300.000.000
“Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:
1. “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təsdiq edilsin (əlavə edilir).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyul 2008-ci il
№ 796
|
Azərbaycan Respublikası Prezidentinin
2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
|
Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri
NORMALARI
1. Ümumi müddəalar
1.1. Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları (bundan sonra - normalar) “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa, “Sanitariya və epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
1.2. Bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir.
Bu normalar xüsusi təyinatlı yerlərə (radio-, tele-, kinostudiyalara, konsert və teatr zallarına, idman saraylarına) şamil edilmir.
1.3. Bu normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir.
2. Səs-küyün normalaşdırılan parametrləri və yolverilən səviyyələri
2.1. Daimi səs-küyün normalaşdırılan parametrləri (L) orta həndəsi tezlikli 63, 125, 250, 500, 1000, 2000, 4000, 8000 Hs oktava zolaqlarında (səs təzyiqinin oktava səviyyələri), desibellərlə (dB) səs təzyiqinin qiymətləridir.
Təxmini qiymətləndirmə məqsədilə (LA, dB) səs səviyyəsindən istifadə edilməsinə icazə verilir.
2.2. Daimi olmayan səs-küyün normalaşdırılan parametrləri dBA ilə səsin ekvivalent enerjisi (L A.ekv ) və maksimal səviyyəsi (L A.maks ) -dır.
Daimi olmayan səs-küyün yolverilən səviyyələrə uyğunluğunun qiymətləndirilməsi eyni vaxtda ekvivalent və maksimal səs-küy səviyyələrinə görə təyin edilir.
2.3. Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları Cədvəl 1-də verilmişdir.
3. Vibrasiyaların normalaşdırılan parametrləri və yolverilən qiymətləri
3.1. Vibrasiyanın normalaşdırılan parametrləri olaraq, vibro təcilinin – La (vibro sürətinin -LV), səviyyələri dB-ilə və yaxud 2, 4, 8, 16, 31, 5, 63 Hs orta həndəsi tezliklərində oktavalı zolaqlarda vibrasiya yerdəyişmələri – S, m qəbul edilmişdir.
Təxmini qiymətləndirmələr üçün korreksiya (düzəlişlər) edilmiş vibrasiya təcili akorr -m.c-2 , (vibrasiya sürətləri - Vkorr, m.c-1, vibrasiya yerdəyişmələri - Skorr, m) və yaxud La vibrasiya təcilinin korreksiya edilmiş səviyyəsinə (Lv -vibrasiya sürəti) dB ilə istifadə edilməsinə icazə verilir.
3.2. Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri Cədvəl 2-də, binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri Cədvəl 3-də, binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri Cədvəl 4-də verilmişdir.
3.3. Cədvəl 2-də və 3-də verilmiş sabit olmayan vibrasiyalar üçün səviyyələrin yolverilən səviyyələrinə -10dB düzəlişi daxil edilir, Cədvəl 4-də isə verilmiş vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələrinə isə «0,32» əmsalı daxil edilərək düzəliş verilir.
