AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
06.08.2007
QEYDİYYAT NÖMRƏSİ
612
ADI
Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2007, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 760)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.08.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
210.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında

Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 2007-ci il 12 mart tarixli 2023 nömrəli, Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 2007-ci il 12 mart tarixli 2024 nömrəli və "Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 2007-ci il 12 mart tarixli 2025 nömrəli sərəncamlarının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu yaradılsın.

2. Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılsın və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin mərkəzləşdirilmiş xərclərində nəzərdə tutulsun.

3. Xüsusi təqaüdün sayı, həcmi və müddəti aşağıdakı kimi müəyyən edilsin:

3.1.  yaşlı nəsil üçün ayda 300 (üç yüz) manat olmaqla, bir il müddətinə, yazıçılara -50 (əlli), rəssamlara - 50 (əlli) və bəstəkarlara - 30 (otuz) xüsusi təqaüd;

3.2. gənc nəsil üçün ayda 200 (iki yüz) manat olmaqla, bir il müddətinə, yazıçılara - 20 (iyirmi), rəssamlara - 20 (iyirmi) və bəstəkarlara - 10 (on) xüsusi təqaüd.

4. "Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondundan istifadə Qaydaları" təsdiq edilsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 avqust 2007-ci il

№ 612

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2007-ci il 6 avqust tarixli 612 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondundan istifadə

 

QAYDALARI

 

1.      ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 2007-ci il 12 mart tarixli 2023 nömrəli, "Azərbaycan Rəssamlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 2007-ci il 12 mart tarixli 2024 nömrəli və "Azərbaycan Bəstəkarlar İttifaqı üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" 2007-ci il 12 mart tarixli 2025 nömrəli sərəncamlarına uyğun hazırlanmışdır və yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondunun vəsaitindən istifadə mexanizmini müəyyən edir.

1.2. Fondun vəsaitləri Azərbaycan Respublikasının incəsənət xadimlərinə
dövlət qayğısının artırılması, Azərbaycanda incəsənətin inkişafı üçün daha əlverişli şəraitin yaradılması məqsədilə bu Qaydaların 2-ci bəndində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsinə yönəldilir.

1.3. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin mükafatını və fərdi təqaüdünü alanlar istisna olmaqla, digər yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarlara xüsusi təqaüdlərin verilməsini nəzərdə tutur.

1.4. Xüsusi təqaüdçülərin hər biri üçün müvəkkil bankda xüsusi hesab açılır.

1.5. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xüsusi təqaüdlərin hər biri üçün müvəkkil bankda açılmış xüsusi hesablara dövlət
büdcəsindən ayrılmış vəsaitlərin köçürülməsini təmin edir.
[1]

1.6. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xüsusi təqaüdün ödənişi barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verir.

 

2. FONDUN VƏSAİTİNİN İSTİFADƏSİ İSTİQAMƏTLƏRİ

 

Xüsusi təqaüd fondunun vəsaiti aşağıdakı istiqamətlərə yönəldilir:

2.1. yaşlı nəsil yazıçı, rəssam və bəstəkarlara xüsusi təqaüdlərin verilməsi;

2.2. gənc nəsil yazıçı, rəssam və bəstəkarlara xüsusi təqaüdlərin verilməsi.

 

3. XÜSUSİ TƏQAÜDÇÜLƏR

 

3.1. Xüsusi təqaüdçülər müvafiq olaraq Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən öz ümumi yığıncaqlarının qərarı ilə təşkilatın üzvü olan yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarlardan seçilir.

3.2. Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Bəstəkarlar İttifaqı ümumi yığıncaqlarının qərarı ilə təsdiq edilən xüsusi təqaüdçülərin siyahısını hər il mart ayının 1-dək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir.

3.3. Növbəti illər üzrə siyahı xüsusi təqaüdçülərin birillik fəaliyyətinin nəticələrinə əsasən formalaşdırılır.


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

  1. 29 yanvar 2021-ci il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 38)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 29 yanvar 2021-ci il tarixli 1268 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 38) ilə “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondundan istifadə Qaydaları”nın 1.5-ci, 1.6-cı, 3.2-ci bəndlərindən “və Turizm” sözləri çıxarılmışdır.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status