“Təsdiq edilmişdir”
|
“Təsdiq edilmişdir”
|
Azərbaycan Respublikasının
|
Azərbaycan Respublikası Milli Bankı
|
Prezidenti yanında Qiymətli
|
İdarə Heyətinin 2007-ci il 05 dekabr
|
Kağızlar üzrə Dövlət Komitəsi
|
tarixli qərarı ilə Protokol № 38
|
Əmr № 191
|
|
26 mart 2007-ci il
|
İdarə Heyətinin sədri
|
Sədr ___________________ G.Məmmədov
|
_____________________ Elman Rüstəmov
|
KREDİT TƏŞKİLATLARINDA VEKSELLƏRİN UÇOTUNUN APARILMASI QAYDALARI
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar "Köçürmə və sadə veksel haqqında Vahid Qanun barədə" 07.06.1930-cu il tarixli Cenevrə Konvensiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "Banklar
haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 02.02.2000-ci il tarixli "Azərbaycan
Respublikasında veksellərin dövriyyəsi haqqında Əsasnamə"sinə, Azərbaycan Respublikası
Milli Bankının (bundan sonra - Milli Bank) normativ xarakterli aktlarına uyğun olaraq hazırlanmışdır və kredit təşkilatları tərəfindən veksellərin uçotu qaydalarını müəyyən edir.
1.2. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.2.1. vekselin uçotu - ödəniş vaxtı çatana qədər vekselsaxlayan tərəfindən vekselin kredit təşkilatına verilməsi və onun müqabilində, veksel məbləğindən diskont məbləği çıxılmaqla, qalan məbləğin alınmasıdır;
1.2.2. diskont - vekselin uçotu zamanı kredit təşkilatı tərəfindən alınan komissiya məbləğidir. Diskont aşağıdakı düstura uyğun olaraq müəyyən edilir:
K*T*F
D = ------------------
360 x 100
Burada:
D~ diskontun məbləği;
K-Vekselin məbləği;
T- Vekselin uçotu günündən onun ödənilmə gününə (ödəniş günü nəzərə alınmır) qədər olan müddət;
F- Kredit təşkilatının uçot faizi.
1.2.3. vekseli uçot üçün təqdim etmiş şəxs - indossament üzrə sonuncu indossant və ya veksel saxlayandır;
1.2.4. kredit təşkilatı - bank və ya bank olmayan kredit təşkilatıdır.
1.3. Bu Qaydalarda veksel dövriyyəsinə aid istifadə edilən digər anlayışlar "Köçürmə və sadə veksel haqqında Vahid Qanun barədə" Cenevrə Konvensiyasında, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və 02.02.2000-ci il tarixli "Azərbaycan Respublikasında veksellərin dövriyyəsi haqqında Əsasnamə"də müəyyən edilmiş mənaları ifadə edir.
Kredit təşkilatı Milli Bank tərəfindən verilmiş lisenziyada veksellərin alqı-satqı əməliyyatlarının aparılması qadağan olunmadığı halda veksellərin uçotunu aparmaq hüququ əldə etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (bundan sonra - QKDK) qeydiyyatdan keçməlidir.
Kredit təşkilatları həyata keçirdiyi əməliyyatlar barədə bu Qaydalarla müəyyən edilmiş formada (Əlavə № 1) QKDK-ya hesabat dövründən sonra 10 gün müddətində rüblük və illik hesabat təqdim etməlidirlər. Milli Banka müvafiq hesabatlar prudensial hesabatlıq çərçivəsində təqdim edilir.
1.5. Veksellərin uçotunu aparmaq hüququ olan hər bir kredit təşkilatı onların uçotunu tənzimləyən daxili qaydalara malik olmalıdır. Kredit təşkilatları öz daxili qaydalarında qanunvericiliyə zidd olan müddəalar nəzərdə tuta bilməzlər.
1.6. Vekselin aksepti, təyin olunmuş ödəniş vaxtına görə vekselin etibarsızlığı, onun ödənişə təqdim edilməsi, ödənişdən imtinaya protest verilməsi, veksel üzrə indossamentin etibarsızlığı və veksel dövriyyəsi ilə bağlı bu Qaydalarla tənzimlənməyən digər məsələlər qanunvericiliklə tənzimlənir.
2. VEKSELLƏRİN UÇOTU ŞƏRTLƏRİ
2.1. Kredit təşkilatları qanunvericiliklə müəyyən edilmiş bütün rekvizitlərə tam uyğun olan sadə, köçürmə və xəzinə veksellərini (bundan sonra - veksel) uçota ala bilərlər.
