070.000.000
230.000.000
Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Bazar iqtisadiyyatına keçid dövründə respublikanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər şəraitində əhalinin daha həssas təbəqəsi olan əlillərə qayğının artırılmasını və onların sosial-iqtisadi mənafelərinin müdafiəsini gücləndirmək məqsədi ilə, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqram” təsdiq edilsin.
2. İqtisadiyyat Nazirliyinə, Maliyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Səhiyyə Nazirliyinə, Təhsil Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə, Ticarət Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti idarə və təşkilatlara tapşırılsın ki, proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etsinlər.
[1]
Baş nazir S. Hüseynov
Bakı şəhəri, 10 may 1994-cü il
№ 185
|
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks
[2]
P R O Q R A M
1. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sisteminin məqsəd və vəzifələri
Bazar münasibətlərinə keçid şəraitində respublikanın iqtisadi və sosial həyatında baş verən dəyişikliklərlə əlaqədar əhalinin, xüsusilə onun ən çox qayğı tələb edən təbəqəsi olan əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi mərkəzi və yerli dövlət idarəetmə orqanlarının qarşısında duran ən vacib məsələlərdən biridir.
“Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar bu sahədə müəyyən işlər görülsə də, istehsalın həcminin azalması, qiymətlərlə gəlirlər arasında tarazlığın pozulması və bir sıra digər obyektiv və subyektiv səbəblər üzündən respublikada yaşayan 240 min əlilin və sağlamlıq imkanları məhdud uşağın bir çox problemləri həll olunmamış qalır, yaşayış minimumu ilə minimum əmək haqqının səviyyəsi arasında olan fərqin artması nəticəsində bütün kateqoriyalardan olan əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların, əmək şikəstlərinin, ümumi xəstəlik nəticəsində əlil olan və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunan şəxslərin, hərbi əlillərin, karların və korların minimum həyat səviyyəsinin təmin olunmasında böyük çətinliklər mövcuddur.
[3]
Cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvləri üçün təxirəsalınmadan etibarlı sosial təminatlar sistemi yaradılmalı, yaşayış minimumundan aşağı olmayan həyat səviyyəsini təmin etmək məqsədilə pensiya, müavinət, təqaüd və başqa sosial ödənişlərdən əlavə ictimai istehlak fondlarından imtiyazlı istifadə, pul gəlirlərinin indeksləşdirilməsi, müxtəlif növ dotasiyalar və güzəştli qiymətlərə satılan məhsullar hesabına əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi həyata keçirilməlidir.
[4]
Yerli idarəetmə orqanları sosial müdafiə sisteminin dövlət yardımı (pensiya, müavinət və sosial ödəmə şəkilində) əsasında əhalinin əmək qabiliyyəti olmayan və sosial cəhətdən zəif təmin olunan təbəqəsi olan əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların həyat səviyyəsinin aşağı düşməsinə yol verilməməli, bu məqsədlər üçün sosial təminatları gücləndirməli, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların bacara biləcək əmək və əlavə gəlir əldə etmək hüquqlarını müdafiə etməlidirlər.
Mərkəzi və yerli hakimiyyət orqanları və əmək kollektivləri səviyyəsində təminatların inteqrasiyası, onların vahid sosial müdafiə sistemində birləşdirilməsi təmin olunmalıdır.
Respublika səviyyəsində dövlət orqanları tərəfindən əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə sisteminin formalaşmasının ümumi prinsipləri müəyyənləşdirilməli, respublika üzrə hesablanmış yaşayış minimumu əsasında sosial təminatların: əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin minimumu təyin olunmalıdır. Bu təminatlar respublikanın bütün ərazisində məcburi həyata keçirilməli, yerli hakimiyyət orqanları, müəssisə və təşkilatların əmək kollektivləri yerli şəraitləri və xüsusiyyətləri nəzərə almaqla əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların yaşayış səviyyəsini yüksəltmək üçün əlavə sosial yardım fondları yaratmaq istiqamətində məqsədyönlü iş aparmalıdırlar.
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ən vacib sosial-məişət ehtiyaclarının ödənilməsində onların şəxsi gəlirlərinin rolu gücləndirməli, ictimai istehlak fondları ilk növbədə əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara sosial yardım edilməsinə yönəldilməlidir.
Sosial normativlər əsasında bu fondların hesabına göstəriləcək pulsuz yardımların və xidmətlərin təminatlı səviyyəsi müəyyənləşdirilməli, həmin fondların formalaşması və bölüşdürülməsi onların strukturlarında əsaslı dəyişikliklər etməyə və əhalinin əmək qabiliyyəti olmayan təbəqələrinin müdafiəsinə yönəldilən vəsaitlərin payının artmasına şərait yaratmalıdır.
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi üçün çevik sistem yaradılmalı, bu sistem bazar münasibətləri şəraitində sosial-iqtisadi proseslərin inkişaf dinamikasını nəzərə alınmalı, sosial gərginliyin yaranmasının mümkün ola biləcək səbəblərinin profilaktikasını təmin etməli, sosial sahədə baş verə biləcək mənfi hallar və təzahürləri qabaqlamalıdır.
