Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən kiçik həcmli gəmilərin təsnifatı haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən, aşağıda göstərilən gəmilər kiçik həcmli gəmilər hesab edilir:
a) tankerlər, sərnişin, bərə, ro-ro, quru yük, avtomobil daşıyan, hərbi, yardımçı hərbi, yedək, dövlət mülkiyyətində olan və ya dövlət tərəfindən istismar olunan gəmilər istisna olmaqla, ümumi tutumu 300 registr tondan və mühərrikinin gücü 250 kvt-dan az olan bütün növ balıqçı, gəzinti və idman gəmiləri;
b) asma mühərrikinin sayından və gücündən asılı olmayaraq, asma mühərriklə hərəkət edən bütün növ gəmilər.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 23 aprel 2008-ci il
№ 97
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
- 10 iyun 2013-cü il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 iyun 2013-cü il, № 130; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 722)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
10 iyun 2013-cü il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 15 iyun 2013-cü il, № 130; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 722) ilə adında və 1-ci hissəsində "Azərbaycan Respublikasının bayrağı” sözləri "Azərbaycan Respublikasının Dövlət bayrağı" sözləri ilə əvəz edilmişdir.