2.2. Kredit təşkilatları aşağıdakı vekselləri uçota ala bilməzlər:
2.2.1. aksept olunmamış və ya qismən aksept olunmuş köçürmə veksellər, habelə aksept
barədə qeydin üstündən xətt çəkilmiş köçürmə veksellər;
2.2.2. ödəniş üçün təqdimetmə vaxtı keçmiş veksellər;
2.2.3. təyin edilmiş ödəniş vaxtına görə etibarsız olan veksellər;
2.2.4. bir neçə nüsxədə verilmiş veksellər, əgər onların bütün nüsxələrinin uçot üçün təqdim edilməsi mümkün deyilsə;
2.2.5. uçota təqdim edilənədək veksel üzrə indossamentlər blanklı (adsız) olduqda.
2.3. Kredit təşkilatları veksellərin uçotu əməliyyatlarından irəli gələn kredit risklərini tənzimləmək məqsədilə özlərinin daxili qaydalarında aşağıdakılarla məhdudlaşdırılmamaqla
risklərin tənzimlənməsi üçün veksellərin uçotunun əlavə şərtlərini müəyyən edə bilərlər:
2.3.1. vekseldə müəyyən sayda ardıcıl indossamentlərin olmasının və/və ya indossamentlərin fasiləsizliyinin zəruriliyi;
2.3.2. ödəyici və ya veksel üzrə öhdəlik daşıyan digər şəxs üçün üçüncü şəxs tərəfindən aval (veksel zaminliyi) verilməsi;
2.3.3. ödənişdən imtina üzrə protestin olmaması;
2.3.4. vekselverənin müəyyən dövr ərzində protest verilmiş veksellərinin olmaması;
2.3.5. vekselin ödəniş müddətinə onun ödəniş yerinə göndərilməsi üçün tələb olunan ağlabatan müddətdən qısa olmaması;
2.3.6. vekselin üzərində vekselverən tərəfindən "əmrinə verilməsin" və ya buna oxşar ("ancaq (şəxsə) ödənilsin") qeyd-şərtin və veksel üzrə sonrakı indossamenti qadağan edən qeyd-şərtin olmaması;
2.3.7. vekselin verilməsini şərtləndirən əqd barədə məlumatların təqdim edilməsi.
2.4. Bu Qaydaların 2.3.1-2.3.2-ci və 2.3.7-ci bəndlərində nəzərdə tutulan müddəalar xəzinə veksellərinə şamil edilmir.
2.5. Kredit təşkilatı uçot üçün ona təqdim edilmiş veksellərin hüquqi və iqtisadi cəhətdən etibarlılığını yoxlamalıdır.
2.6. Vekselin hüquqi etibarlılığını yoxlayarkən kredit təşkilatı vekselin qanunvericiliyin
tələblərinə uyğun tərtib olunduğunu, vekseli uçota almaq üçün təqdim edən şəxsin vekselin
qanuni sahibi olduğunu, vekselin dövlət qeydiyyatına alındığını və bu Qaydalarda nəzərdə tutulmuş digər şərtlərə uyğun olduğunu müəyyən etməlidir.
2.7. Vekselin iqtisadi etibarlılığını yoxlayarkən kredit təşkilatı veksel üzrə ödəyicinin, indossantların, avalçı və vekselverənin (veksel üzrə borcluların) ödəniş qabiliyyətinin olmasını
müəyyən etməlidir. Kredit təşkilatının daxili qaydalarında bu məqsədlə auditdən keçmiş maliyyə hesabatlarının və/və ya vergi orqanlarına verilən hesabatların, maliyyə vəziyyəti haqqında bank arayışının və digər sənədlərin təqdim edilməsi nəzərdə tutula bilər.
3. VEKSELLƏRİN UÇOTU
3.1. Vekseli uçot üçün təqdim edən şəxs onu uçota almaq məqsədilə kredit təşkilatına müraciət edərkən ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:
3.1.1. Vekselin əsli (əlavə vərəq (allonj) olduqda, onunla birlikdə), əgər vekselin əslində onun surəti çıxarılanadək edilmiş sonuncu indossamentdən sonra yalnız surətdəki indossamentin etibarlı olması barədə qeyd şərt varsa, vekselin surəti;
3.1.2. vekseli uçot üçün təqdim etmiş şəxsin eyniləşdirilmə sənədləri (hüquqi şəxsin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi, vətəndaşın şəxsiyyət vəsiqəsi və s.);
3.1.3. aval (veksel zaminliyi tələb olunduqda və ayrıca vərəqdə verildikdə);
3.1.4. kredit təşkilatının veksellərin uçotu əməliyyatlarını tənzimləyən daxili qaydalarında nəzərdə tutulmuş digər sənədlər.
3.2. Kredit təşkilatı uçot üçün qəbul olunmuş veksellərə görə vekseli təqdim edən şəxsə vekselin qəbul edilməsini təsdiq edən qəbz verir və təqdim edilmiş vekseli xüsusi reyestrdə qeydə alır. Veksel uçota alındıqda və ya uçota alınmaqdan imtina edildikdə xüsusi reyestrdə müvafiq qeydlər edilməlidir.
