430.000.000
440.000.000
Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası Milli Məclisinin aşağıdakı deputatları parlamentlərarası əlaqələr üzrə mövcud işçi qruplarının tərkibinə daxil edilsinlər:
İltizam Nizami oğlu Əkbərli
|
- Azərbaycan-Belçika, Azərbaycan-Norveç və Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupları;
|
Cəmil Poladxan oğlu Həsənli
|
- Azərbaycan-Belçika, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Meksika və Azərbaycan-Rumıniya parlamentlər-arası əlaqələr üzrə işçi qrupları;
|
Pənah Çodar oğlu Hüseyn
|
- Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Rusiya, Azərbaycan-Fransa və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupları;
|
İkram İsrail oğlu İsrafilov
|
- Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan - Braziliya və Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupları;
|
Nəsib Loğman oğlu Nəsibli
|
- Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Böyük Britaniya, Azərbaycan - Gürcüstan və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupları;
|
Arzu Həbib oğlu Səmədov
|
Azərbaycan-Avstriya, Azərbaycan-Belarus, Azərbaycan-Braziliya və Azərbaycan-Hindistan parlamentlər-arası əlaqələr üzrə işçi qrupları.
|
2. Azərbaycan Respublikası Milli Məclisinin deputatı İsa Əkbər oğlu Həbibbəyli Azərbaycan-Rumıniya və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibindən çıxarılaraq, Azərbaycan-Belçika və Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibinə daxil edilsin.
3. Azərbaycan Respublikası Milli Məclisinin deputatları Lalə Gülbaba qızı Abbasova Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Fərhad Həsən oğlu Qəribov Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Eldar Allahyar oğlu Quliyev Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Hüseynbala Fazil oğlu Mirələmov Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinə daxil edilsinlər.
Azərbaycan Respublikası Milli Məclisinin sədri
O.ƏSƏDOV
Bakı şəhəri, 1 mart 2006-cı il
№ 59-IIIQR