AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
01.04.2002
QEYDİYYAT NÖMRƏSİ
55
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2002, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 199)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.04.2002
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
340.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 614 nömrəli Fərmanının 1-ci bəndinin 3-cü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişikliklər edilən bəzi qərarlarının Siyahısı" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının Siyahısı" təsdiq edilsin (əlavə olunur).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 1 aprel 2002-ci il
№ 55

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2002-ci il 1 aprel  tarixli, 55 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

dəyişikliklər edilən bəzi qərarlarının
SİYAHISI

 

1. “Avtomobil nəqliyyatı müəssisələrinin, sürücülərlə komplektləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il 24 iyun tarixli, 291 nömrəli qərarının 3-cü bəndi çıxarılsın.

2. "Böyük Vətən müharibəsi iştirakçılarının maddi-məişət şəraitlərinin daha da yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il 12 dekabr tarixli, 433 nömrəli qərarının 1-ci bölməsinin birinci bəndinin a) yarımbəndi çıxarılsın.

3. "Hərbi qulluqçular, hərbi vəzifəlilər, hərbi qulluqdan istefaya buraxılmış şəxslər və onların ailələri üçün güzəştlərə dair Əsasnamənin təsdiq edilməsi barəsində" SSRİ Nazirlər Sovetinin 1981-ci il 17 fevral tarixli, 193 nömrəli qərarı haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 6 mart tarixli, 115 nömrəli qərarı ilə qəbul edilmiş "SSRİ Nazirlər Sovetinin 1981-ci il 17 fevral tarixli, 193 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi qulluqçular, hərbi vəzifəlilər, hərbi qulluqdan istefaya buraxılmış şəxslər və onların ailələri üçün güzəştlərə dair Əsasnamə"nin 24, 25, 26, 31, 32, 33-cü bəndləri, 34-cü bəndinin üçüncü abzası, 36, 53, 56, 58-62-ci bəndləri çıxarılsın.

4. "SSRİ Nazirlər Sovetinin 1981-ci il 23 fevral tarixli, 209 nömrəli qərarı ilə təsdiq olunmuş, Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 17 mart tarixli, 130 nömrəli qərarına əlavə edilmiş "Vətən müharibəsi əlilləri və həlak olan hərbi qulluqçuların ailələri üçün güzəştlər haqqında Əsasnamə"nin 1-ci bəndi, 4-cü bəndinin 3-cü və 4-cü abzasları, 7, 8, 9, 10, 11, 13, 14, 17 və 18-ci bəndləri çıxarılsın.

5. Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 8 fevral tarixli, 66-7 nömrəli qərarının 1-ci bəndinin b) və v) yarımbəndləri çıxarılsın.

6. "Böyük Vətən müharibəsi iştirakçılarının və həlak olmuş hərbi qulluqçuların ailələrinin maddi-məişət şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1984-cü il 26 iyul tarixli, 812 nömrəli qərarı barəsində" Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 18 sentyabr tarixli, 372 nömrəli qərarının 9,10 və 11-ci bəndləri çıxarılsın.

7. "Sovet İttifaqı Qəhrəmanlarının və Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin maddi-məişət şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1984-cü il 26 iyul tarixli, 813 nömrəli qərarı barəsində" Azərbaycan KP MK və Azərbaycan Respublikası Nazirlər Sovetinin 1984-cü il 18 sentyabr tarixli, 373 nömrəli qərarının 4-cü bəndi çıxarılsın.

8. Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 18 sentyabr tarixli, 374 nömrəli qərarı ilə təsdiq edilmiş "SSRİ Nazirlər Sovetinin 1984-cü il 26 iyul tarixli, 814 nömrəli qərarı ilə təsdiq edilmiş "SSRİ Hökumətinin qərarlarına keçirilən dəyişikliklər"in 1-ci bəndi çıxarılsın.

9. "Böyük Vətən müharibəsi iştirakçılarına əlavə güzəştlər haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 24 yanvar tarixli, 31 nömrəli qərarından "Böyük Vətən müharibəsi əlilləri üçün isə həmçinin belə telefonların pulsuz quraşdırılması" sözləri çıxarılsın.

10. "Böyük vətən müharibəsi iştirakçıları üçün müəyyən edilmiş güzəştlərin Leninqrad şəhərinin mühasirədə olduğu müddətdə şəhərin müəssisə, idarə və təşkilatlarında çalışmış və "Leninqradın müdafiəsi uğrunda" medalı ilə təltif edilmiş vətəndaşlara şamil edilməsi haqqında" Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 7 iyun tarixli, 191 nömrəli qərarının 1-ci bəndindən "Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 18 sentyabr tarixli, 372 nömrəli qərarının 9-cu bəndi ilə rəsmiləşdirilmiş" sözləri çıxarılsın.

