"20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəsatətini nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş "20 Yanvar Şəhidi" fəxri adı haqqında Əsasnamə"yə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının aşağıdakı vətəndaşlarına "20 Yanvar Şəhidi" fəxri adı verilsin:
Cabbarov Firuz Vəli oğlu
Hüseynov Nizami Polad oğlu
İbadzadə Ağamehdi Seyfulla oğlu
Məmmədov İlham İslam oğlu
Novruzov Tofiq Heydər oğlu
Rəhimov Rəhim İsmayıl oğlu
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 fevral 2008-ci il
№ 2664