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsini təmin etmək üçün yerli proqramların işlənib həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yerli proqramların həyata keçirilməsində müxtəlif sosial yardım fondlarından əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün ərzaq və qeyri-ərzaq mallarına imtiyazlar (pulsuz və yaxud güzəştlə), talonlar tətbiq edilməsindən; onların dərmana, mənzilə, kommunal xidmətlərinə, məktəbəqədər təhsil müəssisələrindən istifadə etməyə görə verilən haqdan bütünlüklə və ya qismən azad olunmasından; tənha əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün xeyriyyə yeməkxanaları qovşağının təşkilindən; onlara mənzil sahəsi alınmasına və fərdi tikinti üçün güzəştli kredit və borcların verilməsindən; şəxsi yardımçı və ya kəndli (fermer) təsərrüfatının yaradılması üçün torpaq sahələrinin ayrılmasından geniş istifadə olunmalıdır.
[5]
Bu sahələrdə tədbirlərin işlənib hazırlanması üçün yerli idarəetmə orqanlarının tərkibində müvafiq bölmələrin yaradılması, müəssisə, idarə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işində əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar cəmiyyətlərinin fəaliyyətinin canlandırılması məqsədəuyğun məsələlərlə həll olunmalıdır. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin təmin edilməsi yolunda rayon və şəhərlərdə sosial proqramlar fondunun yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu fondlarda dövlət büdcəsinin vəsaitləri, yerli müəssisə, təşkilat və kooperativlərin ayırmaları, borc və kreditlər üçün alınan faiz haqqları, ictimai təşkilatların və ayrı-ayrı vətəndaşların xeyriyyə məqsədilə aldıqları pul vəsaitləri toplana bilər.
[6]
2. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların işə düzəldilməsi və onların əməyindən istifadə edilməsi
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin təşkili işində onların işə düzəldilməsi və əməyindən istifadə üçün müvafiq şərait yaradılması əsas istiqamətlərdən biri olmalıdır.
Yerli idarəetmə orqanları, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları ərazilərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda münasib boş iş yerlərini müəyyənləşdirməli, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların birinci növbədə işə düzəldilməsini təmin etməlidirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota ilə müəyyən edilmiş iş yerlərinə həkim-əmək ekspert komissiyasının rəyinə əsasən əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların göndərilməsini təmin etməli, müvafiq nazirliklər, baş idarələr, konsernlər, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları ilə birlikdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ərazi və respublika məşğulluq proqramlarında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların işləməsi üçün xüsusi müəssisə, sex, sahə və iş yerləri yaradılmasını nəzərdə tutmalıdırlar.
[7]
Yeni istifadəyə verilən müəssisələr və sexlərdə əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək qabiliyyətlərinə uyğun olaraq iş yerləri müəyyənləşdirilməli, onlar işə qəbul edildikdən sonra əhalinin digər təbəqələrinin işə götürülməsinə başlanmalıdır. Nazirliklər və idarələr ictimai bina və qurğuların, eləcə də əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların işləməsi üçün nəzərdə tutulan binaların layihələşdirilməsində, həmçinin tikilməkdə və istifadədə olan binalarda, əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların bu binalara rahat daxil ola bilmələri və otaqlardan istifadə etmələri üçün əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları ilə razılaşdırılmış xüsusi qurğuların tətbiqini təmin etməlidirlər.
3. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sağlamlığının möhkəmləndirilməsi
Yerli idarəetmə orqanları və müvafiq nazirlik, baş idarələr və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların bərpa müalicəsini təşkil etmək və baş verəcək xəstəliklərin qarşısını almaq məqsədilə sənaye müəssisələrinin, kolxoz və sovxozların, əmək kollektivlərinin razılığı ilə mövcud binaların hesabına sağlamlıq mərkəzləri və bədən tərbiyəsi-sağlamlıq kompleksləri yaratmalıdırlar.
[8]
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ailəvi istirahəti üçün pansionatlar, istirahət evləri və digər sağlamlıq müəssisələri şəbəkəsinin genişləndirilməsi təşkil edilməlidir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi müvafiq nazirlik, baş idarə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yerli idarəetmə orqanları ilə birlikdə respublikanın regionları və ən mühüm xalq təsərrüfatı sahələri üzrə ilkin əlilliyin strukturunu və əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların tibbi sosial reabilitasiyasının vəziyyətini dərindən təhlil etməlidir.
[9]
Əlilliyin profilaktikası və əmək qabiliyyətinin bərpa edilməsi sahəsində görüləsi işlər aşağıdakıları əhatə etməlidir:
tibbi xidmətin əsaslı şəkildə yaxşılaşdırılması;
sənaye və kənd təsərrüfatında əmək şəraitinin yaxşılaşdırılması;
ətraf mühitin mühafizəsi, ekoloji təmizliyin qorunması;
ana və uşaqların mühafizəsi;
sağlam həyət tərzinin geniş tətbiqi;
yol-nəqliyyat hadisələrinin qarşısının alınması və bu məqsədlə bütün növ nəqliyyat vasitələri sürücülərinin hazırlıq kurslarının işinin əsaslı şəkildə yaxşılaşdırılması və yol örtüyünün qaydaya salınması;
[10]
uşaq travmatizminə qarşı mübarizə;
əhali arasında baş verə biləcək təbii fəlakətlərdən (zəlzələ, tufan, daşqın və s.) qorunmaq üçün lazımı təlim keçirilməsi;
şəhər və rayon kommunal təsərrüfat xidmətinin lazımi texnika və nəqliyyatla (qar təmizləyən, qum səpən və s. maşınlar) təmin olunması.
