AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
13.06.2008
QEYDİYYAT NÖMRƏSİ
2867
ADI
Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-06-2008, Nəşr nömrəsi: 129), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2008, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 536)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.06.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
280.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında

Xəzər dənizinin çirklənmədən qorunması üzrə əlavə tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Xəzər dənizinin sahil zolağında ekoloji vəziyyətin yaxşılaşdırılması, həmçinin "Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2244 nömrəli sərəncamında göstərilən işləri davam etdirmək məqsədilə qərara alıram:

1. Abşeron yarımadasının Nardaran-Sumqayıt və Gürgən-Səngəçal istiqamətinin sahil boyu zolağında modul tipli çirkab su təmizləyici qurğuların quraşdırılması üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2 (iki) milyon manat məbləğində vəsait ayrılsın. [1]

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılsın ki, modul tipli çirkab su təmizləyici qurğuların quraşdırılmasını və istifadəyə verilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ayrılmasını təmin etsin.

4. Quraşdırılmış çirkab su təmizləyici qurğuların normal və fasiləsiz istismarını və onlara texniki xidmətin göstərilməsini təmin etmək məqsədi ilə həmin qurğular qanunvericiliyə uyğun olaraq müvafiq bələdiyyələrin istifadəsinə verilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

6. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 iyun 2008-ci il

                № 2867


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 11 iyul 2014-cü il tarixli 642 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 869)

 

SƏRƏNCAMA  EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 iyul 2014-cü il tarixli 642 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Respublika” qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 869) ilə 1-ci hissəsində “Gürgan-Səngəçal” sözləri “Gürgən-Səngəçal” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status