070.000.000
090.000.000
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarına əlavələr və dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 2793 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 44) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası” cədvəlinə aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1.1. 1-ci bənddə “Hesablama Palatasının sədri” sözlərindən sonra “, Hesablama Palatası sədr müavini, auditorları” sözləri, “Azərbaycan Respublikası Milli Məclis Aparatının rəhbəri” sözlərindən sonra “, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri” sözləri əlavə edilsin;
1.2. 2-ci bənddən “Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini və auditorları” sözləri çıxarılsın.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 13 iyun 2008-ci il
№ 137