AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.10.2007
QEYDİYYAT NÖMRƏSİ
161
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2007, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1021)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.10.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
090.000.000
100.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyasının Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası adlandırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 4 sentyabr tarixli 2372 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 5, maddə 364; 2003-cü il, 8, maddə 460; 2006-cı il, 6, maddə 584) ilə təsdiq edilmiş "Beynəlxalq dəniz ticarət limanı kapitanı haqqında Əsasnamə"nin 1.1-ci və 1.5-ci bəndlərindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 8 may tarixli 83 nömrəli qərarı   (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 5, maddə 364; 2003-cü il, 8, maddə 460; 2006-cı il, 6, maddə 584) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılması haqqında Əsasnamə"nin 1.3-cü və 1.4-cü bəndlərinin 1-ci cümləsindən, 1.8-ci bəndindən, 1.11-ci bəndinin birinci və beşinci abzaslarından, 1.15-ci bəndinin birinci abzasından, 3.4-cü bəndinin 1-ci cümləsindən və 3.5-ci bəndinin 2-ci cümləsindən, 3.6-cı bəndinin birinci abzasından, 3.9-cu bəndinin birinci abzasından, 4.1-ci bəndindən, 4.3-cü bəndinin 3-cü cümləsindən, 4.5-ci və 4.6-cı bəndlərindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 30 iyun tarixli 110 nömrəli  qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 6, maddə 475; 2003-cü il, 8, maddə 460; 2005-ci il, 10, maddə 973; 2006-cı il, 6, maddə 584) ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları"nın 3.1-ci bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.

4. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 11 avqust tarixli 104 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 8, maddə 460; 2006-cı il, 6, maddə 584) 5-ci bəndinin 1-ci yarımbəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 10, maddə 866; 2006-cı il, 3, maddə 303, 5, maddələr 463, 468, 8, maddə 731, 9, maddə 822, 11, maddə 994; 2007-ci il, 1, maddə 50) ilə təsdiq edilmiş 4 nömrəli əlavənin "Büdcə xərclərinin inzibati təsnifatı"nın 1442 kodunun "Baş kredit sərəncamçıları" sütunundan "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 9, maddə 869; 2007-ci il, 1, maddə 45, 3, maddə 312) ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın 39-cu bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli   qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 12, maddə 1230; 2006-cı il, 9, maddə 822, 11, maddə 1000; 2007-ci il, 4, maddə 387) ilə təsdiq edilmiş "İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının  Siyahısı"nın 7-8-ci kateqoriyalarına aid 3-cü və 4-cü sütunlarından "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.

8. "Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 15 may tarixli 124 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 5, maddə 468, 8, maddə 731) 7-ci bəndinin qırx üçüncü abzasından "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.

9. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 iyun tarixli 160 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 6, maddə 584) preambulasından, 2.1-ci, 2.3-cü, 3.1-3.3-cü, 4-cü və 5.1-ci bəndlərindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.

10. "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 30 iyun tarixli 161 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 6, maddə 585) adından, preambulasından və  1-ci bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.

11. "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarına əlavə edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 19 mart tarixli 57 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 3, maddə 312) 1-ci bəndinin ikinci abzasından "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.

12. "İxrac nəzarəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 2 aprel tarixli 60 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 4, maddə 387) 1-ci bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın 40-cı bəndindən "Nazirlər Kabineti yanında" sözləri çıxarılsın.

14. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

 

Bakı şəhəri, 8 oktyabr 2007-ci il

161

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status