına və ya məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi
QAYDASI
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qayda "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanına və qüvvədə olan qanunvericilik aktlarına əsasən hazırlanmışdır və dövlət baytarlıq nəzarətində olan yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin (bundan sonra - şəhadətnamə) verilməsini tənzimləyir.
1.2. Şəhadətnamə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti və onun yerli orqanları tərəfindən verilir.
[34]
1.3. Dövlət baytarlıq nəzarətində olan yeyinti məhsullarına verilən şəhadətnamə həcmindən asılı olmayaraq həmin yükün ölkə ərazisində daşınmasına və ticarətinə görə verilir.
II. ŞƏHADƏTNAMƏNİN VERİLMƏSİ QAYDASI
2.1. Şəhadətnamə almaq üçün hüquqi və ya fiziki şəxslər (bundan sonra-ərizəçi) müvafiq dövlət baytarlıq orqanına ərizə ilə müraciət edirlər.
Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
hüquqi şəxslər üçün - hüquqi şəxsin adı və hüquqi ünvanı;
fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyəti təsdiq edən sənəd haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvan).
Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:
məhsul barədə məlumat;
məhsulun adı və miqdarı (hər növ üzrə);
məhsulun mənşəyi barədə məlumat;
məhsulun yekun təyinatı və istifadə yeri.
2.1-1. Şəhadətnamənin alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.
[35]
2.2. Ərizəçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin tələb olunmasına yol verilmir.
2.3. Şəhadətnamə aşağıdakı hallarda verilir:
bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənədlər təqdim edildikdə;
dövlət baytarlıq nəzarətində olan yüklərə baxış aparıldıqdan və ya müvafiq baytarlıq-sanitariya müayinələri həyata keçirildikdən sonra;
baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verilməsi üzrə dövlət rüsumu ərizəçi tərəfindən ödənildikdə.
[36]
2.4. Yeyinti məhsullarına şəhadətnamə almaq üçün təqdim edilən sənədlər şəhədətnamə verən orqan tərəfindən qəbul edilir, qeydə alınır, məhsula baxış keçirdikdən sonra çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, şəhadətnamə həmin gün verilir.
2.5. Baytarlıq şəhadətnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Baytarlıq şəhadətnaməsinin Forması"na uyğun tərtib edilir və kötüyü qaytanlanmış jurnalda qeyd edilməklə 3 (üç) il müddətində saxlanılır.
2.6. Şəhadətnamədə dəyişiklik və düzəlişlərin aparılmasına yol verilmir.
2.7. Dövlət baytarlıq nəzarətində olan yeyinti məhsullarına verilmiş şəhadətnamənin sahibi ona verilən şəhadətnamədən yalnız özü istifadə edə bilər.
2.8. Şəhadətnamə xüsusi blanklarda tərtib edilir və mühafizə olunur. Bu şəhadətnamə ciddi hesabat blankıdır və şəhadətnaməni verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiqlənir.
2.9. Şəhadətnamə Azərbaycan dilində tərtib edilir.
2.10. Şəhadətnamə və ya onun surəti müxtəlif xətlə, rənglə və şriftlə yazıldıqda, düzəliş edildikdə, möhürsüz olduqda, yaxud möhür aydın oxunmadıqda, sənədi imzalayan mütəxəssisin imzası, tam vəzifəsi və soyadı, adı, atasının adı qeyd edilmədikdə, sənədin verilmə tarixi və tələb olunan digər məlumatlar göstərilmədikdə etibarsız sayılır.
2.11. Sərhəd baytarlıq nəzarəti məntəqələri dövlət baytarlıq nəzarətində olan yüklərə ixracatçı ölkə tərəfindən verilmiş baytarlıq sertifikatını şəhadətnamə ilə əvəz edir və onu baytarlıq nəzarətini həyata keçirən dövlət baytarlıq orqanının səlahiyyətli mütəxəssisinə təqdim etmək üçün yükü müşayiət edən şəxsə verirlər.
2.12. Hava, su və dəmiryol nəqliyyatı ilə daşman yüklərə verilən şəhadətnamə eyni nömrədə 2 (iki) nüsxədə yazılır. Onlardan biri yük sahibinə, digəri isə yükü müşayiət edən şəxsə verilir.
