AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
30.05.2008
QEYDİYYAT NÖMRƏSİ
609-IIIQD
ADI
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-06-2008, Nəşr nömrəsi: 138), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2008, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 455)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.06.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №11, maddə 649; 2005-ci il, №4, maddə 278; 2007-ci il, №11, maddə 1053) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. 1-ci maddənin I hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir.”;

2. 2-ci və 3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

“Maddə 2. Sərbəst toplaşmaq azadlığının tətbiqi

I. Sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq bu Qanun əsasında tətbiq edilir.

II. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verir.

Maddə 3. Toplantının formaları

Bu Qanunda istifadə edilən “toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər.”;

3. 4-cü maddədə:

3.1. I hissədə “Aşağıdakı yerlərdə keçirilən dinc” sözləri “Xüsusi mülkiyyətə aid olan yerlərdə toplantı keçirmək hüququna zərər vurmadan aşağıdakı yerlərdə keçirilən” sözləri ilə əvəz edilsin;

3.2. II hissənin beşinci abzasında “etmək qadağandır” sözləri “olunarsa, həmin toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər” sözləri ilə əvəz edilsin;

4. 5-ci maddədə:

4.1. I hissə aşağıdakı redaksiyada verilsin:

“I. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 gün əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 gündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.”;

4.2. II hissənin 1-ci bəndində “adı” sözü “forması” sözü ilə əvəz edilsin;

4.3. II hissənin 2-ci bəndində “toplantının” sözündən sonra “ümumi” sözü əlavə edilsin;

4.4. II hissədə 8-ci bənddən sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər.”;

5. 6-cı maddədə:

5.1. II hissə aşağıdakı redaksiyada verilsin:

“II. 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan və fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər.”;

5.2. III hissə çıxarılsın, IV və V hissələr müvafiq olaraq III və IV hissələr hesab edilsin;

5.3. IV hissənin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“Toplantının təşkilatçılarından heç biri toplantıda şəxsən iştirak etmədikdə toplantı keçirilə bilməz.”;

6. 7-ci maddədə:

6.1. I hissə aşağıdakı redaksiyada verilsin:

“I. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.”;

6.2. II hissə çıxarılsın, III və IV hissələr müvafiq olaraq II və III hissələr hesab edilsin və aşağıdakı məzmunda IV hissə əlavə edilsin:

“IV. Sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin I hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.”;

7. 8-ci maddədə:

7.1. III hissədə “toplantı keçirmək” sözləri “toplantının keçirilməsi” sözləri ilə əvəz edilsin;

7.2. III hissənin 3-cü bəndi çıxarılsın;

7.3. IV, V, VI və VII hissələr müvafiq olaraq V, VI, VII və VIII hissələr hesab edilsin və maddəyə aşağıdakı məzmunda yeni IV hissə əlavə edilsin:

“IV. Bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirlərinin keçirilməsi zərurəti ilə əlaqədar mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərin ərəfəsində və onların keçirildiyi günlərdə həmin tədbirlərin keçirildiyi şəhər və rayonların ərazilərində siyasi məqsədlə toplantıların keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qadağan edilə bilər.”;

7.4. V və VI hissələrdə “I hissəsində müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla” sözləri “tələblərinə uyğun olaraq” sözləri ilə əvəz edilsin;

7.5. VII hissədə “IV və V” rəqəmləri “IV, V və VI” rəqəmləri ilə əvəz edilsin;

7.6. VIII hissədə “qanunvericiliklə” sözü “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;

8. 9-cu maddədə:

8.1. I hissədə “yerə” sözündən sonra “hər hansı” sözləri əlavə edilsin;

8.2. II hissə aşağıdakı redaksiyada verilsin:

“II. Əgər toplantı təşkilatçılarının yazılı xəbərdarlığında göstərilmiş yerdə və vaxtda başqa bir toplantı təyin edilibsə və əks-toplantının keçirilməsinin tərəflər arasında qarşıdurma törədəcəyi barədə kifayət qədər əsaslar varsa, müvafiq icra hakimiyyəti orqanı əks-toplantının təşkilatçılarına başqa vaxtın və yerin müəyyən edilməsini təklif etməlidir. Dəyişdirilmiş vaxt və yer haqqında yazılı xəbərdarlıq tədbirlərin yeni tarixinə azı 3 gün qalmış müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Əks-toplantı keçirildiyi halda polis orqanları toplantı və əks-toplantı iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər görməlidir. ”;

8.3. III hissədə “nümayişlərin” sözündən sonra “və küçə yürüşlərinin” sözləri əlavə edilsin, “qadağandır” sözü “qadağan edilə bilər” sözləri ilə əvəz edilsin;

8.4. III hissənin 1-ci, 2-ci, 4-cü və 5-ci bəndləri aşağıdakı redaksiyada verilsin:

“1) Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikasının Prezident Sarayının, Azərbaycan Respublikası Prezidentinin iqamətgahının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin yerləşdiyi binaların ətrafında 200 metr radius çərçivəsində;

