|
|
|
|
|
|
|
|
|
|
|
|
“Banklarda informasiya texnologiyalarının tətbiqi Qaydaları”na əlavə
[1]
Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin 13 mart 2006-cı il tarixli, 07 saylı protokolu ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 31 mart 2006-cı il tarixli, 3217 №-li şəhadətnamə verilməklə dövlət qeydiyyatına alınmış “Banklarda informasiya texnologiyalarının tətbiqi Qaydaları”na aşağıdakı əlavə edilsin:
1. Aşağıdakı məzmunda 9-cu bənd əlavə edilsin:
“ 9. Hesabatlılıq
Bankda istifadə olunan informasiya texnologiyalarına dair hesabat hər ilin nəticələrinə görə Milli Banka verilən prudensial hesabatlarla birgə təqdim olunmalıdır. Hesabatın forma və məzmunu Milli Bank tərəfindən müəyyən edilir.”
2. Qaydaların 9-cu bəndi müvafiq olaraq 10-cu bənd hesab edilsin.
3. Bu əlavə imzalandığı gündən qüvvəyə minir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 10 dekabr 2014-cü il tarixli 26/4 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201412100264, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 dekabr 2014-cü il)
BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
10 dekabr 2014-cü il tarixli 26/4 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 23201412100264, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 dekabr 2014-cü il) ilə ləğv edilmişdir.