Cədvəl 1
Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları
[1]
Sıra sayı
|
Otaqların təyinatı
|
Günün
vaxtı
|
Orta həndəsi tezlikli (Hs) oktava zolaqlarında səs təzyiqinin səviyyələri, dB
|
Səs səviyyəsi LA və ekvivalent səs səviyyəsi
|
Maksimal səviyyə,
|
|||||||
63
|
125
|
250
|
500
|
1000
|
2000
|
4000
|
8000
|
LA.ekv., dBA
|
LA.max
dBA
|
|||
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
12
|
13
|
1
|
Binaların (mənzillərin) yaşayış otaqları
|
Gündüz
Gecə
|
59
51
63
55
|
48
39
52
44
|
40
31
45
31
|
34
24
39
29
|
30
20
35
25
|
27
17
32
22
|
25
14
30
20
|
23
13
28
18
|
35
25
40
30
|
50
40
55
45
|
2
|
Mehmanxana, yataqxana, istirahət və pansionat evlərinin yaşayış otaqları
|
Gündüz
Gecə
|
67
59
|
57
48
|
49
40
|
44
34
|
40
30
|
37
27
|
35
25
|
33
13
|
45
35
|
60
50
|
3
[2]
|
Ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil internat məktəblərinin yaşayış otaqları
|
Gündüz
Gecə
|
63
55
|
52
44
|
45
35
|
39
29
|
35
25
|
32
22
|
30
20
|
38
18
|
40
30
|
55
45
|
4
[3]
|
İnzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələr
|
Gündüz
|
71
|
61
|
54
|
49
|
45
|
42
|
40
|
38
|
50
|
65
|
5
|
Xəstəxana və sanatoriyaların palataları
|
Gündüz
Gecə
|
59
51
|
48
39
|
40
31
|
34
24
|
30
20
|
27
17
|
25
14
|
23
13
|
35
25
|
50
40
|
6
[4]
|
Xəstəxanaların əməliyyat otaqları
|
Gündüz
|
55
|
44
|
35
|
29
|
25
|
22
|
20
|
18
|
30
|
45
|
7
|
Tibb idarələrin həkimlər otağı
|
Gündüz
|
59
|
48
|
40
|
34
|
30
|
27
|
25
|
23
|
35
|
50
|
8
[5]
|
Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinetləri, |
Gündüz
|
63
|
52
|
45
|
39
|
35
|
32
|
30
|
28
|
40
|
55
|
9
|
Mehmanxana, yataqxana, istirahət və pansionat evlərinin xolları
|
Gündüz
|
71
|
61
|
54
|
49
|
45
|
42
|
40
|
38
|
50
|
60
|
10
|
Kafe, restoran, yeməkxanaların zalları
|
Gündüz
|
75
|
66
|
59
|
54
|
50
|
47
|
45
|
43
|
55
|
65
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
11
|
12
|
13
|
11
|
Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları
|
Gündüz
|
79
|
70
|
63
|
58
|
55
|
52
|
50
|
49
|
60
|
70
|
12
|
Xəstəxana və sanatoriya binalarına bilavasitə bitişik ərazilər
|
Gündüz
Gecə
|
67
59
|
57
48
|
49
40
|
44
34
|
40
30
|
37
27
|
35
25
|
33
23
|
45
35
|
60
50
|
13
[6]
|
Yaşayış, poliklinika və ambulatoriya binalarına, dispanserlərə, istirahət evlərinə, pansionatlara, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinə, məktəbəqədər , ümumi və digər təhsil müəssisələrinə, kitabxanalara bilavasitə bitişik ərazilər
|
Gündüz
Gecə
|
75
67
|
66
57
|
59
49
|
54
44
|
50
40
|
47
37
|
45
35
|
44
33
|
55
45
|
70
60
|
14
|
Mehmanxana və yataqxanalara bilavasitə bitişik ərazilər
|
Gündüz
Gecə
|
79
71
|
70
61
|
63
54
|
59
49
|
55
45
|
53
42
|
51
40
|
49
39
|
60
50
|
75
65
|
15
|
Xəstəxana və sanatoriyaların istirahət meydançaları
|
Gündüz
|
76
|
59
|
48
|
40
|
34
|
30
|
27
|
25
|
23
|
35
|
16
[7]
|
Mikrorayonlar və yaşayış binaları qrupları, istirahət evləri, pansionatlar, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin istirahət meydançaları, məktəbəqədər , ümumi və digər təhsil müəssisələrinin meydançaları
|
Gündüz
|
67
|
57
|
49
|
44
|
40
|
37
|
35
|
33
|
45
|
60
|
Qeydlər:
1. Səs-küyün səs təzyiqi, səsin ekvivalent enerjisi və maksimal səviyyələri Dövlət Ümumi Standartları və Tələbləri (DÜST) 17187 və beynəlxalq praktikada qəbul edilmiş metodikalardan istifadə etməklə müəyyən edilir.
2. Xarici mənbələrin binalarda yaratdığı səs-küyün yolverilən səviyyələri binaların normativ ventilyası şəraitində (yaşayış binaları, palatalar, siniflərdə - nəfəslik, xəfəng, ensiz pəncərə laylarının açıq olması) təyin edilir.
3. Pəncərələri küçə və yollara açılan otaqlarda xarici nəqliyyat mənbələrinin yaratdığı səs-küyün yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB-dən artıq, yəni +5dB düzəlişlə (dBA) götürülməlidir.
4. Tonal və (və ya) impuls xarakterli səs-küydə səs təzyiqi, səs səviyyəsi, səsin ekvivalent səviyyələrinin yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB-dən aşağı, yəni -5dB (dBA) düzəlişlə götürülməlidir.
