×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
29.02.2008
QEYDİYYAT NÖMRƏSİ
59
ADI
“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 29-02-2008, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 134)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.02.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
340.000.000
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011

“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, büdcədən maliyyələşdirilən aidiyyəti dövlət orqanlarında bu Əsasnaməyə uyğun olaraq, hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni həyata keçirmək məqsədi ilə yaradılan ştatlı və ştatdankənar hərbi-həkim komissiyalarının (hərbi-uçuş komissiyalarının) vəzifələrinin yerinə yetirilməsi üçün tələb olunan vəsait həmin orqanların saxlanılması xərcləri hesabına müvafiq qaydada ödənilir.

3. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı” təsdiq edilsin (əlavə olunur).

4. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı” təsdiq edilsin (əlavə olunur).

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 29 fevral 2008-ci il

     № 59

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Hərbi-həkim ekspertizası haqqında [1]

 

ƏSASNAMƏ [2]

 

I. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. [3]

1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. [4]

1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır.

Bəzi hallarda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla, hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olmuş, çağırış üzrə hərbi xidmət keçən (bundan sonra — hərbi qulluqçular) və orqanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət tibb müəssisələrində də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla, hərbi-həkim komissiyaları yaradıla bilər. [5]

1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur:

a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi:

hərbi xidmətə könüllü daxil olan vətəndaşların;

orqanlara xidmətə daxil olan vətəndaşların;

hərbi qulluqçuların;

orqanlarda xidmət keçən şəxslərin;

hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olan vətəndaşların;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, digər qoşunların və orqanların ixtisas təhsilli hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə (bundan sonra — hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri) daxil olan vətəndaşların;

orqanların orta və ali ixtisas təhsilli təhsil müəssisələrinə (bundan sonra — təhsil müəssisələri) daxil olan vətəndaşların;

hərbi liseylərdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbindəhərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan vətəndaşların;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların ehtiyatında olan vətəndaşların;

hərbi toplanışa çağırılan vətəndaşların;

hərbi toplanış keçən vətəndaşların;

hərbi toplanış keçmiş vətəndaşların;

hərbi xidmət keçmiş vətəndaşların;

orqanlarda xidmət keçmiş vətəndaşların;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların və digər qoşunların mülki heyətindən olan şəxslərin;

hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan başqa) ailə üzvlərinin;

orqanlarda xidmət keçən şəxslərin ailə üzvlərinin;

b) hərbi-həkim ekspertizasına metodiki rəhbərlik və hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin tibbi müayinəsinin, müalicəsinin və şəhadətləndirilməsinin aparıldığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və orqanların hərbi tibb müəssisələrində, hərbi hissələrində, müəssisə və təşkilatlarında hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar müalicə-diaqnostika işinin təşkilinə, keçirilməsinə və nəticələrinə nəzarət;

c) ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına, hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət; [6]

ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi;

d) vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi;

e) hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi tibb müəssisələrində pulsuz tibbi təminat hüququna malik olan şəxslərin nəqliyyat vasitələrini idarə etməyə yararlılığının təyin edilməsi;

ə) hərbi-həkim ekspertizası problemlərinin elmi araşdırılmasında iştirak edilməsi;

f) hərbi-həkim ekspertizası üzrə həkim-mütəxəssislərin hazırlanması.

1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür.

Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir.

Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin.

Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır.

Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. [7]

1.6. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlar və orqanlarda hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) yaradılması qaydaları, onların hüquq və vəzifələri, bu Əsasnamənin tətbiqi qaydaları, habelə hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarlarının rəsmiləşdirilməsi, baxılması və təsdiq edilməsi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

Ştatdankənar hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının), şəhadətləndirilən şəxslərin hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq dərəcəsini dəyişdirən qərarları ştatlı hərbi-həkim komissiyaları tərəfindən təsdiq edilməlidir.

Azərbaycan Respublikasında hərbi-həkim ekspertizasına metodik rəhbərliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası həyata keçirir.

1.7. Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur.

Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının, digər qoşunların və orqanların uçuş heyəti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan uçuş heyəti, uçuş heyətinin hazırlanması üzrə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları və bu hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan vətəndaşlar tabeliyində aviasiya bölmələri olan orqanlarla razılaşdırılmaqla Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən təsdiq edilən «Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi şəhadətləndirilməsi haqqında» Əsasnaməyə uyğun olaraq həkim-uçuş komissiyalarında şəhadətləndirilirlər.

1.8. Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur.

Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür.

Hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır.

1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər.

Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər.

Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir.

Əgər bu müddətdə şəhadətləndirilmiş şəxsin sağlamlıq vəziyyətində hərbi-həkim komissiyası (həkim-uçuş komissiyası) tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, təkrar şəhadətləndirilmə keçirilir. Təkrar şəhadətləndirilmədən sonra hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) əvvəl çıxarılmış qərarı qüvvədən düşür.

1.10. Hərbi xidmətə (hərbi toplanışa) çağırılan vətəndaşların, hərbi xidmət keçməyən vətəndaşlar sırasından hərbi xidmətə könüllü daxil olan şəxslərin, hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinəhərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan vətəndaşların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin keçirilməsi üçün yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq etdiyi fərdi tərkibdə dövlət tibb müəssisələrinin həkim-mütəxəssisləri və orta tibb işçiləri cəlb edilirlər. [8]

1.11. İlkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə könüllü daxil olan şəxslərin, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan vətəndaşların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən birlikdə işlənib hazırlanır.

Vətəndaşların sağlamlıq vəziyyətinə tələblər dedikdə, onların sağlamlığının və fiziki inkişafının vəziyyətini xarakterizə edən və hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün əsas ola biləcək tibbi göstəricilər başa düşülür.

Təşkilati-hüquqi formasından asılı olmayaraq, tibbi təşkilatlar və tibb müəssisələri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, qanunvericiliklə hərbi xidmətkeçmə (orqanlarda xidmətkeçmə) nəzərdə tutulmuş orqanların kadr bölmələrinin, ştatlı hərbi-həkim komissiyalarının sorğuları əsasında 2 həftə müddətində psixi pozuntulara, narkomaniyaya, alkoqolizmə, toksikomaniyaya, insanın immunçatışmazlığı virusu ilə yoluxmaya görə uçotda (nəzarətdə) olan vətəndaşlar, diaqnozu və uçota götürülmə tarixi göstərilməklə, digər xəstəliklərə görə dispanser nəzarətində olan vətəndaşlar barədə məlumat verməli, eləcə də ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, hərbi xidmətə könüllü daxil olan və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətini xarakterizə edən ambulator xəstələrin tibbi kartını, zəruri hallarda digər tibbi sənədləri (xəstəlik tarixini, stasionar xəstələrin tibbi kartını, rentgenoqramları, xüsusi müayinələrin protokollarını və s.) təqdim etməlidirlər.

Şəhadətləndirilmə başa çatdıqdan sonra Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri, kadr orqanları, ştatlı hərbi-həkim komissiyaları tibbi sənədlərin əslini 2 həftə müddətində müvafiq tibbi təşkilatlara qaytarırlar.

1.12. Digər qoşunlarda və orqanlarda hərbi xidmətə (xidmətə) könüllü daxil olan və hərbi xidmət (xidmət) keçən şəxslərin və onların ailə üzvlərinin, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil və təhsil müəssisələrinə daxil olan vətəndaşların, orqanların ehtiyatında olan zabit rütbəli vətəndaşların şəhadətləndirilməsinin təşkili və keçirilməsi qaydaları, onların sağlamlıq vəziyyətinə dair tələblər bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

1.13. Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları, o cümlədən həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “a”, “b”, “c” və “ç” bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən xəsarət (yaralanma, travma, kontuziya) barədə arayışı onların rəsmiləşdirildiyi gün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər. [9]

1.14. “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 24.4-cü maddəsinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirlər. [10]

 

II. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsi

 

2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. [11]

Zabit hərbi rütbəsi verilməklə ehtiyata götürülmüş vətəndaşlar hərbi xidmətə çağırılarkən, şəhadətləndirilmənin təşkili rayon, şəhər (rayon bölgüsü olmayan) hərbi komissarına həvalə olunur.

2.2. İlkin hərbi qeydiyyata alınarkən şəhadətləndirilməyə qədər vətəndaşlara hər il tibbi baxışlar, müayinələr (müşahidələr), habelə müalicə-sağlamlıq tədbirləri keçirilir və profilaktik peyvəndlər edilir.

2.3. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunur. Tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi, qeydiyyat və hesabat aparılması, bu iş üzərində nəzarətin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. [12]

2.4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. [13]

2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. [14]

Dövlət tibb müəssisələrinin rəhbərləri ilə razılaşdırılmış həkim-mütəxəssislərin və orta tibb işçilərinin fərdi tərkibini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edir . [15]

2.6. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər:

A — hərbi xidmətə yararlıdır;

B — sıradankənar hərbi xidmətə yararlıdır;

C — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;

Ç — hərbi xidmətə müvəqqəti yararsızdır;

D — həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. [16]

Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün «Xəstəliklər cədvəli»nə və ƏTC-yə müvafiq olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir.

Həkim-mütəxəssisin rəyinin rəsmiləşdirilməsi qaydası Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir.

2.7. İlkin hərbi qeydiyyata alınma üzrə komissiya sədrinin qərarı ilə ilkin hərbi qeydiyyata alınarkən, vətəndaşların hərbi-uçot ixtisasları üzrə hazırlanmasını həyata keçirən ictimai təşkilatlarda təhsil almağa, habelə onların nəqliyyat vasitələrini idarə etməyə yararlılığı müəyyən edilir. [17]

2.8. İlkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibb müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə, eləcə də icbari narkoloji müayinəyə göndərilir. [18]

Vətəndaşın tibbi müayinəsi (müalicəsi), eləcə də icbari narkoloji müayinəsi başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. [19]

2.9. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. [20]

Vətəndaşın tibbi müayinəsini (müalicəsini) vətəndaşların ilkin hərbi qeydiyyata alınması üzrə komissiyanın və ya çağırış komissiyasının hərbi xidmətə cari çağırış üzrə işi qurtarana qədər başa çatdırmaq mümkün olduqda, onun hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılmır. Bu halda, həkim-mütəxəssis təkrar şəhadətləndirilməyə gəlmə vaxtını göstərməklə, vətəndaşın tibbi müayinəsinin (müalicəsinin) zəruriliyi haqqında rəy verir.

2.10. Dövlət tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. [21]

İlkin hərbi qeydiyyata alınarkən və ya hərbi xidmətə çağırılarkən hərbi xidmətə müvəqqəti yararsız sayılmış vətəndaş tibbi müayinədən (müalicədən), eləcə də icbari narkoloji müayinədən imtina etdikdə və ya yayındıqda, 3 aydan sonra təkrar şəhadətləndirilməlidir. Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin aşkar əlamətləri olmazsa, o, hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilir. [22]

2.11. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər.

Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. [23]

rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların nəzarət qaydasında şəhadətləndirilməsi onların Mərkəzi Çağırış Komissiyasına təqdim edilmiş şəxsi işlərin və tibbi sənədlərin öyrənilməsi əsasında qiyabi keçirilir. Mərkəzi Çağırış Komissiyasının əsaslandırılmış qərarı ilə nəzarət qaydasında şəhadətləndirilmə əyani keçirilir. [24]

Tibbi baxış və nəzarət qaydasında şəhadətləndirilmə Mərkəzi Çağırış Komissiyasının qərarı ilə cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zərurət olduqda, digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən həyata keçirilir. [25]

Xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxış və ya nəzarət qaydasında şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətində onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişə biləcək faktlar aşkar edildikdə, Mərkəzi Çağırış Komissiyası rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının müvafiq qərarını ləğv edir, bu barədə vətəndaşa və qərarı ləğv edilmiş komissiyaya məlumat verir. [26]

Nəzarət qaydasında şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir. [27]

 

III. Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaşların şəhadətləndirilməsi

 

3.1. Hərbi xidmət keçməyən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, digər qoşunlara hərbi xidmətə könüllü daxil olan vətəndaşların şəhadətləndirilməsinin təşkili Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrə həvalə olunur.

Orqanlara xidmətə daxil olan vətəndaşların şəhadətləndirilməsinin təşkili müvafiq orqanların hərbi-həkim komissiyalarına (həkim-uçuş komissiyalarına) həvalə olunur.

Vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) göndərişinə əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanların müəyyən etdikləri qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər.

Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi, eləcə də icbari narkoloji müayinəyə göndərilə bilər. [28]

3.2. Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. [29]

3.3. Hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaşın hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır.

Zərurət olduqda, hərbi-həkim komissiyası həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müəyyən növündə və ya müəyyən qoşun növündə hərbi xidmətə yararlılıq, yüksək dağlıq rayonlarda və əlverişsiz iqlim şəraiti olan yerlərdə hərbi xidmət (orqanlarda xidmət) keçməyə yararlılıq haqqında qərar çıxarır.

Hərbi xidmət keçməyən və hərbi xidmətə könüllü daxil olan vətəndaşda «Xəstəliklər cədvəli» ilə hərbi xidmətə yararlılığın fərdi qiymətləndirilməsini nəzərdə tutan xəstəliklər olduqda, hərbi həkim komissiyası «C» kateqoriyası üzrə (sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır) qərar çıxarır.

 

IV. Hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, təhsil müəssisələrinə daxil olan vətəndaşların şəhadətləndirilməsi

 

4.1. Hərbi xidmət keçməyən və hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, təhsil müəssisələrinə daxil olan vətəndaşların şəhadətləndirilməsinin təşkili Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrə və orqanların hərbi-həkim (həkim-uçuş) komissiyalarına həvalə olunur.

Vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların hərbi-həkim (həkim-uçuş) komissiyalarının göndərişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanların müəyyən etdikləri qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər.

Hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, təhsil müəssisələrinə daxil olan vətəndaş, xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə göndərilir.

4.2. Hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, təhsil müəssisələrinə daxil olan vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zəruri hallarda, digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. [30]

4.3. Hərbi liseylərdə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində təhsil alan vətəndaşların sağlamlıq vəziyyətlərinə görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmağa yararsız olduqları aşkar edildiyi halda, onlar həmin liseydə təhsil almağa yararsız hesab edilirlər.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, yaxud təhsil müəssisələrinə daxil olan hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların şəhadətləndirilməsinin təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

 

V. Hərbi qulluqçuların şəhadətləndirilməsi

 

5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur.

Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq həkim-mütəxəssislər, zərurət olduğu halda isə digər ixtisaslardan olan həkimlər keçirirlər.

Hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar bu Əsasnamənin 2.6-cı bəndinə uyğun olaraq çıxarılır.

