310.000.000
320.000.000
280.000.000
300.000.000
220.000.000
Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Respublikanın təbii ehtiyatlarından səmərəli və kompleks istifadəni stimullaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Təbii ehtiyatlardan və obyektlərdən istifadəyə və çirkləndirici maddələrin təbii mühitə atılmasına görə 1992-ci il martın 1-dən Azərbaycan Respublikasında ödəmə tətbiq edilsin.
2. Təbii ehtiyatlara görə ödəmələr, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödənişlər alınmasının və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadənin əlavə olunan qaydaları təsdiq edilsin.
3. Ətraf mühitin çirklənməsinə görə ödəmələrin normativləri və ərazilərin ekoloji vəziyyəti və ekoloji əhəmiyyəti əmsalları təsdiq edilsin (əlavələr 3-7).
[1]
4. Müəyyən edilsin ki, təbii ehtiyatlardan istifadəyə görə ödəmələrin tətbiqi ilə bağlı yarana biləcək mənfi sosial nəticələrin qarşısını almaq məqsədilə aşağıdakılar ödəmələrdən azad olunurlar:
[2]
- kommunal təsərrüfat təşkilatları - dövlət büdcəsindən maliyyələşdirilən yaşayış məntəqələrinin və sosial, mədəni, məişət obyektlərini təmin etmək üçün yerüstü və yeraltı su mənbələrindən su götürərkən;
- aqrar-sənaye kompleksi obyektləri - suvarma üçün yerüstü təbii mənbələrindən su götürərkən.
5. Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi əlaqədar təşkilatların iştirakı ilə bitki, balıq ehtiyatlarından və dikər ehtiyatlardan istifadəyə görə ödəmələr normativlərinin hazırlanmasını 1992-ci ilin sonunadək təmin etsinlər.
6. Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsi ödəmə sisteminin tətbiqi ilə əlaqədar alınmış nəticələri 1992-ci il ərzində təhlil etsin və zərurət yarandıqda, ödəmə və tarif sistemini təkmilləşdirməyə dair təkliflərini hazırlasın və Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi ilə razılaşdıraraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.
Baş Nazir H.Həsənov
İşlər müdirinin müavini İ.Hacıyev
Bakı şəhəri, 3 mart 1992-ci il
№ 122
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 3 mart
tarixli 122 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə
QAYDALARI
1. Bu Qaydalar «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına, təbiəti mühafizə və təbii sərvətlərdən istifadənin tənzimlənməsi sahəsində direktiv qərarlara uyğun olaraq işlənib hazırlanmışdır.
2. Bu Qaydalar təbiətdən istifadənin pullu olmasının, ətraf mühitə zərərli maddələr atılması (axıdılması, yerləşdirilməsi) üçün iqtisadi tənzimləmə üsullarının əsas prinsiplərini müəyyən edir.
3. Bu Qaydalar Azərbaycan Respublikasının bütün ərazisində və Xəzər dənizi akvatoriyasının ona bitişik sahəsində tabeliyindən asılı olmayaraq bütün nazirliklər, birliklər, müəssisələr, dövlət, ictimai kooperativ və digər təşkilatlar, vətəndaşlar, xarici hüquqi və fiziki şəxslər, bütün müştərək müəssisələr tərəfindən tətbiq edilməlidir.
4. Təbii ehtiyatlardan istifadəyə və ətraf mühitə zərərli maddələrin atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə ödəmələr təbiətdən istifadə edənlərdən təbii ehtiyatların istifadəsinə razılıq verən müvafiq orqanlar tərəfindən alınır.
Müvafiq icazə olmadan təbii ehtiyatlar istifadə üçün cəlb edildikdə və ya təbii mühitə təsir göstərildikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə reqlamentləşdirilən iqtisadi tənbehlər tətbiq edilir.
5. Konkret təbiət istifadəçiləri üçün müvafiq müddətə təbii ehtiyatlardan istifadənin (onların çıxarılmasının), habelə çirkləndirici maddələrin ətraf mühitə atılmasının (axıdılmasının) və tullantılarının yerləşdirilməsinin yol verilən (müvəqqəti razılaşdırılan) həcmləri respublikanın xüsusi səlahiyyətli orqanlarının qoyduğu təbiətdən istifadə limitləri ilə müəyyənləşdirilir.
