"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 504-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavə edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 504-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 688 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 28; 2002-ci il, №8, maddə 495; 2005-ci il, №12, maddə 1111; Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 691 nömrəli Fərmanı) 3-cü bəndinin üçüncü abzasında "29.4-cü" sözü "29.4-cü, 29.6-cı, 29.7-ci" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 566 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №9, maddə 581; 2003-cü il, №8, maddə 441; 2007-ci il, №8, maddə 768, №9, maddə 873) ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları"nın 3-cü bəndində "müsabiqə" sözündən sonra "və ya müsahibə" sözləri əlavə edilsin və həmin bənddən "və dövlət qulluğunda boşalan vəzifələrə vətəndaşlar müsabiqə əsasında təyin edilirlər" sözləri çıxarılsın, 3-cü bənd 1-ci bənd, 1-ci və 2-ci bəndlər isə 2-ci və 3-cü bəndlər hesab edilsin.
[1]
3. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №6, maddə 484; Azərbaycan Respublikası Prezidentinin 2007-ci 23 noyabr tarixli 660 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə"nin 10.8-ci bəndində "28-ci maddəsində" sözləri "28-ci və 29-cu maddələrində" sözləri ilə əvəz edilsin.
[2]
4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 may 2008-ci il
№ 752
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
24 iyun 2009-cu il tarixli 108 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 420)
2.
16 may 2017-ci il tarixli 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 801)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
24 iyun 2009-cu il tarixli 108 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti 25 iyun 2009-cu il, № 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 420) ilə 2-ci bənd ləğv edilmişdir.
[2]
16 may 2017-ci il tarixli 1397 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 18 may 2017-ci il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 801) ilə 3-cü bənd ləğv edilmişdir.