2.13. Şəhadətnamənin verilməsindən imtina edildikdə, bu barədə ərizəçiyə, imtinanın səbəbləri göstərilməklə, 3 (üç) iş günü müddətində yazılı məlumat verilir.
2.14. Şəhadətnamənin verilməsindən aşağıdakı hallarda imtina edilir:
qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;
ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;
qanunvericiliyə uyğun olaraq, müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyətinə xitam verildikdə;
yeyinti məhsulları təhlükəsizlik və keyfiyyət normalarına uyğun olmadıqda.
Şəhadətnamənin verilməsindən imtina barədə qərardan, qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqanına və ya məhkəməyə şikayət verilə bilər.
2.15. Hüquqi şəxs ləğv edildikdə, həmin şəxsə verilən müvafiq şəhadətnamə öz hüquqi qüvvəsini itirir.
Vəfat etmiş fiziki şəxsin adına verilən şəhadətnamə onun varisləri üçün həmin sənədlərdə göstərilən müddət və şərtlərlə öz qüvvəsini saxlayır.
2.16. Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı və fiziki şəxsin şəxsiyyət sənədinə dair məlumatlar (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, ünvanı) dəyişdikdə, yaxud şəhadətnamə itirildikdə, ərizəçi 10 (on) gün müddətində şəhadətnamənin bu Qaydaya uyğun yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.
2.17. Şəhadətnamənin yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki şəhadətnamə əsasında, şəhadətnamə itirildikdə isə müvafiq dövlət orqanlarının verdiyi dublikat əsasında həyata keçirir.
2.18. Şəhadətnamə və ya onun dublikatı müvafiq dövlət orqanının rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və imza həmin orqanın möhürü ilə təsdiqlənir.
2.19. Şəhadətnamə verən dövlət orqanı verdiyi, qeydə aldığı və ləğv etdiyi şəhadətnamənin dövlət reyestrini aparır.
III. DÖVLƏT BAYTARLIQ NƏZARƏTİNDƏ OLAN YEYİNTİ MƏHSULLARINA VERİLƏN ŞƏHADƏTNAMƏNİN LƏĞV EDİLMƏSİ
3.1. Dövlət baytarlıq nəzarətində olan yeyinti məhsullarına verilən şəhadətnamə aşağıdakı hallarda ləğv edilir:
3.1.1. şəhadətnamə sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;
3.1.2. şəhadətnamə sahibi tərəfindən normativ sənədlərin tələblərinə əməl edilmədikdə;
3.1.3. şəhadətnamənin verilməsi üçün təqdim edilən sənədlərdə qeyri-dürüst və təhrif olunmuş məlumat aşkar edildikdə;
3.1.4. yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi zamanı qanunvericilik aktlarınıın və normativ sənədlərin tələblərinin pozulması nəticəsində insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran hallar aşkar edildikdə;
[37]
3.1.5. ölkə ərazisində epizootik vəziyyət dəyişdikdə;
3.1.6. məhkəmənin müvafiq qərarı olduqda;
3.1.7. hüquqi şəxs ləğv edildikdə;
3.1.8. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.
3.2. Dövlət baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verən dövlət orqanı şəhadətnamənin ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 3 (üç) gün müddətində yazılı surətdə şəhadətnamənin sahibinə məlumat göndərir.
3.3. Dövlət baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verən dövlət orqanı şəhadətnamənin ləğv olunması barədə kütləvi informasiya vasitələri ilə məlumat yayır.
IV. DÖVLƏT BAYTARLIQ NƏZARƏTİNDƏ OLAN YEYİNTİ MƏHSULLARINA ŞƏHADƏTNAMƏ VERƏN ORQANIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN VƏ ƏRİZƏÇİLƏRİN MƏSULİYYƏTİ
4.1. Dövlət baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verən orqanın vəzifəli şəxsləri həmin sənədin verilmə qaydalarmı pozduqda, onlar qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
4.2. Ərizəçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatın düzgünlüyünə, habelə saxta sənədlərin təqdim edilməsinə görə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.
4.3. Dövlət baytarlıq nəzarətində olan yeyinti məhsullarına şəhadətnamə verən orqanın qəbul etdiyi qərarlardan və onların vəzifəli şəxslərinin hərəkətlərindən müəyyən edilmiş qaydada aidiyyəti dövlət orqanına və ya məhkəməyə şikayət verilə bilər.