11. "Aztəminatlı pensiyaçıların və ailələrin maddi rifahını yaxşılaşdırmaq, tək qoca vətəndaşlara qayğını gücləndirmək sahəsində birinci növbəli tədbirlər haqqında" Azərbaycan KP MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və AHİŞ-in 1985-ci il 18 iyun tarixli, 208 nömrəli qərarının 1-ci bölməsinin 3-cü bəndi çıxarılsın.

12. Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 23 dekabr tarixli, 407 nömrəli qərarı ilə təsdiq edilmiş "SSRİ Nazirlər Sovetinin 1985-ci il 9 dekabr tarixli, 1213 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi qulluqçuların pensiya təminatına və güzəştlərinə dəyişikliklər"in 1-ci bəndi çıxarılsın.

13. Müharibə və əmək veteranlarının həyat səviyyəsini yaxşılaşdırmaq sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin və AHİŞ-in 1988-ci il 7 iyul tarixli, 220 nömrəli qərarının 1-ci bölməsinin 10-cu bəndindən "ölkə sanatoriyalarına putyovka və kursovka əldə edərkən, həmçinin həmkarların mədəniyyət evləri və saraylarının göstərdiyi xidmətlər üçün onlara güzəştlər verilməsi" sözləri və 2-ci bölməsinin 2-ci bəndi və 4-cü bəndinin üçüncü abzası çıxarılsın.

14. "Əfqanıstan Respublikasında beynəlmiləl borcunu yerinə yetirmiş şəxslərin və onların ailələrinin sosial-məişət şəraitini gələcəkdə yaxşılaşdırmaq tədbirləri haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 6 may tarixli, 203 nömrəli qərarının 6-cı bəndi, 7-ci bəndinin üçüncü abzası, 8-ci bəndi, 9-cu bəndinin ikinci abzası, 11-ci bəndinin ikinci abzası və 13-cu bəndi çıxarılsın.

15. "Faşist həbs düşərgələrinin keçmiş həddi-buluğa çatmamış əsirlərinə güzəştlər verilməsi haqqında" SSRİ Nazirlər Sovetinin 1989-cu il 6 oktyabr tarixli, 825 nömrəli qərarı barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 30 oktyabr tarixli, 431 nömrəli qərarının 1-ci bölməsinin 1-ci bəndinin birinci abzası çıxarılsın.

16. "Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırılması işlərində iştirak etmiş şəxslərə tibbi xidməti və onların sosial təminatını yaxşılaşdırmaq tədbirləri haqqında" Azərbaycan SSR Nazirlər Soveti və AHİŞ-in 1990-cı il 29 may tarixli, 225 nömrəli qərarının 6-cı bəndi çıxarılsın.

17. "Çernobıl AES-də 30 kilometrlik zona (köçürmə zonası) daxilində qəza nəticəsini aradan qaldırmaq işində iştirak etmiş şəxslərə bəzi əlavə güzəştlər haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 20 dekabr tarixli, 577 nömrəli qərarının 2-ci bəndi çıxarılsın.

18. "Çernobıl AES-də 30 kilometrlik zona (köçürmə zonası) daxilində qəza nəticələrini aradan qaldırmaq işində iştirak etmiş şəxslərin bir sıra tibbi-sosial təminatının yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 27 iyun tarixli, 185 nömrəli qərarının 9, 10 və 15-ci bəndləri çıxarılsın.

19. "Hərbi qulluqçuların və Qarabağın yaşayış məntəqələrinin Ermənistan Respublikası ilə həmsərhəd rayonların erməni silahlı birləşmələrindən könüllü müdafiəçilərinin ailələrinin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 mart tarixli, 131 nömrəli qərarının 8-ci və 9-öu bəndləri çıxarılsın.

20. "Mətbuat orqanlarına və işçilərinə güzəştlər haqqında" Azərbaycan Respublikası Milli Məclisinin qərarını həyata keçirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 9 sentyabr tarixli, 492 nömrəli qərarının 4-cü bəndi çıxarılsın.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları"nın 3.2.10., 3.2.11., 3.2.12., 3.2.13. və 3.2.14.-cü bəndləri çıxarılsın.

22. "Azərbaycan Respublikası hökumətinin qərarlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvəsini itirmiş hesab edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 fevral tarixli, 70 nömrəli qərarının 3-cü bəndinin altıncı və yeddinci abzasları çıxarılsın.

23. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununu icra edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 16 fevral tarixli, 32 nömrəli qərarının 3-cü bəndi, 4-cü bəndinin ikinci abzası, 5 və 7-ci bəndləri çıxarılsın.

24. "Azərbaycan Respublikasında peşə təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli, 116 nömrəli qərarının 7-ci bəndində "Əmək və Əhalinin məşğulluğuna Kömək Fondu" sözləri "Dövlət Sosial Müdafiə Fonduna" sözləri "Dövlət Sosial Müdafiə Fonduna" sözləri ilə əvəz edilsin.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 5 may tarixli, 106 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət reabilitasiya müəssisəsi haqqında nümunəvi Əsasnamə"nin 7.4-cü bəndinin 2-ci abzasında "Əlillərin Sosial Müdafiəsi Fondundan" sözləri "Dövlət Sosial Müdafiə Fondundan" sözləri ilə əvəz edilsin. [1]

26. "İşsizlik müavinətinin minimum məbləğinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 30 oktyabr tarixli, 173 nömrəli qərarının 2-ci bəndi çıxarılsın.