Zabitlərdə, gizirlərdə, miçmanlarda və Dövlət Sərhəd Xidmətinin müddətdən artıq xidmət keçən çavuşlarında «Xəstəliklər cədvəli» üzrə hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə fərdi qiymətləndirməni nəzərdə tutan xəstəliklər olduqda, yararlılıq kateqoriyası haqqında qərar şəhadətləndirilənlərin ixtisası, tutduğu vəzifə, hərbi-uçot ixtisası, yaxud təyin ediləcəyi nəzərdə tutulmuş vəzifə və hərbi uçot ixtisası üzrə xidmət təcrübəsi, sağlamlıq vəziyyəti, komandanlığın və hərbi-hissə həkiminin bu hərbi qulluqçunun hərbi xidmət, hərbi-uçot ixtisası üzrə xidməti vəzifələrini icraetmə qabiliyyəti barədə xidməti və tibbi xasiyyətnamələrdəki rəyləri nəzərə alınmaqla çıxarılır.

Könüllü hərbi xidmət keçən əsgərlərdə, matroslarda, çavuşlarda (Dövlət Sərhəd Xidmətinin çavuşlarından başqa və buraxılış kursunda təhsil alanlar istisna olmaqla), hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarında «Xəstəliklər cədvəli» ilə hərbi xidmətə yararlılıq kateqoriyasının fərdi qiymətləndirilməsini nəzərdə tutan xəstəliklər olduqda, hərbi xidmətə yararlılıq haqqında «C» kateqoriyası üzrə «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır» qərarı çıxarılır.

Sıradankənar hərbi xidmətə yararlı və ya sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmiş zabitlər, gizirlər, miçmanlar əgər «Xəstəliklər cədvəlində» başqa hal nəzərdə tutulmayıbsa, hava-desant qoşunlarında (bundan sonra — HDQ), üzən heyətlərdə (bundan sonra — ÜH), dəniz piyadasında (bundan sonra — DP), xüsusi təyinatlı dəstələrdə (bundan sonra — XTD) və xüsusi qurğularda (bundan sonra — XQ) xidmətə yararsızdırlar.

Sıradankənar hərbi xidmətə yararlı olan müddətdən artıq xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları əgər «Xəstəliklər cədvəli» ilə başqa hal nəzərdə tutulmayıbsa, HDQ-də, ÜH-də, DP-də, XTD-də və XQ-də xidmətə yararsızdırlar.

Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər.

5.2. Bağlaşma əsasında hərbi xidmət keçən və yeni bağlaşma əsasında hərbi xidmətə daxil olmaq istəyən hərbi qulluqçuların şəhadətləndirilməsi hərbi hissə komandirinin qərarına əsasən keçirilir. [31]

5.3. Hərbi qulluqçuya xəstəliyə görə məzuniyyət verilməsinin və ya onun hərbi xidmət vəzifələrinin icrasından azad edilməsinin (bundan sonra — azad edilmə) zəruriliyi haqqında qərar «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə müvəqqəti yararsızlıq nəzərdə tutulan hallarda çıxarılır.

Sülh dövründə hərbi-həkim komissiyası hərbi qulluqçuya xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərarı o vaxt çıxarır ki, hərbi qulluqçunun hərbi xidmət vəzifələrinin icrasına başlamasına qədər keçəcək müddət 15 gündən az olmasın.

Bu müddət 15 gündən az olduğu hallarda hərbi-həkim komissiyası hərbi qulluqçunun azad edilməsi barədə qərar çıxarır.

Müharibə dövründə hərbi qulluqçuların müalicəsi müalicə müəssisələrində başa çatdırılmalıdır. Hərbi-həkim komissiyasının qərarı ilə müstəsna hallarda xəstəliyə görə 30 gün müddətinə məzuniyyət verilir. Bu müddət qurtardıqdan sonra hərbi-həkim komissiyasının qərarı ilə xəstəliyə görə məzuniyyət yenə bu müddətə, müvafiq tibbi göstərişlərə görə daha bir dəfə artırılır. Ümumilikdə xəstəliyə görə məzuniyyət 3 aydan çox olmamalıdır. Xəstəliyə görə məzuniyyət başa çatdıqdan sonra hərbi-həkim komissiyası hərbi qulluqçunun hərbi xidmətə yararlılıq kateqoriyasını müəyyən edir. [32]

Müharibə dövründə hərbi qulluqçunun hərbi xidmət vəzifələrinin icrasına başlaya bilməsinə qədər keçəcək müddət 3 aydan artıq olduqda, hərbi-həkim komissiyası onun hərbi xidmətə müvəqqəti yararsızlığı və 6 — 12 aydan sonra təkrar şəhadətləndirilməsi haqqında qərar çıxara bilər.

Hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinin bərpa olunmayacağını yəqin etməyə əsaslar olduqda, hərbi-həkim komissiyası hərbi qulluqçuya xəstəliyə görə məzuniyyət verilməsi haqqında qərar çıxarmır, onun hərbi xidmətə yararlılıq kateqoriyası barədə məsələni həll edir.

5.4. Sülh dövründə hərbi-həkim komissiyası xəsarətin, xəstəliyin xarakterindən və ağırlığından asılı olaraq, hərbi qulluqçuya xəstəliyə görə 15 gündən 60 günədək müddətə məzuniyyət verilməsi barədə qərar çıxarır.

Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçunun xəstəliyə görə məzuniyyəti ayrı-ayrı hallarda 60 gündən artıq olmayaraq uzadılır. [33]

«Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçunun xəstəliyə görə məzuniyyəti 30 gündən artıq olmayaraq uzadılır. Fasiləsiz müalicədə olmanın ümumi müddəti xəstəliyə görə məzuniyyətdə olma müddəti də daxil olmaqla, 6 aydan artıq olmamalıdır (vərəm xəstəliyinə tutulmuşlar üçün — 12 ay). Müalicədə olma müddəti «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»yə müvafiq olaraq uzadılır.

«Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçunun müalicədə və xəstəliyə görə məzuniyyətdə olma müddəti «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»yə uyğun olaraq o halda uzadıla bilər ki, o, müalicə qurtardıqdan sonra xidməti vəzifələrinin icrasına başlaya bilsin.

Hərbi qulluqçu qadınlara hamiləliyə və doğuşa görə məzuniyyət hərbi-həkim komissiyasının qərarı əsasında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətə verilir.

5.5. Hərbi-həkim komissiyası hərbi qulluqçunun xidməti vəzifələrinin icrasından 7 gündən 14 günədək tam və ya qismən azad edilməsi barədə qərar çıxarır. [34]

Hərbi-həkim komissiyası hərbi qulluqçunun xəstəliyə görə azad edilməsinin zəruriliyi haqqında təkrar qərar çıxarır, lakin azad edilmənin ümumi müddəti 30 gündən artıq olmamalıdır.

5.6. «Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçular hərbi xidmətdən buraxılarkən, onlara xəstəliyə görə məzuniyyət verilməsi haqqında qərar çıxarılmır.

«Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçunun «həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız» hesab edildiyi və hərbi xidmətdən buraxılmanın rəsmiləşdirilməsi dövründə hərbi xidmət vəzifələrini sağlamlıq vəziyyətinə görə icra edə bilmədiyi halda, hərbi-həkim komissiyası hərbi xidmətə yararsızlıq haqqında qərarla yanaşı, eyni zamanda, onun hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılanadək olan müddətə azad edilməsinin zəruriliyi haqqında qərar çıxarır.

5.7. Vətənin müdafiəsi, hərbi xidmət vəzifələrinin icrası, fövqəladə vəziyyət və hərbi münaqişələr şəraitində hərbi xidmətin digər tapşırıqlarının yerinə yetirilməsi zamanı, döyüş əməliyyatları aparılmış dövlətlərdə hərbi xidmətkeçmə dövründə, xaricdə kəşfiyyat və ya əks-kəşfiyyat işlərində olma dövründə xidməti vəzifələrini yerinə yetirərkən xəsarət almış, Vətənin müdafiəsi zamanı xəstələnmiş hərbi qulluqçuların şəhadətləndirilməsi müalicənin müddətindən asılı olmayaraq, stasionar müalicə başa çatdıqdan sonra keçirilir.

5.8. Hərbi toplanışa çağırılmış və hərbi toplanış keçdiyi dövrdə xəsarət almış vətəndaşın şəhadətləndirilməsi onun hərbi xidmətə yararlılıq kateqoriyasının dəyişilib-dəyişilməməsindən asılı olmayaraq keçirilir. Hərbi toplanış dövründə xəstələnmiş vətəndaşın şəhadətləndirilməsi yalnız o halda keçirilir ki, xəstəlik onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişsin, yaxud onun hərbi xidmətə yararsızlığına (o cümlədən, müvəqqəti yararsızlığına) gətirib çıxarsın.

5.9. Hərbi-həkim komissiyası hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan başqa) və onun ailə üzvlərinin stasionar müalicəsini davam etdirmək üçün bir tibb müəssisəsindən başqa tibb müəssisəsinə keçirilməsi haqqında qərar çıxara bilər.

5.10. Əgər hərbi xidmətə könüllü daxil olmuş hərbi qulluqçunun və onun ailə üzvlərinin, 20 il hərbi xidmətdə olmuş və hərbi xidmətdə olmanın son yaş həddinə çatması ilə, sağlamlıq vəziyyəti və ya təşkilati-ştat tədbirləri ilə əlaqədar hərbi xidmətdən buraxılmış zabitin dövlət tibb müəssisələrinə, digər qoşun və orqanların tibb müəssisələrinə və sanatoriya-kurort müəssisələrinə müalicəyə getməsi ilə, habelə hərbi qulluqçunun xəstəliyə görə məzuniyyətə və ya ehtiyata (istefaya) buraxıldıqdan sonra yaşayış yerinə getməsi ilə əlaqədar müşayiətçiyə ehtiyacı olarsa, hərbi-həkim komissiyası müşayiətçilərin sayını da göstərir.

Şəhadətəndirilmiş şəxsin sağlamlıq vəziyyətindən, tibbi yardıma və ya başqasının qulluğuna ehtiyacı olmasından asılı olaraq, hərbi-həkim komissiyası onun və onu müşayiət edən şəxslərin hava, dəmiryolu (plaskart və ya kupe vaqonunda, ali zabitlər üçün isə XV kateqoriyalı vaqonda) və ya su nəqliyyatı ilə getməsi haqqında qərar çıxarır.

Hərbi-həkim komissiyası təcrid olunması tələb edilən xəstələrin və onları müşayiət edən şəxslərin sürət və ya sərnişin qatarının sərt kupe vaqonunun ayrıca kupesində, III kateqoriyalı kayutda və ya nəqliyyat xətlərinin II kateqoriyalı yerlərində getməsi haqqında qərar çıxarır.

VI. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsi

6.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin təşkili Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrə həvalə olunur.

Şəhadətləndirilmənin təşkili və keçirilməsi qaydalarını Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müəyyən edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə, eləcə də icbari narkoloji müayinəyə göndərilir. [35]

Şəhadətləndirilməni cərrah, terapevt, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq stomatoloq, dermato-veneroloq, psixoloq və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müəyyən edilmiş zəruri hallarda isə digər ixtisaslardan olan həkimlər keçirirlər.

6.2. Hərbi xidmətə çağırış zamanı «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış və bununla əlaqədar ehtiyata keçirilmiş vətəndaşlar 35 yaşa çatana qədər 3 ildən bir məcburi şəhadətləndirilmə keçirlər.

Birinci və ikinci dərəcə ehtiyatda olan, əvvəllər «sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı» sayılmış zabitlərin, ehtiyatda olan vətəndaşların, tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrə təyin olunmaq üçün ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi 5 ildən bir keçirilir.

Təyin edilməsi üçün tibbi şəhadətləndirilmə tələb olunan hərbi vəzifələrin siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir.

6.3. Hərbi xidmətə yararsız hesab edilmiş vətəndaşlar dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində onlarda əvvəllər müəyyən edilmiş diaqnoz dəyişdirildiyi və ya onların sağlam hesab edildikləri halda təkrar şəhadətləndirilirlər. [36]

Səbəbindən və vaxtından asılı olmayaraq, hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən, orqanlarda xidmətdən buraxılarkən şəhadətləndirilmə keçməmiş və ya buraxılma anında hərbi həkim komissiyasının onlar barəsində çıxardığı qərarla razılaşmayan vətəndaşlar, hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxılma anı üçün hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyasının təyin edilməsi məqsədi ilə hərbi-həkim komissiyaları tərəfindən şəhadətləndirilirlər.

 

VII. Hərbi qulluqçularda, hərbi toplanışa çağırılmış vətəndaşlarda, orqanlarda xidmət keçən vətəndaşlarda, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi

 

7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir.

Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki:

a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun;

b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun;

c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. [37]

Vətəndaşda olan aşkar bədən zədələnmələrinin xarakteri və müddəti məhkəmə-tibbi eksperti tərəfindən təyin edilir.

7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır:

a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»;

b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»;

c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»;

ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»;

d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»;

e) «Ümumi xəstəlikdir».

a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir:

əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa;

əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa;

əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa;

əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;

əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa;

əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa.

b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir:

əgər şəhadətləndirilən şəxs xəsarəti SSRİ-ni müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə dinc dövrdə dövlət sərhədini mühafizə edərkən almışsa;

əgər şəhadətləndirilən şəxsin xəstəliyi cəbhədə olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik cəbhədə olduğu dövrdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən, müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa, habelə şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini həmin şəxsin cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa;

əgər şəhadətləndirilən şəxsin xəstəliyi döyüş əməliyyatları aparılan dövlətlərdə hərbi xidmətdə olduğu dövrdə və ya onun xaricdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirdiyi dövrdə yaranmışsa, yaxud göstərilən dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən, müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa, habelə şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini həmin dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa;

əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi vətəndaş müharibəsi və ya Böyük Vətən müharibəsi illərində, 1929-cu ildə Çin-Şərq dəmir yolunda, 1939 — 1940-cı illərdə Sovet-Fin müharibəsi zamanı, 1939-cu ildə Qərbi Belorusiyada və Qərbi Ukraynada döyüş əməliyyatları dövründə, 1938-ci ildə Xasan gölü ətrafında və 1939-cu ildə Xalxin-Qol çayı üzərində döyüşlərdə, 1945-ci ildə Yaponiya ilə müharibə zamanı, habelə 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-nə qədər Ukrayna SSR, Belorusiya SSR, Latviya SSR, Litva SSR və Estoniya SSR ərazilərində milliyyətçi gizli ünsürlərin (banditizmin) ləğv edilməsi məqsədi ilə döyüşən ordunun tərkibində olan dövrdə (müharibə iştirakçısı vəsiqəsi olduqda), fövqəladə vəziyyət və silahlı münaqişələr şəraitində və döyüş şəraitində döyüş əməliyyatlarında vəzifələrin yerinə yetirilməsi zamanı, əsirlikdə olduğu zaman (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa, yaxud göstərilən hadisələrdən əvvəl yaranmış xəstəlik həmin hadisələrdə iştirak etdiyi dövrdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin — SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin, SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında xidmətə yararlılıq kateqoriyasını dəyişmiş və ya yararsızlığına (o cümlədən, müvəqqəti yararsızlığına) gətirib çıxarmışsa, habelə şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduqda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən hadisələrdə iştirak etmə dövrünə aid etməyə imkan verən tibbi sənədlər varsa.

c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» qərarına aşağıdakılar aiddir:

əgər şəhadətləndirilən şəxs xəsarəti «a» yarımbəndində göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa;

əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, I — II qrup patogenlikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa;

əgər şəhadətləndirilən şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa;

tibbi heyətdən olan şəhadətləndirilən şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa;

əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa;

əgər şəhadətləndirilən şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa.

ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir:

əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə;

əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə;

əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa;

əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.

d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» qərarı aşağıdakı hallarda çıxarılır:

əgər şəhadətləndirilən şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə, orqanlarda xidmət keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən xəsarət, xəstəlik almışsa;

əgər şəhadətləndirilən şəxs hərbi xidmət (hərbi toplanış) keçdiyi dövrdə, orqanlarda xidmət keçdiyi dövrdə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işləri yerinə yetirərkən radiasiya təsiri nəticəsində xəstəlik almışsa.

e) «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır:

əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa;

əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə;

əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa.

7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxarır. [38]

Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə alınmış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilir ki, ifadə bədən zədələnmələrinin alındığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinin rəhbəri tərəfindən təsdiq olunur. [39]

Şahid ifadələri hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşın xəstəlik keçirməsi və ya kontuziya alması faktının təyin edilməsi üçün əsas ola bilməz.

7.5. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi vətəndaşların özlərinin, sosial müdafiə orqanlarının, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, orqanların kadr aparatlarının, habelə pensiya təminatını həyata keçirən orqanların müraciəti əsasında hərbi-həkim komissiyası tərəfindən təyin edilir.

Xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında qərarın çıxarılması qaydaları, əvvəllər çıxarılmış qərara yenidən baxılması və onun ləğv edilməsi (xəsarətlərin, xəstəliklərin hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar alınmasının yeni şəraitləri aşkar olunduqda) qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

7.6. Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması üzrə işlərin yerinə yetirilməsi ilə əlaqədar xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında hərbi-həkim komissiyasının qərarı ilə razılaşmayan vətəndaş məsələyə təkrar baxılması haqqında xahişlə xəstəliklərin və əlilliyin peşə xarakterinin Çernobıl AES-də qəzanın ləğvi işləri ilə səbəbinin əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasına müraciət etmək hüququna malikdir.

 

VIII. İlkin hərbi qeydiyyata alınan, hərbi xidmətə (hərbi toplanışa) çağırılan, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olan, hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil (təhsil) müəssisələrinə daxil olan vətəndaşların, hərbi qulluqçuların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və orqanların ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələblər

 

8.1. «Xəstəliklər cədvəli»ndə aşağıdakı kateqoriyalardan olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər nəzərdə tutulmuşdur:

I qrafa — ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan vətəndaşlar;

II qrafa — çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular; əsgərlərin, matrosların çavuşların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar.

III qrafa — zabitlər, gizirlər, miçmanlar və könüllü (kontrakt üzrə) hərbi xidmət keçən hərbi qulluqçular; hərbi xidmətə, hərbi toplanışa çağırılan hərbi xidmət keçməmiş ehtiyatda olan zabitlər; zabitlərin, gizirlərin, miçmanların tutduğu vəzifələr üzrə hərbi xidmətə könüllü daxil olan ehtiyatda olan zabitlər, gizirlər, miçmanlar.

8.2. Hərbi toplanışa çağırılan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda hərbi xidmətə könüllü daxil olan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı «Xəstəliklər cədvəli»nin qrafalarının tətbiqi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. [40]

8.3. «Xəstəliklər cədvəli»ndə hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları nəzərdə tutulmuşdur:

«A» — hərbi xidmətə yararlıdır;

«B» — sıradankənar hərbi xidmətə yararlıdır;

«C» — sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;

«Ç» — hərbi xidmətə müvəqqəti yararsızdır;

«D» — həm dinc dövrdə, həm də müharibə dövründə, hərbi xidmətə yararsızdır;

8.4. Bir orqanın və ya orqanlar sisteminin xəstəliyi digər orqanın və ya orqanlar sisteminin funksiyasının pozulmasına gətirib çıxardığı hallarda, hərbi xidmətə yararlılıq haqqında ekspert rəyi «Xəstəliklər cədvəli»nin müvafiq maddələrinə əsasən çıxarılır.

Vətəndaşların tibbi müayinəsi zamanı «Xəstəliklər cədvəli»ndə nəzərdə tutulmuş müayinə metodlarından başqa, daha yeni və informativ metodlardan istifadə olunmasına icazə verilir.

«Vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli» (3 nömrəli cədvəl) hərbi xidmətə yararlı olan vətəndaşlara tətbiq edilir.

8.5. «Xəstəliklər cədvəli»ndə və ƏTC-də aşağıdakı ixtisarlardan istifadə olunur:

FƏRDİ — hərbi xidmətə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növündə, qoşun növündə xidmətə, ayrı-ayrı hərbi uçot ixtisasları üzrə xidmətə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi liseylərinə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmağa yararlılıq fərdi müəyyən edilir;

YS — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin növündə, qoşun növündə xidmətə, ayrı-ayrı hərbi uçot ixtisasları üzrə xidmətə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi liseylərinə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmağa yararsızdır;

HDQ — hava-desant qoşunları

ÜH — Hərbi Dəniz Qüvvələrinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzən heyəti;

DP — dəniz piyadası;

XQ — xüsusi qurğular;

RM — radioaktiv maddələr;

İŞM — ionlaşdırıcı şüalanma mənbələri;

RYK — raket yanacağı komponentləri, digər yüksək toksiki maddələr, kimyəvi silaha aid edilən toksiki kimyəvi maddələr;

EMS — 30 KHS-dən 300 HHS-dək tezliklər diapazonunda elektromaqnit sahəsi, optiki kvant generatorları;

ƏTC — vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəli.

 

IX. Xəstəliklər cədvəli yoluxucu və parazitar xəstəliklər

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

1

Bağırsaq infeksiyaları, bakterial zoonozlar, digər bakterial xəstəliklər, səpgilərlə müşayiət olunan virus xəstəlikləri, buğumayaqlılarla ötürülən virus və digər xəstəliklər (mərkəzi sinir sisteminin infeksiyalarından başqa), virus və xlamidiyaların törətdiyi digər xəstəliklər, rikketsiozlar, digər yoluxucu və parazitar xəstəliklər;

 

 

 

a) müalicə olunmayan və ya çətin müalicə olunan xəstəliklər

C

C

C və ya B FƏRDİ

b) kəskin xəstəliklərdən və ya xroniki xəstəliklərin kəskinləşməsindən sonra müvəqqəti funksional pozulmalar

Ç

Ç

Ç

 

«a» bəndi yoluxucu xəstəliklərin xroniki residivləşən formalarını nəzərdə tutur.

Brusellyozun və ya toksoplazmozun kəskin formasını 12 aydan az müddət əvvəl keçirmiş, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlər, remissiyanın davamlılığını qiymətləndirmək üçün «b» bəndi üzrə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

Çağırış üzrə hərbi xidmət keçən, brusellyozun və ya toksoplazmozun kəskin formasını keçirmiş hərbi qulluqçulara xəstəliyə görə 30 gündən 60 günədək məzuniyyət verilir.

Brusellyozun və ya toksoplazmozun residivi olduqda və bu, müvafiq orqanlar və sistemlərdə funksiyaların pozulması və (və ya) davamlı qalıq dəyişiklikləri ilə nəticələndikdə, qərar «a» bəndi üzrə çıxarılır.

Brusellyozun, toksoplazmozun və ya digər xəstəliklərin kliniki təzahürləri olmadan müsbət seroloji və ya allerqoloji reaksiyaların olması hərbi xidmətə müvəqqəti yararsızlıq və ya sülh dövründə hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında qərar çıxarılması üçün əsas ola bilməz.

Çağırış üzrə hərbi xidmət keçən xroniki dizenteriyası olan, habelə qarın yatalağı, paratif və salmonell bakteriyalarının daşıyıcısı olan hərbi qulluqçular stasionarda müalicə olunmalıdırlar.

3 aydan artıq müddətdə davamlı bakteriya daşıyıcısı olanlar «a» bəndi üzrə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilirlər. «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlər isə müalicə olunmaq üçün «b» bəndi üzrə 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Sonralar laboratoriya müayinələri ilə təsdiq edilmiş bakteriya daşıyıcılığı davam etdikdə, onlar «a» bəndi üzrə şəhadətləndirilirlər.

Tifo-paratifoz xəstəliklərin, dizenteriya və salmonellyozun törədicilərini xroniki ifraz edən, «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçuların yararlılıq dərəcəsi «a» bəndinə əsasən fərdi qaydada təyin edilir.

Kəskin xəstəliklər zamanı hərbi qulluqçuların hərbi xidmətə yararlılıq dərəcəsi müalicənin sonunda orqan və sistemlərin funksiyalarının vəziyyətindən asılı olaraq təyin edilir.

Virus hepatiti xəstəliyini keçirmiş çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular RYK ilə işə və XQ-lərdə xidmətə yararsız hesab edilirlər. «Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçular və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mülki işçiləri isə RYK ilə və XQ-lərdə işə müvəqqəti yararsız hesab edilərək, 6 aydan sonra təkrar şəhadətləndirilirlər.

HDQ-də hərbi xidmət keçən və virus hepatiti, qarın yatalağı, paratiflərin fəsadlaşmamış yüngül və orta ağır formalarını keçirmiş hərbi qulluqçular paraşütlə tullanmağa müvəqqəti yararsız sayılaraq, 6 aydan sonra təkrar şəhadətləndirilirlər. Həmin müddət keçdikdən sonra göstərilən şəxslər qaraciyərin və həzm aparatının funksiyalarının pozulması olmadıqda, paraşütlə tullanmağa buraxılırlar.

Virus hepatitinin ağır formasını, qarın yatalağı, paratiflərin ağır formasını və ya uzunsürən gedişli (3 aydan artıq) hepatit keçirmiş HDQ-də çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular HDQ-də xidmətə yararsız hesab edilirlər. «Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçuların HDQ-də xidmətə yararlılığı fərdi qaydada təyin edilir.

A virus hepatiti (fəsadlaşmamış yüngül və orta ağırlıqlı forması), qarın yatalağı və paratiflər keçirmiş dalğıclar dalğıclıq işlərinə yararsız sayılır və 3 — 6 aydan sonra təkrar şəhadətləndirilirlər. Təkrar şəhadətləndirilmə zamanı qaraciyərin və həzm aparatının funksional pozulmaları olmadığı halda, onlar 60 metrə qədər dərinliklərdə dalğıclıq işlərinə yararlı hesab edilirlər. Lakin bu zaman, dərin su dalğıcları müalicə qurtardıqdan ən azı bir il sonra 60 metrdən artıq dərinliklərdə dalğıclıq işlərinə yararlı hesab edilə bilərlər.

Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçulardan olan istənilən ağırlıq formasında virus hepatiti, qarın yatalağı və ağır formalı paratiflər keçirmiş dalğıclar dalğıclıq işlərinə yararsız sayılırlar.

«Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçulardan, B, C virus hepatiti və ya ağır formada A virus hepatiti, qarın yatalağı və ağır formalı paratiflər keçirmiş dalğıclar dalğıclıq işlərinə yararsız sayılır və 12 aydan sonra təkrar şəhadətləndirilirlər. Qaraciyərin və həzm aparatının funksiyası normal olduqda, təkrar şəhadətləndirilmə zamanı onlar 60 m-ə qədər dərinliklərdə dalğıclıq işlərinə yararlı sayıla bilərlər.

İstənilən ağırlıq formasında B və ya C virus hepatiti, qarın yatalağı və paratiflər keçirmiş və «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlər dalğıclıq ixtisası üzrə təhsilə yararsız hesab edilirlər.

B virus hepatiti səthi (Avstraliya) antigeninin və C hepatiti virusuna antitellərin aşkar edilməsi, qaraciyərin gizli keçən xroniki xəstəliyinin istisna edilməsi məqsədi ilə müayinə aparılması üçün əsasdır.

Virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş hərbi qulluqçular, hərbi liseylərin Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbin məzunları, vətəndaşlar, onlarda qaraciyərin və həzm aparatının funksiyalarının pozulması olmadıqda, stasionar müalicənin qurtarmasından sonra, lakin 6 aydan tez olmayaraq, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmağa yararlı hesab edilirlər.

Yoluxucu — virus və parazitar xəstəliklərin sinir sistemi, digər orqan və sistemlərin funksiyalarının pozulması ilə müşayiət olunan zədələnməsinin nəticələri olduqda şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə keçirilir.

Kəskin yoluxucu xəstəliklərin keçirilməsindən sonra müvəqqəti funksional pozulmalar olduqda və stasionar müalicə başa çatdıqdan sonra xəstədə ümumi astenizasiya, zəifləmə, qeyri-kafi qidalanma saxlandıqda, qərar «b» bəndi üzrə çıxarılır. Xəstəliyin gedişinin ağır və fəsadlaşmış (bağırsaq perforasiyası, bağırsaq qanaxması, miokardit, parapnevmoniya plevriti ilə fəsadlaşmış pnevmoniya və s.) hallarında, hospital müalicəsindən sonra astenizasiya saxlanıldıqda, qalıq dəyişikliklərin davamlılığını qiymətləndirmək və şəhadətləndirilənin hərbi xidmət vəzifələrini icra etmək qabiliyyətinin tam bərpa olunması üçün 1 aydan az olmayan müddət tələb olunduqda, xəstəliyə görə 30 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır. Yoluxucu xəstəliklərin fəsadlaşmamış orta ağır formalarını keçirmiş hərbi qulluqçulara xəstəliyə görə 15 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarılır.

Yoluxucu xəstəliklərin yüngül formalarını keçirmiş hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilmir. Bu kateqoriyadan olan xəstəlik keçirmiş şəxslərin bərpa müalicəsi hərbi hospitalların reabilitasiya bölmələrində və ya hərbi hissələrin lazımi kompleks bərpa tədbirləri təşkil olunmuş tibb məntəqələrində yekunlaşmalıdır. Müstəsna hallarda reabilitasiyanın hərbi tibb müəssisələrinin yoluxucu xəstəliklər və ya terapiya bölmələrində aparılmasına yol verilir.

Ayrı-ayrı hallarda qarın yatalağının, paratiflərin, virus hepatitinin ağır və orta ağır formalarını keçirmiş «Xəstəliklər cədvəli»nin III qrafası üzrə şəhadətləndirilən hərbi qulluqçular, reabilitasiya məqsədi ilə 20 gündən az olmayan müddətə pulsuz putyovka ilə hərbi sanatoriyaya göndərilə bilərlər. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları və dinləyiciləri belə hallarda hospital müalicəsindən sonra reabilitasiya mərkəzlərinə gündərilmir, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qaytarılırlar.