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)
2.
28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34)
3.
10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491)
4.
23 dekabr 2010-cu il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1122)
5.
29 may 2013-cü il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 09 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 583)
6.
13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227)
7.
24 fevral 2015-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 mart 2015-ci il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 237)
8.
12 may 2015-ci il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 664)
9.
8 iyun 2016-cı il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyun 2016-cı il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1194)
10.
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878)
11.
16 noyabr 2018-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2438)
12.
30 oktyabr 2021-ci il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 noyabr 2021-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1194)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
16 noyabr 2018-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2438) ilə qərarın adında (hər iki halda) “, gigiyenik sertifikatlarının” sözləri “sertifkatının” sözü ilə əvəz edilmişdir.
[2]
16 noyabr 2018-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2438) ilə qərarın 1-ci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1. "Uyğunluq sertifikatının forması", "Gigiyenik sertifikatın forması", "Baytarlıq şəhadətnaməsinin forması", "Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası", "Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası" və "Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).
[3]
21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə təsdiq edilmiş "Uyğunluq sertifikatının forması"nda "Agentliyi" sözü "Komitəsi" sözü ilə əvəz edilmişdir.
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219) ilə “Uyğunluq sertifikatının forması”nın “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi” sözləri çıxarılmışdır.
[4]
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Uyğunluq sertifikatının forması”nın “Sertifikatlaşdırma üzrə orqanın” və “Sertifikatı verən orqanın” sözləri “Uyğunluğu qiymətləndirən qurumun” sözləri ilə əvəz edilmişdir.
[5]
13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Baytarlıq şəhadətnaməsinin forması”nda “Dövlət Baytarlıq Xidmətinin” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidmətinin” sözləri ilə əvəz edilmişdir.
[6]
16 noyabr 2018-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2438) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 1.1-ci bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.1. Bu Qayda "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 969 nömrəli Fərmanına və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən hazırlanmışdır və yeyinti məhsullarına uyğunluq sertifikatının (bundan sonra - sertifikat) verilməsini tənzimləyir.
[7]
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 1.2-ci bəndində “akkreditə edilmiş yeyinti məhsullarının sertifikatlaşdırılması üzrə orqanlar” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş qurumlar” sözləri ilə əvəz edilmişdir.
[8]
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 1.3-cü bəndindən “Sertifikatlaşdırma üzrə Milli orqanın təsdiq etdiyi” sözləri çıxarılmışdır.
16 noyabr 2018-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2438) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 1.3-cü bəndi ləğv edilmişdir.
[9]
12 may 2015-ci il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 664) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 1.4-cü bənddə “insan həyatının, sağlamlığının, əmlakının və” sözləri “insan həyatı və ya sağlamlığının,” sözləri ilə əvəz edilmişdir və həmin bəndə “ətraf mühitin” sözlərindən sonra “və dövlətin əmlak maraqlarının” sözləri əlavə edilmişdir.
16 noyabr 2018-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2438) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 1.4-cü bəndi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
1.4. Sertifikatlaşdırma Azərbaycan Respublikasının ərazisində qüvvədə olan və insan həyatı və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinə dair normativ sənədlərin məcburi tələblərinə, Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlərin tələblərinə uyğunluğu göstərilməyən idxal olunan məhsul üçün isə Azərbaycan Respublikasında qüvvədə olan sanitariya-gigiyena normalarının tələblərinə uyğunluğu baxımından aparılır.
[10]
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”na yeni məzmunda 1.5-ci bənd əlavə edilmişdir.
[11]
10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491) ilə Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası»nın 2.1-ci bəndin «a» və «b» yarımbəndlərinə müvafiq olaraq doqquzuncu və səkkizinci abzaslar əlavə edilmişdir.
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 2.1-ci bəndində “məhsulun sertifikatlaşdırılması üzrə müvafiq orqana” sözləri “uyğunluğu qiymətləndirən quruma” sözləri ilə əvəz edilmişdir.
[12]
16 noyabr 2018-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2438) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 2.1-ci bəndinin “a” və “b” yarımbəndlərinin müvafiq olaraq beşinci və dördüncü abzaslarında “gigiyenik sertifikatın surəti” sözləri “qida təhlükəsizliyi sertifikatı, istehsalçının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışın surəti” sözləri ilə əvəz edilmişdir və “b” yarımbəndinin beşinci abzası ləğv edilmişdir.