Yerli idarəetmə orqanları aidiyyəti dövlət tibb müəssisələri ilə birlikdə yaşayış yerlərində əmək qabiliyyəti olmayan vətəndaşlara həkimlərin və tibb bacılarının müntəzəm nəzarətini təmin etməlidirlər. Tibb tədris müəssisələrinin şagirdlərinin tələbələrin vətəndaşlara evlərdə tibbi-sosial yardım göstərməyə cəlb olunmaları diqqətəlayiqdir. Əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara yardım edilməsi üçün sahə xəstəxanalarından istifadə edilməli, əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evlər ixtisaslı tibb kadrları ilə komplektləşdirilməlidir.
[11]
Əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara sağlamlıq ocaqlarına göndərişlərin verilməsi mərkəzləşdirilmiş qaydada həyata keçirilməlidir.
4. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsi məsələləri
Bütün kateqoriyalardan olan əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların məşğulluğunu təmin etmək üçün onlar ilk növbədə təhsil sisteminə cəlb olunmalıdırlar. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların kateqoriyalardan asılı olaraq təhsilin müxtəlif formaları təşkil edilməli, fiziki cəhətdən zəif inkişaf etmiş, ruhi əsəb xəstəliklərinə tutulmuş, lal, kar və kor uşaqlar üçün mövcud xüsusi məktəblərin maddi-texniki bazası möhkəmləndirilməli, əmək əlilləri və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün ixtisasartırma kursları təşkil olunmalıdır. Bu kateqoriyadan olan əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların təhsili ilə bağlı bütün məsələlər dövlət səviyyəsində həll edilməli və onların maliyyələşdirilməsi dövlət hesabına həyata keçirilməlidir.
5. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə yönəldilmiş tədbirlər
[12]
Tədbirlər
|
İcra müddəti
|
Məsul idarə və təşkilatlar
|
1
|
2
|
3
|
5.1. Əmək məşğulluğunun təmin edilməsi
|
|
|
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların aktiv məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq istehsal müəssisələrində əlil işçilərin kvotasının müəyyən edilməsi
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Əlillər cəmiyyətləri,
Həmkarlar ittifaqları
|
Müəssisələrdə işçilərin və ya ştatın ixtisarı vaxtı bütün kateqoriyalardan olan əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara öz peşələri üzrə işdə qalmaq hüququ, müəssisə fəaliyyətini dayandırdıqda və ya ləğv etdikdə əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların işə düzəlməsinə üstünlük verilməsi
|
daimi
|
Nazirliklər, komitələr, şirkətlər, konsernlər, baş idarələr, müəssisə və təşkilatlar *
|
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların fərdi əmək fəaliyyətinə cəlb edilməsinin genişləndirilməsi
|
daimi
|
Müəssisə və təşkilatlar, Yerli icra hakimiyyəti orqanları, Respublika Baş Məşğulluq İdarəsi
|
İşçilərin sayının 30 faizdən çoxu əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar olan müəssisələrin xammalda təchizatının ilk növbədə və tam həcmdə təmin edilməsi
|
daimi
|
İqtisadiyyat Nazirliyi, Material Ehtiyatları Nazirliyi, ”Xalq üçün mallar” Dövlət Konserni və digər təchizat təşkilatları
|
Müəssisələrin sərbəst vəsaitinin kollektivlərin razılığı ilə ilk növbədə əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların işlə təmin olunacaqları yeni sexlərin tikilməsinə, mövcud istehsalatların yenidən qurulmasına sərf edilməsi
|
daimi
|
Müəssisə və təşkilatlar
|
Gözdən əlil və ya sağlamlıq imkanları məhdud uşaq məktəbyaşlı uşaqların uçotunun dəqiqləşdirilməsi ehtiyac olduğu hallarda onlara Brayl yazı sisteminin öyrədilməsi və xüsusi təhsil müəssisələrində təlimə cəlb edilməsi üzrə təşkilatı tədbirlərin görülməsi
|
1994-1995-ci tədris ilindən başlayaraq
|
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,
Yerli icra hakimiyyəti orqanları
[13]
|
Xüsusi musiqi təhsili olan I və II qrup gözdən əlil və ya sağlamlıq imkanları məhdud uşaq vətəndaşların müxtəlif klub və mədəniyyət evlərində müvafiq işlə təmin edilməsi
|
1994-cü ildən başlayaraq
|
Mədəniyyət Nazirliyi
|
Azərbaycan Korlar Cəmiyyətinin massaj məktəbini bitirmiş I və II qrup gözdən əlil və ya sağlamlıq imkanları məhdud uşaq gənclərin müvafiq dövlət tibb müəssisələrində işlə təmin edilməsi
|
daimi
|
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
[14]
|
Gəncə, Qazax, Mingəçevir, Naxçıvan, Salyan Şəki, Lənkəran və s. şəhərlərdə mərkəzi kitabxanaların nəzdində kor oxucular üçün şöbələr təşkil edilməsi, bu şöbələr üçün korlar əlifbası ilə yazılmış və səsli kitablar alınması üçün lazımi vəsait ayrılması
|
II-III rüb
1994-cü il
|
Mədəniyyət Nazirliyi,