Virus hepatiti, qarın yatalağı, paratiflər keçirmiş vətəndaşlar hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü daxil olan zaman stasionar müalicədən sonra 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

2

Tənəffüs orqanlarının vərəmi (ağciyərin, bronxların, döş qəfəsidaxili limfa düyünlərinin, plevranın vərəmi):

 

 

 

a) aktiv, mikobakteriyaların ifrazı ilə və (və ya) ağciyər toxumasının dağılması ilə

D

D

D

b) aktiv, mikobakteriyaların ifrazı və ağciyər toxumasının dağılması olmadan

C

C

C

c) kliniki müalicə olunmuş

C

C

C və ya B FƏRDİ

ç) müalicə olunmuş vərəmdən sonra kiçik qalıq əlamətləri

A-3

A

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

d) müalicədən sonra müvəqqəti funksional pozulmalar

Ç

 

«a» bəndinə aşağıdakılar aiddir:

bakteriya ifrazetmə və (və ya) dağılma ilə müşayiət olunan tənəffüs orqanlarının aktiv vərəminin bütün formaları;

mühüm dərəcədə ifadə olunmuş intoksikasiya əlamətləri ilə müşayiət olunan tənəffüs orqanlarının aktiv vərəminin formaları;

III dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan ağciyərlərin və plevranın divararalığının yerdəyişməsi ilə nəticələnən böyük qalıq dəyişiklikləri;

cərrahi müalicənin III dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan nəticələri;

bronxların fistulyoz zədələnmələri.

«b» bəndinə aşağıdakılar aiddir:

vərəm mikobakteriyalarının ifrazı və dağılma fazası olmadan, tənəffüs orqanlarının aktiv vərəminin bütün formaları;

müalicə prosesində transformasiya olunmuş nazik divarlı kistayabənzər boşluqlar (kavernanın açıq tipli sağalması);

II dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan ağciyərlərin və plevranın böyük qalıq dəyişiklikləri;

cərrahi müalicənin II dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan nəticələri.

Müalicə səmərəsiz olduqda və ya ondan imtina edildikdə, (imtina halları müvafiq təlimata uyğun olaraq araşdırılır) hərbi qulluqçular «a» və ya «b» bəndi üzrə şəhadətləndirilirlər.

«c» bəndinə aşağıdakılar aiddir:

müalicənin stasionar mərhələsi kliniki-rentgenoloji sağalma ilə nəticələnmiş tənəffüs orqanlarının vərəmi: intoksikasiya əlamətlərinin yox olması, bakteriya ifrazının kəsilməsi, kavernanın sağalması, ağciyərlərdə infiltrasiyanın sorulub getməsi və boşluqlarda mayenin rezorbsiyası;

əsas müalicə kursu başa çatdıqdan sonra tənəffüs orqanlarının kliniki sağalmış vərəmi;

ağciyərin və plevranın I dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan (və ya olunmayan) böyük qalıq dəyişiklikləri;

cərrahi müalicənin I dərəcəli tənəffüs (ağciyər) çatışmazlığı ilə müşayiət olunan (və ya olunmayan) nəticələri.

Böyük qalıq dəyişiklikləri hesab edilirlər: çoxlu (5-dən artıq), xırda (1 sm-ə qədər) və tək-tək (5-ə qədər) iri (1 sm-dən böyük) ilkin vərəm kompleksinin komponentləri və ya aydın görünən ocaqlar; yayılmış (1 seqmentdən çox) fibroz; istənilən ölçüdə sirrotik dəyişikliklər; icmal rentgenoqramlar və (və ya) tomoqramlarla obyektivləşdirilmiş iri plevral qatlaşmalar (1 sm-dən qalın).

Ekssudativ plevrit və vərəm etiologiyalı digər serozitlərin (perikardit, poliserozit və s.) diaqnozu sitoloji, immunoloji, mikrobioloji müayinə metodları, göstəriş olan hallarda isə həm də punksiya biopsiyası və bronxoloji (bronxoskopik) müayinə ilə təsdiq edilməlidir. Quru plevritlərin vərəm etiologiyası, tuberkulin diaqnostikası və immunoloji diaqnostika metodları, sınaq müalicəsi və laborator müayinələrinin dinamikası ilə sübut olunmalıdır.

Vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən, əsas müalicə kursu başa çatdıqdan sonra yaxın 3 il müddətində (ağciyərin və plevranın qalıq dəyişiklikləri olması ilə vərəmin keçirilməsi sübut olunarsa) bu bənd üzrə şəhadətləndirilirlər. Əsas müalicə kursuna ümumi müddəti 9 — 12 aydan az olmamaqla, hospital, sanatoriya və ambulatoriya mərhələləri daxildir. «Xəstəliklər cədvəli»nin II və III qrafası üzrə şəhadətləndirilənlər stasionar müalicəsi başa çatdıqdan sonra hərbi-həkim komissiyasına təqdim olunurlar.

«ç» bəndinə kliniki müalicə olunmuş vərəm qrupunda müşahidə başa çatdıqdan və dispanser qeydiyyatından çıxarıldıqdan sonra tənəffüs orqanlarının keçirilmiş (o cümlədən spontan müalicə olunmuş) vərəminin kiçik qalıq dəyişiklikləri aiddir.

«d» bəndinə «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçuların hospital müalicəsi başa çatdıqdan sonra tənəffüs orqanları funksiyasının bərpa olunması üçün 1 — 2 aydan az olmayaraq vaxt lazım olan hallar aiddir. Bu halda, hərbi-həkim komissiyası ambulator şəraitdə ftiziatrın müşahidəsi altında müalicəni davam etdirmək üçün məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarır, məzuniyyət başa çatdıqdan sonra təkrar şəhadətləndirilmə keçirilir.

Ağciyərdə və döş qəfəsidaxili limfa düyünlərində tək-tək xırda petrifikatların olması bu maddənin tətbiqi üçün əsas deyil və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur.

Tənəffüs orqanlarının vərəmindən müalicə olunmuş zabitlərin peşə reabilitasiyası məqsədi ilə təkrar şəhadətləndirilməsi əsas müalicə kursunun başa çatmasından sonra 3 ildən tez olmayaraq, hospitalların pulmonologiya (terapiya) bölmələrində müayinə olunduqdan sonra keçirilir.

«Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən, bu maddənin «ç» bəndində göstərilən dəyişiklikləri olan hərbi qulluqçuların qeyri-vərəm sanatoriyalarına göndərilməsi ümumi əsaslarla tibbi göstərişlər üzrə həyata keçirilir.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

3

Digər orqanların və sistemlərin vərəmi:

 

 

 

a) proqressivləşən aktiv

D

D

D

b) əsas müalicə kursu dövründə aktiv

C

C

C

c) kliniki müalicə olunmuş

C

C

C və ya B FƏRDİ

ç) qalıq dəyişiklikləri

A-4

A

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

d) müalicədən sonra müvəqqəti funksional pozulmalar

Ç

 

«a» bəndinə aşağıdakılar aiddir:

gedişinin xarakterindən, müddətindən və nəticəsindən asılı olmayaraq müxtəlif orqan və sistemlərin müştərək zədələnməsi ilə müşayiət olunan generalizə olunmuş vərəm;

onurğanın, borulu sümüklərin və oynaqların sızıb yığılmış abseslər və ya fistullarla müşayiət olunan aktiv proqressivləşən vərəmi;

görmə funksiyalarının proqressivləşən zəifləməsi ilə müşayiət olunan gözlərin vərəmi;

dəri vərəminin yayılmış və dərini eybəcərləşdirən formaları;

sidik-cinsiyyət orqanlarının dağılma fazasında və (və ya) bakteriya ifrazı ilə müşayiət olunan vərəmi;

perikardın, peritonun və qarındaxili limfa düyünlərinin, mədənin, bağırsağın, qaraciyərin, dalağın, qulaq-burun-boğaz orqanlarının və digər orqanların proqressivləşən vərəmi;

metatuberkulyoz nefrosklerozu, keçirilmiş sidik-ifrazat sistemi orqanları vərəminin qalıq dəyişiklikləri və nəticələri, çıxarıldıqdan sonra bir böyrəyin olmaması, saxlanılmış böyrəyin funksiyası pozulduqda, böyrəklərin və sidikçıxarıcı yolların digər cərrahi müalicəsinin nəticələri, xroniki böyrək çatışmazlığı və ya ifrazat funksiyasının kəskin pozulması olduqda;

sidik ifrazının kəskin pozulması ilə müşayiət olunan sidik kisəsinin çapıqlı dəyişiklikləri;

vərəmə görə ikitərəfli kastrasiya əməliyyatından sonra xayaların olmaması.

«b» bəndinə aşağıdakılar aiddir:

onurğanın, sümüklərin və oynaqların, sidik-cinsiyyət orqanlarının və digər döş qəfəsindən kənar nahiyyələrin proses sakitləşənədək aktiv məhdudlaşmış vərəmi;

periferik limfa düyünlərinin dağılma olmadan, fistulsuz və bakteriya ifrazı olmayan aktiv vərəmi;

böyrəklərin ifrazat funksiyasının və sidik ifrazının mülayim dərəcədə pozulması ilə müşayiət olunan sidik-cinsiyyət orqanlarının keçirilmiş vərəmindən sonrakı qalıq əlamətləri və ya onun nəticələri;

böyrəklərin ifrazat funksiyasının və sidik ifrazının mülayim dərəcədə pozulması ilə müşayiət olunan sidik-ifrazat yollarının cərrahi müalicəsinin nəticələri;

digər orqanların vərəminin cərrahi müalicəsinin nəticələri, onların funksiyalarının mülayim dərəcədə pozulması ilə.

«c» bəndinə müalicənin stasionar mərhələsi kliniki-rentgenoloji sağalma ilə nəticələnmiş döş qəfəsindən kənar nahiyyələrin vərəmi aiddir.

Ayrı-ayrı hallarda «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən, hərbi xidmətkeçmənin son yaş həddinə çatmamış hərbi qulluqçular müxtəlif orqanların və sistemlərin müştərək zədələnməsi ilə vərəmin ağciyərlərdənkənar formalarına görə müalicə yaxşı səmərə verdikdə, orqan və sistemlərin funksiyalarının pozulması olmadıqda, bu maddənin «c» bəndi üzrə sıradankənar hərbi xidmətə yararlı hesab edilə bilərlər.

«ç» bəndinə müalicə başa çatdıqdan sonra 3 il müddətində aktivlik əlamətləri olmadığı və şəhadətləndirilənin vərəm dispanserində uçotdan çıxarıldığı zaman döş qəfəsindən kənar nahiyyələrin keçirilmiş qeyri-aktiv vərəminin qalıq dəyişiklikləri aiddir.

Vərəm sanatoriyasına göndərilmə və hərbi həkim komissiyasında şəhadətləndirilmə eyni ilə ağciyər vərəmi xəstələri üçün olan tibbi göstərişlər üzrə həyata keçirilir.

Döş qəfəsindən kənar nahiyyələrin vərəmi olan şəxslər barəsində hərbi-həkim komissiyası həm də zədələnmiş orqanların funksiyasının vəziyyətindən asılı olaraq, «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə qərar çıxarır.

«d» bəndinə «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçuların hospital müalicəsi başa çatdıqdan sonra, funksiyanın bərpa olunması üçün 1 — 2 aydan az olmayaraq müddət lazım olan hallar aiddir. Bu zaman hərbi-həkim komissiyası ambulator şəraitdə ftiziatrın müşahidəsi altında müalicəni davam etdirmək üçün məzuniyyət verilməsinin zəruriliyi və sonradan tibbi şəhadətləndirilməsi barədə qərar çıxarır.

Döş qəfəsindən kənar nahiyyələrin vərəmindən müalicə olunmuş zabitlərin peşə reabilitasiyası məqsədi ilə təkrar şəhadətləndirilməsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Kliniki Hospitalında və orqanların hospitallarında stasionar müayinədən sonra, lakin əsas müalicə kursunun başa çatmasından 3 ildən tez olmayaraq keçirilir.

Bu maddənin «ç» bəndində göstərilmiş dəyişiklikləri olan III qrafa ilə şəhadətləndirilən hərbi qulluqçuların qeyri-vərəm sanatoriyalarına göndərilməsi tibbi göstərişlər üzrə ümumi əsaslarla həyata keçirilir.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

4

Cüzam

D

D

D

 

Müvafiq dövlət tibb müəssisəsi tərəfindən ailəsində cüzamlı xəstə qeyd olunmuş vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən, habelə belə ailələrdən olan hərbi qulluqçular hərbi xidmətə yararsız hesab edilirlər. [41]

Anamnezində cüzamlı xəstə ilə ailədənkənar kontaktı olması barədə məlumat verən şəxslər müayinəyə göndərilirlər və yoluxma əlamətləri olmadıqda, hərbi xidmətə yararlı hesab edilirlər.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

5

İnsanın immunçatışmazlığı virusunun (İİÇV) törətdiyi xəstəlik:

 

 

 

a) xəstələr (qazanılmış immunçatışmazlığı sindromu — QİÇS)

D

D

D

b) İİÇV-lə yoluxmuşlar

D

D

C və ya B FƏRDİ

 

Qanyaratma sisteminin, digər orqanların patoloji dəyişiklikləri ilə müşayiət olunan anadangəlmə və qazanılmış immunçatışmazlığı halları olduqda hərbi xidmətə, hərbi-uçot ixtisasları üzrə xidmətə yararlılıq kateqoriyası zədələnmiş orqanın və ya orqanlar sisteminin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

6

Sifilis və digər zöhrəvi xəstəliklər:

 

 

 

a) gecikmiş, anadangəlmə sifilis

D

D

D

b) klassik seroloji reaksiyaların ləngimiş neqativasiyası olduqda, ilkin, ikincili və gizli sifilis

C

B

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

c) ilkin, ikincili, gizli sifilis, qonoreya və əksər hallarda cinsi yolla görülən digər infeksiyalar (yumşaq şankr, limfatik limfoqranuloma, qasıq qranulyoması, qeyri-qonokokk uretritləri)

Ç

A

A

 

İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlarda, habelə hərbi qulluqçularda zöhrəvi xəstəliklər aşkar edildikdə, onlar müalicə olunmalıdırlar. Belə şəxslər sağalma ilə nəticələnən müalicədən sonra hərbi xidmətə yararlıdırlar.

Zöhrəvi uretritlərin xroniki və ya fəsadlaşmış formalarında əgər müalicənin başa çatması üçün 3 aydan artıq müddət tələb olunursa, hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlar 6 ay müddətinə, ilkin, təkrar və ya gizli sifilis olduqda isə 12 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

Qonoreya və sifilisdən tam müalicə olunmanın meyarı zöhrəvi xəstəliyin klinik əlamətlərinin itməsi və laboratoriya yoxlaması zamanı üç dəfə mənfi nəticənin alınması hesab olunur. Əgər sifilisin tam müalicəsindən 12 ay sonra klassik seroloji reaksiyaların mənfiləşməsi baş verməmişsə, şəhadətləndirilmə «b» bəndi üzrə keçirilir.

Daxili orqanlar, sümüklər, sinir sistemi sifilislə zədələndikdə, onların funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, şəhadətləndirilmə həm də «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə keçirilir.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

7

Mikozlar:

 

 

 

a) aktinomikoz, daxili orqanların kandidozu, koksidioidoz, histoplazmoz, blastomikoz, sporotrixoz, xromomikoz, misetomlar

C

C

C və ya B FƏRDİ

b) göbələklərin törətdiyi dermatofitiyalar (mikrosporum, trixofiton)

Ç

A

A

 

Mikrosporiya, trixofitiya xəstəliyi olan vətəndaşlar müalicə olunmalıdırlar. Hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən, onlar 6 ayadək müddətə hərbi xidmətə müvəqqəti yararsız hesab olunurlar.