[13]
29 may 2013-cü il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 09 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 583) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 2.1-ci bəndinin “a)” və “b)” yarımbəndlərinin müvafiq olaraq doqquzuncu və səkkizinci abzaslarında “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilmişdir.
[14]
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 2.4-cü bəndindən “, belə orqan olmadıqda isə sifariş Sertifikatlaşdırma üzrə Milli Orqana göndərilir və sifariş daxil olduğu gündən qeydə alınır” sözləri çıxarılmışdır və həmin bənddə “orqanlardan” sözü “qurumlardan” sözü ilə əvəz əlavə edilmişdir.
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 2.4-cü bəndində, 2.8-ci bəndin üçüncü abzasında, 2.12-ci bəndində, 2.13-cü bəndin birinci və ikinci cümlələrində, 2.16-cı bəndin birinci cümləsində, 2.22-ci bəndin ikinci abzasında, 2.23-cü, 3.7-ci, 4.1-ci, 4.2-ci, 4.3-cü bəndlərində, V hissənin adında, 5.1-ci bəndində, 5.3-cü bəndində (birinci halda) ismin müvafiq hallarında “orqan” sözü ismin müvafiq hallarında “uyğunluğu qiymətləndirən qurum” sözləri ilə əvəz edilmişdir.
[15]
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 2.5-ci bəndində, 2.13-cü bəndin üçüncü cümləsində, 2.15-ci bəndin ikinci cümləsində, 2.24-cü bəndində, 3.1-ci bəndin beşinci abzasında, 3.4-cü bəndində ismin müvafiq hallarında “sertifikatlaşdırma üzrə orqan” sözləri ismin müvafiq hallarında “uyğunluğu qiymətləndirən qurum” sözləri ilə əvəz edilmişdir.
[16]
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 2.7-ci bəndin birinci abzasında “konkret məhsul növünün sertifikatlaşdırılması üzrə akkreditə olunmuş sertifikatlaşdırma üzrə orqan, belə orqan olmadıqda isə sifarişçinin iştirakı ilə Sertifikatlaşdırma üzrə Milli Orqanın nümayəndəsi” sözləri “uyğunluğu qiymətləndirən qurum” sözləri ilə, ikinci abzasında “sifarişçi tərəfindən təqdim edilmiş məhsuldan” sözləri “məhsula dair normativ sənədin tələblərinə uyğun olaraq” sözləri ilə əvəz edilmişdir.
[17]
24 fevral 2015-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 mart 2015-ci il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 237) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”na 2.9-cu bəndə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.
[18]
28 yanvar 2009-cu il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 34) ilə "Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası"nın 2.11-ci bəndi çıxarılmışdır.
[19]
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 2.14-cü bəndi ləğv edilmişdir.
[20]
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 2.16-cı bəndin birinci cümləsində “surətinin bir nüsxəsi” sözləri “surəti” sözü ilə əvəz edilmişdir və ikinci cümləsi çıxarılmışdır.
[21]
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 2.17-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
2.17. Uyğunluq sertifikatı sifarişin daxil olduğu tarixdən bir ay müddətində sifarişçiyə verilir və Sertifikatlaşdırma üzrə Milli Orqan tərəfindən dövlət reyestrində qeydə alınır.
[22]
10 iyun 2009-cu il tarixli 90 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 491) ilə Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası»nın 2.18-ci bənddə «xidmətlərin xərci, nəticəsindən asılı olmayaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə sifarişçi tərəfindən» sözləri «xidmətlərə görə dövlət rüsumu» sözləri ilə əvəz edilmişdir.
[23]
24 fevral 2015-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 mart 2015-ci il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 237) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”na yeni məzmunda 2.18-1-ci bənd əlavə edilmişdir.
[24]
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 2.19-cu bəndin ikinci cümləsində “sertifikatlaşdırma üzrə orqanın” sözləri “uyğunluğu qiymətləndirən qurumun” sözləri ilə, “orqanın” sözü “qurumun” sözü ilə əvəz edilmişdir.