3.3. Veksellər uçota alınmaq üçün blanklı (icranın həyata keçirilməli olduğu şəxs
göstərilmədən) indossament vasitəsilə verilir. Veksellər uçota qəbul olunduqdan sonra kredit
təşkilatı tərəfindən blanklı indossamentin üzərində "_______________"əmrinə ödənilsin" yazılışı
kredit təşkilatının adı
aparılır və vekselin üzərinə "uçota alınmışdır" ştampı vurulur.
3.4. Bu Qaydaların 2.5-2.7-ci bəndlərində nəzərdə tutulmuş qaydada veksellərin hüquqi və iqtisadi etibarlılığı yoxlanıldıqdan sonra vekselin uçotu barədə qərar qəbul edilə bilər. Qərar
qəbul edilməsi səlahiyyəti veksel məbləğinə bərabər məbləğdə kredit verilməsi səlahiyyətinə
malik kredit təşkilatının müvafiq təşkilati strukturuna və ya vəzifəli şəxsinə məxsusdur.
3.5. Vekselin uçotu barədə qərar qəbul edildikdə kredit təşkilatı vekseli uçot üçün təqdim etmiş şəxslə vekselin alqı-satqısı barədə müqavilə bağlayır və müvafiq diskont məbləğini çıxaraq veksel məbləğini ona ödəyir.
3.6. Kredit təşkilatı uçota aldığı hər bir veksel üzrə ayrıca sənədlər toplusu (veksel qovluğu) tərtib etməli və vekseli müşayiət edən bütün sənədləri həmin sənədlər toplusuna tikməlidir.
4. UÇOTA ALINMIŞ VEKSELLƏRLƏ ƏMƏLİYYATLAR
4.1. Kredit təşkilatları uçota aldığı veksellərə aşağıdakı əməliyyatları həyata keçirə bilərlər:
4.1.1. qanunvericiliyə müvafiq qaydada vekseli yenidən uçot üçün təqdim etmək;
4.1.2. veksel vasitəsilə öz kreditorları ilə hesablaşmaq;
4.1.3. vekseli özgəninkiləşdirmək;
4.1.4. vekseli girov qoymaq;
4.1.5. qanunvericiliklə qadağan edilməyən digər əməliyyatlar.
5. PRUDENSİAL TƏLƏBLƏR
5.1. Veksellərin uçotu əməliyyatları bank kreditləri üzrə risklərin tənzimlənməsinə dair Milli Bankın müəyyən etdiyi prudensial normativlərə (tələblərə) uyğun olmalı və kredit təşkilatları bu normativlərin (tələblərin) pozulmasına yol verməməlidirlər.
5.2. Kredit təşkilatları veksellərin uçotu əməliyyatlarından dəyə biləcək mümkün zərərlər üzrə Milli Bankın müvafiq normativ xarakterli aktlarına uyğun olaraq xüsusi ehtiyatlar yaratmalıdırlar.
6. YEKUN MÜDDƏALAR
6.1. Bu Qaydalar təsdiq olunduğu gündən qüvvəyə minir.
6.2. Bu Qaydalar qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası Prezidenti yanında
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilmiş 02.02.2000-ci il tarixli
"Azərbaycan Respublikasında veksellərin dövriyyəsi haqqında Əsasnamə"nin 16.2-ci və 16.5-ci
bəndləri kredit təşkilatları tərəfindən aparılan veksellərin uçotu üzrə əməliyyatlarına şamil
edilmir.
"Kredit təşkilatlarında veksellərin uçotunun
aparılması Qaydaları"na Əlavə № 1
UÇOT TƏŞKİLATLARI TƏRƏFİNDƏN VEKSELLƏRİN UÇOTU İLƏ BAĞLI HƏYATA KEÇİRİLƏN ƏMƏLİYYATLARIN __________________ -ci il ÜZRƏ RÜBLÜK (İLLİK) HESABATI
Uçot təşkilatının tam adı, hüquqi ünvanı, bank rekvizitləri və VÖEN
____________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
Sıra nömrəsi
|
Dövr
|
Uçota alınmış veksellərin ümumi sayı
|
Veksellərin ümumi məbləği (valyuta ilə birlikdə)
|
Veksellərin blankının seriyası, nömrəsi, eləcə də dövlət qeydiyyatına alınması tarixi, qeydiyyat nömrəsi
|
Veksellər arasında zədələnən, itirilən, xarab olan veksellərin sayı
|
Veksellər arasında ödənilən veksellərin sayı
|
1.
|
|
|
|
|
|
|
2.
|
|
|
|
|
|
|
3.
|
|
|
|
|
|
|
4.
|
|
|
|
|
|
|
5.
|
|
|
|
|
|
|
İdarə Heyətinin Sədri ___________________ ___________________
(S.A.A.) (imza)
Baş mühasib ___________________ ___________________
(S.A.A.) (imza)