Dermatofitiyadan əziyyət çəkən hərbi qulluqçular da müalicə olunmalıdırlar və müalicə başa çatdıqdan sonra onlar hərbi xidmətə yararlı hesab edilirlər.

Mikoz diaqnozu laboratoriya müayinələri ilə təsdiq olunmalıdır.

Yenitörəmələr

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

8

Bədxassəli yenitörəmələr (sinir sisteminin, limfoid, qanyaradıcı və onlarla həmcins toxumaların şişlərindən başqa):

 

 

 

a) radikal kənaretmə mümkün olmadıqda və uzaq metastazlar olduqda

D

D

D

b) yerli metastazları olan ilkin şişin radikal kənar edilməsindən sonrakı hal

D

D

C

c) cərrahi müalicədən, sitostatik və ya şüa terapiyasından sonra müvəqqəti funksional pozulmalar

C

C

Ç

 

«a» bəndinə aşağıdakılar aiddir:

yayılması və mərhələsindən asılı olmayaraq, sümüklərin və oynaq qığırdaqlarının bədxassəli yenitörəmələri;

qeyri-radikal cərrahi müalicədən sonra və ya əvvəllər aparılmış müalicədən sonra xəstəliyin proqressivləşməsi ilə digər orqanların və yumşaq toxumaların uzaq metastazlarla müşayiət olunan bədxassəli yenitörəmələri;

şişin mərhələsindən və yayılmasından asılı olmayaraq, bədxassəli yenitörəmənin müalicəsindən xəstənin imtina etməsi halları.

«b» bəndinə aşağıdakılar aiddir:

alt dodağın və ya dərinin bədxassəli şişlərinin radikal müalicəsindən sonrakı çapıqlar;

digər orqanların və sistemlərin (sümüklərdən və oynaq qığırdaqlarından başqa) bədxassəli yenitörəmələrinin, o cümlədən regional metastazları olan yenitörəmələrin radikal müalicəsindən sonrakı hallar.

«Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən və hərbi xidmətkeçmənin son yaş həddinə çatmış, habelə təşkilati-ştat tədbirləri ilə əlaqədar hərbi xidmətdən buraxılmalı olan hərbi qulluqçular bədxassəli prosesin lokalizasiyasından, mərhələsindən və yayılmasından, habelə xəstəliyin başlanğıcından keçən vaxtdan asılı olmayaraq, «a» bəndi üzrə şəhadətləndirilirlər. Alt dodağın və dərinin metastazı olmayan xərçənginin radikal müalicə olunub aradan qaldırılması halları istisna təşkil edir ki, bu şəhadətləndirilənlər üçün «b» bəndi tətbiq olunur.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

9

Limfoid, qanyaradıcı orqanlar və onlara həmcins toxumaların bədxassəli yenitörəmələri (leykozlar, Hockin xəstəliyi, qeyri-Hockin limfomaları, bədxassəli immunoproliferativ xəstəliklər, çoxsaylı mieloma və bədxassəli plazmahüceyrəli yenitörəmələr və başqaları):

 

 

 

a) tez proqressivləşən, habelə qanın tərkibində mühüm dərəcədə dəyişikliklərin olması və dövri kəskinləşmələrlə tədricən proqressivləşən

D

D

D

b) qanyaradıcı sistemin funksiyasının mülayim dərəcədə pozulması və nadir kəskinləşmələrlə tədricən proqressivləşən

D

D

C

c) şüa və ya sitostatik terapiyanın başa çatmasından sonrakı hal

D

D

Ç

 

«a» bəndinə aparılan müalicə səmərəsiz olduqda və ya müalicənin faydası müvəqqəti xarakter daşıdıqda qanın, qanyaradıcı orqanların və onlara həmcins toxumaların bədxassəli xəstəlikləri aiddir.

«b» bəndinə hərbi xidmət vəzifələrini icra etmək qabiliyyəti saxlanılmaqla, tədricən proqressivləşən gedişli, müalicəsi uzunmüddətli müsbət səmərə verən, kəskinləşmə tezliyi ildə bir dəfədən artıq olmayan xəstəliklər aiddir.

«c» bəndinə qanın, qanyaradıcı orqanların və onlara həmcins toxumaların bədxassəli xəstəliklərinə görə şüa və ya sitostatik terapiyadan sonrakı hallar aiddir.

Xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar şüa və ya sitostatik terapiyanın yalnız birinci kursu aparıldıqdan sonra çıxarılır.

«Xəstəliklər cədvəli»nin III qrafası ilə hərbi xidmətkeçmənin son yaş həddinə çatması, habelə təşkilati-ştat tədbirləri ilə əlaqədar hərbi xidmətdən buraxılmalı olan hərbi qulluqçular bədxassəli prosesin lokalizasiyasından, mərhələsindən və yayılmasından, habelə xəstəliyin başlanğıcından keçən vaxtdan asılı olmayaraq, «a» bəndi üzrə şəhadətləndirilirlər.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

10

Xoşxassəli yenitörəmələr (sinir sisteminin şişlərindən başqa):

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

C

b) funksiyaların mülayim və ya cüzi dərəcədə pozulması ilə

C

C

B

c) obyektiv əlamətlər olduqda, funksiyaların pozulmaması ilə

A

A

A

ç) cərrahi müalicədən sonrakı müvəqqəti funksional pozulmalar

Ç

Ç

Ç

 

Xoşxassəli yenitörəmələrə görə şəhadətləndirilənlərə müalicə təklif olunur. Bu maddə müalicə qeyri-qənaətbəxş nəticələndiyi və ya ondan imtina edildiyi hallarda tətbiq olunur.

«a» bəndinə aşağıdakılar aiddir:

yuxarı tənəffüs yollarının tənəffüs və (və ya) səsyaratma funksiyasını mühüm dərəcədə pozan xoşxassəli yenitörəmələri;

divararalığının mühüm kliniki təzahürlərlə müşayiət olunan (yerdəyişmə, döş qəfəsi orqanlarının sıxılması) xoşxassəli yenitörəmələri;

tənəffüs orqanlarının mühüm kliniki təzahürlərlə (qan hayxırma, bronxostenoz və ya atelektazla) müşayiət olunan xoşxassəli yenitörəmələri;

həzm orqanlarının udqunma aktını və qidanın keçməsini mühüm dərəcədə çətinləşdirən və qidalanma zəifliyi ilə müşayiət olunan yenitörəmələri;

dərinin, dərialtı toxumaların, qan və ya limfa damarlarının hərbi geyim forması, ayaqqabı və ya sursat gəzdirilməsinə imkan verməyən yenitörəmələri;

sidik-ifrazat orqanlarının mühüm dərəcədə dizurik pozulmalarla və ya qanaxma ilə müşayiət olunan xoşxassəli yenitörəmələri;

süd vəzisinin və qadın cinsiyyət orqanlarının fon halları və şişönü xəstəlikləri: süd vəzisinin displaziyası, atipik hiperplaziyası, 12 və daha çox həftəlik hamiləliyə uyğun gələn ölçülərdə, qanaxma ilə müşayiət olunan, anemiyaya gətirib çıxaran uşaqlığın mioması, habelə, qan təchizatının pozulması, tezböyümə (bir ildə şişin 5 həftəlik hamiləliyə uyğun gələn ölçüyədək böyüməsi) ilə submukoz və ya subseroz düyünlərin olması; vəzi-kistoz hiperplaziya; polipoz, adenomatoz endometriya; uşaqlığın adenomiozunun xoriorezistent formaları; uşaqlıq boynunun eroziyaları və displaziyaları; servikal kanalın polipləri; funksiyaların pozulması ilə müşayiət olunan bartolin vəzisinin kistası, vulvanın kraurozu, uşaqlıq yolunun kistaları və fibromaları.

«b» bəndinə aşağıdakılar aiddir:

yuxarı tənəffüs yollarının tənəffüs və (və ya) səsyaratma funksiyasını mülayim və ya cüzi dərəcədə pozan xoşxassəli yenitörəmələri;

divararalığının mülayim kliniki təzahürlərlə müşayiət olunan (yerdəyişmə, döş qəfəsi orqanlarının sıxılması) xoşxassəli yenitörəmələri;

tənəffüs orqanlarının mülayim kliniki təzahürlərlə müşayiət olunan xoşxassəli yenitörəmələri;

həzm orqanlarının qidalanma pozulması ilə müşayiət olunmayan xoşxassəli yenitörəmələri;

dərinin, dərialtı toxumaların, qan və ya limfa damarlarının hərbi geyim formasını, ayaqqabı və ya sursat gəzdirilməsini çətinləşdirən xoşxassəli yenitörəmələri;

sidik-ifrazat orqanlarının mülayim dizurik pozulmalarla müşayiət olunan xoşxassəli yenitörəmələri;

qadın cinsiyyət orqanlarının cərrahi müalicə tələb edən yenitörəmələri: 11 həftəlik hamiləliyə uyğun gələn ölçüdə və klinik təzahürlərsiz uşaqlığın miomaları; müştərək orqanların zədələnməsi olmayan və konservativ müalicənin yaxşı kliniki səmərəsi ilə uşaqlığın adenomiozu; bartolin vəzilərinin simptomsuz kistaları, uşaqlıq yolunun simptomsuz kistaları və fibromaları.

«c» bəndinə hərbi geyim formasını, ayaqqabı və ya sursat gəzdirilməsini çətinləşdirməyən, orqan və sistemlərin funksiyalarının pozulması ilə müşayiət olunmayan xoşxassəli yenitörəmələr və ya onların radikal cərrahi müalicəsinin nəticələri aiddir.

«c» bəndində göstərilmiş yenitörəmələr hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə və hərbi liseylərə Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur.

«ç» bəndi üzrə hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar döş və ya qarın boşluğunun xoşxassəli yenitörəmələrinə görə aparılmış cərrahi müalicədən sonra funksiyaların tam bərpası üçün 15 gündən az olmayan müddət lazım gəldikdə çıxarılır, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən isə vətəndaşlar 3 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

Baş və onurğa beyninin xoşxassəli yenitörəmələri olan şəxslər «Xəstəliklər cədvəli»nin 25-ci maddəsi üzrə, periferik sinir sisteminin xoşxassəli yenitörəmələri olanlar isə 26-cı maddəsi üzrə şəhadətləndirilirlər.

 

Qanın və qanyaradıcı orqanların xəstəlikləri

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

11

Qan və qanyaradıcı orqanların xəstəlikləri, immunçatışmazlığı halları:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə tez proqressivləşən

D

D

D

b) qanın tərkibinin mühüm dəyişiklikləri və periodik kəskinləşmələrlə, tədricən proqressivləşən

D

D

C

c) qanyaradıcı sistemin funksiyalarının mülayim dərəcədə pozulması və nadir kəskinləşmələrlə tədricən proqressivləşən

C

C

B

ç) qanın qeyri-sistem xəstəliklərindən sonrakı müvəqqəti funksional pozulmalar

Ç

Ç

Ç

«a» bəndinə qanaxmalarla, qansızmalarla müşayiət olunan, ixtisaslaşdırılmış stasionarda müayinə zamanı təyin edilmiş hipoplastik və ya aplastik anemiyalar, trombositopatiyaların irsi formaları, hemofiliyalar, talassemiyalar, koaqulopatiyalar aiddir.

Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular remissiyaya yalnız qlükokortikoid terapiyası ilə nail olunduqda «c» bəndi, yaxşı nəticə ilə splenektomiya keçirənlər «b» bəndi, aparılmış müalicənin səmərəsi olmadıqda isə «a» bəndi üzrə şəhadətləndirilirlər.

Autoimmun trombositopenik purpuranın epizodunu keçirmiş, «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular qlükokortikoid terapiyanın və ya splenektomiyanın yaxşı səmərəsi olduqda «ç» bəndi üzrə şəhadətləndirilirlər. Hemorragik təzahürlər olmadan, xroniki, tədricən proqressivləşən gedişə malik, mülayim dərəcədə ifadə olunmuş trombositopeniya zamanı və əvəzedici hormonal terapiyaya (splenektomiyadan sonra və ya onsuz) ehtiyac olmadıqda, şəhadətləndirilmə «c» bəndi üzrə, splenektomiyanın səmərəsi cüzi olduqda və ya olmadıqda, «a» bəndi üzrə keçirilir.

Villebrand xəstəliyi olduqda, şəhadətləndirilmə funksiyaların pozulma dərəcəsindən və xəstəliyin gedişindən asılı olaraq «a», «b» və ya «c» bəndi üzrə keçirilir.

Hemorragik vaskulitlərin dəri və oynaq formalarını keçirmiş hərbi qulluqçulara məzuniyyət verilir, xəstəliyin təkrar kəskinləşməsi zamanı funksiyaların pozulma dərəcəsindən və xəstəliyin gedişindən asılı olaraq, şəhadətləndirilmə «b» və ya «c» bəndi üzrə keçirilir.

Hemorragik vaskulitlərin digər formaları ilə xəstəliyin gedişindən asılı olmayaraq, funksiyaların pozulma dərəcəsindən asılı olaraq şəhadətləndirilmə «b» və ya «c» bəndi üzrə keçirilir.

İnfeksion fəsadlaşmaların tez-tez residivləri ilə müşayiət olunan qazanılmış və ya anadangəlmə davamlı immunçatışmazlığı hallarında (insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəlikdən başqa) şəhadətləndirilmə «a» bəndi üzrə keçirilir.

Digər immunçatışmazlığı hallarında, qanyaradıcı sistemin digər orqanların patoloji dəyişiklikləri ilə müşayiət olunan sarkoidozunda hərbi xidmətə və hərbi-uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası zədələnmiş orqanın və ya orqanlar sisteminin funksiyalarının pozulma dərəcələrindən asılı olaraq, «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir.

İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşlar 3 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

Əmək qabiliyyətinin tam bərpa olunması və hematoloji göstəricilərin normallaşması məqsədi ilə hərbi qulluqçulara xəstəliyin orta ağır formalarından sonra 15 gün, ağır formalarından sonra isə 30 gün müddətinə xəstəliyə görə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarılır.

 

Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

12

Eutireoid zob:

 

 

 

a) qonşu orqanların funksiyalarının pozulmasına səbəb olan

D

D

C

b) hərbi geyim formasının gəzdirilməsini çətinləşdirən

C

C

B

c) hərbi geyim formasının gəzdirilməsini çətinləşdirməyən

A-3

A

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

 

Bu maddə ilə şəhadətləndirilənlərə cərrahi müalicə təklif olunur. Cərrahi müalicədən sonra şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 13-cü maddəsinin «ç» bəndinə əsasən keçirilir.

Müalicənin nəticələri qeyri-qənaətbəxş olduğu hallarda və ya qonşu orqanların funksiyalarının pozulmasına səbəb olan, yaxud hərbi geyim formasının gəzdirilməsini çətinləşdirən zoba görə cərrahi əməliyyatdan imtina edildikdə, şəhadətləndirilmə «a» və ya «b» bəndi üzrə keçirilir.