6. Çirkləndirici maddələrin atılmasına (axıdılmasına) görə ödəmələrə daxildir:
- çirkləndirici maddələrin müəyyən olunmuş limitlər (normativlər) çərçivəsində atılmasına (axıdılmasına) görə ödəmələr;
- çirkləndirici maddələrin müəyyən olunmuş limitlərdən (normativlərdən) artıq atılmasına (axıdılmasına) görə ödəmələr.
Müəyyən olunmuş limitdən (normativdən) çox çirkləndirici maddələrin atılması (axıdılması) nəzərdə tutulduğundan beş qat artığına ödənilir.
7. Ətraf mühitin çirklənməsinə görə ödəniş ərazilərin ekoloji vəziyyəti və ekoloji əhəmiyyəti nəzərə alınmaqla müəyyən edilir.
8. Təbiət istifadəçilərinin günahı üzündən baş verən qəza halları zamanı atmosferə, su obyektlərinə və relyefə atılan (axıdılan, yerləşdirilən) zərərli maddələrə görə, sənaye və məişət tullantılarının icazə verilməmiş ərazilərdə yerləşdirilməsi üçün normativ ödəmələrə nisbətən on dəfə artıq tarif müəyyən edilir. Çirkləndirici maddələrin miqdarı pozuntu baş verəndən ləğv olunan vaxtadək ölçü cihazları vasitəsilə müəyyənləşdirilir, yaxud təsdiq olunmuş metodikalar əsasında hesablama yolu ilə müəyyən edilir.
9. Bu Qaydaların 6 və 7-ci bəndlərindəki ödəmələrin tətbiqi müəssisələri (təşkilatları) və vətəndaşları aşağıdakılardan azad etmir;
- təbii ehtiyatların məqsədli (kompleks) istifadədən çıxmasına və ya onların keyfiyyətinin həmin müəssisələrin (təşkilatların) və vətəndaşların fəaliyyəti nəticəsində pisləşdiyinə görə kompensasiya ödəmələrindən;
- təbii çirklənmədən və digər zərərli təsirlərdən mühafizə tələblərinə riayət edilməsinin, təbii ehtiyatlardan səmərəsiz istifadə, istehsalatda ekoloji təhlükəsizlik qaydalarının, sanitar-gigiyena normalarının, müəssisələrdə işçilərin, əhalinin və istehsal edilən məhsul istehlakçısının sağlamlığını qorumaq tələblərinin pozulmasına görə dəyən zərəri ödəməkdən və həmin pozuntulara görə cərimələrdən.
Bu ödəmə, vergi və tənbehlərin hesablanması və tətbiqi qaydası respublika qanunvericiliyi ilə müəyyən edilir.
10. Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmə dərəcələri onların respublika üzrə hesablanmış orta norması və konkret təbii ehtiyatların kadastr qiymətləri əsasında Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən müəyyən edilir.
Kadastr qiymətləri olmadıqda həmin ödəmə dərəcələri təbii sərvətlərin keyfiyyətində, təbii məhsuldarlığında, yerləşməsində və istifadə şəraitində fərqlərin orta səviyyəsi nəzərə alınmaqla müəyyən edilir.
Təbii ehtiyatlardan istifadə hüququna görə ödəmələr vergi, icra haqqı şəklində və ya qanunvericiliklə nəzərdə tutulmuş başqa formalarda alına bilər.
11. Çirkləndirici maddələrin atılmasına görə ödəniş çirkləndirmə nəticəsində ətraf mühitə vurulan ziyanın kompensasiyasıdır və təbiət istifadəçilərinin sərəncamında qalan qazancdan (gəlirdən) ödənilir.
Təbii istifadəçilərin qazancı (gəliri) olmadıqda, habelə onlar zərərlə işlədikdə, təbii mühitin çirkləndirilməsinə görə ödəmələr təbiət istifadəçilərinin sərəncamında olan və üzərinə qüvvədə olan qanunvericiliyə əsasən tənbeh yönəldilə bilən bütün vəsait hesabına verir.
12. Təbii ehtiyatlardan istifadəyə görə ödəmələr aşağıdakı büdcə və fondlara daxil olur:
- yerli su mənbələrindən, yerli tikinti materiallardan istifadəyə görə ödəmələr - yerli büdcələrə;
[3]
- yuxarıda qeyd olunmamış su mənbələrindən və meşə ehtiyatlarından istifadəyə görə ödəmələr - respublika büdcəsinə;
- mineral ehtiyatlardan istifadəyə görə ödəmələr - respublika büdcəsinə;
- meşə ehtiyatlarından istifadəyə görə ödəmələr - «Meşələrin qorunub saxlanılması və təkrar istehsalı» Respublika Fonduna.
