Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğunun yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, səciyyəvi, nadir təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Goranboy rayonu inzibati ərazisinin əlavə olunan sxematik planda göstərilmiş 4833,6 hektarlıq sahəsində Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğu yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2008-ci il
№ 2745