×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
01.04.2008
QEYDİYYAT NÖMRƏSİ
588-IIIQD
ADI
Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 315-IIIQD nömrəli qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 17-05-2008, Nəşr nömrəsi: 106), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2008, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 348)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.05.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
020.000.000
100.000.000
110.000.000
180.000.000
250.000.000
270.000.000
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 315-IIIQD nömrəli qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında

Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 315-IIIQD nömrəli qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1982-ci il, №13, maddə 121; 1984-cü il, №19, maddə 157; 1985-ci il, №19-20, maddə 195; 1986-cı il, №10, maddə 49; 1988-ci il, №24, maddə 229; 1989-cu il, №11-12, maddə 80; 1990-cı il, №3-4, maddə 20; 1992-ci il, №20, maddə 881; 1995-ci il, №8, maddə 157; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №4, maddə 287; 1999-cu il, №10, maddə 570; 2001-ci il, №3, maddələr 138, 144; 2002-ci il, №1, maddələr 1, 2, №6, maddə 328, 2007-ci il, №5, maddələr 401, 442) 69-cu maddəsinin 5-ci bəndindən, 91-ci maddəsinin birinci hissəsindən, 114-cü maddəsinin ikinci hissəsindən və 135-ci maddəsinin birinci hissəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın. [1]

II. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №1, maddə 6, №3, maddə 226, №4, maddə 280; 2000-ci il, № 7, maddə 489; 2001-ci il, №11, maddə 686, №12, maddə 736; 2002-ci il, №5, maddələr 241, 248; 2003-cü il, №1, maddələr 1, 16, №12, I kitab, maddə 673; 2006-cı il, №8, maddə 657; 2007-ci il, № 8, maddə 745, №10, maddə 938; Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 543-IIIQD nömrəli qanunu) 12-ci maddəsinin 5-ci bəndinin ikinci abzasından "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.

III. "Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, №9, maddə 224; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 17; 2001-ci il, №6, maddə 360, №11, maddələr 676, 683, №12, maddə 736; 2003-cü il, №1, maddə 5; 2004-cü il, №2, maddə 57, №4, maddə 202; 2006-cı il, №12, maddə 1005; Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 543-IIIQDQ nömrəli qanunu) 12-1 maddəsinə aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. birinci hissəsinin birinci abzasından "və ya qanunvericilikdə müəyyən edilmiş qaydada etibarsız sayılır" sözləri çıxarılsın;

2. ikinci hissə üçüncü hissə hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Bu maddənin birinci hissəsinin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır.".

IV. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddə 460; 2001-ci il, №1, maddə 25, №6, maddə 362; 2002-ci il, №5, maddə 241; 2006-cı il, №3, maddə 225; 2007-ci il, №5, maddə 401) 39-cu maddəsinin 1-ci bəndində "hər hansı birinin ərizəsi ilə barışıq sazişi məhkəmə qaydasında etibarsız sayıla bilər" sözləri "hər hansı biri barışıq sazişini mübahisələndirə bilər" sözləri ilə əvəz edilsin.

V. Azərbaycan Respublikası Meşə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №3, maddə 139; 1999-cu il, №8, maddə 476; 2004-cü il, №11, maddə 902; 2007-ci il, №5, maddə 436) 51-ci maddəsinin ikinci hissəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.

VI. "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №6, maddə 363; 2001-ci il, №11, maddə 696; 2002-ci il, №12, maddə 709; 2003-cü il, №1, maddə 12; 2006-cı il, №8, maddə 657) 20-ci maddəsinin birinci hissəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.

VII. "Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №3, maddə 154; 2001-ci il, №3, maddə 149; 2002-ci il, №5, maddə 241, №12, maddə 706; 2003-cü il, №1, maddə 14; 2006-cı il, №5, maddə 389, №6, maddə 478, №8, maddə 657; 2007-ci il, №8, maddə 745) 16-cı maddəsinin birinci və ikinci hissələrindən "və ya ictimai ehtiyaclar" sözləri və 28-ci maddəsinin birinci hissəsi çıxarılsın.

VIII. "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №7, maddə 390; 2002-ci il, №5, maddə 241; 2003-cü il, №1, maddələr 11, 13; 2006-cı il, №6, maddə 478, №8, maddə 657; 2007-ci il, №1, maddə 3, №6, maddə 571) 16-cı maddəsinin altıncı hissəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.

IX. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 478; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №5, maddələr 237, 241; 2003-cü il, №1, maddə 11, №6, maddə 256, №8, maddə 423; 2004-cü il, №2, maddə 59, №6, maddə 415, №10, maddə 761; 2006-cı il, №2, maddə 67, №6, maddə 478, №8, maddə 657, №11, maddə 932; 2007-ci il, №1, maddə 3, №8, maddə 745) 70-ci maddəsinin 4-cü bəndindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.

X. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №1, maddə 2; 2007-ci il, №5, maddə 436) 46-cı maddəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.

XI. "Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №3, I kitab, maddə 125; 2001-ci il, №12, maddələr 731, 736; 2004-cü il, №11, maddə 901; 2006-cı il, №6, maddə 478; 2007-ci il, №5, maddə 436, №10, maddə 938) 14-cü maddəsinin beşinci hissəsinin birinci və ikinci cümlələrindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.

XII. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №8, maddə 520; 2004-cü il, №5, maddə 314; 2005-ci il, №2, maddə 62; 2006-cı il, №6, maddə 486, №8, maddə 657, №11, maddə 923; 2007-ci il, №11, maddə 1082) 6.10-cu maddəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.

XIII. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №1, maddə 1) 8-ci bəndi çıxarılsın.

XIV. "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №2, maddə 57; 2006-cı il, №2, maddə 64; 2007-ci il, №6, maddə 560) XIIII bəndinin 1-ci yarımbəndi çıxarılsın.

XV. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №6, maddə 461; 2007-ci il, №5, maddə 436, №11 maddə 1053) 32.1-ci maddəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılsın.

XVI. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №7, maddə 712) 11-ci bəndinin 1.2-ci yarımbəndində "112.3-cü maddənin ikinci və altıncı cümlələrində" sözləri "112.3-cü maddədə" sözləri ilə əvəz edilsin.

XVII. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 1 aprel 2008-ci il

№ 588-IIIQD

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 30 iyun 2009-cu il tarixli 845-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 sentyabr 2009-cu il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 612)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 iyun 2009-cu il tarixli 845-IIIQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 2 sentyabr 2009-cu il, № 194, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 8, maddə 612) ilə I hissə qüvvədən düşmüş hesab edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status