5. Bitişik (əlavə) tikilmiş ticarət və ictimai-iaşə müəssisələrinin ventilyasiya, havasərinləşdirici və havaqızdırıcı sistemlərinin, habelə qızdırıcı, su təchizatı və soyuducu qurğu sistemlərinin nasoslarından yaranan səs-küyün yolverilən səviyyəsi Cədvəl 1-də göstərilən qiymətlərdən 5dB aşağı, yəni -5dB (dBA) düzəliş nəzərə alınmalıdır. Bu halda tonallığa düzəliş nəzərə alınmır.
Cədvəl 2
Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri
[8]
Sıra sayı
|
Otaqların təyinatı
|
Günün
vaxtı
|
Orta həndəsi tezlikli oktava zolaqlarda (Hs) vibrasiya təcilinin LA səviyyələri, dB
|
Vibrasiya təcilinin LA, korreksiya olunmuş səviyyələri, dB
|
|||||
2
|
4
|
6
|
16
|
31,5
|
63
|
||||
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
1
|
Mənzillərin yaşayış otaqları
|
Gündüz
Gecə
|
77
72
|
78
73
|
80
75
|
86
81
|
92
87
|
98
93
|
77
72
|
2
|
Ümumi yataqxananın yaşayış otaqları
|
Gündüz
Gecə
|
80
72
|
81
76
|
83
78
|
89
84
|
95
90
|
101
96
|
80
75
|
3
|
Mehmanxana nömrələri
|
Gündüz
Gecə
|
80
75
|
81
76
|
83
78
|
89
84
|
95
90
|
101
96
|
80
75
|
4
[9]
|
İstirahət evlərinin, pansionatların, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil internat məktəblərinin yaşayış otaqları
[10]
|
Gündüz
Gecə
|
77
72
|
78
73
|
80
75
|
86
81
|
92
87
|
98
93
|
77
72
|
5
[11]
|
Ofis otaqları, inzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələr
|
Gündüz
|
80
|
81
|
83
|
89
|
95
|
101
|
80
|
6
|
Xəstəxana və sanatoriyaların palataları
|
Gündüz
Gecə
|
74
69
|
75
70
|
77
72
|
83
78
|
89
84
|
95
90
|
74
69
|
7
|
Xəstəxanaların əməliyyat otaqları
|
69
|
70
|
72
|
78
|
84
|
90
|
69
|
|
8
|
Tibbi idarələrin həkimlər kabineti
|
77
|
78
|
80
|
78
|
92
|
98
|
77
|
|
9
[12]
|
Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinələri, auditoriyaları, konfrans zalları, kitabxanaların qiraət zalları, klubların, kinoteatrların tamaşa zallarından ibarət binaları
|
77
|
78
|
80
|
86
|
92
|
98
|
77
|
|
10
|
Kafe, restoran, yeməkxanaların zalları, kinoteatr və teatr foyeləri
|
80
|
89
|
83
|
89
|
95
|
101
|
80
|
|
11
|
Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları
|
80
|
81
|
83
|
89
|
95
|
101
|
80
|
|
Qeydlər:
1. Cədvəldə a0=10–6 m.c-2 verilmiş vibrasiya təcilinin desibellərlə (dB) səviyyələri titrəmə təcilinin dayaq qiymətində təyin edilmişdir.
2. Hər bir oktava zolağında vibrasiya təcilinin səviyyələri üç qarşılıqlı perpendikulyar olan oxlar (X,Y.Z) istiqamətində hesablanır və yaxud ölçülür. Hər üç istiqamətdə alınan ən böyük səviyyə yolverilən səviyyə ilə müqayisə olunur.
