AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.12.2002
QEYDİYYAT NÖMRƏSİ
196
ADI
"Nəzarət kitabçası" haqqında Əsasnamənin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2002, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 748)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.12.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Nəzarət kitabçası" haqqında Əsasnamənin təsdiq edilməsi barədə

"Nəzarət kitabçası" haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli, 790 nömrəli Fərmanının 10-cu bəndinin 9-cu abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsi ilə razılaşdırılmış "Nəzarət kitabçası" haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, "Nəzarət kitabçası"nın çapı ilə bağlı maliyyə vəsaitinin ayrılmasını təmin etsin.

3. "Nəzarət kitabçası" haqqında Əsasnamənin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 2 mart tarixli, 31 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 13 dekabr 2002-ci il

                     № 196


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 13 dekabr tarixli, 196 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

"Nəzarət kitabçası" haqqında

ƏSASNAMƏ

 

1. Ümumİ müddəalar

1.1. Bu Əsasnamə "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli, 790 nömrəli Fərmanının 10-cu bəndinin 9-cu abzasının və 11-ci bəndinin 2-ci abzasının icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərində (hüquqi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə) bu Əsasnaməyə əlavə edilmiş formaya uyğun olaraq "Nəzarət kitabçası" tətbiq edilir.

1.3. Sahibkarlıq subyektlərinin "Nəzarət kitabçası" ilə təmin edilməsi və onun reyestrinin aparılması Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilir. [1]

1.4. "Nəzarət kitabçası" fərdi nömrəyə malikdir. "Nəzarət kitabçası"nın çapı Nazirlik tərəfindən təşkil olunur. Bu Əsasnamənin mətni kitabçanın titul vərəqinin iç üzündə dərc edilir. "Nəzarət kitabçası"nın səhifələri mətbəə üsulu ilə nömrələnir.

1.5. Nazirlik sahibkarlıq subyektlərini, onların filial və nümayəndəliklərini, rəsmi müraciətlər əsasında və aidiyyəti dövlət orqanları vasitəsilə əvəzsiz olaraq "Nəzarət kitabçası" ilə təmin edir. [2]

2. Nəzarət kİtabçalarının saxlanılması və ondan İstİfadə

2.1. Sahibkarlıq subyektlərində "Nəzarət kitabçası"nın saxlanılmasını obyektin rəhbəri və yaxud onun müavini, filial və nümayəndəliklərdə isə rəhbərlik tərəfindən müəyyən edilmiş şəxs təmin edir.

2.2. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada yoxlamalar həmin yoxlamanı aparan şəxsin adı, soyadı, atasının adı, vəzifəsi və təmsil etdiyi təşkilatın adı, yoxlamanın məqsədi, yoxlamaya hüquq verən sənədin tarixi və nömrəsi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu, yoxlamaya başlanılan vaxt "Nəzarət kitabçası"na qeyd edildikdən sonra həyata keçirilir. [3]

2.3. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada yoxlama aparmağa başlanan sahibkarlıq subyektlərində "Nəzarət kitabçası"nın olmaması qanuni yoxlamanın aparılmamasına əsas vermir. Bu halda yoxlama aparan şəxs yoxlamanın nəticəsinə dair tərtib etdiyi sənəddə bu barədə müvafiq qeyd aparmalı, yoxlanılan sahibkarlıq subyektinin rəhbəri isə qısa müddət ərzində müəyyən edilmiş qaydada "Nəzarət kitabçası"nı almalıdır.

2.4. Sahibkarlıq subyektlərində yoxlama aparan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada yoxlamaya hüquq verən sənədləri olmalıdır.

2.4-1. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. [4]

2.5. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dövlət orqanları tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün yoxlamalar "Nəzarət kitabçası"nda qeyd edilir.

2.6. Vergi orqanları istisna olmaqla, digər dövlət orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada sahibkarlıq subyektlərində aparılan yoxlamalarda iştirak edən Nazirliyin nümayəndəsi haqda "Nəzarət kitabçası"nda müvafiq qeydlər edilir. [5]

2.7. Yoxlamanın nəticəsinə dair tərtib edilmiş sənədlər barədə "Nəzarət kitabçası"nda müvafiq qeydlər aparılır.

2.8. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş sənədlərin eyni qüvvəyə malik bir nüsxəsi sahibkarlıq subyektində, ikinci nüsxəsi isə yoxlama keçirən orqanın nümayəndəsində saxlanılır. Nazirliyin nümayəndəsinin iştirakı ilə keçirilən yoxlamalarda eyni qüvvəyə malik üçüncü nüsxə tərtib olunur və nümayəndəyə təqdim edilir. [6]

2.9. Sahibkarlıq subyektləri yoxlamanın nəticəsi ilə razılaşmadıqları hallarda, qanunvericilikdə müəyyən edilmiş qaydada yoxlamanı aparan orqanın qərarından Nazirliyə və məhkəməyə şikayət edə bilərlər.

2.10. "Nəzarət kitabçası" itirildikdə və yaxud istifadəyə yararsız hala salındıqda, sahibkarlıq subyekti onun dublikatının alınması haqqında Nazirliyə müraciət etdikdən sonra üzərində "Dublikat" sözü yazılmış yeni "Nəzarət kitabçası" ilə təmin olunur.

