×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
17.04.2007
QEYDİYYAT NÖMRƏSİ
315-IIIQD
ADI
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2007, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 745)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.08.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
090.000.000
110.000.000
260.000.000
270.000.000
380.000.000
020.000.000
160.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasınm bəzi qanunvericilik akt-larına dəyişikliklər və əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il,№ 23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 1, maddə 6, № 3, maddə 226, № 4, maddə 280; 2000-ci il, № 7, maddə 489; 2001-ci il № 11, maddə 686, № 12, maddə 736; 2002-ci il, № 5, maddələr 241, 248; 2003-cü il, № 1, maddələr 1, 16, № 12, I kitab, maddə 673; 2004-cü il, № 3, maddə 123; 2006-cı il, № 8, maddə 657) 1-ci maddəsindən ", öz riski ilə" sözləri çıxarılsın.

II. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddələr 676, 683, 686; 2002-ci il, № 5, maddə 241; 2003-cü il, № 1, maddə 1; 2004-cü il, № 1, maddə 6, № 2, maddə 57; 2005-ci il, № 8, maddə 684, № 12, maddə 1083) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. 2-ci maddənin birinci hissəsində "bu Qanundan" sözlərindən əvvəl "Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, " sözləri əlavə edilsin.

2. 6-cı maddənin 3-cü bəndində "qüsurlar barədə"  sözlərindən sonra ", əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, " sözləri əlavə edilsin.

3. 8-ci maddənin birinci cümləsində "xidmət göstərilməsi üçün" sözlərindən sonra "qeyri-bərabər şərt təklif etmədən" sözləri əlavə edilsin.

4. 11-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

 "Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. ".

5. 18-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti

 

18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir:

18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən yeyinti məhsullarının və dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini;

18.0.2. malların (xidmətlərin, işlərin) bəzi növlərinin istehsalına, idxalına və satışına xüsusi razılıq (lisenziya) verilməsini;

18.0.3. məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin) müəyyənləşdirilməsi və onlara uyğunluq sertifikatının və (və ya) uyğunluq nişanlarının verilməsini;

18.0.4. dərman vasitələrinin satışı, tibbi xidmətlərin göstərilməsi ilə məşğul olan şəxslərin müvafiq tibbi təhsilinin olmasına nəzarəti;

18.0.5. malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını;

18.0.6. həcmi müvafiq qaydada müəyyənləşdirilərək, təsdiq olunmuş maddi və mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklamçı) alıcıya (istehlakçıya) ödənilməsini;

18.0.7. insanların sağlamlığı, ətraf mühit üçün təhlükəli olan malların (xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qadağan olunmasını;

18.0.8. istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı, ictimai birliklərin fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasını. ".

6. 19-cu maddə aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 19. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi

 

19.1. Malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət formasında həyata keçirilir.

19.2. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı:

19.2.1. istehsal, idxal edilən və (və ya) satılan malların (xidmətlərin, işlərin) müvafiq standartların və texniki şərtlərin tələblərinə uyğunluğunu müəyyənləşdirir, onlara uyğunluq sertifikatları və (və ya) uyğunluq nişanları verir;

19.2.11.  məcburi sertifikatlaşdırılması tələb olunan malların (xidmətlərin,
işlərin) siyahısını müəyyənləşdirir və onların sertifikatı olmadan satışının (icrasının) qarşısını alır və ticarət dövriyyəsindən çıxarır;

19.2.12.  müvafiq standartların, texniki şərtlərin tələblərinə cavab verməyən, insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan malların (xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qarşısını alır;

19.2.13.  mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş malların ticarət dövriyyəsindən çıxarılmamasına, onların satılmasına yol vermiş şəxslərin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması üzrə tədbirlər görür;

19.2.14.  istehsalı, idxalı və satışı qadağan olunmuş mallar (xidmətlər, işlər) barədə əhaliyə vaxtında məlumat vermək məqsədilə kütləvi informasiya vasitələrində məlumatlar dərc edir və yayır;