Davamlı endokrin pozulmalar olduqda, şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 13-cü maddəsi üzrə keçirilir.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

13

Endokrin sistemin digər xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) kəskin xəstəliklərdən və ya xroniki xəstəliklərin kəskinləşməsindən, yaxud cərrahi müalicədən sonrakı hal, müvəqqəti funksional pozulmalarla

Ç

Ç

Ç

d) zəif qidalanma, II dərəcəli alimentar piylənmə

A-3

A

A
HDQ, ÜH, DP, XQ-də FƏRDİ

e) I dərəcəli alimentar piylənmə

A-2

A

A

İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən və ya hərbi xidmətə könüllü daxil olarkən vətəndaşların, habelə çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların şəhadətləndirilməsi yalnız stasionar müayinə və müalicədən sonra keçirilir. «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular ambulator müayinədən sonra şəhadətləndirilə bilərlər.

«a» bəndinə aşağıdakılar aiddir:

hipofizin, böyrəküstü, qalxanabənzərətrafı və cinsiyyət vəzilərinin funksiylarının mühüm dərəcədə pozulmaları ilə müşayiət olunan xəstəlikləri;

IV dərəcəli alimentar piylənmə;

düyünlü və diffuz toksiki zobun ağır formaları ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (xəstəliyin başlanğıcından keçən dövr ərzində bədən çəkisinin 50 faizə qədər azalması, adinamiya, kəskin ifadə olunmuş ekzoftalm, sakit halda təngənəfəslik, nəbzin 1 dəqiqədə 120 və daha çox olması, əsas mübadilənin 50 faiz və daha çox artması, müxtəlif visseral fəsadlaşmalar);

şəkərli diabetin ağır forması ilə əlaqədar mühüm dərəcədə ifadə olunmuş davamlı pozulmalar (karbohidrogen mübadiləsinin kompensasiyası üçün sutkada 60 vahid və daha çox insulin tələb olunur, asetonuriya, ketoz).

Şəkərli diabetin ağır formasına, hiperqlikemiyanın səviyyəsindən və müalicənin xarakterindən asılı olmayaraq, xəstədə aşağıda qeyd olunan fəsadlardan birinin olması halları da aiddir: proliferativ retinopatiya, trofiki xoralar, ayağın qanqrenası, nefropatik ödemlər, osteoartropatiyalarla təzahür edən aşağı ətrafların kəskin dərəcədə ifadə olunmuş angiopatiyası və neyropatiyası, xroniki böyrək çatışmazlığı ilə müşayiət olunan diabetik nefropatiya, eləcə də residivləşən ketoasidotik prekomalar və komalar.

«b» bəndinə aşağıdakılar aiddir:

endokrin vəzilərin orta ağırlıq dərəcəsində olan xəstəlikləri ilə əlaqədar yaranmış, mülayim dərəcədə ifadə olunmuş davamlı pozulmalar (orta ağırlıq dərəcəsində şəkərli diabet zamanı karbohidrat mübadiləsinin kompensasiyasına daimi pəhriz müalicəsi fonunda şəkəri aşağı salan preparatların peroral qəbulu və ya insulin yeridilməsi ilə nail olunur);

mülayim dərəcədə ifadə olunmuş retinopatiya, nefropatiya, periferik nevropatiya və angiopatiya ilə müşayiət olunan şəkərli diabet;

III dərəcəli alimentar piylənmə.

Hərbi xidmətə çağırış zamanı ilk dəfə III dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar «ç» bəndi ilə 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər, lakin müalicə səmərəsiz olduqda, onlar «b» bəndi üzrə şəhadətləndirilirlər.

«c» bəndinə aşağıdakılar aiddir:

diffuz toksiki zobun yüngül dönər formaları (yüngül nevrozabənzər əlamətlər, fiziki yükə dözümlülüyün azalması, nəbzin dəqiqədə 100-ə qədər olması, qalxanabənzər vəzinin I — II dərəcəli böyüməsi zamanı əsas mübadilə artımının 30 faizdən çox olmaması);

şəkərli diabetin, qlikemiyanın səviyyəsi gün ərzində 8,9 mmol/litr-dən (160 milliqram — faiz) çox olmayan və pəhrizlə asan normallaşan formaları;

residiv gedişli yarımkəskin tireoidit.

Bu bəndə həmçinin «Xəstəliklər cədvəli»nin I — II qrafası ilə şəhadətləndirilənlərdə endokrin vəzinin, o cümlədən vəzinin bir hissəsinin cərrahi kənar edilməsindən sonrakı hallar da aid edilir.

Xroniki fibroz və autoimmun tireoiditi olan şəxslər qalxanabənzər vəzinin funksiyasının pozulma dərəcəsindən asılı olaraq, «a», «b» və ya «c» bəndi üzrə (funksiyaların pozulması olmadıqda, 12-ci maddənin «c» bəndi üzrə) şəhadətləndirilirlər.

«ç» bəndinə qalxanabənzər vəzidə, digər endokrin vəzilərdə operativ müdaxilələrdən sonrakı hallar, kəskin və yarımkəskin tireoiditlərin müalicəsindən sonrakı hallar aiddir. Hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən vətəndaşlar 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər.

Qidalanma çatışmazlığı olan vətəndaşların bədən çəkisi 45 kq-dan az olduqda, onlar hərbi xidmətə çağırılarkən 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız hesab edilirlər. Belə halda onlar stasionar müayinə və müalicə olunmalıdırlar. Əgər 6 aydan sonra bu vətəndaşlarda bədən çəkisini aşağı salan xəstəliklər aşkar edilmirsə, bədən çəkisi indeksinin mənfi dinamikası yoxdursa (hər ay keçirilən tibbi baxışların nəticələrinə görə) və fiziki iş qabiliyyəti saxlanmışsa (funksional yük sınaqlarının nəticələrinə görə), bədən çəkisi 45 kq və çox olan halda şəhadətləndirilmə «d» bəndi üzrə keçirilir. Bədən çəkisinin mənfi dinamikası, fiziki iş qabiliyyətinin aşağı düşməsi təkrar müşahidə olunarsa, vətəndaşlar «c» bəndi üzrə şəhadətləndirilirlər. Qidalanma çatışmazlığına səbəb olan xəstəliklər aşkar olunduqda, vətəndaşlar xəstəliklər cədvəlinin müvafiq maddələri üzrə şəhadətləndirilirlər.

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün aşağıdakı düsturla təyin edilən bədən çəkisinin indeksindən (BÇİ) istifadə olunur:

bədən çəkisi (kq)

BÇİ=--------------------------------------------------

boy ölçüsünün (m) kvadratı

Bədən çəkisinin indeksi (BÇİ) 18 — 25 yaşlı şəxslər üçün normada — 19,5 — 22,9; zəif qidalanmada — 19,4 və aşağı; yüksək qidalanmada — 23,0 — 27,4; I dərəcəli piylənmədə — 27,5 — 29,9; II dərəcəli piylənmədə — 30,0 — 34,9; III dərəcəli piylənmədə — 35,0 — 39,9; IV dərəcəli piylənmədə — 40,0 və çox sayılır.

BÇİ 26 — 45 yaşlı şəxslər üçün normada — 20,0 — 25,9; zəif qidalanmada — 19,9 və aşağı; yüksək qidalanmada — 26,0 — 27,9; I dərəcəli piylənmədə — 28,0 — 30,9; II dərəcəli piylənmədə — 31,0 — 35,9; III dərəcəli piylənmədə — 36,0 — 40,9; IV dərəcəli piylənmədə — 41,0 və çox sayılır.

 

Ruhi pozuntular

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

14

Üzvi ruhi pozuntular:

 

 

 

a) kəskin dərəcədə ifadə olunmuş davamlı ruhi pozuntular olduqda

D

D

D

b) mülayim dərəcədə ifadə olunmuş ruhi pozuntular olduqda

C

C

C

c) yüngül dərəcəli qısamüddətli xəstəlik təzahürləri olduqda

Ç

Ç

Ç

ç) baş-beynin kəskin xəstəliyindən və ya qapalı kəllə-beyin travmasından sonra xəstəlik pozuntularının davamlı kompensasiyası olduqda

A-4

A

A

 

Bu maddə baş-beynin zədələnməsi və disfunksiyası (baş-beynin travmaları, şişləri, ensefalit, meningit, neyrosifilis, həmçinin, senil və presenil psixozları, baş beynin damar, degenerativ və digər üzvi xəstəlikləri və zədələnmələri) nəticəsində yaranan psixozları, digər ruhi pozuntuları, şəxsiyyət və davranış dəyişikliklərini nəzərdə tutur.

Şəhadətləndirilmə stasionar müayinədən sonra aparılır.

«a» bəndinə kəskin dərəcədə ifadə olunmuş, uzun sürən psixotik hallar, habelə davamlı nəzərə çarpan intellektual-mnestik və ya şəxsiyyətin psixoorqanik tip üzrə kəskin dərəcədə ifadə olunmuş dəyişiklikləri aiddir.

«b» bəndinə mülayim dərəcədə ifadə olunmuş astenik, affektiv, dissosiativ, koqnitiv, şəxsiyyət pozuntuları və digər pozuntularla müşayiət olunan hallar, eləcə də xoş gedişli psixotik hallar aiddir.

«c» bəndinə sağalma ilə, yaxud cüzi dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş baş-beynin travması və ya kəskin üzvi xəstəliyi nəticəsində yaranmış, mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmayan, keçib gedən, qısamüddətli psixotik və qeyri-psixotik pozuntuları aiddir. Bu zaman, hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından azad edilməsi və ya onlara xəstəliyə görə 15 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən isə vətəndaşların hərbi xidmətə 6 ay müddətinə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır. Xəstəliyə görə məzuniyyətdən və ya azadedilmədən sonra, zərurət olduqda, təkrar şəhadətləndirilmə keçirilir.

«ç» bəndinə baş-beynin kəskin xəstəliyi və ya travmasından sonra ruhi pozuntular və mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmayan (bu zaman funksiyaların pozulması olmayan ayrı-ayrı dağınıq üzvi nişanələr ola bilər) xəstəlik təzahürlərinin davamlı (1 ildən az olmayaraq) kompensasiya halları aiddir.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

15

Endogen psixozlar: şizofreniya, şizotip pozuntular, xroniki sayıqlamalar və affektiv psixozlar (o cümlədən, tsiklotimiya)

D

D

D

 

Bu maddə ilə şəhadətləndirilmə yalnız stasionar müayinədən sonra aparılır.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

16

Simptomatik psixozlar və digər ekzogen etiologiyalı ruhi pozuntular:

 

 

 

a) kəskin ifadə olunmuş davamlı xəstəlik təzahürləri olduqda

D

D

D

b) mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli və ya təkrar xəstəlik təzahürləri olduqda

C

C

C və ya B FƏRDİ

c) mülayim və ya cüzi dərəcədə ifadə olunmuş uzun sürən astenik hal olduqda

Ç

Ç

Ç

ç) sağalma ilə nəticələnən yüngül və qısamüddətli astenik hal olduqda

A-4

A

A

 

Bu maddə ümumi infeksiyalar, intoksikasiyalar (psixoaktiv maddələrin qəbulundan sonra yaranmış intoksikasiyalardan başqa), müxtəlif mənşəli somatik xəstəliklər, doğuş, klimaks, maddələr mübadiləsinin pozulmaları, İİÇV—infeksiyaları və başqa səbəblər nəticəsində yaranmış psixozları və digər ruhi pozuntuları nəzərdə tutur. RM, İŞM, RYK, EMS mənbələri, lazer şüalanması və digər amillərin təsirindən baş verən ruhi pozuntular da buraya aid edilir.

Müayinə və şəhadətləndirilmənin nəticələri haqqında sənədlərdə ruhi pozuntunun inkişafına gətirib çıxarmış əsas xəstəlik göstərilməlidir.

«a» bəndinə kəskin ifadə olunmuş kliniki əlamətlərlə və ya uzunmüddətli gedişlə, o cümlədən şəxsiyyətin mühüm dəyişiklikləri ilə müşayiət olunan psixotik hallar aiddir.

«b» bəndinə şəxsiyyətin üzvi tipli patoloji dəyişikliklərinə və ya nəzərəçarpan, davamlı (3 aydan artıq) astenik vəziyyətə (serebrasteniyalara), o cümlədən, mərkəzi sinir sisteminin üzvi zədələnməsi əlamətlərinə gətirib çıxaran mülayim dərəcədə ifadə olunmuş və ya təkrarlanan psixotik və qeyri-psixotik hallar aiddir.

Xəstəliyin xoş gedişli olduğu və xəstəlik əlamətlərinin davamlı kompensasiyası baş verdiyi halda zabitlər, gizirlər, miçmanlar sıradankənar hərbi xidmətə yararlı sayıla bilərlər.

«c» bəndinə mərkəzi sinir sisteminin üzvi zədələnməsi əlamətləri olmadıqda keçirilmiş infeksiyadan sonra uzun sürən (3 aya qədər), mülayim və ya cüzi dərəcədə ifadə olunmuş astenik hallar aiddir. Bu zaman, hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından azad edilməsi və ya onlara xəstəliyə görə 15 — 20 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən isə vətəndaşlara onların 6 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır. Xəstəliyə görə məzuniyyət və ya azadedilmə müddəti başa çatdıqdan sonra zərurət olarsa, təkrar şəhadətləndirilmə keçirilir.

Alkoqol və ya narkotik vasitələr, psixotrop maddələrlə kəskin zəhərlənmə keçirmiş şəxslərə xəstəliyə görə məzuniyyət verilmir.

«ç» bəndinə kəskin xəstəlik nəticəsində baş verən, yüngül və qısamüddətli (2 — 3 həftəyədək) asteniya ilə müşayiət olunan və sağalma ilə nəticələnmiş ruhi pozuntular aiddir.

Anamnezdə bu maddədə göstərilən ruhi pozuntuların olması, ruhi-əsəb sferasında və daxili orqanlarında patologiyanın olmaması hallarında da şəhadətləndirilmə «ç» bəndi üzrə aparılır. Belə ruhi pozuntuların sağalma ilə nəticələnməsi tibb müəssisələrində müayinə ilə təsdiq olunmalıdır.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

17

Somatoform və stresslə bağlı nevrotik pozuntular:

 

 

 

a) kəskin dərəcədə ifadə olunmuş, davamlı xəstəlik təzahürləri olduqda

D

D

D

b) mülayim dərəcədə ifadə olunmuş, uzunmüddətli və ya təkrarlanan xəstəlik təzahürləri olduqda

C

C

C

c) mülayim dərəcədə ifadə olunmuş, qısamüddətli xəstəlik təzahürləri olduqda

B

B

B

ç) sağalma ilə qurtaran yüngül və qısamüddətli xəstəlik təzahürləri olduqda

A-4

A

A

d) yüngül asteniya ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş nevrotik reaksiya

Ç

Ç

Ç

 

Bu maddə reaktiv psixozları, nevrotik, dissosiativ və somatoform pozuntuları, psixogen depressiya halları və reaksiyalarını, şəxsiyyətin nevrotik inkişafını, şəxsiyyətin xroniki postreaktiv dəyişikliklərini, həmçinin travmadan sonrakı stress pozuntularını nəzərdə tutur.

