×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.08.2007
QEYDİYYAT NÖMRƏSİ
127
ADI
«Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2007, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 853)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.08.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
100.000.000
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

«Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

«Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 596 nömrəli Fərmanının 1.5-ci və 1.6-cı bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin forması», «Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi Qaydası», «Özəl mühafizə müəssisələri və ya hüquqi şəxslərin mühafizə bölmələri tərəfindən əldə oluna, saxlanıla və təyinatı üzrə istifadə edilə bilən xüsusi vasitələrin Siyahısı» və «Xüsusi vasitənin özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 13 avqust 2007-ci il

     № 127

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 13 avqust tarixli 127 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin

 

FORMASI

 

Gerb

 

 

A Z Ə R B A Y C A N     R E S P U B L İ K A S I N I N

 

D a x i l i     İ ş l ə r     N a z i r l i y i

 

_________________________________________________________________________

(şəhadətnaməni verən strukturun adı)

 

_____________  №-li    Ş Ə H A D Ə T N A M Ə

 

«________»________________________20______-ci ildə verilib

 

___________________________________________________________________________________________________________________

(özəl mühafizə müəssisəsinin, hüquqi şəxsin

 

___________________________________________________________________________________________________________________

mühafizə bölməsinin adı və ünvanı)

 

___________________________________________________________________________________________________________________

(xüsusi vasitələrin adları)

 

əldə olunması, saxlanılması və təyinatı üzrə istifadə edilməsi hüququnu verir.

 

[1] Lisenziyanın nömrəsi və verilmə tarixi_________________________

____________________________________________________________________________

 

[2] Etibarlılıq müddəti __________________________

 

Rəis ______________________________________________

 

                     

 

                                                                 M.Y.

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 13 avqust tarixli 127 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi

 

Q A Y D A S I

 

1. Bu Qayda «Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 596 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən hazırlanmışdır və özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi qaydasını müəyyən edir.

2. Özəl mühafizə müəssisəsi və ya mühafizə bölməsi yaradan hüquqi şəxslər xüsusi vasitələrin əldə olunması, saxlanılması və onlardan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin alınması məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq strukturlarına ərizə ilə müraciət edirlər.

2.1. Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur:

2.1.1. hüquqi şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş lisenziyanın və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində və ya Azərbaycan Respublikasının Vergilər Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə şəhadətnamənin surətləri; [3]

2.1.2. mühafizə bölməsi yaradan: Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər - Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş lisenziyanın surəti; [4]

2.1.3. mühafizə bölməsi yaradan digər hüquqi şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş lisenziyanın surəti. [5]

3. Şəhadətnamələr Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq strukturları tərəfindən özəl mühafizə müəssisəsinə və yaxud mühafizə bölməsi yaradan hüquqi şəxslərə müraciət daxil olduğu vaxtdan 3 iş günü müddətində verilir.

4. Şəhadətnamə özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvədə olduğu müddətdə etibarlıdır. [6]

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 13 avqust tarixli 127 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Özəl mühafizə müəssisələri və ya hüquqi şəxslərin mühafizə bölmələri tərəfindən əldə oluna, saxlanıla və təyinatı üzrə istifadə edilə bilən xüsusi vasitələrin

 

S İ Y A H I S I

 

1. Əl-qolu bağlama vasitəsi – qandal. 2. Rezin dəyənək. 3. Canqoruyucu jilet

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 13 avqust tarixli 127 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Xüsusi vasitənin özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilməsi

 

Q A Y D A L A R I

 

1. Bu Qaydalar «Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 21 iyun tarixli 596 nömrəli Fərmanının 1.6-cı bəndinə əsasən hazırlanmışdır və xüsusi vasitənin özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilməsi qaydalarını müəyyən edir.

2. Özəl mühafizə müəssisəsi və mühafizə bölməsi yaradan hüquqi şəxslər xüsusi vasitələri birbaşa istehsalçıdan və yaxud qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi vasitələrin satışı ilə məşğul olan müəssisələrdən ala bilərlər.

3. Xüsusi vasitələr siqnalizasiya sistemləri ilə təchiz olunmuş, bu məqsədlə nəzərdə tutulmuş xüsusi otaqlarda, dəmir şkaflarda saxlanılır.

4. Xüsusi vasitələrin uçotu və qeydiyyatı özəl mühafizə müəssisəsinin və yaxud mühafizə bölməsinin məsul işçisi tərəfindən ayrıca kitabda bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun aparılır.

5. Xüsusi vasitələr xidmətə başlayan mühafizəçiyə bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq «Xüsusi vasitələrin mühafizəçilərə verilib-alınmasının qeydiyyatı jurnalı»nda imza etdikdən sonra verilir və yalnız xidmət aparılan ərazidə istifadə olunur.

