190.000.000
|
|
"Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na (hissə 75) əlavələr
[1]
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 04 aprel 1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış (şəhadətnamə №40) "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası"na (hissə 75) aşağıdakı əlavələr edilsin:
1. "Ali məktəblər" adlı "XIII BÖLMƏ"də "Rektor" vəzifəsinin tarif-ixtisas xüsusiyyətlərindən sonra aşağıdakı redaksiyada "Birinci prorektor" vəzifəsinin tarif-ixtisas xüsusiyyətləri əlavə edilsin:
Birinci prorektor
Əmək funksiyası: Rektor qarşısında cavabdehlik daşımaqla bütün işçilər, tələbələr, aspirantlar, doktorantlar və dinləyicilər üçün məcburi olan sərəncam və göstərişlər verir. Tədris, elmi-tədqiqat işlərinə, elmi və elmi-pedaqoji kadrların hazırlanması, beynəlxalq əlaqələr, humanitar, təsərrüfat və digər sahələr üzrə işlərə nəzarət etməklə rektor qarşısında hesabat verir.
Rektor olmadıqda onun səlahiyyətlərini icra edir.
Bilməlidir: Təhsil, elm və tərbiyə məsələlərinə dair hökumət və dövlət orqanlarının qərarlarını, ali təhsillə və elmi-tədqiqatla bağlı normativ sənədləri, xarici ölkələrin elm və təhsil sahəsindəki nailiyyətlərini, ali məktəb pedaqogikası və psixologiyasını, təhsilin iqtisadiyyatını, maliyyə-təsərrüfat fəaliyyətinin əsaslarını, tədrisin təşkilini, əmək qanunvericiliyi və əməyin mühafizəsini, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını.
Ödəniş dərəcəsinə ixtisas tələbləri:
18-ci dərəcə - müvafiq profil üzrə alimlik dərəcəsi, elmi adı, pedaqoji sahədə və ya rəhbər vəzifələrdə 5 ildən az olmayan əmək stajı olmaqla özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən ali məktəblərdə çalışdıqda.
2. "Təhsil, təlim-tərbiyə sahəsində qulluqçu vəzifələrinin adı və dərəcə diapazonu" cədvəlinin "Vəzifələr" sütununda XIII bölmədə "Rektor" sözündən sonra "Birinci prorektor" sözləri və "Dərəcələr diapazonu" sütununda bu vəzifənin qarşısında "18" rəqəmi əlavə olunsun.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı
BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı ilə ləğv edilmişdir.