AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
04.07.2008
QEYDİYYAT NÖMRƏSİ
792
ADI
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 09-07-2008, Nəşr nömrəsi: 148), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2008, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 610)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.07.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 7.7-ci maddəsində nəzərdə tutulmuş “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”ni təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 15.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş sərnişin və yük daşımaları üçün avtonəqliyyat vasitəsinə lisenziya kartı verilərkən, habelə lisenziya kartı verildikdən sonra rübdə bir dəfə həmin avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğunun yoxlanılması və həmin yoxlamanın aparılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nı və “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nı təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 21.7-ci maddəsində nəzərdə tutulmuş avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 26.3-cü maddəsində nəzərdə tutulmuş avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi qaydasını, habelə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələrini və ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.10. bu Fərmanın 3-cü bəndi ilə yaradılan Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Əsasnaməsinin layihəsini, habelə strukturu və işçilərin say həddinə və fəaliyyətinin maliyyələşdirilməsi və təminatı ilə bağlı məsələlərə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.11. Azərbaycan Respublikasında avtomobil nəqliyyatı sisteminin inkişafına dair Tədbirlər Planının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.12. öz səlahiyyətləri daxilində “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci, 21.1-ci, 26.4-cü maddələrində, 27.3-cü maddəsinin dördüncü cümləsində və 59-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [1]

2.1-1. həmin Qanunun 7.7-ci, 9.2-ci, 14.1-1.1-ci və 14.1-1.4-cü maddələrində, 15.5-ci maddəsinin ikinci cümləsində, 18-ci, 21.7-ci, 21-1.4-cü, 26.3-cü maddələrində, 27.3-cü maddəsinin birinci cümləsində, 48.2-ci maddəsində, 50.5-ci maddəsinin birinci, ikinci və dördüncü cümlələrində və 50.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [2]

2.2. həmin Qanunun 1.0.9-1-ci, 3.2.1-ci, 6.5-ci və 7.5-ci maddələrində, 7.6-cı maddəsinin birinci və ikinci cümlələrində, 7-1.5-ci, 9.3-cü, 13.7-ci, 14.2.1-ci və 14.3-cü maddəsində, 15.5-ci maddəsinin birinci cümləsində, 15.7-ci maddəsinin birinci və ikinci cümlələrində, 21.1-ci, 27.3-cü maddəsinin üçüncü cümləsində, 48.1-ci, 50.2-ci, 50.3-cü, 50.5-ci (üçüncü cümləsində) və 59-cu maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir. [3]

2.2-1. həmin Qanunun 6.5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində avtovağzallara (avtostansiyalara), yeraltı keçidlərə, metro çıxışlarına və velosiped zolaqlarına münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur; [4]

2.2-2. həmin Qanunun 21.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyəti başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri nəzərdə tutulur; [5]

2.2-3. həmin Qanunun 27.3-cü maddəsinin dördüncü cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən şəxslərə və taksi minik avtomobillərinin sürücülərinə münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi nəzərdə tutulur; [6]

2.3. həmin Qanunun 50.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini beynəlxalq avtomobil daşımalarını yerinə yetirən xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinə sərhəddə “İcazə” blankları verildiyi hallarda Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, digər hallarda isə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir; [7]

2.4. həmin Qanunun 59-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətinin başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri nəzərdə tutulur; [8]

2.5. həmin Qanunun 7-1.6-cı maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir; [9]

2.6. həmin Qanunun 26.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, təhlükəli yüklərin daşınmasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri nəzərdə tutulur. [10]

3. Azərbaycan Respublikasında avtomobil nəqliyyatı sahəsində idarəetməni və dövlət nəzarət sistemini təkmilləşdirilmək məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən təsis edilmiş “Avtonəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti yaradılsın.

4. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, “Avtonəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 iyul 2008-ci il

                № 792

 

 

 


FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 oktyabr 2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 779)

2.       6 aprel 2016-cı il tarixli 856 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 7 aprel 2016-cı il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 661)

3.       23 iyun 2016-cı il tarixli 968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1064)

4.       30 noyabr 2016-cı il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1840)

5.       16 iyun 2017-ci il tarixli 1467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1083)

6.       27 dekabr 2018-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2018-ci il, № 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2600)

7.       8 may 2019-cu il tarixli 686 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 838)

8.       28 avqust 2019-cu il tarixli 826 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1408)

9.       13 may 2020-ci il tarixli 1019 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 544)

10.   11 yanvar 2021-ci il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 yanvar 2021-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 17)

11.   23 iyun 2021-ci il tarixli 1378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyun 2021-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 593)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 30 noyabr 2016-cı il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1840) ilə 2.1-ci bənddə “7.7-ci maddəsində” sözləri “7.7-ci, 9.2-ci,14.1-1.1-ci və 14.1-1.4-cü maddələrində” sözləri ilə əvəz edilmişdir, “21.7-ci,” sözlərindən sonra “21-1.4-cü,” sözləri əlavə edilmişdir.

 

16 iyun 2017-ci il tarixli 1467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1083) ilə 2.1-ci bənddə “26.3-cü və 48.2-ci maddələrində” sözləri “26.3-cü maddələrində, 27.3-cü maddəsinin birinci cümləsində və 48.2-ci maddəsində” sözləri ilə əvəz edilmişdir.