Təhsil Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları,
Maliyyə Nazirliyi
|
Azərbaycan Korlar və Karlar cəmiyyətlərinin müəssisələrində əlillərin işlə daimi təmin edilməsi üçün Rusiyadan Baltikyanı və digər ölkələrdən “A”, “B”, “Q” tipli karton, perfokart, dəmir qapaqların hazırlanması üçün rezin halqalar, polistirol, süni saplar (kapron, elastik), tikiş sapları, müxtəlif markalı dəmir və məftillər və s. kimi xammal və materialların alınması üçün valyuta ayrılması
|
1994-cü il
|
İqtisadiyyat Nazirliyi,
Maliyyə Nazirliyi,
Respublika Milli Bankı,
Səhmdar Kommersiya Sənaye-İnvestisiya Bankı
|
5.2. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi
|
|
|
Minimum əmək haqqının yeni səviyyəsi müəyyən edilərkən əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların pensiyalarının ona uyğunlaşdırılmasının təmin edilməsi
|
daimi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
|
Əhalinin pul gəlirləri indeksləşdirildikdə əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların pensiyalarının indeksləşdirilməsini, pensiyaların artırıldığı halda əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların pensiyalarının yenidən hesablanmasının vaxtında həyata keçirilməsi
|
daimi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
|
1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Qarabağın dağlıq hissəsində və Ermənistanla həmsərhəd rayonlarda münaqişə zamanı əlil olanlar, müharibə əlilləri, Çernobıl əlilləri, Əfqanıstanda xidmətlə əlaqədar əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün diş protezlərinin (qiymətli metallardan hazırlanan protezlər istisna edilməklə) pulsuz hazırlanması və pulsuz təmir olunması
|
daimi
|
Səhiyyə Nazirliyi
|
Müvəqqəti əmək qabiliyyətini itirmiş işləyən əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların xəstəlik vərəqələri üzrə günlərin ümumi iş stajından asılı olmayaraq orta aylıq əmək haqqının 1,5 misli həcmində ödənilməsi
|
daimi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
Müəssisə və təşkilatlar
|
Bütün kateqoriyalardan olan əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları Dövlət mənzil fonduna məxsus mənzillərin onların şəxsi mülkiyyətinə növbədənkənar, pulsuz (əvəzi ödənilmədən) verilməsi
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Müəssisə və təşkilatlar
|
“Əlillərin Sosial Müdafiəsi haqqında” Qanuna müvafiq olaraq, rabitə xidməti sahəsində nəzərdə tutulmuş güzəştlərə sözsüz əməl olunmasının təmin edilməsi
|
daimi
|
Rabitə Nazirliyi
|
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların mənzil-tikinti kooperativlərinə, kollektiv qarajların və nəqliyyat vasitələri üçün dayanacaqların tikilməsi, istismarı və onlara texniki xidmət üzrə kooperativlərə, bağçılıq yoldaşlıqlarına ilk növbədə qəbul olunmasının, hazır bağ evləri və ya onları tikmək üçün materiallarla təchizatının təşkil olunması
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Material Ehtiyatları Nazirliyi,
“Azərtikintimaterialsənaye”
Dövlət Konserni
|
Bütün kateqoriyalardan olan əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün fərdi mənzil tikintisinə növbədənkənar torpaq və bağ sahələri ayrılması
|
1994-cü ildən başlayaraq
|
Yerli icra hakimiyyəti orqanları
|
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların dövlət fərdi avtomobil dayanacaqlarından pulsuz istifadə
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları
|
Xüsusi məktəblərdə təhsil alan eşitmə və görmə qabiliyyəti qüsurlu, dayaq-hərəkət funksiyaları pozulmuş uşaqlara dövlət hesabına fərdi eşitmə aparatları, eynəklər, müvafiq hərəkət vasitələrinin verilməsi və protezlərin düzəlməsinin təmin edilməsi
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Ticarət Nazirliyi
|
Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş xüsusi mağazaların az tapılan ərzaq (yağ, ət, süd, düyü, kartof, soğan çay, meyvə, şəkər və tozu, yumurta) və sənaye (mebel, uşaq, qadın, kişi paltarları ayaqqabı) malları ilə təchiz olunmasının yaxşılaşdırılması
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları,
Ticarət Nazirliyi
|
Qocalar və ruhi əsəb internat evlərin lazımi dərman preparatları ilə təmin edilməsi
|
daimi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi
|
İşləyən əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların həyatının bədbəxt hadisələrdən sığortasının idarə, müəssisə və təşkilatların xüsusi vəsaiti hesabına ödənilməsi
|
daimi
|
Müəssisə və təşkilatlar
|
5.3. Əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara əlavə sosial yardım göstərilməsi
