"Təsdiq edilmişdir"
|
Azərbaycan Respublikasının Prezidenti
|
yanında Qiymətli Kağızlar üzrə
|
Dövlət Komitəsi
|
079 №-li Əmr
|
"10" iyul 2007-ci il
|
Sədr _________________________ G. Məmmədov
|
“İnvestisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması və ləğv edilməsi Qaydaları”na əlavə və dəyişikliklər
1. Qaydaların 2.3.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:
“2.3.3 QKDK tərəfindən qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlərin (həmin qeydlər bu Qaydaların 2.3.2.-ci yarımbəndində göstərilən müraciətin QKDK-ya daxil olduğu tarixdən etibarən 10 (on) iş günü ərzində aparılmalıdır) edildiyi gündən etibarən 7 (yeddi) iş günü müddətində qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi haqqında məlumatın kütləvi informasiya vasitələrində dərc edilməsi.”
2. Qaydaların 3.4-cü bəndinin 4-cü cümləsi aşağıdakı redaksiyada verilsin:
"Akt depozitarın və emitentin vəzifəli şəxsləri tərəfindən imzalanmalıdır və depozitarın möhürü ilə təsdiq olunmalıdır."
3. Qaydaların 3.6-cı bəndinin 4-cü cümləsi aşağıdakı redaksiyada verilsin:
“Akt reyestrsaxlayıcının və emitentin vəzifəli şəxsləri tərəfindən imzalanmalı və reyestrsaxlayıcının möhürü ilə təsdiqlənməlidir.”
4. Bu əlavə və dəyişikliklər təsdiq edildiyi tarixdən qüvvəyə minir.