Cədvəl 3
Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri
Sıra sayı
|
Otaqların təyinatı
|
Günün
vaxtı
|
Orta həndəsi tezlikli oktava zolaqlarda (Hs) vibrasiya sürətlərinin səviyyələri
Lv, dB
|
Titrəmə sürətinin korreksiya edilmiş səviyyələri, LV. düz, dB
|
|||||
2
|
4
|
6
|
16
|
31,5
|
63
|
||||
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
1
|
Mənzillərin yaşayış otaqları
|
Gündüz
Gecə
|
81
76
|
76
71
|
72
67
|
72
67
|
72
67
|
72
67
|
72
67
|
2
|
Ümumi yataqxananın yaşayış otaqları
|
Gündüz
Gecə
|
84
79
|
79
74
|
75
70
|
75
70
|
75
70
|
75
70
|
75
70
|
3
|
Mehmanxana nömrələri
|
Gündüz
Gecə
|
84
79
|
79
74
|
75
70
|
75
70
|
75
70
|
75
70
|
75
70
|
4
[13]
|
İstirahət evlərinin, pansionatların, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil internat məktəblərinin yaşayış otaqları
[14]
|
Gündüz
Gecə
|
81
76
|
76
71
|
72
67
|
72
67
|
72
67
|
72
67
|
72
67
|
5
[15]
|
Ofis otaqları, inzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələr
|
84
|
79
|
75
|
75
|
75
|
75
|
75
|
|
6
|
Xəstəxana və sanatoriyaların palataları
|
Gündüz
Gecə
|
78
73
|
73
68
|
69
64
|
69
64
|
69
64
|
69
64
|
69
64
|
7
|
Xəstəxanaların əməliyyat otaqları
|
|
73
|
68
|
64
|
64
|
64
|
64
|
64
|
8
|
Tibbi idarələrin həkimlər kabinəsi
|
|
81
|
76
|
72
|
72
|
72
|
72
|
72
|
9
[16]
|
Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinələri, auditoriyaları, konfrans zalları, kitabxanaların qiraət zalları, klubların, kinoteatrların tamaşa zallarından ibarət binaları
|
|
81
|
76
|
|
72
|
72
|
72
|
72
|
10
|
Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları.
|
|
84
|
79
|
75
|
75
|
75
|
75
|
75
|
Qeydlər:
1. Cədvəldə desibellə verilmiş titrəmə sürətinin səviyyələri (Vo = 5.10–8 m.c-1) dayaq qiymətlərində təyin edilmişdir.
2. Hər bir oktava zolağında vibrasiya sürətinin səviyyələri üç qarşılıqlı perpendikulyar olan oxlar (X,Y.Z) istiqamətində hesablanır və yaxud ölçülür. Hər üç istiqamətdə alınan ən böyük səviyyə yolverilən səviyyə ilə müqayisə olunur.
Cədvəl 4
Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri
Sıra sayı
|
Otaqların təyinatı
|
Günün
vaxtı
|
Orta həndəsi tezlikli oktava zolaqlarında
(Hs) vibrasiya yerdəyişmələri,
S, m. 10-6
|
Düzəlişli vibrasiya yerdəyişmələri
S düz, m.10-6
|
|||||
2
|
4
|
6
|
16
|
31,5
|
63
|
||||
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
8
|
9
|
10
|
1
|
Mənzillərin yaşayış otaqları
|
Gündüz
Gecə
|
45
25
|
13
7,1
|
4
2,3
|
2
1,1
|
1
0,6
|
0,5
0,3
|
0,5
0,3
|
2
|
Ümumi yataqxananın yaşayış otaqları
|
Gündüz
Gecə
|
64
36
|
18
10
|
5,7
3,2
|
2,8
1,6
|
1,4
0,8
|
0,7
0,4
|
0,7
0,4
|
3
|
Mehmanxana nömrələri
|
Gündüz
Gecə
|
64
36
|
18
10
|
2,7
13,2
|
2,8
1,6
|
1,1
0,8
|
0,7
0,4
|
0,7
0,4
|
4
[17]
|
İstirahət evlərinin, pansionatların, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, məktəbəqədər təhsil müəssisələrinin və ümumtəhsil internat məktəblərinin yaşayış otaqları
[18]
|
Gündüz
|
45
|
13
|
4
|
2
|
1
|
0,5
|
0,5
|
5
[19]
|
Ofis otaqları, inzibati binalarda, elmi müəssisə və təşkilatlarda iş otaqları və kabinələr
|
Gündüz
Gecə
|
45
64
|
13
18
|
4
5,7
|
2
2,8
|
1
1,4
|
0,5
0,7
|
0,5
0,7
|
6
|
Xəstəxana və sanatoriyaların palataları
|
Gündüz
|
32
|
9
|
2,8
|
1,4
|
0,7
|
0,4
|
0,4
|
7
|
Xəstəxanaların əməliyyat otaqları
|
Gecə
|
18
|
5,1
|
1,6
|
0,8
|
0,4
|
0,2
|
0,2
|
8
|
Tibbi idarələrin həkimlər kabinəsi
|
|
18
|
5,1
|
1,6
|
0,8
|
0,4
|
0,2
|
0,2
|
9
[20]
|
Təhsil müəssisələrinin sinif otaqları, təhsil kabinələri, auditoriyaları, konfrans zalları, kitabxanaların qiraət zalları, klubların, kinoteatrların tamaşa zallarından ibarət binaları
|
|
45
|
13
|
4
|
2
|
1
|
0,5
|
0,5
|
10
|
Kafe, restoran, yeməkxanaların zalları, kinoteatr və teatr foyeləri
|
|
45
|
13
|
4
|
2
|
1
|
0,5
|
0,5
|
11
|
Mağazaların ticarət zalları, vağzal və aeroportların sərnişin zalları
|
|
64
|
18
|
5,7
|
2,8
|
1,4
|
0,7
|
0,7
|
Qeyd:
Vibrasiya yerdəyişmələrinin qiymətləri üç qarşılıqlı perpendikulyar olan oxlar (X,Y.Z) istiqamətində hər bir oktava zolağı üzrə hesablanır və yaxud ölçülür. Hər üç istiqamətdə alınan ən böyük səviyyə yolverilən səviyyə ilə müqayisələnir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)
2.
21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1357)
3.
14 avqust 2020-ci il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1036)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
