AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
12.11.2007
QEYDİYYAT NÖMRƏSİ
2497
ADI
2007-ci il avqustun 28-də Lyublyana şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-11-2007, Nəşr nömrəsi: 11, Maddə nömrəsi: 1141)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.11.2007
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
2007-ci il avqustun 28-də Lyublyana şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq

2007-ci il avqustun 28-də Lyublyana şəhərində  imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. 2007-ci il avqustun 28-də Lyublyana şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin. [1]

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Sloveniya Respublikası Hökumətini xəbərdar etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 noyabr 2007-ci il

                 № 2497

 

 


 

Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

 

Bundan sonra "Tərəflər" adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti,

hər iki ölkənin sosial və iqtisadi inkişafı çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyi və möhkəmləndirməyi arzu edərək,

hər bir müvafiq ölkədə ictimaiyyət üçün səmərəli və dayanıqlı xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar eyni məqsəd və maraqları bölüşərək,   

informasiya və kommunikasiya texnologiyaları sahəsində aparılan əməkdaşlığın hazırkı səviyyəsi və ümumi maraq kəsb edən ideyalar, məlumatlar, bilik və təcrübələr baxımından mübadiləsi yolu ilə təkmilləşdirilməsinin Tərəflər üçün faydalı olacağını hesab edərək,

informasiya və kommunikasiya texnologiyaları sahəsində Tərəflər arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsində mövcud olan potensialı və mövcud imkanlardan tam istifadə etmək üçün ehtiyacı dərk edərək,

Tərəflər informasiya və kommunikasiya texnologiyaları sahəsində sərmayələri, birgə müəssisələri, ümumi maraqları, texnoloji inkişafı və ticarəti inkişaf etdirmək arzusunda olduqlarını nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Tərəflər qarşılıqlı fayda əsasında, öz milli qanunvericilikləri və beynəlxalq hüququn müvafiq norma və prinsiplərinə və bu Sazişin müddəalarına uyğun olaraq informasiya və kommunikasiya texnologiyaları sahəsində öz iqtisadi, sənaye, elmi və texniki əməkdaşlıqlarını inkişaf etdirəcək və təkmilləşdirəcəklər.

 

Maddə 2

 

Tərəflər arasında informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq aşağıdakıları əhatə edir:

1.      telekommunikasiya, elektron kontent, elektron xidmətlər və elektron biznesin tənzimlənməsi ilə əlaqədar Sloveniyanın təcrübəsinin öyrənilməsi;

2.     E-hökumətin və E-imzanın tətbiqi sahəsində əməkdaşlıq (elektron hökumət və elektron imza);

3.     Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsinə Sloveniya tərəfindən sərmayə qoyuluşlarının təşviq etdirilməsi;

4.     qarşılıqlı məqbul şərtlərlə Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində birgə müəssisələrin yaradılmasının təşviq etdirilməsi;

5.     Sloveniyanın telekommunikasiya təsisatlarında azərbaycanlı mütəxəssislər üçün təlim kurslarının təşkili;

6.     birgə seminar, konfrans, forum və sərgilərin keçirilməsi ilə bağlı tələb olunacaq xərclər;

7.     Beynəlxalq təşkilatlarda (ÜPİ və BTİ kimi) hər iki ölkənin milli maraqlan üst-üstə düşdüyü təqdirdə bir-birini dəstəkləməsi;

8.     Sərbəst tənzimləmə şəraitində beynəlxalq telefon danışıq tariflərinə yenidən baxılmasının mütəxəssislər səviyyəsində müzakirə edilməsi və hər iki ölkənin mövcud tranzit telefon trafiki mübadiləsi imkanlarından səmərəli istifadə edilməsi;

9.   hər iki Tərəfin nümayəndə heyətlərinin təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərinin təşkili;

10.     İKT sahəsində elmi araşdırmalar üzrə siyasətin hazırlanmasında və həyata keçirilməsində əməkdaşlıq və təcrübə mübadiləsi (İKT texnologiyaları üzrə platformalar, İKT sahəsində elmi araşdırmalar üzrə milli himayə və Avropa İttifaqının dəstəyi);

11.    qarşılıqlı razılaşma əsasında digər məsələlər.

 

Maddə 3

 

Tərəflər İKT sahəsində görülmüş işlərin daha da təkmilləşdirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiq edilməsi və birgə müəssisələrin yaradılması məqsədilə aidiyyəti orqanlarını, təşkilat və müəssisələrini bu sahədə sıx əlaqələrin və məlumat mübadiləsinin təkmilləşdirilməsi, eləcə də xüsusi proqramların və layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığa təşviq edəcəklər.

Tərəflər kəndlərdə telekommunikasiyanın inkişaf etdirilməsi, rəqəmsallara keçidin təmin edilməsi və lokal şəbəkələrin tənzimlənməsi sahəsində Sloveniyanın təcrübəsinin tətbiqi üçün hər iki Tərəfin mütəxəssislərinin birgə iş aparmasını təmin edəcəklər.

 

Maddə 4

 

Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

 

Maddə 5

 

Tərəflər əməkdaşlıq çərçivəsində mübadilə etdikləri konfidensial informasiyanın öz milli qanunvericiliklərinə uyğun surətdə qorunması üçün zəruri tədbirlər görmək, həmçinin belə informasiyanı təqdim etmiş Tərəfin yazılı icazəsi olmadan bu informasiyanı üçüncü tərəfə aşkarlamamaq və yaymamaq öhdəliyini daşıyırlar. Bu müddəa Saziş qüvvədən düşdükdən sonra da qüvvədə qalır.

 

Maddə 6

 

Tərəflər bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı mübahisələr yarandığı təqdirdə, onları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.

 

Maddə 7

 

Bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul səlahiyyətli orqanlar:

Azərbaycan Respublikası Hökuməti adından - Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi;

Sloveniya Respublikası Hökuməti adından - Sloveniya Respublikasının İqtisadiyyat Nazirliyidir.

Tərəflər əməkdaşlığın xüsusiyyətlərindən asılı olaraq, bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul olan digər dövlət hakimiyyəti orqanlarını təyin edə bilər və bu barədə onlar diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaqlar.

 

Maddə 8

 

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olan və bu Sazişin 9-cu maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən protokollarla rəsmiləşdiriləcəkdir.

Bu Saziş, onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Saziş iki il müddətinə bağlanılır. Tərəflərdən biri bir Sazişin müddətinin bitməsinə altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə digər Tərəfə məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti 2 il müddətinə uzadılacaqdır.

Bu Saziş Lyublyana şəhərində 2007-ci il 28 avqust tarixində hər biri Azərbaycan, sloven və ingilis dillərində imzalanmışdır, hər iki mətn bərabər autentikdir. Bu Sazişin təfsirində fikir ayrılığı yarandıqda, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

 

Azərbaycan Respublikası

Hökuməti adından

(imza)

Sloveniya Respublikası

Hökuməti adından

(imza)

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)

2.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)

3.       31 may 2022-ci il tarixli 3299 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114)

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 2-ci hissədə “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 2-ci hissəyə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.

31 may 2022-ci il tarixli 3299 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 2 iyun 2022-ci il, № 114) ilə 2-ci hissədə “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri “Rəqəmsal İnkişaf və Nəqliyyat” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status