×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
02.06.2008
QEYDİYYAT NÖMRƏSİ
615-IIIQD
ADI
“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi Qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 29-06-2008, Nəşr nömrəsi: 140), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2008, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 460)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.06.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
170.000.000
250.000.000
270.000.000
280.000.000
290.000.000
420.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi Qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqı

“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi Qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №10, maddə 606; 2002-ci il, №4, I kitab, maddə 165; 2007-ci il, №7, maddə 709, №10, maddə 938) 11-ci maddəsinin 3-cü hissəsində “və rekreasiya” sözləri “, turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.

II. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 470; 2004-cü il, №2, maddə 57, №7, maddə 505, №11, maddə 902; 2007-ci il, №10, maddə 938) 12-ci maddəsinin ikinci hissəsində “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.

III. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 478; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №5, maddələr 237, 241; 2003-cü il, №1, maddə 11, №6, maddə 256, №8, maddə 423; 2004-cü il, №2, maddə 59, №6, maddə 415, №10, maddə 761; 2006-cı il, №2, maddə 67, №6, maddə 478, №8, maddə 657, №11, maddə 932; 2007-ci il, №1, maddə 3, №8, maddə 745; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 588-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 18-ci maddənin 2-ci bəndinin altıncı abzasında “turizm və” sözləri “turizm və rekreasiya, habelə” sözləri ilə əvəz edilsin, “, istirahət (rekreasiya)” sözləri çıxarılsın.

2. 24-cü maddənin 1-ci bəndində və 2-ci bəndinin beşinci abzasında “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.

3. 28-ci maddənin adında, 1-ci və 4-cü bəndlərində “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.

4. 46-cı maddənin 1-ci bəndinin səkkizinci abzasında “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.

IV. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №7, maddə 479, 2003-cü il, №1, maddə 8; 2004-cü il, №2, maddə 57, 2006-cı il, №8, maddə 657; 2007-ci il, №8, maddə 745) aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu maddənin birinci hissəsində “istirahət (rekreasiya) və” sözləri “turizm və rekreasiya,” sözləri ilə əvəz edilsin.

2. 11-ci maddənin birinci hissəsinin yeddinci abzasında, 22-ci maddənin üçüncü abzasında, 23-cü maddənin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində hər iki halda, 24-cü maddənin birinci hissəsində “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə əvəz edilsin.

3. 26-cı maddənin ikinci, üçüncü və dördüncü hissələrində “istirahət (rekreasiya) ” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.

4. 42-ci maddənin birinci hissəsində “turizm, istirahət (rekreasiya) və” sözləri “turizm və rekreasiya,” sözləri ilə, ikinci hissəsində “turizm, xidmət və istirahət (rekreasiya)” sözləri “xidmət, turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.

V. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, № 12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579, №8, maddə 757, №10, maddələr 935, 936, 938, 940, №11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, №12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, №2, maddə 47, №3, maddələr 146, 152, 159; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 574-IIIQD, 578-IIIQD nömrəli qanunları) 104.1-ci maddəsində “və rekreasiya” sözləri “, turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.

VI. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №8, maddə 519; 2005-ci il, №4, maddə 271; 2007-ci il, №10, maddə 938) aşağıdakı dəyişikliklər edilsin:

1. 12-ci maddənin adında “istirahət (rekreasiya) ” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.

2. 12.1-ci maddədə “istirahət (rekreasiya), müalicə, turizm,” sözləri “müalicə, turizm və rekreasiya,” sözləri ilə əvəz edilsin.

VII. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №5, maddə 316; 2005-ci il, №4, maddə 272) aşağıdakı dəyişikliklər edilsin:

1. 22.2-ci maddədə “və istirahət (rekreasiya)” sözləri “, turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.

2. 23.0.2-ci və 25.1.7-ci maddələrdə “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə əvəz edilsin.

3. 25.3-cü maddədə “turizm, istirahət (rekreasiya) və” sözləri “turizm və rekreasiya,” sözləri ilə əvəz edilsin.

VIII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 iyun 2008-ci il

615-IIIQD

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status