|
|
|
Kar əlillərin asudə vaxtlarının səmərəli və yüksək səviyyədə təşkil edilməsi məqsədilə Azərbaycan Karlar Cəmiyyətinin idarələrinin müvafiq mədəniyyət evlərinə, stadionlara və idman meydançalarına və qurğularına, istirahət ocaqlarına təhkim edilməsi, bu obyektlərin lazımı texniki-surdoloji avadanlıqlarla təchiz olunması
|
II-III rüb 1994-cü il
|
Mədəniyyət və Turizm Nazirliyi,
Dövlət Bədən Tərbiyəsi və
İdman Komitəsi,
Yerli icra hakimiyyəti orqanları
|
Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar evlərinə və pansionatlara, xüsusi uşaq internatlarına, respublikanın mədəniyyət və incəsənət müəssisələri, uşaq musiqi və incəsənət məktəblərinin təhkim olunması, hamiliyə götürülmüş sosial-səhiyyə ocaqlarında müntəzəm olaraq bayramlar, konsert və tamaşalar, görüşlər, söhbətlər, muzey, şəkil qalereyaları və kitabxana fondlarından səyyar sərgilər, habelə xeyriyyə tədbirlərinin həyata keçirilməsi
|
daimi
|
Mədəniyyət |
Kar əlillərin öz vəsaitləri hesabına payçılıq yolu ilə tikdikləri 1356 kv.m yaşayış evlərinin, bölgü ilə Karlar Cəmiyyətinə ayrılmış və qanunsuz zəbt olunmuş 18 mənzilin Azərbaycan Karlar Cəmiyyətinə qaytarılması
|
1994-cü il
|
Bakı şəhəri İcra Hakimiyyəti
|
Azərbaycan Karlar Cəmiyyətinin idarəetmə aparatının yerləşdirilməsi üçün münasib bina ayrılması
|
1994-cü il
|
Bakı şəhəri İcra Hakimiyyəti
|
1990-1991-ci illərdə Korlar Cəmiyyəti üçün payçılıq yolu ilə tikilən 1713 kv.m mənzil sahəsinin cəmiyyətə verilməsi məlum hadisələr zamanı boşalmış, cəmiyyətə məxsus 44 erməni mənzillərinin gözdən şikəst əlillərə paylanması üçün Azərbaycan Korlar Cəmiyyətinə qaytarılması, Bakı şəhər İcra hakimiyyətinin 28.10.92-ci il tarixli 1747 nömrəli sərəncamı ilə cəmiyyətə ayrılmış sahədə 6 bloklu 9 mərtəbəli yaşayış binasının tikintisinin təmin olunması
|
1994-cü il
|
Bakı şəhəri İcra Hakimiyyəti
|
Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar, Korlar və Karlar cəmiyyətlərinin mərkəzi idarələrinin və onların rayonlarındakı idarələrinin nəzdindəki alqı-satqı kommersiya, istehsal və digər xarakterli müəssisələrin yaradılması və bu məqsədlər üçün bina, torpaq sahəsi, texniki avadanlıqlar, maliyyə yardımı və faizsiz kredit ayrılması
|
1994-cü ildən başlayaraq
|
Yerli icra hakimiyyəti orqanları,
Sənaye-İnvestisiya və Aqrar-Sənaye Səhmdar Kommersiya bankları
|
Korlar Cəmiyyətinin 1980-cı ildə Zabrat qəsəbəsində tikintisi başlamış istehsalat məişət kompleksinin hazırlayıcı-ştamplama sexinin və yataqxanasının tikintisinin başa çatdırılması
|
1994-1995-ci illər
|
“Azərsənayetikinti”
Dövlət Şirkəti
|
1990-1991-ci illərdə Karlar Cəmiyyəti üçün Zərdabi küçəsi 2591 kvartalındakı tikintisi başlamış yaşayış binasının və 3593 kvartalındakı mədəniyyət evinin tikintisinin başa çatdırılması
|
1994-1995-ci illər
|
Bakı şəhər İcra hakimiyyəti
|
Dayaq-hərəkət funksiyaları pozulmuş əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ümumi istifadədə olan obyektlərdən (idman qurğuları, ictimai binalar, tibb müəssisələri, mədəni-kütləvi və istirahət ocaqları, aeroport, dəmir yolu vağzalı, dəniz limanı və s.) maneəsiz istifadə etmələri üçün şərait yaradılması
[17]
|
daimi
|
Müəssisə və təşkilatlar
Yerli icra hakimiyyəti orqanları
|
Şəhər nəqliyyatında dayaq hərəkət funksiyaları pozulmuş və eləcə də velo-araba ilə hərəkət edən əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün dayanacaqların, xüsusi qrafiklə hərəkət edən uyğunlaşdırılmış avtobus marşrutlarının təşkil edilməsi
|
daimi
|
Yerli icra hakimiyyəti orqanları
|
Protez ortopedik bərpaetmə mərkəzinin tikintisinin başa çatdırılması
|
1994-cü ilin
I yarımilliyi
|
“Azərsənayetikinti”
Dövlət Şirkəti
|
Araba ilə hərəkət edən əlillər üçün münasib hündürlükdə telefon avtomatlarının quraşdırılması
|
II-III rüb 1994-cü il
|
Rabitə Nazirliyi
|
Əlillər üçün xüsusi apteklərin, yanacaqdoldurma stansiyalarında ayrıca bölmələrin təşkil edilməsi
|
1994-cü il
|
Səhiyyə Nazirliyi,
Dövlət Yanacaq Komitəsi
|
Əl ilə idarə edilən avtonəqliyyat üçün xüsusi dayanacaqların yaradılması, onlara xidmət üçün texniki stansiyaların təşkili
|
1994-cü il
|
Dövlət Yol Polisi,
Yerli icra hakimiyyəti orqanları,
AvtoVAZ
|
İntensiv küçə hərəkəti zonalarında korlar üçün səsli svetafor siqnallarının və bu yollarda sürücülərin diqqətli olması üçün əlavə yol işarələrinin qoyulması
|
1994-cü il
|
Dövlət Yol Polisi
|
Dayaq-hərəkət funksiyaları pozulmuş əlillərə və ya sağlamlıq imkanları məhdud uşaqlara onların mənzillərində məişət xidmətinin təşkil edilməsi (bərbər, dərzi və s.)
