×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
27.08.2007
QEYDİYYAT NÖMRƏSİ
135
ADI
"Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2007, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 860)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.08.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
090.000.000
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın təsdiq edilməsi haqqında

Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.2-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 27 avqust 2007-ci il

    № 135

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması

 

Q A Y D A L A R I

 

1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. [1]

2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.

3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.

4. Bu Qaydaların 6-cı və 7-ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. [2]

5. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir.

6. Əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır.

7. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər.

8. Bu Qaydaların 1-ci hissəsində göstərilən orqanların strukturuna daxil olan ştat vahidləri üzrə vəzifə adlarında dəyişiklik edildiyi halda, dəyişikliyin aid olduğu vəzifəni xüsusi qeyd etməklə dəyişikliyin edildiyi tarixdən 7 iş günü müddətində Fonda məlumat verir. Bu Qaydaların 7-ci hissəsində nəzərdə tutulmuş orqanlar istisna olmaqla, digər orqanlar bu cür məlumatlandırmanı bu Qaydalara 3 nömrəli əlavə ilə müəyyən edilmiş formada kodlaşdırılmış siyahını yeniləyərək təqdim etməklə həyata keçirirlər.

9. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş yaşa görə əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının sonuncu təminat xərcliyinə əsasən yenilənmiş məlumat vərəqi bu Qaydaların 3-cü və 4-cü hissələrinə uyğun olaraq 15 iş günü müddətində Fonda göndərilir. [3]

 

 


 

 

“Təminat xərcliyinin hesablanması, hərbi xidmət

müddəti və təminat xərcliyi barədə məlumatların

təqdim olunması Qaydaları”na

 

1 nömrəli əlavə

 

 

 

Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan

MƏLUMAT VƏRƏQİ

 

 

 

Təqdim edən orqanın kodu

 

 

Məlumat vərəqinin №-si

 

 

 

 

1. Şəxsi məlumatlar

 

 

 

1.1.

Fərdi identifikasiya nömrəsi (FİN)

 

 

 

 

1.2.

Soyadı, adı, atasının adı

 

 

 

1.3.

Doğulduğu tarix

 

 

 

1.6.

Hərbi rütbəsinin kodu

 

 

 

1.4.

Ünvan

 

 

1.7.

Xüsusi rütbəsinin kodu

 

 

 

1.5.

Telefon nömrəsi

 

 

 

 

2. Xidmət illəri sığorta stajı ilə bağlı məlumatlar

 

 

2.1.

Sonuncu vəzifəsinin kodu

 

 

 

 

 

 

 

2.2.

İş stajı (il, ay, gün)

 

 

 

 

 

 

2.2.1.

2006-cı il 1 yanvar tarixinədək

 

 

 

 

 

 

 

 

 

2.3.

Təqvim üzrə xidmət illəri (il, ay, gün)

 

 

 

2.4.

Güzəştli xidmət illəri (il, ay, gün)

 

 

 

 

 

a)

2017-ci il 1 iyul tarixinədək

 

 

a)

2017-ci il 1 iyul tarixinədək

 

 

 

 

 

b)

2017-ci il 1 iyul tarixindən sonra

 

 

b)

2017-ci il 1 iyul tarixindən sonra

 

 

 

 

 

 

 

 

2.5.

Cəmi stajı xidmət illəri (iş stajı, təqvim üzrə xidmət illəri, güzəştli xidmət illəri / il, ay, gün)

 

 

 

 

 

a)

2017-ci il 1 iyul tarixinədək

 

 

 

 

 

b)

2017-ci il 1 iyul tarixindən sonra

 

 

 

 

 

 

 

 

2.6.

Ehtiyata ya istefaya buraxıldığı, yaxud vəfat etdiyi tarix

 

 

 

 

 

 

 

2.7.

Ehtiyata ya istefaya buraxılması üçün

əsas götürülmüş qanun və maddəsi

 

 

 

 

 

 

2.8.

Vəfat etməsi xidməti vəzifəsini yerinə yetirməklə bağlı olmuşdurmu? (hə, yox)

 

 

 

 

 

 

 

3. Təminat xərcliyi ilə bağlı məlumatlar

 

 

3.1.

Vəzifə maaşı (manatla)

 

 

 

 

3.2.

Rütbə maaşı (manatla)

 

 

 

3.3.

Ərzaq payı əvəzinə pul kompensasiyası (manatla)

 

 

 

 

3.4. Əlavələr

 

 

 

Əlavənin növü

Faiz

Məbləğ (manatla)

 

 

3.4.1.

Xidmət illərinə görə əlavə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.4.2. Vəzifə maaşından hesablanan digər əlavələr artımlar

 

 

Əlavənin növü

Faiz

Məbləğ (manatla)

 

Əlavənin növü

Faiz

Məbləğ (manatla)

 

a)

 

 

 

d)

 

 

 

 

b)

 

 

 

e)

 

 

 

 

c)

 

 

 

ə)

 

 

 

 

ç)

 

 

 

f)

 

 

 

 

 

 

3.5.

Cəmi təminat xərcliyi (manatla)

 

 

 

 

 

4. Digər məlumatlar

 

 

4.1.

Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdirmi? (hə, yox)

 

 

 

 

 

 

 

 

İmza

 

 

 

 

 

 

 

 

 

Tarix

 

 

 

 

 

 

M.Y.

 

 

 

 


 

 

“Təminat xərcliyinin hesablanması, hərbi xidmət

müddəti və təminat xərcliyi barədə məlumatların

təqdim olunması Qaydaları”na

 

2 nömrəli əlavə

Məxfi doldurulduqda

 

 

 

Əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan

MƏLUMAT VƏRƏQİ

 

 

 

Təqdim edən orqanın kodu

 

 

Məlumat vərəqinin №-si

 

 

 

 

1. Şəxsi məlumatlar

 

 

 

1.1.

Fərdi identifikasiya nömrəsi (FİN)

 

 

 

 

1.2.

Soyadı, adı, atasının adı

 

 

 

1.3.

Doğulduğu tarix

 

 

 

1.6.

Hərbi rütbəsinin kodu

 

 

 

1.4.

Ünvan

 

 

1.7.

Xüsusi rütbəsinin kodu

 

 

 

1.5.

Telefon nömrəsi

 

 

 

 

2. Xidmət illəri sığorta stajı ilə bağlı məlumatlar

 

 

2.1.

Sonuncu vəzifəsinin kodu

 

 

 

 

 

 

 

2.2.

İş stajı (il, ay, gün)

 

 

 

 

 

 

2.2.1.

2006-cı il 1 yanvar tarixinədək

 

 

 

 

 

 

 

 

 

2.3.

Təqvim üzrə xidmət illəri (il, ay, gün)

 

 

 

2.4.

Güzəştli xidmət illəri (il, ay, gün)

 

 

 

 

 

a)

2017-ci il 1 iyul tarixinədək

 

 

a)

2017-ci il 1 iyul tarixinədək

 

 

 

 

 

b)

2017-ci il 1 iyul tarixindən sonra

 

 

b)

2017-ci il 1 iyul tarixindən sonra

 

 

 

 

 

 

 

 

2.5.

Cəmi stajı xidmət illəri (iş stajı, təqvim üzrə xidmət illəri, güzəştli xidmət illəri / il, ay, gün)

 

 

 

 

 

a)

2017-ci il 1 iyul tarixinədək

 

 

 

 

 

b)

2017-ci il 1 iyul tarixindən sonra

 

 

 

 

 

 

 

 

2.6.

Ehtiyata ya istefaya buraxıldığı, yaxud vəfat etdiyi tarix

 

 

 

 

 

 

 

2.7.

Ehtiyata ya istefaya buraxılması üçün

əsas götürülmüş qanun və maddəsi

 

 

 

 

 

 

2.8.

Vəfat etməsi xidməti vəzifəsini yerinə yetirməklə bağlı olmuşdurmu? (hə, yox)

 

 

 

 

 

 

 

3. Təminat xərcliyi ilə bağlı məlumatlar

 

 

3.1.

Vəzifə maaşı (manatla)

 

 

 

 

3.2.

Rütbə maaşı (manatla)

 

 

 

3.3.

Ərzaq payı əvəzinə pul kompensasiyası (manatla)

 

 

 

 

3.4. Əlavələr

 

 

 

Əlavənin növü

Faiz

Məbləğ (manatla)

 

 

3.4.1.

Xidmət illərinə görə əlavə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3.4.2. Vəzifə maaşından hesablanan digər əlavələr artımlar

 

 

Əlavənin növü

Faiz

Məbləğ (manatla)

 

Əlavənin növü

Faiz

Məbləğ (manatla)

 

a)

 

 

 

d)

 

 

 

 

b)

 

 

 

e)

 

 

 

 

c)

 

 

 

ə)

 

 

 

 

ç)

 

 

 

f)

 

 

 

 

 

 

3.5.

Cəmi təminat xərcliyi (manatla)

 

 

 

 

 

4. Digər məlumatlar

 

 

4.1.

Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmişdirmi? (hə, yox)

 

 

 

 

 

 

 

 

İmza

 

 

 

 

 

 

 

 

 

Tarix

 

 

 

 

 

 

M.Y.

 

 

 

 


 

 

 

“Təminat xərcliyinin hesablanması, hərbi xidmət

müddəti və təminat xərcliyi barədə məlumatların

təqdim olunması Qaydaları”na

 

3 nömrəli əlavə

 

Məxfi doldurulduqda

 

 

 

 

Hərbi və xüsusi rütbəli şəxslərin xidmət keçdiyi orqanın strukturuna daxil olan ştat vahidləri üzrə vəzifə və rütbə adlarının kodlaşdırılmış siyahısının nümunəvi forması

 

 

 

 

Orqanın adı

________________________________________________________________________________

Orqanın kodu

_________________

 

 

dördrəqəmli kod

 

 

 

 

 

 

 

 

 

Vəzifə adlarına dair kodlaşdırılmış siyahı

Sıra №-si

Vəzifənin adı

Vəzifənin kodu

(dördrəqəmli)

Vəzifə maaşı

(manatla)

1.

 

 

 

2.

 

 

 

3.

 

 

 

...

 

 

 

 

 

 

 

 

Rütbə adlarına dair kodlaşdırılmış siyahı

Sıra №-si

Rütbənin adı

Rütbənin kodu

(üçrəqəmli)

Rütbə maaşı

(manatla)

1.

 

 

 

2.

 

 

 

3.

 

 

 

...

 

 

 

 

Qeyd. Siyahı hər səhifədə müvafiq orqanın səlahiyyətli vəzifəli şəxsinin imzası ilə və möhürlə təsdiq edilməlidir.


 

 

“Təminat xərcliyinin hesablanması, hərbi xidmət

Müddəti və təminat xərcliyi barədə məlumatların

Təqdim olunması Qaydaları”na

ƏLAVƏ [4]

 

Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan

M Ə L U M A T  V Ə R Ə Q Ə S İ

Orqanın adı

 

 

Vərəqin №-si

 

 

1.

Soyadı, adı, atasının adı

 

 

2.

Doğulduğu tarix

 

 

 

 

3.

Hərbi (xüsusi) rütbəsi

 

 

4.

Vəzifəsi (tarif dərəcəsi)

 

 

5.

İş stajı (il, ay gün)

 

 

 

 

6.

Ali təhsili (əmsal 0.5) (il, ay gün)

 

 

 

 

7.

Təqvim üzrə xidmət illəri (il, ay gün)

 

 

 

 

8.

Güzəştli xidmət illəri (il, ay gün)

 

 

 

 

9.

Cəmi: iş stajı və xidmət illəri (iş stajı, ali təhsil, təqvim üzrə xidmət illəri, güzəştli xidmət illəri)

 

 

10.

Ehtiyata və ya istefaya buraxıldığı və ya vəfat etdiyi tarix

 

 

 

 

11.

Çernobıl AES-də iştirak etmişdir (hə, yox)

 

 

 

 

12.

Ehtiyata və ya istefaya buraxıldığı maddə

 

 

 

13.

Vəfat etməsi xidməti vəzifəsini yerinə yetirməklə bağlı

 

Səbəblər üzündən baş vermişdir.

 

14.

Pul təminatı (təminat xərcliyi)

Faiz

Məbləğ

 

 

Faiz

Məbləğ

 

 

 

 

14.1.

Vəzifə maaşı

 

14.8.

Digər növ əlavələr

 

 

14.2.

Rütbə maaşı

 

14.9.

Digər növ əlavələr

 

 

14.3.

Xidmət illərinə görə əlavə

 

 

14.10.

Digər növ əlavələr

 

 

14.4.

Ərzaq payı

 

14.11.

Digər növ əlavələr

 

 

14.5.

Digər növ əlavələr

 

 

14.12.

Digər növ əlavələr

 

 

14.6.

Digər növ əlavələr

 

 

Cəmi (manatla)

 

14.7.

Digər növ əlavələr

 

 

 

 

15.

