×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
10.07.2008
QEYDİYYAT NÖMRƏSİ
155
ADI
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin fəaliyyətinin tənzimlənməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2008, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 677)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.07.2008
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
140.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin xərclər smetası, işçilərinin say həddi və aylıq vəzifə maaşları haqqında

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin fəaliyyətinin tənzimlənməsi barədə [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin fəaliyyətinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 24 noyabr tarixli 595 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin Dzerjinski adına klubunun nəzdində yaradılmış musiqi məktəbinin fəaliyyəti Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində davam etdirilsin və onun maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına təmin edilsin.

2. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən orta musiqi məktəbinin tədris planı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının orta musiqi məktəbləri üçün müəyyən etdiyi tədris planına müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təsdiq edilsin. [2]

 3. Həmin orta musiqi məktəbində təhsil alan şagirdlərin sayının son həddi 150 (yüz əlli) nəfər müəyyən edilsin.

 4. Müəyyən edilsin ki, orta musiqi məktəbinin işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin mülki işçilərinin vəzifə maaşlarına uyğun olaraq təsdiq edilir və orta musiqi məktəbinin işçilərinin aylıq vəzifə maaşlarına əlavələr, eləcə də onlara maddi yardım və mükafat qanunvericiliyə əsasən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin mülki işçiləri üçün müəyyən olunmuş qaydaya uyğun olaraq ödənilir.

 5. “Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin Dzerjinski adına klubunun nəzdində orta musiqi məktəbinin təşkili haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 24 noyabr tarixli 595 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

 6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 10 iyul 2008-ci il

 № 155

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585)

2.       26 oktyabr 2020-ci il tarixli 419 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1307)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 22 sentyabr 2016-cı il tarixli 360 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr 2016-cı il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1585) ilə adında, preambulasında hər iki halda, 1-ci hissəsində, 2-ci və 4-cü hissələrində hər iki halda ismin müvafiq hallarında “Milli Təhlükəsizlik Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

[2] 26 oktyabr 2020-ci il tarixli 419 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 oktyabr 2020-ci il, № 224, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 10, maddə 1307) ilə 2-ci hissədən “və Turizm” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status