2.11. Yoxlayıcı orqanın nümayəndələri tərəfindən aparılmış,  qeydiyyatlarla dolmuş "Nəzarət kitabçası" yeni kitabça alınarkən rəsmi qaydada Nazirliyə təhvil verilir və həmin kitabçalar 5 il müddətində Nazirlikdə saxlanır.

2.12. Bu Əsasnamənin 2-ci bəndində göstərilən tələblər yerinə yetirilmədən aparılan yoxlama qeyri-qanuni hesab edilir.

3. "Nəzarət kİtabçası" üzrə məlumatların ümumİləşdİrİlməsİ

3.1. Sahibkarlıq subyektləri hər altı aydan bir onlarda aparılan yoxlamaya dair məlumatları Nazirliyin yerli qurumları vasitəsi ilə Nazirliyə təqdim edir.

3.2. Nazirlik daxil olmuş məlumatları ümumiləşdirərək təhlil edir və bu haqda ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 13 dekabr tarixli, 196 nömrəli qərarı ilə

təsdiq edilmiş Əsasnaməyə

Əlavə

NƏZARƏT KİTABÇASI  [7]

 

S/S

Yoxlama aparan şəxsin adı, atasının adı, vəzifəsi, təmsil etdiyi təşkilatın adı, ünvanı, əlaqə telefonu

Yoxlamanın aparılmasına hüquq verən sənədin tarixi və nömrəsi

Yoxlamanın aparılmasının məqsədi

İqtisadiyyat və Sənaye Nazirliyinin yoxlamada iştirak edən nümayəndəsinin soyadı, adı vəzifəsi və yoxlamada iştirak etməyə hüquq verən sənədin tarixi və nömrəsi [8]

Yoxlamanın məzmunu və yoxlama ilə əhatə olunan dövr

Yoxlamaya başlama vaxtı (tarix, saat). Yoxlamanı aparan şəxsin imzası İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda, həmçinin nümayəndənin imzası [9]

Aşkar edilən faktlar, yoxlamanın nəticəsi üzrə tərtib edilən sənədlər, görülmüş tədbirlər və nöqsanların aradan qaldırılmasına dair təkliflər

Yoxlamanın bitmə vaxtı (tarix, saat). Yoxlama aparan şəxsin imzası İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda, həmçinin nümayəndənin imzası

Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş yekun sənədlərinin ona çatacaq nüsxələrini almasına dair sahibkarlıq subyekti rəhbərinin (İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda həmçinin nümayəndənin) qeydi və imzası [10]

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu

1

2

3

4

5

6

7

8

9

10

11

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       11 avqust 2008-ci il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 779)

2.       16 iyun 2008-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 570)

3.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

4.       18 fevral 2015-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 229)

5.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə”nin 1.3-cü bəndində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə”nin 1.3-cü bəndindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[2] 11 avqust 2008-ci il tarixli 180 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 779) ilə "Nəzarət Kitabçası" haqqında Əsasnamə"nin 1.5-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

1.5. Sahibkarlıq subyektləri "Nəzarət kitabçası"nı, filial və nümayəndəliklərini də nəzərə almaqla lazım olan miqdarda, rəsmi müraciətlər əsasında, onun çap edilməsinə çəkilmiş xərci ödəməklə Nazirlikdən alırlar. Nazirlik "Nəzarət kitabçası"nın verilməsini və bunun üçün sahibkarlıq subyektlərindən haqqın alınmasını müvafiq qaydada rəsmiləşdirir və toplanmış vəsaiti bütünlüklə dövlət büdcəsinə köçürür.

 

[3] 16 iyun 2008-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 570) ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə”nin 2.2-ci bəndində “nömrəsi,” sözündən sonra “sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yoxlamanın kodu,” sözləri əlavə edilmişdir.

 

[4] 16 iyun 2008-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 570) ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə”nin yeni məzmunda 2.4-1-ci bənd əlavə edilmişdir.

 

[5] 18 fevral 2015-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 229) ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə”nin 2.6-cı bənd ləğv edilmişdir.

 

[6] 18 fevral 2015-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 229) ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə”nin 2.8-ci bəndin ikinci cümləsi çıxarılmışdır.

 

[7] 16 iyun 2008-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 570) ilə Əsasnamənin əlavəsi – “Nəzarət kitabçası”na yeni məzmunda 11-ci sütun əlavə edilmişdir.

 

14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə”yə Əlavə - “Nəzarət Kitabçası”nın beşinci, yeddinci, doqquzuncu və onuncu sütunlarında “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[8] 18 fevral 2015-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 229) ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə”nin əlavə - “Nəzarət Kitabçası”nın 5-ci sütunu çıxarılmışdır.

 

[9] 18 fevral 2015-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 229) ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə”nin əlavə - “Nəzarət Kitabçası”nın 7-ci və 9-cu sütunlardan “və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda, həmçinin nümayəndənin imzası” sözləri çıxarılmışdır.

 

[10] 18 fevral 2015-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 22 fevral 2015-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, №2, maddə 229) ilə “Nəzarət kitabçası” haqqında Əsasnamə”nin əlavə - “Nəzarət Kitabçası”nın 10-cu sütundan “(İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirak etdiyi halda, həmçinin nümayəndənin)” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status