 

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin

2002-ci il 1 aprel  tarixli, 55 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

qüvvədən düşmüş hesab edilən bəzi qərarlarının
SİYAHISI

 

1. "Əlil-korlara nəqliyyatdan istifadə etdikdə əlavə güzəştlər verilməsi haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 21 fevral tarixli, 82 nömrəli qərarı;

2. "Müttəfiq, muxtar respublika Ali Sovetləri və yerli Zəhmətkeş Deputatları Sovetləri deputatlarının dəmiryol, avtomobil nəqliyyatından və nəqliyyatın başqa növlərindən pulsuz istifadə etməsi qaydası və şərtləri haqqında, bununla əlaqədar xərclərin nəqliyyat təşkilatlarına ödənilməsi qaydası barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 6 fevral tarixli, 53 nömrəli qərarı;

3. "Fərdi pensiyaçılar üçün pensiyaların maksimum miqdarı və əlavə güzəştlər haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1977-ci il 15 sentyabr tarixli, 339 nömrəli qərarı;

4. "Böyük Vətən müharibəsi iştirakçıları və həlak olmuş hərbi qulluqçuların ailələri üçün əlavə güzəştlər haqqında" SSRİ Nazirlər Sovetinin 1986-cı il 18 sentyabr tarixli, 1121 nömrəli qərarı barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1986-cı il 29 sentyabr tarixli, 309 nömrəli qərarı;

5. "Vətən müharibəsi əlillərinin nəqliyyat xidmətlərinin gələcəkdə yaxşılaşdırılması haqqında" SSRİ Nazirlər Sovetinin 1988-ci il 8 aprel tarixli, 437 nömrəli qərarı barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 26 aprel tarixli, 141 nömrəli qərarı;

6. "Sovet Ordusunun və Hərbi-Dəniz Donanmasının istefaya və ya ehtiyata buraxılmış zabit heyətindən olan şəxslərinə və onların ailə üzvlərinə, fəhlə və qulluqçularına SSRİ Müdafiə Nazirliyinin turist bazalarına istirahət üçün putyovkalar verildikdə onlara verilən güzəştlər haqqında" SSRİ Nazirlər Sovetinin 1988-ci il 20 avqust tarixli, 921 nömrəli qərarı barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 20 avqust tarixli, 283 nömrəli qərarı;

7. "Böyük Vətən müharibəsi iştirakçılarına ictimai nəqliyyatda gediş haqqında edilən güzəştlər haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 4 may tarixli, 196 nömrəli qərarı;

8. "Böyük Vətən müharibəsi əlillərinə əlavə güzəştlər haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 28 avqust tarixli, 354 nömrəli qərarı;

9. "Bəzi kateqoriyalara mənsub vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq sahəsində əlavə tədbirlər haqqında" SSRİ Nazirlər Sovetinin 1989-cu il 21 dekabr tarixli, 1118 nömrəli qərarı barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 5 yanvar tarixli, 4 nömrəli qərarı;

10. "30-40-cı illər ərzində və 50-ci illərin əvvəllərində qanunsuz reabilitasiyalardan ziyan çəkmiş, reabilitasiya olmuş vətəndaşların ictimai nəqliyyatda gedişində güzəştlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 5 iyun tarixli, 160 nömrəli qərarı;

11. "Daimi yaşayış yerlərin məcburi tərk etmiş vətəndaşlara (qaçqınlara) güzəştlərin verilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 17 yanvar tarixli, 20 nömrəli qərarı;

12. "Çernobıl AES-dən savayı digər mülki və ya hərbi təyinatlı nüvə obyektlərində radiasiya qəzalarından və onların nəticələrinin zərər çəkmiş şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 29 oktyabr tarixli, 589 nömrəli qərarı;

13. "Təhsil haqqının ödənilməsindən azad edilmə haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli, 17 nömrəli qərarı;

14. "Təhsil haqqının ödənilməsindən azad edilmə haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli, 17 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 18 avqust tarixli, 171 nömrəli qərarı;

15. "Təhsil haqqının ödənilməsindən azad edilmə haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 mart tarixli, 17 nömrəli qərarına əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 1 aprel tarixli, 58 nömrəli qərarı;

16. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 29 iyun tarixli, 111 nömrəli qərarı.


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       6 avqust 2022-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 6 avqust 2022-ci il tarixli 287 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 8 avqust 2022-ci il, “Xalq” qəzeti, 10 avqust 2022-ci il, № 168) ilə 25-ci bənd ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status