AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
12.11.2007
QEYDİYYAT NÖMRƏSİ
2495
ADI
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2007, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1139)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.11.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 100 faizinin dövlətə məxsus olduğunu nəzərə alaraq dövlətin adından səhmdar səlahiyyətlərini həyata keçirəcək icra hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qərara alıram:

1. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı kimi dövlətin adından aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə həvalə edilsin: [1]

1.1. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin strukturunun, aparatının işçilərinin say həddinin və xərclər smetasının təsdiq edilməsi;

1.2. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

1.3. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri öz vəzifəsini yerinə yetirə bilmədikdə, onun səlahiyyətlərinin müvəqqəti olaraq sədr müavinlərindən birinə həvalə edilməsi;

1.4. Azərbaycan Respublikasında və ya xarici dövlətlərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin filiallarının, nümayəndəliklərinin, eləcə də törəmə müəssisələrinin yaradılmasına, yenidən təşkilinə və ləğvinə, həmçinin həmin qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

1.5. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən daxil olan təkliflərə baxılması və öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməsi;

1.6. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin hesabatlarına baxılması, illik hesabatların, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi və öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməsi, zəruri hallarda Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi;

1.7. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi. [2]

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsini təsdiq etsin.

2.2. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi öz səlahiyyətləri daxilində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirsinlər. [3]

4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 noyabr 2007-ci il

                № 2495

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610)

2.       26 fevral 2016-cı il tarixli 1820 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 340)

3.       5 oktyabr 2016-cı il tarixli 2369 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №10, maddə 1659)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 oktyabr 2016-cı il tarixli 2369 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №10, maddə 1659) ilə 1-ci hissəsi ləğv edilmişdir.

 

[2] 26 fevral 2016-cı il tarixli 1820 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 27 fevral 2016-cı il, № 45; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 340) ilə 1.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 1.7-ci bənd əlavə olunmuşdur.

 

[3] 2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 4 iyul 2010-cu il, № 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 7, maddə 610) ilə 3-cü bəndində "Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status