19.2.15.  satılan xammalın, materialların, hazır məhsulların müvafiq keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunun götürülmüş nümunələr əsasında ekspertizasını (sınağını) keçirir və onun nəticələrindən asılı olaraq müvafiq tədbirlər görür. Həmin nümunələrin dəyəri və ekspertizanın (sınağın) keçirilməsi xərcləri yoxlanılan təsərrüfat subyekti tərəfindən ödənilir və onun istehsal-təsərrüfat xərclərinə aid edilir;

19.2.16.  ərzaq məhsullarının və dərman vasitələrinin, insanların sağlamlığı və ətraf mühit üçün təhlükə yarada bilən malların qablaşdırılarkən sanitar-gigiyena və toksikologiya, möhkəmlik baxımından təhlükəsiz materiallardan istifadə olunmasına nəzarət edir;

19.2.17.   patentləşdirilmiş dərman vasitələrinin, insanların sağlamlığı və ətraf mühit üçün təhlükə yarada bilən malların təhlükəsiz istifadə qaydaları barədə xəbərdarlıq olmadan satışının qarşısını alır;

19.2.18.  saxtalaşdırılmış malların ticarət dövriyyəsindən çıxarılmasını, bu malların istehsalı və satışı ilə məşğul olan şəxslərin müvafıq qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsini təmin edir;

19.2.19.  19.2.10. malların (xidmətlərin, işlərin) müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi, yaxud istehsalçı tərəfındən tövsiyə olunan qiymətlərlə satılmasına nəzarət edir;

19.2.20.  qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış zərgərlik məmulatlarının müvafiq qanunvericiliklə müəyyən olunmuş satış qaydalarına riayət olunmasına nəzarət edir;

19.2.21.  satıcılar tərəfındən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görür;

19.2.22.  malların (xidmətlərin, işlərin) istehsalı, ixracı, idxalı və satışı ilə məşğul olan şəxslərdən onların keyfiyyəti, qiyməti, satış şərtləri barədə məlumatlar alır;

19.2.23.  satılan malların (xidmətlərin, işlərin) keyfiyyətinin yüksəldilməsi, nomenklaturunun və çeşidinin genişləndirilməsi barədə təkliflər hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir.".

 III. "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 4, maddə 224; 1999-cu il, 8, maddə 476; 2001-ci il, 11, maddələr 673, 696, 12, maddə 736; 2004-cü il, 7, maddə 505) 15-ci maddəsinin:

1. birinci   hissəsinin   birinci   abzasından   "və   ya   müəyyənləşdirilmiş qaydada etibarsız sayılır" sözləri çıxarılsın;

2. ikinci hissə üçüncü hissə hesab edilsin və maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Bu maddənin birinci hissəsinin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.".

IV. "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan   Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, 9, maddə 562; 2002-ci il, 5, maddə 241) 5-ci maddəsinin beşinci abzasından "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.

V. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, N? 3, maddə 154; 2001-ci il, 3, maddə 149; 2002-ci il, 5, maddə 241, 12, maddə 706; 2003-cü il, 1, maddə 14; 2006-cı il, 5, maddə 389) 11-ci maddəsinin 3-cü hissəsinin yeddinci abzası çıxarılsın, səkkizinci abzas yeddinci abzas hesab edilsin.

VI. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 8, maddə 478; 2001-ci il, 12, maddə 736; 2002-ci il, 5, maddələr 237, 241; 2003-cü il, 1, maddə 11, 6, maddə 256, 8, maddə 423; 2004-cü il, 2, maddə 59, 6, maddə 415, 10, maddə 761; 2006-cı il, 2, maddə 67, 6, maddə
478,
8, maddə 657) aşağıdakı dəyişikliklər edilsin:

1. 6-cı maddənin beşinci abzasında "və ictimai ehtiyacların" sözləri "ehtiyaclarının" sözləri ilə əvəz edilsin.

2. 32-ci maddənin 2-ci bəndindən "və ya ictimai ehtiyacların" sözləri çıxarılsın.

3.  38-ci maddənin beşinci abzasından  "və ictimai-ehtiyaclar"  sözləri çıxarılsın.

