×
E-QANUN
FREE
OPEN
AKTIN NÖVÜ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
10.08.2007
QEYDİYYAT NÖMRƏSİ
12-2
ADI
“Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na (hissə 75) əlavə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikası Normativ Aktlarının Bülleteni (Dərc olunma tarixi: 31-08-2007, Nəşr nömrəsi: 07-08)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
3360
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Dövlət qeydiyyatına alınmışdır”

“Dövlət qeydiyyatına alınmışdır”

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Əmək və Əhalinin Sosial

Qeydiyyat № 3360

Müdafiəsi Nazirliyi

31 avqust 2007-ci il

Kollegiyasının

 

10 avqust 2007-ci il tarixli

 

12-2  №-li qərarı ilə

Nazir müavini _______ Toğrul Musayev

Nazir ______________ Fizuli Ələkbərov

 

“Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na (hissə 75) əlavə [1]

 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 57-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın (hissə 75) “Təhsil, təlim-tərbiyə sahəsində qulluqçu vəzifələrinin adı və dərəcə diapazonu” cədvəlinin “Vəzifələr” qrafasının XVII bölməsində “Müəllim-defektoloq (müəllim-loqoped, loqoped)” vəzifəsindən sonra “Müəllim köməkçisi” vəzifəsi, cədvəlin “Dərəcələr diapazonu” qrafasında isə bu vəzifəyə uyğun olaraq “7- 13” rəqəmləri, Kitabçanın “Tarif-ixtisas xüsusiyyətləri” hissəsinin XVII bölməsində “Müəllim-defektoloq (müəllim-loqoped, loqoped)” vəzifəsinin tarif-ixtisas xüsusiyyətlərindən sonra aşağıdakı redaksiyada “Müəllim-köməkçisi” başlığı altında, bu vəzifənin tarif-ixtisas xüsusiyyətləri əlavə edilsin:

 

Müəllim köməkçisi

 

Əmək funksiyası. Müəllim köməkçisi sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) üzrə qanunvericilik aktlarında, uşaq hüquqları ilə bağlı normativ-hüquqi aktlarda, habelə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı qəbul olunmuş qərarlarda nəzərdə tutulan aidiyyəti məsələlərlə məşğul olur.

İnkluziv təhsil həyata keçirilən siniflərdə sağlamlıq imkanları məhdud uşaqların fərdi inkişaf, plan və fənn proqramlarına uyğun olaraq onların təlim-tərbiyəsini təşkil edir. Sağlamlıq imkanları məhdud uşaqların inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsi, müvafiq təlim-tərbiyə işlərinin aparılması üçün məktəbin psixoloqu və müəllim-defektoloqu ilə məsləhətləşmələr aparır. Şagirdlərin valideynlərinə və yaxud himayəsində olduqları qanuni nümayəndələrinə onların əqli və fiziki inkişafında müşahidə olunan yeniliklər barədə vaxtaşırı məlumat verir. Sağlamlıq imkanları məhdud uşaqların qabiliyyət və imkanlarına uyğun peşə və ya ixtisasın seçilməsi üçün istiqamətlər müəyyənləşdirir.

Bilməlidir: pedaqogikanı; psixologiyanı; fizioloji inkişafı; məktəb gigiyenasını; fənn tədris metodikasını; tərbiyə işlərinin metodikasını; informatikanı; təlim-tərbiyənin təşkili prinsiplərini; tədrisin təşkili məsələlərini; təhsillə bağlı qanunvericilik aktlarını; Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq normativ sənədlərini; təhlükəsizlik texnikası qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

7-ci dərəcə: orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

8-ci dərəcə: orta ixtisas təhsili, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas məktəbini fərqlənmə diplomu ilə bitirən;

9-cu dərəcə: ali təhsilli, əmək stajına tələb qoyulmadan və yaxud orta ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji stajı olan;

10-cu dərəcə: ali təhsilli, 3 ildən 8 ilədək pedaqoji stajı olan və ya ali məktəbi fərqlənmə diplomu ilə bitirən və yaxud orta ixtisas təhsili, 10 ildən 15 ilədək   pedaqoji stajı olan;

11-ci dərəcə: ali təhsilli, 8 ildən 13 ilədək pedaqoji stajı olan və yaxud orta ixtisas təhsili və 15 ildən çox pedaqoji stajı olan;

12-ci dərəcə: ali təhsilli, 13 ildən 18 ilədək pedaqoji stajı olan;

13-cü dərəcə: ali təhsilli, 18 ildən yuxarı  pedaqoji stajı olan."

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Qərarı ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status