14 avqust 2020-ci il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1036) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda Cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları”nın 3-cü hissəsində “Qocalar və əlillər üçün internat-evlərinin” sözləri “Ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin” sözləri ilə, 13-cü və 16-cı hissələrində ismin müvafiq hallarında “qocalar və əlillər üçün internat-evləri” sözləri ismin müvafiq hallarında “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri” sözləri ilə əvəz edilmişdir.
[2]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 3-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.
[3]
21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1357) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları”nın 4-cü hissəsində “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.
[4]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının “Sıra sayı” sütununda 7-17 rəqəmləri müvafiq olaraq 6-16 rəqəmləri ilə əvəz edilmişdir.
[5]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 8-ci bənddən “təhsil müəssisələrinin” sözləri çıxarılmışdır, “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.
[6]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 13-cü bənddə “uşaq idarələrinə, məktəblər və digər tədris” sözləri “, ümumi və digər təhsil” sözləri ilə əvəz edilmişdir.
[7]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normalarının 16-cı bənddə “uşaq idarələrinin, məktəblərin və digər tədris” sözləri “, ümumi və digər təhsil” sözləri ilə əvəz edilmişdir.
[8]
21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1357) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcililərinin yolverilən səviyyələri”nin adında “təcililərinin” sözü “təcillərinin” sözü ilə əvəz edilmişdir.
[9]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri”nin 4-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.
[10]
14 avqust 2020-ci il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1036) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda Cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri”nin 4-cü hissəsində “qocalar və əlillər üçün internat-evlərinin” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilmişdir.
[11]
21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1357) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcililərinin yolverilən səviyyələri”nin 5-ci hissədə “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.
[12]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri”nin 9-cu bənddə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.
[13]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 4-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.
[14]
14 avqust 2020-ci il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1036) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda Cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 4-cü hissəsində “qocalar və əlillər üçün internat-evlərinin” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilmişdir.
[15]
21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1357) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 5-ci hissəsində “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.
[16]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 9-cu bənddə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.
[17]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 4-cü bənddə “uşaq idarələrinin və” sözləri “təhsil müəssisələrinin və ümumtəhsil” sözləri ilə əvəz edilmişdir.
[18]
14 avqust 2020-ci il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, № 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, № 8, maddə 1036) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda Cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 4-cü hissəsində “qocalar və əlillər üçün internat-evlərinin” sözləri “ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin” sözləri ilə əvəz edilmişdir.
[19]
21 iyul 2017-ci il tarixli 1547 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 23 iyul 2017-ci il, № 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1357) ilə “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın Cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 5-ci hissəsində “konstruktor, layihə və elmi-tədqiqat təşkilatlarında” sözləri “, elmi müəssisə və təşkilatlarda” sözləri ilə əvəz edilmişdir.
[20]
15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 9-cu bənddə “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilmişdir.