070.000.000
080.000.000
Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRAR
Azərbaycan Respublikası Prezidentinin «Əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi və xarici iqtisadi əlaqələrin sərbəstləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» 1996-cı il 11 mart tarixli, 448 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:
1. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 18 iyun tarixli, 242 nömrəli «Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi haqqında» qərarı ilə təsdiq edilmiş Vahid Tarif Cədvəlinin dərəcələrinə müvafiq olaraq fəhlə və qulluqçuların aylıq tarif (vəzifə) maaşlarının məbləğləri bu qərarın 1 nömrəli əlavəsinə müvafiq olaraq müəyyən edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 aprel tarixli, 205 nömrəli «Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi haqqında» qərarına 1 nömrəli əlavənin qeydinin 1-ci bəndi öz qüvvəsini itirmiş hesab edilsin.
Göstərilən qərarın 2-ci bəndindəki dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
«Vahid Tarif Cədvəlində təyin olunmuş aylıq tarif (vəzifə) maaşlarının artımı yolu ilə sahələrdə əmək şəraitini nəzərə almaqla, fəhlələrin əməyinin ödənilməsi səviyyələrinin differensiallaşması istehsalat sahələri müəssisələrinə tövsiyə edilsin».
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 18 iyun tarixli, 242 nömrəli «Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi haqqında» qərarın əlavəsi öz qüvvəsini itirmiş hesab edilsin.
4. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, prokurorluq və məhkəmə hakimiyyəti orqanları işçilərinin vəzifə maaşları bu qərarın 2—9 nömrəli əlavələrinə müvafiq olaraq müəyyən edilsin.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, bu qərarın 2—9 nömrəli əlavələrində nəzərdə tutulmayan vəzifələr üzrə vəzifə maaşlarını müəyyən etsin və əməyin ödənilməsi üzrə qarşıya çıxan digər məsələlər haqqında izahatlar versin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 23 avqust tarixli, 457 nömrəli «Dövlət idarəetmə orqanları işçilərinin əməyinin ödənilməsi haqqında» qərarın 1—4, 6 və 10-cu bəndləri öz qüvvəsini itirmiş hesab edilsin.
[1]
6. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə nazirliklərinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin və qanunvericiliklə nəzərdə tutulmuş digər hərbi qurumların hərbi qulluqçularının — sıravi, komanda və rəis heyətlərinin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli bu qərarın 10 nömrəli əlavəsinə müvafiq olaraq müəyyən edilsin.
[2]
7. Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə nazirliklərinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinə və qanunvericiliklə nəzərdə tutulmuş, hərbi qurumların rəhbər işçilərinə Vahid Tarif Cədvəlinin vəzifə maaşları və ayrılmış büdcə təxsisatları hüdudlarında bu qərarın 10 nömrəli əlavəsində nəzərdə tutulmayan digər hərbi kateqoriyaların vəzifə maaşlarının məbləğlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla müəyyən etmək hüququ verilsin.
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 16 iyun tarixli, 308 nömrəli «Azərbaycan Respublikası hərbi qulluqçularının əməyinin ödənilməsinin Vahid Tarif Cədvəlinin tətbiqi haqqında» qərarı öz qüvvəsini itirmiş hesab edilsin.
9. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası hərbi qulluqçularının hərbi rütbələrə görə maaşlarının vahid məbləği bu qərarın 11 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin.
10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli, 67 nömrəli «Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi mükəlləfiyyətlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında» qərarının 1 nömrəli əlavəsi öz qüvvəsini itirmiş hesab edilsin.
Göstərilən qərarın 4-cü bəndi aşağıdakı redaksiyada verilsin.
«4. Təlim və ya yoxlama toplanışlarına çağırılmış hərbi mükəlləfiyyətlilərə toplanışda olduqları müddət ərzində, hərbi hissəyə gedib-gəlmək üçün yola sərf etdiyi vaxt da daxil olmaqla, toplanışa çağırılmış hərbi mükəlləfiyyətlinin özünə əsas iş yerində orta aylıq əmək haqqı 26000 manatdan aşağı olmamaqla, eləcə də himayəsində olanların hər birinə 23 yaşınadək əyani oxuyan tələbə və şagirdlər də daxil olmaqla, 7000 manat miqdarında ödənilir.
Təkrarən həqiqi müddətli hərbi qulluğa çağırılan və yaxud təlim və ya yoxlama toplanışlarına çağırılmış daimi iş yeri olmayan şəxslərə onların yaşayış yeri üzrə şəhər (rayon) icra hakimiyyəti orqanları tərəfindən himayələrində olanların hər birinə 23 yaşınadək əyani oxuyan tələbə və şagirdlər də daxil olmaqla, 13000 manat məbləğində müavinət ödənilir».
[3]
11. 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli 155 nömrəli «Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında» qərarının 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
«1. Elmlər Akademiyası, nazirlik və idarələrin elmi və elmi-tədqiqat təşkilatlarının, ali məktəblərin, habelə digər elmi və elmi-tədqiqat idarələrinin rəhbər və elmi işçilərinin Vahid Tarif Cədvəlinə müvafiq olaraq təyin edilmiş vəzifə maaşlarına aşağıdakı məbləğdə əlavələr müəyyən olunsun:
birinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 250000 manat, elmlər namizədi, alimlik dərəcəsi olan işçilərə 150000 manat məbləğində;
ikinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 220000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 120000 manat məbləğində;
üçüncü kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində və digər elmi-tədqiqat idarələrində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 190000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 90000 manat məbləğində.».
[4]
12. Müəyyən edilsin ki, bu qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli, 155 nömrəli «Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməsi haqqında» qərarının 2-ci bəndinin ikinci abzası öz qüvvəsini itirmiş hesab edilsin.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 31 dekabr tarixli 718 nömrəli «Büdcədən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda çalışan işçilərin vəzifə maaşları və tarif dərəcələri haqqında» qərarının 9-cu bəndi aşağıdakı redaksiyada verilsin:
«9. Büdcədən maliyyələşdirilən idarə və təşkilatlarda çalışan (icra hakimiyyəti orqanlarından başqa):
«əməkdar» fəxri adı olan işçilərin vəzifə maaşlarına 15000 manat, «xalq» fəxri adı olan işçilərin vəzifə maaşlarına isə 25000 manat əlavələr müəyyən edilsin;
[5]
Elmi dərəcəsi olan təhsil (ali məktəblərdən başqa), səhiyyə, idman, gənclər və sosial təminat, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri, kənd, meşə, balıqçılıq, meliorasiya və su təsərrüfatı, ekologiya və hidrometeorologiya və digər sahələrdə bilavasitə ixtisası üzrə çalışan işçilərin Vahid Tarif Cədvəli üzrə vəzifə maaşlarına aşağıdakı əlavələr müəyyən edilsin:
[6]
elmlər namizədlərinə 90000 manat məbləğində;
elmlər doktorlarına 190000 manat məbləğində.».
[7]
15. Nazirlik, digər mərkəzi icra hakimiyyəti orqanları, baş idarə, yerli icra hakimiyyəti orqanları, dövlət konsern, şirkət, birlik, müəssisə, idarə və təşkilatlarına tapşırılsın ki, bu qərarla təsdiq edilmiş əməyin ödənilməsi şərtlərinin tətbiqi üçün lazımi işləri görsünlər.
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu qərarın yerinə yetirilməsi üzrə müvafiq izahatlar versin.
Baş nazir F. QULİYEV
Bakı şəhəri, 26 may 1996-cı il
№ 60
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1996-cı il 26 may tarixli,
60 nömrəli qərarına
1 nömrəli əlavə
|
Azərbaycan Respublikasında fəhlə və qulluqçuların əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli
Əməyin ödənilməsi dərəcələri
|
Aylıq tarif (vəzifə) maaşı, manatla
|
1
|
12000
|
2
|
14000
|
3
|
16500
|
4
|
18500
|
5
|
20500
|
6
|
23000
|
7
|
25500
|
8
|
28000
|
9
|
31000
|
10
|
34500
|
11
|
38500
|
12
|
43000
|
13
|
47500
|
14
|
52500
|
15
|
58500
|
16
|
64500
|
17
|
72000
|
18
|
80000
|
19
|
90000
|
İşlər müdiri A. HACIYEV
|
|
Azərbaycan Respublikası Nazirlər Kabineti aparatının rəhbər işçilərinin və mütəxəssislərinin
Vəzifə Maaşları
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İşlər müdiri A. HACIYEV
|
|
Azərbaycan Respublikası nazirlikləri, dövlət komitələri və digər idarəetmə orqanları aparatının rəhbər işçilərinin və mütəxəssislərinin
Vəzifə Maaşları
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İşlər müdiri A. HACIYEV
|
|
Azərbaycan Respublikası Prokurorluğu, Ali Məhkəmə, İqtisad məhkəməsi aparatının rəhbər işçilərinin və mütəxəssislərinin
Vəzifə Maaşları
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İşlər müdiri A. HACIYEV
|
|
Azərbaycan Respublikasının şəhər və rayon İcra Hakimiyyəti başçısı aparatının və tabeliyində olan müstəqil idarə və şöbələrinin rəhbər işçilərinin və mütəxəssislərinin
Vəzifə Maaşları
|
|
|
|
|
|
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İşlər müdiri A. HACIYEV
|
|
Azərbaycan Respublikası şəhər və rayon İcra Hakimiyyəti başçısının rayon tabeliyində olan şəhərlərdə nümayəndəliyinin rəhbər işçilərinin və mütəxəssislərinin
Vəzifə Maaşları
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İşlər müdiri A. HACIYEV
|
|
Azərbaycan Respublikası şəhər və rayon İcra Hakimiyyəti başçısının qəsəbələrdə və kəndlərdə nümayəndəliyinin rəhbər işçilərinin və mütəxəssislərinin
Vəzifə Maaşları
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İşlər müdiri A. HACIYEV
|
|
Azərbaycan Respublikasının şəhər və rayon prokurorluq və məhkəmə orqanlarının rəhbər işçilərinin və mütəxəssislərinin
Vəzifə Maaşları
|
|
|
|
|
|
|
|||
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
İşlər müdiri A. HACIYEV
|
|
Dövlət idarəetmə orqanlarının xidmət heyətinin və fəhlələrinin
Vəzifə Maaşları
|
|
|
|
|
|
|
|
|
|
İşlər müdiri A. HACIYEV
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1996-cı il 26 may tarixli,
60 nömrəli qərarına
10 nömrəli əlavə
|
Azərbaycan Respublikasının Müdafiə, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə nazirliklərinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin və qanunvericilikdə nəzərdə tutulmuş başqa hərbi qurumlarının hərbi qulluqçularının, sıravi, komanda və rəis heyətinin əməyinin ödənilməsinin
Vahid Tarif Cədvəli
Hərbi qulluqçuların kateqoriyasının adı
|
Aylıq vəzifə maaşı, manatla
|
I hissə
|
|
1-ci və 2-ci il xidmət edən müddətli xidmət üzrə hərbi qulluqçular, o cümlədən:
|
|
1-ci dərəcəli
|
3300
|
2-ci dərəcəli
|
4000
|
3-cü dərəcəli
|
4600
|
4-cü dərəcəli
|
5300
|
5-ci dərəcəli
|
6000
|
6-cı dərəcəli
|
6600
|
II hissə
|
|
Gizirlər, miçmanlar, müddətdən artıq xidmət edən çavuşlar, qadın hərbi qulluqçuları, o cümlədən:
|
|
1-ci dərəcəli
|
23000
|
2-ci dərəcəli
|
27000
|
3-cü dərəcəli
|
30000
|
4-cü dərəcəli
|
33000
|
5-ci dərəcəli
|
36000
|
6-cı dərəcəli
|
40000
|
7-ci dərəcəli
|
43000
|
8-ci dərəcəli
|
46000
|
9-cu dərəcəli
|
50000
|
III hissə
|
|
Tağım komandiri
|
53000
|
Bölük komandiri
|
60000
|
Tabor komandiri
|
66000
|
Alay komandiri
|
73000
|
Briqada komandiri
|
80000
|
Diviziya komandiri
|
85000
|
Korpus komandiri
|
100000
|
Qeyd:
|
3-cü il və daha çox xidmət edən müddətli hərbi xidmət qulluqçularının vahid tarif cədvəli ilə hesablanmış vəzifə maaşları 20 faiz artırılır.
|
İşlər müdiri A. HACIYEV
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1996-cı il 26 may tarixli,
60 nömrəli qərarına
11 nömrəli əlavə
|
Azərbaycan Respublikası Hərbi qulluqçularının hərbi rütbələrə görə maaşlarının
Vahid Məbləği
Hərbi qulluqçuların kateqoriyasının adı
|
Hərbi rütbəyə görə aylıq maaşı, manatla
|
Kiçik çavuş
|
15000
|
Çavuş
|
16000
|
Baş çavuş
|
17000
|
Kiçik gizir
|
18000
|
Gizir
|
20000
|
Baş gizir
|
21000
|
Kiçik leytenant
|
24000
|
Leytenant
|
27000
|
Baş leytenant
|
29000
|
Kapitan
|
32000
|
Mayor
|
34000
|
Polkovnik-leytenant
|
37000
|
Polkovnik
|
40000
|
General-mayor
|
44000
|
General-leytenant
|
47000
|
General-polkovnik
|
51000
|
Ordu generalı
|
55000
|
İşlər müdiri A. Hacıyev
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
- 7 avqust 1997-ci il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 154)
- 25 oktyabr 2003-cü il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 622)
- 8 iyun 2004-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 498)
- 27 yanvar 2005-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 52)
- 9 sentyabr 2005-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 862)
- 13 sentyabr 2006-cı il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 819)
- 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
7 avqust 1997-ci il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 154) ilə qərarının 4-cü və 5-ci bəndləri öz qüvvəsini itirmiş hesab edilmişdir.
[2]
7 avqust 1997-ci il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 154) ilə qərarının 4-cü və 5-ci bəndləri öz qüvvəsini itirmiş hesab edilmişdir.
22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə 6-cı və 7-ci bəndlərindən, həmin qərara 10 nömrəli əlavənin adından “milli Təhlükəsizlik,” sözləri çıxarılmışdır və ismin müvafiq hallarında “nazirliklərinin” sözündən sonra ismin müvafiq hallarında “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətlərinin” sözləri əlavə edilmişdir.
[3]
13 sentyabr 2006-cı il tarixli 204 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 819) ilə 10-cu bəndinin üçüncü abzasında “, eləcə də himayəsində olanların hər birinə 23 yaşınadək əyani oxuyan tələbə və şagirdlər də daxil olmaqla 7000 manat miqdarında” sözləri və dördüncü abzası çıxarılmışdır.
[4]
25 oktyabr 2003-cü il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 622) ilə 11-ci bəndinin 3-cü, 4-cü, 5-ci abzaslarında "25000", "15000", "22000", "12000", "19000" və "9000" rəqəmləri müvafiq olaraq "50000", "30000", "44000", "24000", "38000" və "18000" rəqəmləri ilə əvəz edilmişdir.
8 iyun 2004-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 498) ilə 11-ci bəndinin üçüncü, dördüncü və beşinci abzaslarında "50000", "30000", "44000", "24000", "38000" və "18000" rəqəmləri müvafiq olaraq "250000", "150000", "220000", "120000", "190000" və "90000" rəqəmləri ilə əvəz edilmişdir.
[5]
9 sentyabr 2005-ci il tarixli 171 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 9, maddə 862) ilə 14-cü bəndinin üçüncü abzası çıxarılmışdır.
[6]
25 oktyabr 2003-cü il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 622) ilə 14-cü bəndinin 4-cü abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Elmi dərəcəsi olan, vəzifə maaşı sxemində nəzərdə tutulmamış xalq təhsili, səhiyyə, sosial müdafiə, bədən tərbiyəsi və idman, mədəniyyət və arxiv, kənd və meşə təsərrüfatı, hidrometeorologiya, geologiya və geodeziya idarələrində, bilavasitə öz ixtisası üzrə çalışan işçilərin vəzifə maaşlarına aşağıdakı əlavələr müəyyən edilsin:
27 yanvar 2005-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 52) ilə 14-cü bəndinin dördüncü abzasında "işçilərin" sözündən sonra "Vahid Tarif Cədvəli üzrə" sözləri əlavə edilmişdir.
[7]
25 oktyabr 2003-cü il tarixli 138 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 622) ilə 14-cü bəndinin 5-ci və 6-cı abzaslarında "9000", "19000" rəqəmləri müvafiq olaraq "18000", "38000" rəqəmləri ilə əvəz edilmişdir.
8 iyun 2004-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 498) ilə 14-cü bəndinin beşinci və altıncı abzaslarında "18000", "38000" rəqəmləri müvafiq olaraq "90000", "190000" rəqəmləri ilə əvəz edilmişdir.
[8]
7 avqust 1997-ci il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 154) ilə qərarın 2-9 nömrəli əlavələri öz qüvvəsini itirmiş hesab edilmişdir.
8 iyun 2004-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 498) ilə 14-cü bəndinin beşinci və altıncı abzaslarında "18000", "38000" rəqəmləri müvafiq olaraq "90000", "190000" rəqəmləri ilə əvəz edilmişdir.
[9]
7 avqust 1997-ci il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 154) ilə qərarın 2-9 nömrəli əlavələri öz qüvvəsini itirmiş hesab edilmişdir.
8 iyun 2004-cü il tarixli 83 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 498) ilə 14-cü bəndinin beşinci və altıncı abzaslarında "18000", "38000" rəqəmləri müvafiq olaraq "90000", "190000" rəqəmləri ilə əvəz edilmişdir.
[10]
7 avqust 1997-ci il tarixli 87 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 154) ilə qərarın 2-9 nömrəli əlavələri öz qüvvəsini itirmiş hesab edilmişdir.