4. 51-ci maddənin 5-ci bəndində "İcarəyə verənin icazəsi ilə" sözləri "Mülkiyyətçi olan icarəyə verənin razılığı ilə" sözləri ilə əvəz edilsin.

5.1. 70-ci maddədə:

5.1.  1-ci, 3-cü, 5-ci və 8-ci bəndlərdən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın;

5.2. 6-cı bənddə "ictimai ehtiyaclar" sözləri "dövlət ehtiyacları" sözləri ilə əvəz edilsin;

5.3. 9-cu bənddə "və ictimai ehtiyaclar" sözləri "ehtiyacları" sözü ilə əvəz edilsin.

6.  71-ci maddənin 2-ci bəndindən "və ya ictimai ehtiyacların" sözləri çıxarılsın.

7. 73-cü maddənin 1-ci bəndində:

7.1. on birinci abzasdan "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın;

7.2. on ikinci abzas aşağıdakı redaksiyada verilsin:

"torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə;".

8. 84-cü maddənin 5-ci bəndinin birinci cümləsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın, ikinci cümləsində "və ictimai ehtiyaclar" sözləri "ehtiyacları" sözü ilə əvəz edilsin.

9. 88-ci maddənin 3-cü bəndində:

9.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

"Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.";

9.2. ikinci abzas çıxarılsın, üçüncü abzas ikinci abzas hesab edilsin.

10. 96-cı maddənin 6-cı bəndinin birinci cümləsində "və ictimai ehtiyacları" sözləri "ehtiyaclarını" sözü ilə əvəz edilsin.

11. 111-ci maddənin 3-cü bəndinin ikinci cümləsi çıxarılsın.

VII. Azərbaycan   Respublikasının   Ailə   Məcəlləsində   (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 3, I kitab, maddə 126; 2002-ci il, 12, maddə 702; 2004-cü il, 7, maddə 505; 2006-cı il, 2, maddə 66, 11, maddə 923, 12, maddələr 1005, 1006; 2007-ci il, 1, maddə 4) aşağıdakı dəyişikliklər edilsin:

1. 33.2-ci maddədə  "ümumi əmlakı"  sözləri  "rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı" sözləri ilə əvəz edilsin.

2. 33.3-cü  maddədə   "ərin  (arvadın)  tələbi  ilə  məhkəmə  tərəfindən etibarsız hesab oluna bilər" sözləri "ər (arvad) tərəfındən mübahisələndirilə bilər" sözləri ilə əvəz edilsin.

3. 33.4-cü maddədə "o, əqdin həyata keçirildiyindən xəbər tutduğu və ya xəbər tutmaq imkanı olduğu gündən  1  il ərzində həmin əqdin etibarsız sayılmasını tələb etmək hüququna malikdir" sözləri "bu əqd Azərbaycan Respublikasının   Mülki   Məcəlləsi   ilə   müəyyən   olunmuş   müddətdə mübahisələndirilə bilər" sözləri ilə əvəz edilsin.

4. 40.6-cı maddənin birinci cümləsində "onun tələbi ilə nikah müqaviləsi məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız sayıla bilər" sözləri "nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər" sözləri ilə əvəz edilsin.

5. 96.1-ci maddədə "məhkəmə qaydasında etibarsız hesab oluna bilər" sözləri "mübahisələndirilə bilər" sözləri ilə əvəz edilsin.

6. 96.2-ci maddədə "sazişin etibarsız sayılması üçün" sözləri "saziş" sözü ilə, "məhkəmə qarşısında iddia qaldıra bilər" sözləri "tərəfındən mübahisələndirilə bilər" sözləri ilə əvəz edilsin.

VIII. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 4, I kitab, maddə 250, 5, maddə 323; 2002-ci il, 12, maddə 709; 2003-cü il, 8, maddə 420; 2004-cü il, 3, maddə 123, 5, maddə 318, 6, maddə 415, 10, maddə 761, 11, maddə 901; 2005-ci il, 2, maddə 61, 6, maddə 466, 8, maddələr 684, 692, 693, 11, maddə 996, 12, maddə 1085; 2006-cı il, 2, maddə 68, 3, maddə 225, 5, maddə 387, 6, maddə 478, 8, maddə 657, 12, maddə 1005; Azərbaycan Respublikasının 2007-ci il 1 fevral tarixli    234-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 157.9-cu və 207.1-ci maddələrdən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.

2. 246-cı maddənin adında, 246.1-ci, 246.2-ci maddələrdə, 247-ci maddənin adında, 247.1-ci, 247.3-cü maddələrdə, 248-ci maddənin adında, 248.1-ci, 248.2-ci maddələrdə, 249-cu maddənin adında, 249.1-ci və 290.1-ci maddələrdə "və ya ictimai ehtiyaclar" sözləri "ehtiyacları" sözü ilə əvəz edilsin.

3. 285.2-ci maddədən "əgər bu Məcəllənin 455-ci maddəsinə uyğun olaraq" sözləri çıxarılsın.

4. 309.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"309.2. İpotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır.".

5. 310-cu maddədə "verildiyi vaxta uyğun" sözləri "dövlət qeydiyyatı anı ilə" sözləri ilə əvəz edilsin.

6. 317.1-ci maddədə "Əgər borclu" sözləri "Borclu" sözü ilə, "tələbin ödənilməsini ləngidirsə" sözləri "əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə" sözləri ilə əvəz edilsin.

7. 331.2-ci maddənin ikinci cümləsi çıxarılsın.

8. 601.2-ci maddədə "600.2-600.6-cı" sözləri "600.2-600.5-ci" sözləri ilə əvəz edilsin.

9. 882.3-cü maddədə "881.4 və 881.5-ci maddələri müvafıq surətdə" sözləri "881.5-ci maddəsi" sözləri ilə əvəz edilsin.

10. 997.1-ci maddədə, 54-cü fəslin 9-cu paraqrafının adında, 1078-2-ci maddənin adında və mətnində, 1078-23.5-ci maddədə ismin müvafıq hallarında "ipoteka şəhadətnaməsi" sözləri ismin müvafiq hallarında "ipoteka kağızı" sözləri ilə əvəz edilsin.

11. 1076-3.1-ci maddədə "ipoteka şəhadətnamələri" sözləri "ipoteka kağızları" sözləri ilə əvəz edilsin.

IX. "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 7, maddə 479; 2003-cü il, 1, maddə 8; 2004-cü il, 2, maddə 57; 2006-cı il, 8, maddə 657) 9-cu maddəsinin üçüncü hissəsində "satın alma" sözləri "satın alına" sözləri ilə əvəz edilsin.

X. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, I kitab, maddə 580; 2002-ci il, 10, maddə 586;   2005-ci il, 5, maddə 391, 6, maddə 464; 2006-cı il, 5, maddə 389) 31.2-ci maddəsində "əqdlərin etibarsız hesab edilməsi haqqında mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə tərəfındən baxılır" sözləri "əqdlər mübahisələndirilə bilər" sözləri ilə əvəz edilsin.

XI. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8, I kitab, maddə 583; 2001-ci il, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002-ci il, 5, maddə 249, 12, maddə 707; 2003-cü il, 8, maddə 425, 12, I kitab, maddə 671; 2004-cü il, 1, maddə 1, 11, maddə 887, 12, maddə 980;
2005-ci il,
2, maddə 61, 8, maddə 688, 12, maddə 1081; 2006-cı il, 12, maddə 1026) 13.2.37-ci maddəsindən ", öz riski ilə" sözləri çıxarılsın.

XII. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 1, maddə 10; 2001-ci il, 5, maddə 293, 11, maddə 687, 12, maddə 740; 2002-ci il, 5, maddə 241, 6, maddə 328, 12, maddə 706; 2004-cü il, 5, maddə 318; 2005-ci il, 4, maddə 281, 8, maddə 699, 10, maddə 903,
11, maddə 993; 2007-ci il, 1, maddə 4) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 45-ci maddənin birinci hissəsində "notariatda təsdiqi məcburi olan əqdləri" sözləri "notariat qaydasında təsdiq edilməli olan əqdləri" sözləri ilə əvəz edilsin.

2. 49-cu maddənin 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

"Etibarnamə istənilən müddətə verilə bilər.".

3. 51-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

"Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması məqsədilə tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir.".

4. 52-ci maddədə:

4.1. birinci və ikinci hissələr aşağıdakı redaksiyada verilsin:
"Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.

Bu fəsildə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün notariat orqanı əmlak idarəçisini təyin edə bilər.";

4.2. üçüncü hissədə "Mühafizəçi, qəyyum və miras əmlakın mühafizə olunmaq üçün verildiyi digər şəxslər" sözləri "Əmlak idarəçisi" sözləri ilə, "xəbərdar edilməlidirlər"   sözləri  "xəbərdar edilməlidir"   sözləri  ilə  əvəz edilsin.

5. 53-cü maddə aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 53. Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər

 

Bu fəsildə nəzərdə tutulmuş tədbirlərlə bağlı xərclər mirasın passivinə aid edilir.".

6.   55-ci maddədə:

6.1. maddənin adında "xəbər verilməsi" sözlərindən sonra "və vərəsələrin axtarılması" sözləri əlavə edilsin;

6.2. maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
"Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması
üçün tədbirlər görür.".

7.   56-cı maddədə:

7.1. 1-ci hissədə "mirası bütün vərəsələr qəbul edənədək" sözləri "miras qəbul edilənədək" sözləri ilə əvəz edilsin;

7.2. 2-ci hissə çıxarılsın.

XIII. "Qiymətli kağızlar bazarında investorların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 10, maddə 711; 2002-ci il, 12, maddə 706) 8.2.2-ci maddəsində "və onlarla əqdlərin etibarsız hesab edilməsinə" sözləri "etibarsız hesab edilməsinə və onlarla əqdlərin mübahisələndirilməsinə" sözləri ilə əvəz edilsin. [1]

XIV. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 8, maddə 603; 2006-cı il, 6, maddə 482) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 2.3-cü maddədə "yalnız məhkəmə qaydasında etibarsız hesab edilə" sözləri "mübahisələndirilə" sözü ilə əvəz edilsin.

2. Qanuna aşağıdakı məzmunda 16.3-16.6-cı maddələr əlavə edilsin:

"16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

16.7. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.".

3. 17-ci maddənin adı aşağıdakı redaksiyada verilsin:

 

"Maddə 17. Qabaqcadan qeydiyyat".

 

4. 17.1-ci maddədə "əmlak üzərində" sözlərindən sonra ", həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda" sözləri əlavə edilsin və həmin  maddədən   "Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin   147-ci maddəsində nəzərdə tutulmuş qaydada" sözləri çıxarılsın.

5. Qanuna aşağıdakı məzmunda 17.6-17.8-ci maddələr əlavə edilsin:

"17.6. Torpaq sahəsinə olan hüququn və ya torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün dövlət reyestrində qabaqcadan qeydiyyat aparıla bilər. Gələcək və ya şərti tələblərin təmin edilməsi üçün də qabaqcadan qeydiyyatın aparılmasına yol verilir.

17.7. Qabaqcadan qeydiyyat aparıldıqdan sonra torpaq sahəsinə və ya ona olan hüquqa dair verilən sərəncam, onun göstərilən tələbin həyata keçirilməsinə təsir etdiyi və ya mane olduğu hissəsində etibarsızdır. Həmin qayda sərəncamın məcburi icra və ya həbsin qoyulması qaydasında verildiyi halda da tətbiq edilir.

17.8. Hüququn əldə edilməsinə yönəldilmiş tələbin üstünlüyü qabaqcadan qeydiyyat üçün tələb barəsində ərizənin reyestrə təqdim edilməsi vaxtı ilə müəyyən edilir.".

XV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 aprel 2007-ci il

№ 315-IIIQD


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

15 may 2015-ci il tarixli 1284-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2015-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 813)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 may 2015-ci il tarixli 1284-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2015-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 07, maddə 813) ilə XIII hissə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status