«a» bəndinə uzunsürən gedişli reaktiv psixozlar (psixogen paranoid psixoz, düşüncənin dəyişikliyi ilə isterik psixoz, reaktiv depressiya və digər), həmçinin kəskin ifadə olunmuş müalicə olunmayan nevrotik, dissosiativ və somatoform pozuntular aiddir.

«b» bəndinə qısamüddətli və xoşgedişli psixotik pozuntular, aparılmış patogenetik stasionar müalicəyə baxmayaraq, şəhadətləndirilənin hərbi xidməti vəzifələrinin yerinə yetirməsini çətinləşdirəcək dərəcədə davamlı saxlanan xəstəlik təzahürləri ilə mülayim dərəcədə ifadə olunmuş, uzunmüddətli və ya təkrarlanan nevrotik pozuntular aiddir.

«c» bəndinə kompensasiya ilə başa çatan xoşgedişli, mülayim dərəcədə ifadə olunmuş, qısamüddətli nevrotik pozuntular aid edilir.

«ç» bəndinə yaxşı müalicə olunan və sağalma ilə nəticələnən, əsasən emosional-iradi, vegetativ pozulmalarla səciyyələnən cüzi dərəcədə ifadə olunmuş nevrotik pozuntular aid edilir. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşlar 3 ay müddətinə hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

Yüngül asteniya ilə nəticələnmiş mülayim dərəcədə ifadə olunmuş nevrotik reaksiyalardan sonra hərbi qulluqçulara «d» bəndi ilə 15 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi barədə qərar çıxarıla bilər.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

18

Şəxsiyyət pozuntuları:

 

 

 

a) kəskin ifadə olunmuş, təkrarlanan uzunmüddətli dekompensasiyalara və ya patoloji reaksiyalara meyilli

D

D

D

b) mülayim dərəcədə ifadə olunmuş, davamsız kompensasiya ilə və ya kompensasiya olunmuş

C

C

C

 

Bu maddə şəxsiyyətin və davranışın spesifik (psixopatiyalar, tranzitor şəxsiyyət pozuntuları) və digər pozuntularını nəzərdə tutur.

Şəxsiyyət pozuntuları ilə vətəndaşların şəhadətləndirilməsi psixiatrik stasionar (dispanser) şəraitdə müayinədən sonra keçirilir.

Hərbi qulluqçuların şəhadətləndirilməsi şəxsi işlər, xidməti və tibbi xasiyyətnamələr öyrənilməklə, stasionar müayinədən sonra aparılır.

«a» bəndinə aşağıdakılar aiddir:

kəskin dərəcədə ifadə olunmuş, kompensasiya olunmayan nüvə forması adlanan psixopatiyalar;

daha dərin və davamlı xəstəlik əlamətləri ilə səciyyələnən, hərbi xidmət vəzifələrini uzun müddət icra etməyə imkan verməyən şəxsiyyətin patoloji inkişaf (paranoyal, obsessiv-fobik və digər) pozuntuları.

«b» bəndinə aşağıdakılar aiddir:

affektiv tutmalar, reaktiv hallar, vegetativ reaksiyaların aydın təzahür edən əlamətləri ilə mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntuları;

şəxsiyyətin psixopatiya, o cümlədən davamlı emosional-iradi və digər patoloji təzahürlər səviyyəsinə çatmayan tranzitor (parsial) pozuntuları;

şəxsiyyətin infantil pozuntuları;

seksual identifikasiya və seksual üstünlük pozuntuları.

Bu halda, seksual orientasiya özü-özlüyündə pozuntu kimi sayılmır.

Konkret xarici zərərli amillərlə (infeksiyalar, intoksikasiyalar, travmalar və digər) əlaqədar yaranan psixopatobənzər hallar, həmçinin maraq pozuntuları olan şəxslər, «Xəstəliklər cədvəli»nin ruhi-əsəb pozuntularının müvafiq nozoloji formalarına uyğun olaraq şəhadətləndirilirlər.

Şəxsiyyətin bütünlükdə patoloji xüsusiyyətlərindən irəli gəlməyən, qondarma, qəsdən yaradılan davranış və intizamsızlıq təzahürləri kimi hallar şəxsiyyət pozuntularının əlamətləri kimi qiymətləndirilə bilməz.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

19

Psixoaktiv maddələrin qəbulundan yaranmış ruhi və davranış pozuntuları:

 

 

 

a) mühüm, davamlı ruhi pozuntularla müşayiət olunan asılılıq sindromu olduqda

D

D

D

b) mülayim və ya cüzi dərəcədə ruhi pozuntularla müşayiət olunan asılılıq sindromu olduqda

C

C

C

 

Bu maddə ağırlıq dərəcəsi dəyişkən (zərərli nəticələrlə sui-istifadədən asılılıq sindromu olmayan demensiya və psixozlaradək) olan, lakin hamısı bir və ya bir neçə psixoaktiv maddənin qəbulundan yaranan ruhi pozuntuları nəzərdə tutur.

Şəhadətləndirilmə stasionar müayinədən sonra aparılır.

«a» bəndinə xroniki alkoqol psixozları, mühüm dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi və intellektual-mnestik pozuntularla müşayiət olunan xroniki alkoqolizm, narkomaniya və toksikomaniya aiddir.

«b» bəndinə aşağıdakılar aiddir:

kəskin alkoqol psixozları, mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi ilə müşayiət olunan xroniki alkoqolizm, narkomaniya və toksikomaniya;

fiziki asılılıq, reaktivliyin dəyişməsi və şəxsiyyət pozuntusu əlamətləri olmadan narkomaniya, toksikomaniya və xroniki alkoqolizmin başlanğıc təzahürləri;

narkotik vasitələr və psixotrop maddələrdən sui-istifadə edilməsi (asılılıq sindromu olmadan, ruhi və ya fiziki sağlamlıq üçün aydın zərərli nəticələrlə müşayiət olunan, psixoaktiv maddələrin təkrar qəbulu halları).

Ruhi pozuntu yoxdursa, narkotik vasitələrin və ya psixotrop maddələrin ara-sıra və ya epizodik qəbul edilməsi faktı bu maddənin tətbiq edilməsi üçün əsas ola bilməz.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

20

Əqli gerilik:

 

 

 

a) dərin, ağır və mülayim dərəcədə ifadə olunmuş

D

D

D

b) yüngül dərəcədə ifadə olunmuş

C

C

C

 

«a» bəndinə əqli geriliyin bütün ağır, dərin və mülayim dərəcəli formaları aiddir.

İntellektin mühüm və aşkar qüsurları olduqda, «Xəstəliklər cədvəli»nin I qrafası üzrə şəhadətləndirilənlərin hərbi xidmətə yararsızlığı barədə məsələ stasionar müayinə aparılmadan həll edilə bilər.

«b» bəndinə yüngül dərəcəli (əqli inkişaf əmsalı 50 — 69 diapazonunda) əqli gerilik aiddir. Bu diaqnoz təyin edilərkən, həkim müayinəsinin nəticələri ilə şəxsin məişətdə, istehsalatda, xidmət yerində və digər şəraitdə davranışını xarakterizə edən məlumatlar bir-birinə uyğun gəlmədikdə, müayinənin stasionarda aparılması məcburidir.

 

Sinir sistemi xəstəlikləri

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

21

Epilepsiya

 

 

 

a) tez-tez epileptik tutmalar və ya mühüm ruhi pozulmalar olduqda

D

D

D

b) tutmadan kənar vaxtda ruhi pozulmalar olmadan tək-tək və nadir epileptik tutmalar (qıcolmalarla və qıcolmalarsız) olduqda

C

C

C və ya B FƏRDİ

 

Bu maddə epilepsiyanı, generalizə olunmuş və ya parsial tutmalarla, ruhi ekvivalentlərlə və ya şəxsiyyətin spesifik dəyişiklikləri ilə müşayiət olunan baş beynin xroniki xəstəliyi kimi nəzərdə tutur.

Simptomatik epilepsiya bu maddəyə aid edilmir. Belə hallarda şəhadətləndirilmə qıcolma sindromunun inkişafına gətirib çıxaran xəstəliyə görə aparılır.

Tutmanın olması həkim müşahidəsi ilə təsdiq edilməlidir. Bəzi hallarda təsvir olunan tutma və tutmadan sonrakı hal onun epileptik tutma olmasını qəbul etməyə əsas verərsə, qeyri-tibbi heyətdən olan vəzifəli şəxslər tərəfindən imzalanmış və komandirlər (rəislər) tərəfindən təsdiq edilmiş aktlar nəzərə alına bilər. Aydın olmayan hallarda yaşayış, təhsil, iş və hərbi xidmət yerlərindən məlumatları tələb etmək lazımdır.

«a» bəndinə tez-tez baş verən tutmalar (ildə 3 və daha çox) və ya qıcolma tutmalarının ruhi ekvivalentləri, eləcə də şəhadətləndirilənin psixikasının proqressivləşən pozulmaları aiddir.

«b» bəndinə nadir (ildə 3 dəfədən az) baş verən tutmalar, o cümlədən qıcolmaları olmayan ekvivalentlərsiz paroksizmlər və epilepsiya üçün xarakterik olan digər ruhi dəyişikliklər aiddir.

Tibb müəssisələrinin sənədləri ilə keçmişdə epilepsiya tutmalarının olması təsdiq edilərsə, lakin son 5 ildə tutma müşahidə edilməyibsə və stasionar şəraitdə müayinə zamanı elektroensefaloqrafiyada sakit şəraitdə, funksional yük altında patoloji dəyişikliklər (paroksizmal qeyd edilən müxtəlif amplitudalı «iti» və «yavaş» dalğalar, «iti-yavaş dalğa» kompleksləri və digər dəyişikliklər, yarımkürələrarası asimmetriya) aşkar edilərsə, şəhadətləndirmə «b» bəndi üzrə aparılır.

Keçmişdə müşahidə edilmiş hər hansı xarakterli yeganə tutma (epileptik reaksiya) və ya zəif ifadə olunan və nadir hallarda baş verən kiçik tutmalar, qıcolmasız paroksizmlər və ya əhval-ruhiyyənin spesifik pozulmaları hallarında hərbi xidmətə yararlılıq kateqoriyası məsələsi yalnız stasionar müayinədən sonra həll edilir.

Epileptik paroksizmləri olan şəxslər nəqliyyat vasitələrini idarə etməyə, hündür yerlərdə, hərəkət edən mexanizmlərin, od və su mənbələrinin yanında xidmətə (işləməyə) yararsızdırlar.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

22

Mərkəzi sinir sisteminin iltihabi, demielinləşdirici xəstəlikləri və onların nəticələri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə və ya tez proqressivləşən gedişlə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda

A-4

A

A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ

 

Bu maddə mərkəzi sinir sisteminin yoluxucu və parazitar xəstəliklərini, ümumi infeksiyalar, kəskin və xroniki intoksikasiyalar (meninqokokk meningiti, seroz meningitlər, poliomielit, gənə və ağcaqanad virus ensefalitləri, vərəm, sifilis xəstəliklərində və s. sinir sisteminin zədələnməsi, demielinləşdirici xəstəliklər və s.) zamanı baş-beynin və onurğa beyninin zədələnmələrini nəzərdə tutur.

«a» bəndinə aşağıdakılar aiddir:

sinir sisteminin dərin iflic və ya parezlə, mühüm dərəcədə ifadə olunmuş ikincili parkinsonizmlə, tez-tez (ildə 3 dəfə və çox) baş verən epileptik tutmalarla, mühüm dərəcədə ifadə olunmuş yayılmış hiperkinezlərlə, tez-tez baş verən Kojevnikov və ya Cekson tipli epilepsiya tutmaları ilə, ataktik pozulmalarla, kəskin hidrosefaliya, kəskin likvor hipertenziyası ilə müşayiət olunan xəstəlikləri;

görmənin pozulması ilə optiko-xiazmal araxnoidit;

dağınıq skleroz;

iflic və ya mühüm dərəcədə ifadə olunmuş parezlə müşayiət olunan keçirilmiş mielitin nəticələri;

erkən və gec neyrosifilis zamanı sinir sistemi zədələnmələrinin ağır formaları;

vərəm meningiti;

sinir sisteminin parazitar zədələnmələri.

«b» bəndinə aşağıdakılar aiddir:

keçirilmiş xəstəliklərin, mərkəzi sinir sistemi funksiyalarının pozulma dərəcəsinə görə hərbi xidmətkeçmə imkanını məhdudlaşdıran, lakin tam istisna etməyən qalıq əlamətləri və nəticələri (əzələ tonusunun azacıq yüksəlməsi, əzələ gücünün azalması şəklində cüzi dərəcədə ifadə olunmuş hemiparezlə ensefalitin, araxnoiditin qalıq əlamətləri, mülayim dərəcəli hidrosefaliya, likvor hipertenziyası), habelə ağrı pozuntularının tez-tez baş verən (ildə 2 dəfə və çox) və uzunmüddətli (hərbi xidmətə çağırılmalı olan vətəndaşlar üçün 6 aydan az olmayaraq, hərbi qulluqçular üçün 4 aydan az olmayaraq) dekompensasiyaları.

«c» bəndinə aşağıdakılar aiddir:

funksiyaların cüzi dərəcədə pozulması, ayrı-ayrı üzvi nişanələr, vegetativ-damar davamsızlığı və asteno-nevrotik təzahürlərlə mərkəzi sinir sistemi zədələnmələrinin nəticələri və qalıq əlamətləri (müalicənin uğursuzluğu və ya ağrı pozuntularının ləng, təkrarlanan dekompensasiyaları olduqda). Xəstənin halının yaxşılaşması və hərbi xidməti vəzifələrini icraetmə qabiliyyətinin bərpa olunması hallarında şəhadətləndirilmə «ç» bəndi üzrə keçirilir.

«ç» bəndinə aşağıdakılar aiddir:

sinir sisteminin hərəki, hissi, koordinator və digər funksiyalarının pozulması ilə müşayiət olunmayan, cüzi astenizasiya əlamətləri, vegetativ-damar davamsızlığı və ayrı-ayrı davamlı dağınıq üzvi nişanələr şəklində sinir sistemi zədələnmələrinin qalıq əlamətləri və nəticələri.

Bu maddədə göstərilən pozulmaların olması tibbi sənədlərlə, göstərilən pozulmaların əmək qabiliyyətinə və ya hərbi xidmət vəzifələrinin icrasına təsiri iş, tədris və ya hərbi xidmət yerlərinin məlumatları ilə təsdiq olunmalı, diaqnoz isə klinik və xüsusi müayinələrin nəticələri ilə təsdiq edilməlidir. İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən, hərbi xidmətə könüllü daxil olarkən, vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyası haqqında qərar stasionar müayinədən sonra çıxarılır.

Kəllədaxili hipertenziya sindromunun ifadə olunma dərəcəsi qiymətləndirilərkən onurğa beyni mayesi təzyiqinin göstəricilərindən başqa, xəstəliyin klinikası, göz dibində durğunluq əlamətləri, pnevmoensefaloqrafiyanın və ya kompüter (maqnit-rezonans) tomoqrafiyasının məlumatlarına görə beynin mədəcik sisteminin genişlənmə dərəcəsi nəzərə alınmalıdır.

