270.000.000
280.000.000
Azərbaycan Respublikasının Göygöl Milli Parkının yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, təbii resursların səmərəli istifadə edilməsi, ekoturizmin inkişaf etdirilməsi və respublikanın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədi ilə qərara alıram:
1. Göygöl dövlət qoruğunun və Azərbaycan Respublikasının Xanlar, Daşkəsən və Goranboy rayonları inzibati ərazilərinin əlavə olunan xəritədə göstərilmiş 12755 hektarlıq sahəsində Azərbaycan Respublikasının Göygöl Milli Parkı yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2008-ci il
№ 2744