 

27 dekabr 2018-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2018-ci il, № 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2600) ilə 2.1-ci bənd yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

2.1. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 7.7-ci, 9.2-ci,14.1-1.1-ci və 14.1-1.4-cü maddələrində, 15.5-ci maddəsinin ikinci cümləsində, 18-ci, 21.7-ci, 21-1.4-cü, 26.3-cü maddələrində, 27.3-cü maddəsinin birinci cümləsində və 48.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

 

11 yanvar 2021-ci il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 yanvar 2021-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 17) ilə 2.1-ci bəndə “21.1-ci” sözlərindən sonra “, 26.4-cü” sözləri əlavə edilmişdir.

 

[2] 27 dekabr 2018-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2018-ci il, № 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2600) ilə yeni məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir.

 

28 avqust 2019-cu il tarixli 826 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1408) ilə 2.1-1-ci bənddə “və 48.2-ci maddəsində” sözləri “, 48.2-ci maddəsində, 50.5-ci maddəsinin birinci, ikinci və dördüncü cümlələrində və 50.6-cı maddəsində” sözləri ilə əvəz edilmişdir.

 

[3] 23 iyun 2016-cı il tarixli 968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1064) ilə 2.2-ci bənddən “, 6.5-ci” və “21.1-ci, ” sözləri çıxarılmışdır.

30 noyabr 2016-cı il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1840) ilə 2.2-ci bəndə “13.7-ci” sözlərindən əvvəl “7-1.5-ci, 9.3-cü,” sözləri əlavə edilmişdir.

16 iyun 2017-ci il tarixli 1467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132) , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1083 ilə 2.2-ci bənddə “27.3-cü” sözləri “27.3-cü maddəsinin üçüncü və dördüncü cümlələrində” sözləri ilə əvəz edilmişdir.

16 iyun 2017-ci il tarixli 1467 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 21 iyun 2017-ci il, № 132, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1083) ilə 2.2-ci, 2.2-1-ci, 2.2-2-ci, 2.3-cü və 2.4-cü bəndlərdə “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

8 may 2019-cu il tarixli 686 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 838) ilə 2.2-ci bənddə “və dördüncü cümlələrində” sözləri “cümləsində” sözü ilə əvəz edilmişdir.

 

28 avqust 2019-cu il tarixli 826 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 sentyabr 2019-cu il, № 191, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 8, maddə 1408) ilə 2.2-ci bəndə “Qanunun” sözündən sonra “1.0.9-1-ci,” sözləri və “50.5-ci” sözlərindən sonra “(üçüncü cümləsində)” sözləri əlavə edilmişdir.

 

[4] 23 iyun 2016-cı il tarixli 968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1064) ilə yeni məzmunda 2.2-1-ci, 2.2-2-ci və 2.2-3-cü bəndlər əlavə edilmişdir.

 

27 dekabr 2018-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2018-ci il, № 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2600) ilə 2.2-1-ci bənddə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “dayanacaq məntəqələrinə və avtomobil duracaqlarına, habelə yerüstü və yeraltı keçidlərə və xüsusi operativ nəqliyyat vasitələri üçün əlavə yollara” sözləri “yeraltı keçidlərə, metro çıxışlarına və velosiped zolaqlarına” sözləri ilə, “həyata keçirir” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilmişdir və həmin bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılmışdır.

 

[5] 27 dekabr 2018-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2018-ci il, № 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2600) ilə 2.2-2-ci və 2.2-3-cü bəndlərdə “nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini” sözləri “orqan (qurum)” dedikdə” sözləri ilə, “həyata keçirir” sözləri “nəzərdə tutulur” sözləri ilə əvəz edilmişdir və həmin bəndlərdən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılmışdır.

 

[6] 8 may 2019-cu il tarixli 686 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 838) ilə 2.2-3-cü bəndə “dedikdə” sözündən sonra “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,” sözləri əlavə edilmişdir.

13 may 2020-ci il tarixli 1019 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 14 may 2020-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 5, maddə 544) ilə 2.2-3-cü bəndinə “Bakı Nəqliyyat Agentliyi” sözlərindən sonra “, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlara münasibətdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi” sözləri əlavə edilmişdir.

 

[7] 28 oktyabr 2009-cu il tarixli 166 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti  29 oktyabr 2009-cu il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 779) ilə 2.2-ci bənddən “50.3-cü,” rəqəmi çıxarılmışdır və yeni məzmunda 2.3-cü bənd əlavə edilmişdir.

 

23 iyun 2021-ci il tarixli 1378 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyun 2021-ci il, № 130, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 593) ilə 2.3-cü bəndində ölkələrin sözü dövlətlərdə qeydiyyatda olan sözləri ilə əvəz edilmişdir.

 

[8] 6 aprel 2016-cı il tarixli 856 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 7 aprel 2016-cı il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 661) ilə 2.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.4-cü bənd əlavə edilmişdir.

 

23 iyun 2016-cı il tarixli 968 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 26 iyun 2016-cı il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 6, maddə 1064) ilə 2.4-cü bənddə “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində müntəzəm şəhərdaxili sərnişindaşımaya münasibətdə isə, müvafiq olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətinin başçıları yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma idarələri” sözləri ilə əvəz edilmişdir.

 

27 dekabr 2018-ci il tarixli 443 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 dekabr 2018-ci il, № 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2600) ilə 2.4-cü bənddə “müvafiq icra hakimiyyəti orqanı” sözləri “orqan (qurum)” sözləri ilə əvəz edilmişdir və həmin bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılmışdır.

 

[9] 30 noyabr 2016-cı il tarixli 1133 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 8 dekabr 2016-cı il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1840) ilə 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.5-ci bənd əlavə edilmişdir.

 

[10] 11 yanvar 2021-ci il tarixli 1247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 12 yanvar 2021-ci il, № 6, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, №1, maddə 17) ilə 2.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 2.6-cı bənd əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status