AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
18.04.2002
QEYDİYYAT NÖMRƏSİ
690
ADI
"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2002, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 188)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

həmin Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş icbari ekoloji sığorta məbləğinə tətbiq edilən əmsalları təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;

"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

"İcbari ekoloji sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Qanunun 8-ci və 13.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

Bakı şəhəri, 18 aprel 2002-ci il
№ 690

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       15 sentyabr 2011-ci il tarixli 500 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 sentyabr 2011-ci il, № 198, “Azərbaycan” qəzeti 18 sentyabr 2011-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 794)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 sentyabr 2011-ci il tarixli 500 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 17 sentyabr 2011-ci il, № 198, “Azərbaycan” qəzeti 18 sentyabr 2011-ci il, № 205, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 09, maddə 794) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status