|
daimi
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,
“Xidmət” Konserni
|
5.4. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların gəlirlərinin müntəzəm artmasının təmin edilməsi
|
|
|
İşçilərinin sayının 30 faizdən çoxunu əlillər təşkil edən müəssisələrin məhsulların idxal və ixracı zamanı gömrük xərclərindən azad edilmələri və xaricə çıxış formalarının sadələşdirilməsi məsələlərinə baxılıb müvafiq təkliflərin hazırlanması və aidiyyəti orqanlar qarşısında məsələ qaldırılması
|
1994-cü il
|
Korlar, Karlar, Əlillər Cəmiyyətləri,
Gömrük Komitəsi, müəssisə
|
Korlar, Karlar və Əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar cəmiyyətlərinin üzvlərinin bütün muzeylərə pulsuz girişinin təmin edilməsi
|
daimi
|
Mədəniyyət |
Əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən III qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, I və II qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi
|
1994-cü ildən başlayaraq
|
Müəssisə və təşkilatlar
|
5.5. İdman və səhiyyə
|
|
|
Bütün kateqoriyalardan olan əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün müalicə-profilaktika müəssisələrinin və apteklərin xidmətindən növbədənkənar istifadənin təmin edilməsi
|
1994-cü ildən başlayaraq daimi
|
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
[18]
|
Bütün kateqoriyalardan olan əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün pensiyaya çıxdıqda ya iş yerinin dəyişdirdikdə əvvəllər təhkim olunduqları poliklinikaların xidmətindən istifadə etmək hüquqlarının saxlanılması
|
daimi
|
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
|
Əlillik və onun qarşısının alınmasında irsi xəstəliklərlə mübarizə tədbirlərinin gücləndirilməsi, xüsusi bərpa proqramının hazırlanması
|
daimi
|
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
|
Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların kütləvi erkən diaqnostikasının aparılması, xüsusi bərpa proqramı üzrə müalicənin təşkili
|
daimi
|
Səhiyyə Nazirliyi
|
Bütün kateqoriyalardan olan əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların müvafiq reabilitasiya vasitələri ilə təmin edilməsi
|
daimi
|
Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
|
Bakı şəhərində vaxtı ilə bağlanmış surdoloji mərkəzin bərpası və respublikanın digər iri şəhərlərində belə mərkəzlərin açılması, bu mərkəzlərdə işləmək üçün karların mimikasını bilən xüsusi həkim və kiçik tibb personallarının hazırlanması
|
1994-cü il
|
Səhiyyə Nazirliyi
|
Zərərli əmək amillərinin təsirini azaltmaq məqsədilə sənaye müəssisələrində psixoloji gərginliyi azaltma otaqlarının, idman meydançalarının yaradılması, idman qurğuları, üzgüçülük hovuzları, sanatoriya- profilaktoriyalar və istirahət evləri, habelə sahələrarası sağlamlıq müəssisələrinin təşkili
|
1994-cü ildən başlayaraq
|
Müəssisə və təşkilatlar,
Yerli icra hakimiyyəti orqanları
|
Müəssisə və təşkilatlarda, tədris müəssisələrin-də əmək və təlim şəraitinin sanitariya qayda və normalarına, təhlükəsizlik texnikası tələblərinə uyğunlaşdırılması, ağır fiziki əməklə məşğul olan fəhlələrin (xüsusilə, qadınların) sayının və əlverişsiz istehsal amilləri olan iş yerlərinin azaldılması tədbirlərinin hazırlanması və həyata keçirilməsi
|
1994-cü ildən başlayaraq
|
Müəssisə və təşkilatlar
|
Karlar arasında keçirilən ümumdünya, Avropa yarışlarında kar və zəif eşidən Azərbaycan idmançılarının iştirakının və bu məqsədlə onların xüsusi idman bazalarında hazırlanma-sının, habelə nəqliyyat, ezamiyyə və hazırlıq xərclərinin ödənilməsinin təmin edilməsi
|
daimi
|
Gənclər və İdman Nazirliyi, Karlar Cəmiyyəti
[19]
|
5.6. Təhsil
|
|
|
Əqli və fiziki inkişafında qüsurlar olan məktəbəqədər və məktəbyaşlı uşaqların aşkara çıxarılması, diaqnostikası, təhsil və dövlət tibb müəssisəsələrinə göndərilməsi işinin təşkili, valideynlərə məsləhət və tövsiyələr verilməsi, köməklik göstərilməsi məqsədilə tibbi-pedaqoji-psixoloji məsləhətxanaların (TPPM) yaradılması
|
daimi
|
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
Maliyyə Nazirliyi,
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,
Yerli icra hakimiyyəti orqanları
[20]
|
Əqli və ya fiziki cəhətdən qüsurlu uşaq və yeniyetmələrin peşə hazırlığını təşkil etmək məqsədilə onların oxuduqları xüsusi təhsil müəssisələrində lazımi maddi-tədris bazasının yaradılması, belə müəssisələrin xammal və zəruri avadanlıqlarla, kadrlarla təmin edilməsi, məqsədəuyğun sayılan hallarla peşə məktəblərində həmin uşaqlardan ibarət qrupların təşkil olunması
[21]
|
1994-cü ildən başlayaraq
|
Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Yerli icra hakimiyyəti orqanları
[22]
|
Fiziki inkişafı qüsurlu uşaqlar üçün məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu məktəblər üçün pedaqoji kadrların hazırlanması
|
daimi
|
Təhsil Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları
|
2-8 yaşlı anadangəlmə kar və zəif eşidən uşaqların öz valideynləri ilə təmasda olmaq şərti ilə tərbiyə olunması, eşitmə üzvlərinin bərpası, məktəbə hazırlıq məqsədi ilə respublikanın bütün rayonlarında mövcud uşaq bağçalarının nəzdində belə uşaqlar üçün xüsusi qrupların açılması, onların lazımi surdoloji avadanlıqlar və surdo-pedaqoqlarla təmin olunması
|
1994-cü il
|
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları
|
Əqli və ya fiziki inkişafca qüsurlu uşaqların sayı nəzərə alınmaqla, imkan və şərait olan bölgələrdə, xüsusi məktəb və internat məktəblərin açılması barədə təkliflərin hazırlanıb respublika hökumətinə təqdim edilməsi
|
1994-1995-ci tədris ili
|
Təhsil Nazirliyi,
Səhiyyə Nazirliyi,
Yerli icra hakimiyyəti orqanları
|
Kar və zəif eşidən əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların respublikanın orta ixtisas və ali təhsil məktəblərində təhsil alması üçün lazımi şərait yaradılması və həmin əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların Kiyevdə, Moskvada və Sankt-Peterburqda təhsil almaları üçün lazımi maliyyə vəsaiti ayrılması
|
1994-1995-ci tədris ilindən
başlayaraq daimi
|
Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi
|
Görməyən və zəif görən məktəbyaşlı uşaqların valideynlərinin arzusu nəzərə alınmaqla onların evdə fərdi təhsil alması üçün lazımi şərait yaradılması, bu qəbildən olan uşaqların kitab, dəftər və başqa dərs vəsaitlərilə təmin edilməsi, kor uşaqlar üçün respublika internat məktəblərinin 9-cu sinfini müvəffəqiyyətlə bitirmiş gənclərin normal şagirdlər üçün nəzərdə tutulmuş məktəblərdə, litseylərdə, kolleclərdə və s. təhsil almasının təşkil edilməsi
|
1994-1995-ci tədris ilindən
başlayaraq
|
Təhsil Nazirliyi
|
Yüksək ixtisaslı təcrübəli-daktiloloqların hazırlanması məqsədi ilə Azərbaycan Karlar Cəmiyyətinin nəzdində daimi fəaliyyət göstərən qısa müddətli kurslar açılması və bu kurslarda dərs demək üçün pedaqoji kadrların dəvət olunması məqsədilə maliyyə vəsaitinin ayrılması
|
1994-1995-ci tədris ili
|
Təhsil Nazirliyi,
Karlar Cəmiyyəti,
Maliyyə Nazirliyi
|
Kar, kor, zəif görən uşaqlar üçün xüsusi dərsliklərin və dərs vəsaitlərinin vaxtlı-vaxtında çap edilməsi
|
daimi
|
Mətbuat və İnformasiya Nazirliyi,
Maliyyə Nazirliyi
|
Əlil uşaqların evdə tədrisi üzrə 219 №-li orta məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu cür məktəblərin sayının artırılması
|
1994-cü il
|
Təhsil Nazirliyi,
Maliyyə Nazirliyi
|
*) bundan sonra “müəssisə və təşkilatlar”.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
9 avqust 2004-cü il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 656)
2.
16 fevral 2005-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 131)
3.
31 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463)
4.
7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 116)
5.
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)
6.
1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343)
7.
15 oktyabr 2018-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2163)
8.
19 dekabr 2018-ci il tarixli 540 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2736)
9.
14 mart 2019-cu il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 531)
10.
26 oktyabr 2020-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1310)
11.
30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417)
12.
30 oktyabr 2021-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1195)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
31 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə 2-ci bəndində “Mədəniyyət” sözü “Mədəniyyət və Turizm” sözləri ilə, “Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinə” sözləri “Gənclər və İdman Nazirliyinə” sözləri ilə əvəz edilmişdir.
26 oktyabr 2020-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1310) ilə 2-ci hissədən “və Turizm” sözləri çıxarılmışdır.
30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə 2-ci hissəyə “Gənclər və İdman Nazirliyinə,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə,” sözləri əlavə edilmişdir.
[2]
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram”ın adında, 1-ci bölmənin adında və birinci abzasında “əlillərin” sözündən sonra “və ya sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.
[3]
16 fevral 2005-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 131) ilə "Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram"ın 1-ci bölməsinin ikinci abzasında "minimum istehlak büdcəsinin dəyəri" sözləri "yaşayış minimumu" sözləri ilə və altıncı abzasının birinci cümləsində "minimum istehlak büdcəsi" sözləri "yaşayış minimumu" sözləri ilə əvəz edilmişdir.
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram”ın 1-ci bölmənin ikinci abzasında “əlilin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşağın” sözləri, “olan əlillərin” sözlərindən sonra “və ya sağlamlıq imkanları məhdud uşaqların” sözləri, “əlil olan” sözlərindən sonra “və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunan” sözləri əlavə edilmişdir.
[4]
16 fevral 2005-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 2, maddə 131) ilə "Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram"ın 1-ci bölməsinin ikinci abzasında "minimum istehlak büdcəsinin dəyəri" sözləri "yaşayış minimumu" sözləri ilə və altıncı abzasının birinci cümləsində "minimum istehlak büdcəsi" sözləri "yaşayış minimumu" sözləri ilə əvəz edilmişdir.
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram”ın 1-ci bölmənin üçüncü, dördüncü, altıncı, yeddinci, doqquzuncu, onuncu, on birinci abzaslarında, 2-ci bölmənin adında, birinci - dördüncü abzaslarında, 3-cü bölmənin adında, birinci - dördüncü, on dördüncü, on beşinci abzaslarında, 4-cü bölmənin adında və mətnində ismin müvafiq hallarında “əlil” sözündən sonra ismin müvafiq hallarında “və ya sağlamlıq imkanları məhdud uşaq” sözləri əlavə edilmişdir.
[5]
15 oktyabr 2018-ci il tarixli 448 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 oktyabr 2018-ci il, № 235, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2163) ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 1-ci bölməsinin onuncu abzasının ikinci cümləsində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.