[25]
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 3.1-ci bəndin birinci abzasında “sertifikatlaşdırma üzrə orqanlarının verdikləri sertifikatların tanınması haqqında qərarı sifarişçinin müraciəti əsasında konkret məhsulun sertifikatlaşdırılması üzrə orqanın təklifi ilə Sertifikatlaşdırma üzrə Milli Orqan qəbul edir” sözləri “uyğunluğunu qiymətləndirən qurumlarının verdikləri sertifikatların tanınmasını akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurumlar həyata keçirirlər” sözləri ilə əvəz edilmişdir.
[26]
5 oktyabr 2017-ci il tarixli 413 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 oktyabr 2017-ci il, № 219, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1878) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 3.6-cı bəndində “və Sertifikatlaşdırma üzrə Milli Orqan” sözləri “, lakin uyğunluğu qiymətləndirən qurum” sözləri ilə əvəz edilmişdir.
[27]
16 noyabr 2018-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2438) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 4.1.2-ci yarımbəndi ləğv edilmişdir.
[28]
12 may 2015-ci il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 664) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 4.1.3-cü yarımbənddə “insanların həyatı, sağlamlığı və əmlakına təhlükə törədə biləcək” sözləri “insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran” sözləri ilə əvəz edilmişdir.
16 noyabr 2018-ci il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 noyabr 2018-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2438) ilə “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası”nın 4.1.3-cü yarımbəndinə “məhsullarının” sözündən sonra “minimum” sözü əlavə edilmişdir, “standartlara və tələblərə” sözləri “qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara” sözləri ilə əvəz edilmişdir və həmin yarımbənddən “və normativ sənədlərin” sözləri çıxarılmışdır.
[29]
30 oktyabr 2021-ci il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 noyabr 2021-ci il, № 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1194) ilə “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”nın 2.2-ci bəndinin ikinci abzasında “sanitar-epidemioloji xidmətin” sözləri “dövlət sanitariya-epidemioloji xidmət müəssisəsinin” sözləri ilə əvəz edilmişdir.
[30]
23 dekabr 2010-cu il tarixli 241 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 12, maddə 1122) ilə təsdiq edilmiş "Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası"nın 2.2-ci bəndinə yeddinci abzas əlavə edilmişdir.
29 may 2013-cü il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 09 iyun 2013-cü il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 05, maddə 583) ilə “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”nın 2.2-ci bəndinin yeddinci abzasında “qəbz” sözü “sənəd” sözü ilə əvəz edilmişdir.
[31]
24 fevral 2015-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 mart 2015-ci il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 237) ilə “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”na yeni məzmunda 2.2-1-ci bənd əlavə edilmişdir.
[32]
8 iyun 2016-cı il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyun 2016-cı il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1194) ilə “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”nın 2.12-ci bəndində “üzrə xidmətlərin xərci, nəticəsindən asılı olmayaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə” sözləri “xidmətinə görə dövlət rüsumu” sözləri ilə əvəz edilmişdir.
[33]
12 may 2015-ci il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 664) ilə “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”nın 3.1.4-cü yarımbəndində “insanların həyatı, sağlamlığı və əmlakına təhlükə törədə biləcək” sözləri “insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran” sözləri ilə əvəz edilmişdir.
[34]
13 fevral 2015-ci il tarixli 38 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 227) ilə “Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası”nın 1.2-ci bəndində “Dövlət Baytarlıq Xidməti” sözləri “Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri ilə əvəz edilmişdir.
[35]
24 fevral 2015-ci il tarixli 48 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 01 mart 2015-ci il, № 48, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 237) ilə “Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası”na yeni məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir.
[36]
8 iyun 2016-cı il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 12 iyun 2016-cı il, № 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1194) ilə “Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası”nın 2.3-cü bəndinin dördüncü abzasında “xidmətlərin xərci, nəticəsindən asılı olmayaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə” sözləri “dövlət rüsumu” sözləri ilə əvəz edilmişdir.
[37]
12 may 2015-ci il tarixli 183 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 17 may 2015-ci il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №5, maddə 664) ilə “Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası”nın 3.1.4-cü yarımbəndində “insanların həyatı, sağlamlığı və əmlakına təhlükə törədə biləcək” sözləri “insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran” sözləri ilə əvəz edilmişdir.