2) körpülərdə, tunellərdə, tikinti aparılan sahələrdə, insan həyatı və sağlamlığı üçün təhlükəli olan istehsalat obyektlərində və istismarı xüsusi təhlükəsizlik texnikası normalarına riayət olunmasını tələb edən digər obyektlərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, hava limanlarının, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, suların mühafizə zonalarında;

4) hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın, zəruri hallarda isə bu ərazilərdən toplantı iştirakçıları üçün təhlükəli məsafə daxilində olan yerlərdə;

5) penitensiar müəssisələrin, istintaq təcridxanalarının, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın olan yerlərdə.”;

8.5. IV hissə aşağıdakı redaksiyada verilsin:

“IV. Siyası məzmunlu toplantıların ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlarda keçirilməsi məhdudlaşdırıla bilər.”;

8.6. VI hissənin ikinci və üçüncü cümlələrində “ayrılmış” sözü “təklif olunan” sözləri ilə əvəz edilsin;

8.7. VI hissəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanı yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunmuş yerlərin siyahısını müraciətlər əsasında dəyişdirə bilər.”;

8.8. VII hissə çıxarılsın, VIII hissə VII hesab edilsin və aşağıdakı redaksiyada verilsin:

“VII. Bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq toplantının vaxtı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla bilər.”;

9. 10-cu maddədə:

9.1. “bu Qanunun 7-9-cu maddələrində nəzərdə tutulmuş” və “bütün” sözləri çıxarılsın;

9.2. “2” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin;

10. 11-ci maddədə:

10.1. “bütün” və “müvafiq” sözləri çıxarılsın;

10.2. “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;

11. 12-ci maddədə:

11.1. II hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq toplantı keçirilən zaman təşkilatçıların söz azadlığı vardır.”;

11.2. II hissənin ikinci cümləsində “hüquq normalarına” sözləri “müqavilələrə” sözləri ilə əvəz edilsin;

11.3. IV hissədə “Toplantı” sözü “Bu Qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş haldan başqa, toplantı” sözləri ilə əvəz edilsin;

11.4. V hissədə “və taxta” sözləri “, taxta və dəmir” sözləri ilə əvəz edilsin;

11.5. VI hissədə “IV” rəqəmi “V” rəqəmi ilə əvəz edilsin;

11.6. VII hissədə “V” rəqmi “VI” rəqəmi ilə əvəz edilsin;

11.7. VIII hissədən “əvəzi ödənilmək şərti ilə” sözləri çıxarılsın;

12. 13-cü maddədə:

12.1. I hissədə “7-ci və 8-ci” sözləri “7-9-cu” sözləri ilə əvəz edilsin;

12.2. V hissənin birinci cümləsində “Qanuni” sözü “Bu Qanuna uyğun keçirilən” sözləri ilə, ikinci cümləsində “qanuni” sözü “bu Qanuna uyğun keçirilən” sözləri ilə əvəz edilsin;

12.3. V hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Dinc toplantı qeyri-dinc toplantıya çevrildiyi halda hüquq pozuntusu törətməyən toplantı iştirakçısı, habelə toplantının dinc olmadığından qabaqcadan xəbərdar olmamış toplantı iştirakçısı yalnız həmin toplantıda iştirak etdiyinə görə məsuliyyətə cəlb edilə bilməz.”;

12.4. VII hissədə “V” rəqəmi “VI” rəqəmi ilə əvəz edilsin;

13. 14-cü maddədə:

13.1. I hissədə “Toplantının” sözü “Bu Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla, toplantının” sözləri ilə əvəz edilsin;

13.2. I hissənin 2-ci bəndində “zəruri hallarda” sözləri çıxarılsın;

13.3. I hissənin 3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“3) yazılı xəbərdarlıqda göstərilən toplantının keçirilmə yeri və vaxtı, küçə yürüşünün marşrutu (yürüşün başlanacağı və bitəcəyi yer) əsaslandırılmış səbəb olmadan dəyişdirilərsə, toplantını dayandırmaq;”;

13.4. I hissənin 5-ci bəndində “bu maddənin” sözlərindən sonra “I hissəsinin” sözləri əlavə edilsin;

13.5. II hissədə “IV və V” rəqəmləri “V və VI” rəqəmləri ilə əvəz edilsin;

13.6. II hissənin 3-cü bəndində “güc” sözü “fiziki qüvvə və ya xüsusi vasitələrin” sözləri ilə əvəz edilsin;

13.7. II hissənin 4-cü bəndində “müvafiq güc” sözləri “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fiziki qüvvə və ya xüsusi vasitələr” sözləri ilə əvəz edilsin;

13.8. III hissədə “məqsədi ilə” sözlərindən sonra “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq” sözləri əlavə edilsin, “müvafiq” sözü “xüsusi” sözü ilə əvəz edilsin;

13.9. VI hissə VII hissə hesab edilsin və maddəyə aşağıdakı məzmunda yeni VI hissə əlavə edilsin:

“VI. Polis əməkdaşları tərəfindən fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi hər bir halda yaranmış təhlükəyə mütənasib olmalıdır.”;

14. 16-cı maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin və birinci hissənin əvvəlinə “I.” rəqəmi əlavə edilsin:

“II. Toplantı keçirilməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirən polis əməkdaşlarının məsuliyyəti “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 may 2008-ci il

№ 609-IIIQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status