6. Xidmət başa çatdıqdan sonra mühafizəçilər xüsusi vasitələri özəl mühafizə xidmətinin məsul işçisinə təhvil verirlər.

7. Özəl mühafizə müəssisəsinin və hüquqi şəxsin mühafizə bölməsinin işçilərinə aşağıdakılar qadağandır:

7.1. xüsusi vasitələri mühafizə olunan obyektin hüdudlarından kənara çıxartmaq;

7.2. xidməti istifadə üçün verilmiş xüsusi vasitələri kənar şəxslərə vermək.

8. Xüsusi vasitələrin tətbiq edildiyi hər bir halda bu barədə dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və prokurorluq orqanlarına məlumat verilməlidir.

9. Xüsusi vasitələrin tətbiq edildiyi hər bir hal barədə özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri xidməti yoxlama aparmalı, xüsusi vasitənin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy hazırlamalıdır. Xüsusi vasitələrin tətbiqinin qanunauyğun olub-olmaması barədə müvafiq rəy özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbəri tərəfindən 3 gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və prokurorluq orqanlarına, Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və prokurorluq orqanlarına təqdim edilməlidir. [7]

10. Xüsusi vasitə itirildikdə, bu barədə dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə məlumat verilməlidir.

 


 

«Xüsusi vasitənin özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilməsi   Qaydaları»na

      1 nömrəli ƏLAVƏ

 

(üz qabığı)

 

_____________________________________________________________________________________

(özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin adı)

 

XÜSUSİ VASİTƏLƏRİN UÇOTU VƏ QEYDİYYATI

 

J U R N A L I

 

 

 

Başlanılıb «______»______________20_____il

 

Qurtarıb   «______»______________20_____il

 

 

 

(səhifələri)

 

 

Sıra №-si

Xüsusi vasitənin adı

Şəhadətnamənin

nömrəsi

Xüsusi vasitənin

alındığı

müəssisənin adı

Alınma tarixi

Sayı

Qeyd

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

«Xüsusi vasitənin özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilməsi Qaydaları»na

2 nömrəli Əlavə

 

 

(üz qabığı)

 

_____________________________________________________________________________________

(özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin adı)

 

 

XÜSUSİ    VASİTƏLƏRİN   MÜHAFİZƏÇİLƏRƏ

VERİLİB-ALINMASININ    QEYDİYYATI

 

J  U  R  N  A  L  I

 

 

Başlanılıb «______»____________20_____il

 

Qurtarıb   «______»____________20_____il

 

 

 

(səhifələri)

 

 

Sıra

№-si

Mühafizəçilərin

soyadı, adı

Xüsusi

vasitənin

adı

Xüsusi

vasitənin

alınma tarixi və

saatı

Xüsusi

vasitəni

alan

mühafizəçinin

imzası

Xüsusi

vasitənin

geri qaytarılma

tarixi və saatı

Xüsusi vasitəni geri alan məsul şəxsin imzası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853)

2.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

  1. 6 oktyabr 2016-cı il tarixli 392 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1710)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI



[1] 6 oktyabr 2016-cı il tarixli 392 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1710) ilə “Xüsusi razılığın (lisenziyanın)” sözləri “Lisenziyanın” sözü ilə əvəz edilmişdir.

 

[2] 6 oktyabr 2016-cı il tarixli 392 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1710) ilə “Etibarlılıq müddəti” sözləri çıxarılmışdır.

 

[3] 4 sentyabr 2008-ci il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 9, maddə 853) ilə «Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi Qaydası»nın 2.1.1-ci yarımbəndində «Ədliyyə Nazirliyində» sözlərindən sonra «və ya Azərbaycan Respublikasının Vergilər Nazirliyində» sözləri əlavə edilmişdir.

 

[4] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi Qaydası”nın 2.1.2-ci yarımbəndində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[5] 6 oktyabr 2016-cı il tarixli 392 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1710) ilə 2.1.1-ci, 2.1.2-ci və 2.1.3-cü yarımbəndlərdə “xüsusi razılığın (lisenziyanın)” sözləri “lisenziyanın” sözü ilə əvəz edilmişdir.

 

[6] 6 oktyabr 2016-cı il tarixli 392 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1710) ilə 4-cü hissə ləğv edilmişdir.

 

[7] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Xüsusi vasitənin özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi üçün mühafizəçilərə verilməsi Qaydaları”nın 9-cu hissəsində “Milli Təhlükəsizlik Nazirliyinə” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinə” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status