Baş-beynin keçirilmiş üzvi zədələnmələri, infeksion xəstəliklər və intoksikasiyalar nəticəsində əmələ gələn mühüm dərəcədə ifadə olunmuş emosional-iradi və ya intellektual-mnestik pozuntuları olan şəxslər «Xəstəliklər cədvəli»nin 14-cü maddəsinə əsasən şəhadətləndirilirlər.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

23

Baş-beynin və onurğa-beyninin travmaları və onların nəticələri; mərkəzi sinir sisteminin xarici amillərin təsirindən zədələnmələrinin nəticələri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə

C

C

C və ya B FƏRDİ

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

ç) funksiyaların pozulması ilə müşayiət olunmayan obyektiv əlamətlər olduqda

A-4

A

A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ

 

Bu maddə baş-beynin və onurğa-beyninin travmalarının erkən və uzaq nəticələrini (travmanın alınma anından bir il və ya bir ildən çox keçdikdən sonra), mərkəzi sinir sisteminin travmatik zədələnmələrinin fəsadlarını, eləcə də, hava-partlayış dalğalarının və digər xarici amillərin təsirindən əmələ gələn travmaların nəticələrini nəzərdə tutur.

«a» bəndinə aşağıdakılar aiddir:

travmatik zədələnmə nəticəsində baş-beynin və onurğa-beyninin funksiyalarının ağır pozulmaları (davamlı iflic və ya dərin parezə, çanaq orqanları funksiyalarının pozulmalarına gətirib çıxaran beynin əzilməsi və sıxılması);

qabıq funksiyalarının pozulmaları (afaziya, aqnoziya, apraksiya və s.) ilə beyin maddəsinin zədələnmələrinin nəticələri;

kəllədaxili təzyiqin kəskin yüksəlməsinə və ya tez-tez (ildə 3 dəfə və daha artıq) baş verən epileptik tutmalara gətirib çıxaran posttravmatik araxnoidit və ya hidrosefaliya.

«b» bəndinə aşağıdakılar aiddir:

«a» bəndində nəzərdə tutulmuş dərəcəyə çatmayan ocaqlı simptomları və funksiya pozulmaları olan baş-beynin və onurğa-beyninin travmalarının nəticələri: ətrafın funksiyasını mülayim dərəcədə məhdudlaşdıran parez; yerişin qeyri-sərrastlığı, nistaqm, hissiyyat pozuntuları şəklində təzahür edən mülayim dərəcədə ifadə olunmuş beyincik pozuntuları; kəllədaxili təzyiqin mülayim və ya cüzi dərəcədə yüksəlməsi, nadir (ildə 3 dəfədən az) epileptik tutmalarla müşayiət olunan hidrosefaliya və ya travmatik araxnoidit.

«c» bəndinə aşağıdakılar aiddir:

nevroloji statusda dağınıq üzvi nişanələr (kəllə innervasiyasının assimmetriyası və anizorefleksiya, yüngül hissiyyat pozuntuları və digər) aşkar edilən, davamlı astenonevrotik əlamətlərlə və vegetativ damar davamsızlığı ilə müşayiət olunan travmatik araxnoidit, baş-beynin və onurğa beyninin travmatik zədələnmələrinin nəticələri;

üzvi əlamətlər və funksiya pozulmaları olmayan, mexaniki təzyiq nəticəsində kəllənin içəri basılmış köhnə sınıqları.

İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən vətəndaşlar, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular «c» bəndi üzrə yalnız müalicə nəticəsində xəstəlik təzahürlərinin müsbət dinamikası olmadıqda, eləcə də, uzunsürən və təkrarlanan dekompensasiya hallarında şəhadətləndirilirlər. Xəstənin halının yaxşılaşması, xəstəlik təzahürlərinin kompensasiyası və hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinin bərpa olunması hallarında şəhadətləndirilmə «ç» bəndi üzrə keçirilir.

«ç» bəndinə aşağıdakılar aiddir:

sinir sisteminin hərəki, hissi, koordinasiya və digər funksiyalarının pozulması olmayan ayrı-ayrı dağınıq üzvi nişanələr, vegetativ-damar davamsızlığı və cüzi astenizasiya əlamətləri ilə keçən baş-beyin və onurğa-beyni travmalarının nəticələri.

Anamnezində son 3 il ərzində kəllə-beyin travması olan (tibbi sənədlərlə təsdiq olunmuş) və «Xəstəliklər cədvəli»nin I və II qrafası ilə şəhadətləndirilənlər barəsində «ç» bəndi üzrə qərar çıxarılır.

Anamnezdə baş-beynin və onurğa-beyninin travması və ya onun nəticələri ilə əlaqədar müalicə faktının olması tibbi sənədlərlə, travmanın nəticələrinin əmək qabiliyyətinə və ya hərbi xidməti vəzifələrinin icrasına təsiri isə iş, tədris və ya hərbi xidmət yerindən verilmiş xasiyyətnamələrlə təsdiq olunmalıdır.

Baş-beynin travması nəticəsində əmələ gələn, hərbi xidməti vəzifələrinin icrasını çətinləşdirən emosional-iradi və intellektual-mnestik pozuntuları olan şəxslər «Xəstəliklər cədvəli»nin 14-cü maddəsinə əsasən şəhadətləndirilirlər.

Xarici amillərin təsirindən (radiasiya, aşağı və yüksək temperatur, işıq, hava və suyun yüksək və aşağı təzyiqi, digər xarici səbəblərdən) mərkəzi sinir sisteminin zədələnməsinin nəticələri olan şəxslər mərkəzi sinir sistemi funksiyalarının pozulma dərəcəsindən asılı olaraq, bu maddənin «a», «b», «c» və ya «ç» bəndi üzrə şəhadətləndirilirlər.

Kəllə sümüklərinin zədələnməsi və qüsurları olan hallarda bu maddədən əlavə, «Xəstəliklər cədvəli»nin 81-ci maddəsinin müvafiq bəndləri tətbiq edilir.

Baş-beynin və onurğa beyninin kəskin travmasını keçirmiş şəxslər «Xəstəliklər cədvəli»nin 28-ci maddəsi ilə şəhadətləndirilirlər.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

24

Baş-beynin, onurğa-beyninin damar xəstəlikləri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə; beynin tez-tez baş verən tranzitor işemiyaları.

C

C

C

c) funksiyaların cüzi dərəcədə pozulması ilə; beynin nadir baş verən tranzitor işemiyaları; mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmadan tez-tez baş verən bayılmalar

C

C

C və ya B FƏRDİ

ç) mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmadan nadir hallarda baş verən bayılmalar

A-4

A

A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ

 

Bu maddə subaraxnoidal, beyindaxili qansızmaları, digər kəllədaxili qansızmaları, beyin infarktını, beynin tranzitor işemiyasını, baş-beynin və onurğa-beyninin damar zədələnmələrinin nəticələrini nəzərdə tutur.

«a» bəndinə aşağıdakılar aiddir:

funksiyaların pozulma dərəcəsindən asılı olmayaraq, təkrar baş verən insultlar;

baş-beyin və onurğa-beyni qan dövranının kəskin dərəcədə pozulması nəticəsində baş verən sinir sistemi funksiyalarının davamlı itmələri;

III mərhələ dissirkulyator ensefalopatiya (hemiplegiya, dərin parezlər, nitq, yaddaş, təfəkkür pozulmaları, parkinsonizm əlamətləri, epileptik tutmalar, çanaq orqanları funksiyalarının pozulmaları və s.).

«b» bəndinə aşağıdakılar aiddir:

qan dövranından kənarlaşdırılan çoxsaylı anevrizmalar;

embollaşmadan, süni tromblaşmadan və ya intrakranial kənarlaşdırmalardan sonrakı arteriovenoz malformasiyalar;

xoşgedişli və mülayim dərəcədə ifadə olunmuş ocaqlı itmələrlə baş-beynin və onurğa-beyninin damar zədələnmələri;

serebral ateroskleroz nəticəsində II mərhələ dissirkulyator ensefalopatiya (könül kövrəkliyi, başgicəllənmə, baş ağrıları, yuxunun pozulması, hərbi xidməti vəzifələrini yerinə yetirmə qabiliyyətinin aşağı düşməsi, mərkəzi sinir sisteminin ayrı-ayrı davamlı üzvi nişanələrinin mövcudluğu şəraitində emosional-iradi pozuntular, dəqiq anizorefleksiya, bəbəklərin işığa reaksiyasının ləngiməsi, piramid simptomları və s.);

hipertoniya xəstəliyinin II mərhələsində baş-beynin qan dövranı pozulmaları;

beyin qan dövranının tez-tez (ildə 3 dəfə və çox) baş verən keçib gedən pozulmaları (beynin tranzitor işemiyaları, hipertonik serebral krizlər);

ətrafların yüngül parezi və ya hissiyyat pozuntuları şəklində spinal qan dövranı pozulmalarının nəticələri.

«c» bəndinə aşağıdakılar aiddir:

kəllədaxili klippləşdirmə və ya balonlaşdırma, yaxud süni tromblaşdırmanın köməyi ilə qan dövranından kənarlaşdırılan tək-tək arterial anevrizmalar;

bir gündən artıq saxlanmayan və sinir sistemi funksiyalarının pozulmaları olmayan mərkəzi sinir sisteminin davamsız ocaqlı simptomları (parezlər, paresteziyalar, nitq pozulmaları, beyincik əlamətləri) ilə müşayiət olunan beyin qan dövranının nadir (ildə 2 dəfədən çox olmayaraq) baş verən, keçib gedən pozulmaları (beynin tranzitor işemiyaları, hipertonik serebral krizlər);

psevdonevrotik sindrom (emosional dayanıqsızlıq, əsəbilik, yaddaşın pisləşməsi, baş ağrısı, baş gicəllənməsi, yuxunun pozulması, qulaqlarda küy və s.) şəklində beyin qan dövranı çatışmazlığının ilkin təzahürləri və birinci mərhələ xroniki dissirkulyator ensefalopatiya;

tez-tez (ildə 3 dəfə və çox) baş verən və uzunsürən (1 gün və artıq) tutmalarla keçən miqrenin müxtəlif formaları;

stasionar müayinə və müalicə sənədləri ilə təsdiq edilmiş beynin kəskin qanazlığı (sadə və qıcolma bayılmaları) ilə təzahür edən tez-tez (ayda 1 dəfə və çox) baş verən krizlərlə müşayiət olunan vegetativ damar distoniyaları.

Bayılmaları olan şəxslər əsaslı müayinə və müalicə olunmalıdırlar. Vegetativ damar distoniyası diaqnozu yalnız o hallarda təyin edilir ki, məqsədyönlü müayinə vegetativ sinir sisteminin pozulması ilə müşayiət olunan digər xəstəlikləri aşkar etmir.

Başqa xəstəliklər və ya pozulmalar nəticəsində (infeksiyalar, travmalar, intoksikasiyalar) bayılmaları olan, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşlar, hərbi xidmətə könüllü daxil olan şəxslər və hərbi qulluqçular «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə şəhadətləndirilirlər.

Bayılmaları olan şəxslər nəqliyyat vasitələrini idarə etməyə, hündür yerlərdə, hərəkət edən mexanizmlərin, suyun və odun yaxınlığında işləməyə yararsızdırlar.

Baş-beyin qan dövranının keçib gedən pozulmalarından sonra və mərkəzi sinir sistemi funksiyalarının tam bərpası ilə nəticələnən hallarda «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçular barədə 28-ci maddəyə uyğun olaraq xəstəliyə görə məzuniyyət verilməsi və ya onların hərbi xidməti vəzifələrinin icrasından müvəqqəti azad edilməsinin zəruriliyi haqqında qərar çıxarıla bilər.

«Xəstəliklər cədvəli»nin I — II qrafası ilə şəhadətləndirilənlər haqqında keçirilmiş spontan (qeyri-travmatik) subaraxnoidal qansızmalardan sonra qərar «a» bəndi üzrə çıxarılır, «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilənlərin hərbi xidmətə yararlılıq kateqoriyası «b» bəndi üzrə təyin olunur, lakin təkrar subaraxnoidal qansızmalar olduqda (etiologiyasından asılı olmayaraq), şəhadətləndirilmə «a» bəndi üzrə aparılır.

Baş-beyin damarlarının anevrizmaları və arteriovenoz malformasiyalar səbəbindən əmələ gələn beynin qan dövranı pozulmalarına görə cərrahi müdaxilə aparılması mümkün olmadıqda və ya cərrahi müdaxilədən imtina edildikdə, şəhadətləndirilmə beyin qan dövranı pozulmasının qalıq əlamətləri dərəcəsindən və sinir sistemi funksiyalarının vəziyyətindən asılı olmayaraq, «a» bəndi üzrə aparılır.

Baş-beyin damarlarının anevrizmaları, baş-beynin və ya onurğa beyninin digər damar zədələnmələri ilə əlaqədar cərrahi müdaxilədən sonra hərbi xidmətə yararlılıq kateqoriyası təyin edilərkən, «Xəstəliklər cədvəli»nin I, II qrafaları ilə şəhadətləndirilənlər barədə bu maddənin «a» bəndi, cərrahi müdaxilənin radikallığı, səmərəliliyi, kəllə sümüklərinin cərrahi əməliyyatdan sonrakı defektinin ölçüləri, pozulmuş funksiyaların bərpasının dinamikası nəzərə alınaraq, III qrafa ilə şəhadətləndirilənlər haqqında isə «a», «b» və ya «c» bəndləri üzrə qərar çıxarılır. Kəllə sümüklərinin defekti olduqda, «Xəstəliklər cədvəli»nin 81-ci maddəsinin müvafiq bəndləri də tətbiq edilir.

 

Maddə

Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi

Hərbi xidmətə yararlılıq kateqoriyası

I qrafa

II qrafa

III qrafa

25

Mərkəzi sinir sisteminin üzvi, irsi-degenerativ xəstəlikləri və sinir-əzələ xəstəlikləri:

 

 

 

a) funksiyaların mühüm dərəcədə pozulması ilə və ya tez proqressivləşən gedişlə

D

D

D

b) funksiyaların mülayim dərəcədə pozulması ilə və ya tədricən proqressivləşən gedişlə

C

C

C

c) funksiyaların cüzi dərəcədə pozulması ilə

C

C

B

 

Bu maddə serebral degenerasiyaları, Parkinson xəstəliyini, digər ekstrapiramid xəstəlikləri, spinoserebral degenerasiyaları, baş beynin və onurğa beyninin şişlərini, uşaq serebral iflicini, anadangəlmə anomaliyaları (inkişaf qüsurlarını), sinir-əzələ birləşmələri və əzələlərin xəstəliklərini, eləcə də mərkəzi sinir sisteminin digər xəstəliklərini (hidrosefaliya, serebral kista və s.) nəzərdə tutur.

«a» bəndinə sinir sisteminin ağır, anadangəlmə anomaliyaları (inkişaf qüsurları) və xəstəlikləri, eləcə də tez proqressivləşən gedişli və ya