[6]
9 avqust 2004-cü il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 656) ilə "Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram"ın 1-ci bəndinin axırıncı abzasında "respublika büdcəsinin" sözləri "dövlət büdcəsinin" sözləri ilə əvəz edilmişdir.
[7]
14 mart 2019-cu il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 mart 2019-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 531) ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 2-ci hissəsinin üçüncü abzasında “vətəndaşlar” sözü “və işə düzəlməkdə çətinlik çəkən şəxslər” sözləri ilə, “Azərbaycan Respublikasında Əhalinin Məşğulluğu haqqında Qanunun” sözləri “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri ilə əvəz edilmişdir.
[8]
30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 3-cü hissənin birinci abzasına “baş idarələr” sözlərindən sonra “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.
[9]
30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 3-cü hissənin üçüncü abzasına “baş idarə” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.
[10]
7 fevral 2008-ci il tarixli 35 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 116) ilə “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram”ın 3-cü bölməsinin onuncu abzasında “yol hərəkəti” sözləri “yol-nəqliyyat” sözləri ilə əvəz edilmişdir.
[11]
30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 3-cü hissənin on dördüncü abzasın birinci cümləsində “səhiyyə müəssisələri” sözləri “dövlət tibb müəssisələri” sözləri ilə əvəz edilmişdir.
[12]
22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130) ilə “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram”ın 5-ci bölmənin adında, 5.1-ci bəndin ikinci - doqquzuncu abzaslarında, 5.2-ci bəndin birinci - altıncı, səkkizinci - onuncu, on ikinci, on dördüncü abzaslarında, 5.3-cü bəndin birinci, üçüncü, yeddinci, onuncu, on birinci, on yeddinci abzaslarında, 5.4-cü bəndin birinci, üçüncü, dördüncü abzaslarında, 5.5-ci bəndin ikinci, üçüncü, beşinci, altıncı abzaslarında və 5.6-cı bəndin yeddinci abzasında ismin müvafiq hallarında “əlil” sözündən sonra ismin müvafiq hallarında “və ya sağlamlıq imkanları məhdud uşaq” sözləri əlavə edilmişdir.
[13]
30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın “5. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə yönəldilmiş tədbirlər”in 5.1-ci bəndin yeddinci abzasın “Məsul idarə və təşkilatlar” sütununa “Səhiyyə Nazirliyi,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilmişdir.
[14]
30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın “5. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə yönəldilmiş tədbirlər”in 5.1-ci bəndin doqquzuncu abzasın “Tədbirlər” sütununda “səhiyyə müəssisələrində” sözləri “dövlət tibb müəssisələrində” sözləri ilə əvəz edilmişdir və həmin abzasın “Məsul idarə və təşkilatlar” sütununa “Səhiyyə Nazirliyi” sözlərindən sonra “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.
[15]
1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343) ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 5.2-ci bəndinin ikinci və üçüncü abzaslarının “Məsul idarə və təşkilatlar” sütunundan “Dövlət Sosial Müdafiə Fondu” sözləri çıxarılmışdır və beşinci abzasında “Dövlət Sosial Müdafiə Fondu” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[16]
31 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram”ın 5.3-cü və 5.4-cü bəndlərin 2-ci yarımbəndlərində “Mədəniyyət” sözü “Mədəniyyət və Turizm” sözləri əvəz edilmişdir.
26 oktyabr 2020-ci il tarixli 422 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1310) ilə “Azərbaycan Respubli-kasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 5.3-cü bəndinin ikinci abzasının və 5.4-cü bəndinin ikinci abzasının “Məsul idarə və təşkilatlar” sütunundan “və Turizm” sözləri çıxarılmışdır.
[17]
30 oktyabr 2021-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2021-ci il, № 239, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1195) ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 5.3-cü bəndinin onuncu abzasında “səhiyyə” sözü “tibb müəssisələri” sözləri ilə əvəz edilmişdir.
[18]
30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın “5. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə yönəldilmiş tədbirlər”in 5.5-ci bəndin ikinci-beşinci abzaslarında “Məsul idarə və təşkilatlar” sütunlarında “Səhiyyə Nazirliyi” sözləri “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.
[19]
31 may 2006-cı il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 5, maddə 463) ilə “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram”ın 5.5-ci bəndinin 9-cu yarımbəndində “Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi” sözləri “Gənclər və İdman Nazirliyi” sözləri ilə əvəz edilmişdir.
[20]
30 noyabr 2020-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1417) ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın “5. Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə yönəldilmiş tədbirlər”in 5.6-cı bəndin ikinci abzasının “Tədbirlər” sütununda “müalicə müəssisələrinə” sözləri “dövlət tibb müəssisəsələrinə” sözləri ilə əvəz edilmişdir və həmin abzasa “Maliyyə Nazirliyi,” sözlərindən sonra “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi,” sözləri əlavə edilmişdir.
[21]
19 dekabr 2018-ci il tarixli 540 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2736) ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 5.6-cı bəndinin ikinci abzasının “Tədbirlər” sütununda “texniki-peşə” sözləri “peşə” sözü ilə əvəz edilmişdir.
[22]
19 dekabr 2018-ci il tarixli 540 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 22 dekabr 2018-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №12, II kitab, maddə 2736) ilə “Azərbaycan Respublikasında əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks Proqram”ın 5.6-cı bəndinin ikinci abzasının “Məsul idarə və təşkilatlar” sütununda “Material Ehtiyatları Nazirliyi, Sənaye-Ticarət Dövlət Konserni, “Xalq üçün mallar” Dövlət Konserni” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilmişdir.