×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
21.05.2008
QEYDİYYAT NÖMRƏSİ
2831
ADI
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 22-05-2008, Nəşr nömrəsi: 110), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2008, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 420)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.05.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyinin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Ölkəmizin ərazisinin zəngin geoloji inkişaf tarixinin tədqiqi, mineral xammal mənbələri və yeraltı sərvətlərinin, habelə geologiya elminin müxtəlif sahələrində qazanılan nailiyyətlərin nümayiş etdirilməsi işində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyinin böyük rolu vardır. 1969-cu ildə yaradılmış bu muzey respublikada aparılan geoloji kəşfiyyat işlərinin nəticələrinin geniş miqyasda tanıdılması istiqamətində mühüm xidmətlər göstərmişdir.

Azərbaycan Respublikasının təbii ehtiyatlarının öyrənilməsi və onların təbliğinin daha da gücləndirilməsi ilə yanaşı, indiyədək toplanmış eksponatların qorunub saxlanması və gələcək nəsillərə çatdırılması zərurətini nəzərə alaraq, Azərbaycan Geologiya Muzeyinin maddi-texniki bazasının möhkəmləndirilməsi və fəaliyyətinin müasir standartlara uyğun qurulmasının təmin olunması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Geologiya Muzeyinin inzibati binasının təmiri və muzeydə mühafizə olunan eksponatların restavrasiyası üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ayrılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan işlərin yerinə yetirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 may 2008-ci il

№ 2831

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status