Cəmi pul təminatı (sözlə)

 

 

16.

Müharibə veteranı

 

 

17.

Yaşadığı ünvan

 

 

18.

Telefon

 

 

M.Y.

 

İmzalar

 

 

 

 

Tarix

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 dekabr 2012-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 dekabr 2012-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1351)

2.       1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343)

3.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

4.       10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620)

5.       19 aprel 2017-ci il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2017-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 643)

6.       27 mart 2019-cu il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 559)

7.       27 avqust 2019-cu il tarixli 371 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2019-cu il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1476)

8.       11 mart 2020-ci il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2020-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 348)

9.       5 mart 2021-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2021-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 280)

10.    18 oktyabr 2021-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2021-ci il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1183)

11.    25 avqust 2022-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1015)

12.    3 noyabr 2022-ci il tarixli 402 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 3 noyabr 2022-ci il, “Xalq” qəzeti, 5 noyabr 2022-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1339)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 dekabr 2012-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 9 dekabr 2012-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1351) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsində “Dövlət Sərhəd Xidmətində” sözlərindən sonra “, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində” sözləri əlavə edilsin, “qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə” sözləri “qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə” sözləri ilə əvəz edilmişdir.

1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci, 3-cü, 4-cü hissələrində və həmin Qaydalara əlavədə - “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna” sözləri ilə əvəz edilmişdir.

22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində,” sözləri çıxarılmışdır və həmin hissəyə “Prokurorluğunda,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində,” sözləri əlavə edilmişdir.

10 aprel 2017-ci il tarixli 133 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 aprel 2017-ci il, № 75, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4, maddə 620) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsindən “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində,” sözləri çıxarılmışdır.

19 aprel 2017-ci il tarixli 159 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 aprel 2017-ci il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 643) ilə 1-ci hissədən “, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti” sözləri çıxarılmışdır.

11 mart 2020-ci il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2020-ci il, № 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 348) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsinə “Azərbaycan Respublikasının Müdafiə Nazirliyində” sözlərindən əvvəl “Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində,” sözləri əlavə edilmişdir və həmin hissədə “Prokurorluğunda” sözü “Hərbi Prokurorluğunda” sözləri ilə əvəz edilmişdir.

5 mart 2021-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2021-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 280) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci, 3-cü və 4-cü hissələrdə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilmişdir.

18 oktyabr 2021-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2021-ci il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1183) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissədə “qulluqçulara” sözü “qulluqçular” sözü ilə, birinci halda “xüsusi rütbəli şəxslərə” sözləri “xüsusi rütbəli şəxslər” sözləri ilə, “orqanlarında” sözü “, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində” sözləri ilə, hər iki halda “xidmət edən” sözləri “xidmət etmiş” sözləri ilə əvəz edilmişdir və həmin hissəyə “Fonduna” sözündən sonra “(bundan sonra – Fond)” sözləri əlavə edilmişdir.

25 avqust 2022-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı 31 avqust 2022-ci il, “Xalq” qəzeti 2 sentyabr 2022-ci il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 8, maddə 1015) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsində “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində” sözləri ilə əvəz edilmişdir.

 

[2] 27 mart 2019-cu il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 mart 2019-cu il, № 67, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 559) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir.

27 avqust 2019-cu il tarixli 371 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 avqust 2019-cu il, № 188, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1476) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinə “buraxıldığı günə” sözlərindən sonra “(sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə)” sözləri əlavə edilmişdir.

18 oktyabr 2021-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2021-ci il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1183) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci, 3-cü və 4-cü hissələr yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.

Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır.

3. Bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.

4. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.

 

[3] 18 oktyabr 2021-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2021-ci il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1183) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na yeni məzmunda 5-9-cu hissələr əlavə edilmişdir.

 

3 noyabr 2022-ci il tarixli 402 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 3 noyabr 2022-ci il, “Xalq” qəzeti, 5 noyabr 2022-ci il, № 243, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 11, maddə 1339) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 9-cü hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

9. Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Fonda ona dair yenilənmiş məlumat vərəqi göndərilmir.

 

[4] 5 mart 2021-ci il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2021-ci il, № 57, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 280) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın əlavəsində “Azərbaycan Respublikası” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilmişdir.

18 oktyabr 2021-ci il tarixli 314 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 20 oktyabr 2021-ci il, № 226, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1183) ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın əlavəsi ləğv edilmişdir.

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status