İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş"ə uyğun olaraq, hasilat və nəqletmə üçün bir sıra mühüm obyektlər tikilib istismara verilmişdir. Hasil olunan ilkin neftin İxracı Bakı-Novorossiysk və Bakı-Supsa ixrac neft kəmərləri ilə həyata keçirilir.
Bununla əlaqədar İxrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi, boru kəmərlərinin fasiləsiz və etibarlı işinin təşkili və uzunmüddətli kompleks tədbirlərini işlənib hazırlanması və həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Xam neftin ixracı ilə bağlı obyektlərlə yanaşı tikilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin və qaz ixrac kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qərara alıram:
1. İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə aşağıdakı tərkibdə Komissiya təşkil edilsin:
[1]
Komissiyanın sədri
Azərbaycan Respublikasının Baş naziri
Komissiya sədrinin müavini
Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Azərbaycan Respublikasının energetika naziri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin müavini.
2. Komissiyaya tapşırılsın ki, ixrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə birlikdə bir ay müddətində kompleks tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi xam neftin ixracı üçün istifadə olunan boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xüsusi xidmət yaratsınlar və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə sıx qarşılıqlı əlaqə şəraitində boru kəmərinin səmərəli mühafizəsini təşkil etsinlər.
[2]
4. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi rayon və şəhər icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birlikdə ixrac boru kəmərlərinin və onların infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsini respublikanın inzibati ərazi bölgüsü prinsipi əsasında təşkil etsinlər.
[3]
5. Rayon və şəhər icra hakimiyyətlərinə tapşırılsın ki, ərazilərindən keçən Bakı-Supsa və Bakı-Novorossiysk neft kəmərlərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsinə və tikintinin aparılmasına yol verməməklə həmin kəmərlərin mühafizəsini təmin etsinlər.
6. Respublikanın nazirlik, idarə və təşkilatları ixrac boru kəmərlərinin fasiləsiz işləməsi və təhlükəsizliyi ilə əlaqədar məsələlərin həlli üçün Komissiyaya lazımi köməklik göstərsinlər.
7. Komissiya görülən işlər haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
8. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 15 aprel 2002-ci il
№ 685
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
19 aprel 2005-ci il tarixli 225 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 300)
2.
29 noyabr 2006-cı il tarixli 482 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 944)
3.
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112)
4.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027)
5.
21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51)
6.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521)
7.
14 dekabr 2017-ci il tarixli 1723 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2017-ci il, № 277)
8.
28 dekabr 2022-ci il tarixli 1930 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
19 aprel 2005-ci il tarixli 225 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 300) ilə təşkil edilmiş ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə Komissiyanın tərkibinə Əli Nağıyev - Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini daxil edilmiş və Tofiq Babayev həmin Komissiyanın tərkibindən çıxarılmışdır.
29 noyabr 2006-cı il tarixli 482 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 944) ilə 1-ci bənd üzrə, dördüncü abzasda “Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin rəisi” sözləri “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi” sözləri ilə əvəz edilmişdir, beşinci abzas yeni redaksiyada verilmişdir, yeddinci və səkkizinci abzaslar yeni redaksiyada verilmişdir, doqquzuncu abzasda “Natiq Əliyev” sözləri “Rövnəq Abdullayev” sözləri ilə, on ikinci abzasda “Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini - Sərhəd Qoşunlarının Komandanı” sözləri “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi” sözləri ilə, on dördüncü abzasda “Məmməd Beydullayev” sözləri “Çingiz Məmmədov” sözləri ilə, on beşinci abzasda “Aydın Əliyev” sözləri “Əsgər Abdullayev” sözləri ilə əvəz edilmişdir, on altıncı abzas çıxarılmışdır.
10 fevral 2014-cü il tarixli 105 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Respublika” qəzeti, 12 fevral 2014-cü il, № 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 112) ilə 1-ci hissəsində “sənaye və energetika naziri” sözləri “energetika naziri” sözləri ilə əvəz edilmişdir.
14 dekabr 2017-ci il tarixli 1723 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 dekabr 2017-ci il, № 277) ilə 1-ci hissədə “Natiq Əliyev” və “Çingiz Məmmədov” sözləri müvafiq olaraq “Pərviz Şahbazov” və “Kərim Vəliyev” sözləri ilə əvəz edilmişdir.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1027) ilə 1-ci hissədə “rabitə və informasiya texnologiyaları naziri” sözləri “rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.
7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, maddə 1521) ilə 1-ci hissədə “Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri” sözləri “Ramin Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri ilə əvəz edilmişdir.
21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51) ilə 1-ci hissədə “Əli Nağıyev – Azərbaycan Respublikası Milli Təhlükəsizlik nazirinin müavini” sözləri “İsmayıl Bağırov – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini” sözləri ilə əvəz edilmişdir.
28 dekabr 2022-ci il tarixli 1930 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 1-ci hissə ilə yaradılan Komissiyanın tərkibi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
[2]
21 yanvar 2017-ci il tarixli 1204 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 22 yanvar 2017-ci il, № 14; “Xalq” qəzeti, 28 yanvar 2017-ci il, № 19, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 , maddə 51) ilə 3-cü və 4-cü hissələrdə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.
28 dekabr 2022-ci il tarixli 1930 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı 28 dekabr 2022-ci il, “Xalq” qəzeti, 29 dekabr 2022-ci il, № 286) ilə 3-cü hissədə “Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri “Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.
[3]
29 noyabr 2006-cı il tarixli 482 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 944) ilə 3-cü və 4-cü bəndlərdə “Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi” sözləri “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti” sözləri ilə, 4-cü bənddə “Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi” sözləri “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.