[4]
13. Təbii ehtiyatlardan istifadə hüququna görə alınan vəsaitdən ərazilərin sosial-iqtisadi inkişafı üçün istifadə edilir.
14. Hüquqi və fiziki şəxslər gəlirin bir hissəsini dönərli valyuta aldıqda, təbii ehtiyatlara və ətraf mühitə atılan tullantılara görə ödənişlərin müvafiq hissəsi onlardan valyutada tutulur.
15. Ayrı-ayrı təbiət istifadəçilərinin iqtisadi imkanları nəzərə alınaraq, ətraf mühitə çirkli maddələrin atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə ödənişlər müvəqqəti olaraq güzəştli qaydada müəyyən oluna bilər.
Həmin qayda təbiət istifadəçilərinin çirkləndirici maddələrin ətraf mühitə normadan yuxarı atılmasına (tullanmasına, yerləşdirilməsinə) görə ödəniş ödənilməsindən azad olunmasını, ödəmə miqdarının qismən azaldılmasını əhatə edir. Güzəştləri yerli xalq deputatları Soveti Dövləti Mühafizə Komitəsi orqanlarının və vergi müfəttişlərinin razılığı ilə, təbiət istifadəçiləri təbiəti mühafizə tələblərinə riayət etdikdə verirlər.
[5]
16. Təbiət istifadəçiləri yerli nəzarət orqanları ilə razılaşdırılmış təbiəti mühafizə tədbirlərini həyata keçirdikdə təbii mühitin məqbul səviyyədə çox çirklənməsinə görə ödəmə çirkləndirici maddələrin normativ üzrə tullanması (atılması, tullantıların yerləşdirilməsi) üçün tarif əsasında müəyyənləşdirilir.
17. Təbii mühitə atılan (axıdılan, yerləşdirilən) normaya uyğun və normadan yuxarı çirkləndirici maddələrə görə ödəmələr təbiəti mühafizə ehtiyat fonduna yönəldilir və ondan fond haqqında əsasnaməyə uyğun surətdə istifadə edilir.
Təbiət istifadəçiləri vəsaiti atılan çirkləndirici maddələrin gözlənilən və ya faktik kütləsi nəzərə alınmaqla yerli təbiəti mühafizə orqanlarının müəyyən etdiyi vaxtda ilin hər rübündə hesaba keçirirlər.
Ödəmə vəsaitlərini vaxtında keçirməyənlərdən hər gecikdirilən gün üçün ödənişin 0,1 faizi miqdarında qədər cərimə tutulur.
Təbiət istifadəçiləri ödəmələri verməkdən boyun qaçırdıqda, təbiəti mühafizəyə nəzarət edən yerli orqanların ixtiyarı var ki, arbitraj məhkəməsi və ya xalq məhkəməsi vasitəsilə müvafiq məbləği və penyanı məcburi qaydada almağı tələb etsinlər.
18. Çirkabları kommunal kanalizasiya sistemləri vasitəsi ilə axıdan müəssisə və təşkilatlardan alınan ödəmələr su kəməri-kanalizasiya təsərrüfatı müəssisələrinin hesabına keçirilir və şəhərə su verilməsi işlərində istifadə olunan texnika və texnologiyanın təkmilləşməsinə sərf olunur.
19. Çirkləndirici maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə və s.) görə ödəmələr təbiət istifadəçilərinin ətraf mühitin qorunması ilə bağlı tədbirləri yerinə yetirməkdən, təbii ehtiyatlardan səmərəli istifadə etməkdən və təbiəti mühafizə qanunvericiliyi aktlarına riayət etməkdən azad etmir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 3 mart
tarixli 122 nömrəli qərarına
1 nömrəli əlavə
[6]
Yerüstü su ehtiyatlarından istifadəyə görə ödəmə
NORMATİVLƏRİ
[7]
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Qeyd: Hər su obyekti və ya onun sahələri üçün suyun keyfiyyəti kateqoriyası «Azərhidroment» komitəsinin təsnifatına əsasən müəyyən olunur.
İşlər müdirinin müavini İ.Hacıyev
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 3 mart
tarixli 122 nömrəli qərarına
2 nömrəli əlavə
Yeraltı su ehtiyatlarından istifadəyə görə ödəmə
NORMATİVLƏRİ
|
|
|
|
|
|
İşlər müdirinin müavini İ.Hacıyev
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 3 mart
tarixli 122 nömrəli qərarına
3 nömrəli əlavə
Təbii su obyektlərinə çirkab sularının axıdılmasına görə ödəmə
NORMATİVLƏRİ
Təbii su obyektinə çirkabların axıdılmasına görə ödəmələrin normativi bütün çirkləndirici komponentlərin miqdarı yol verilən qatılıq həddindən çox olmayan hala kimi durulaşdırmaq üçün lazım olan həmin təbii obyektdəki suyun miqdarı ilə müəyyən olunur. Həmin hesabdan:
Kür çayı üçün
|
16 qəp/kub.m.
|
Digər çaylar və Xəzər dənizi üçün
|
12 qəp/kub.m.
|
İşlər müdirinin müavini İ.Hacıyev
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 3 mart
tarixli 122 nömrəli qərarına
4 nömrəli əlavə
Atmosfer havasına çirkləndirici maddələrin atılmasına görə ödəmə
NORMATİVLƏRİ
Sıra
№-si
|
Çirkləndirici maddələrin adları
|
1 t çirkləndirici maddələrin atılmasına görə ödəmə normativi
|
1
|
2
|
3
|
1.
|
Azot 4-oksid
|
328,8
|
2.
|
Azot oksidi
|
268,3
|
3.
|
Akrilonitril
|
303,6
|
4.
|
Alminium oksidi
|
135
|
5.
|
Ammonyak
|
37,1
|
6.
|
Ammonyaklı selitra
|
27,2
|
7.
|
Malein anhidridi (buxar, aerozol)
|
332,6
|
8.
|
Kükürd anhidridi (kükürd 4-oksid)
|
132
|
9.
|
Sirkə anhidridi
|
192
|
10.
|
Fital anhidridi (buxar, aerozol)
|
235,2
|
11.
|
Aseton
|
17,8
|
12.
|
Asetaldehid (sirkə aldehidi)
|
332,8
|
13.
|
ZVK (zülallı- vitaminli konsentrat)-nın zülal tozu
|
7736,1
|
14.
|
Benzapiren-3,4
|
101.105
|
15.
|
Benzol
|
105,2
|
16.
|
Butadein-1,3
|
7,4
|
17.
|
Brom
|
166,3
|
18.
|
Benzil-xlorid
|
1487,2
|
19.
|
Vanadium 5-oksid
|
9800
|
20.
|
Vinil asetat
|
60,7
|
21.
|
Vinilxlorid
|
10516,3
|
22.
|
Hidrogen-bromid (HB)
|
277,1
|
23.
|
Hidrogen-florid (HF)
|
7838,4
|
24.
|
Hidrogen-xlorid (HCL)
|
124
|
25.
|
Hidrogen-sianid (HCN)
|
2256
|
26.
|
Dioksan
|
281,1
|
27.
|
Dimetilamin
|
1051,6
|
28.
|
Dimetilsulfid
|
117,6
|
29.
|
Dimetilformamid
|
135,8
|
30.
|
Dioktilftalat
|
1176
|
31.
|
Dixloretan
|
23,5
|
32.
|
İzopren
|
59
|
33.
|
İzobutilen
|
74,4
|
34.
|
Kaprolaktam
|
96
|
35.
|
Azot turşusu (nitrat turşusu)
|
226,3
|
36.
|
Silisium-oksid
|
665,6
|
37.
|
Kobalt
|
13840
|
38.
|
Ksilol (solvent)
|
23,5
|
39.
|
Ksilidin
|
1239,4
|
40.
|
Manqan və onun birləşmələri (manqan 4-oksidə hesabla)
|
5640
|
41.
|
Mis (mis oksidləri, misə görə hesabla)
|
8313,8
|
42.
|
Mis (sulfat və misin duzları)
|
10733,1
|
43.
|
Qeyri-üzvü arsenli birləşmələr
|
12648
|
44.
|
Metiletiketon
|
52,6
|
45.
|
Natrium hidroksidləri
|
5542,6
|
46.
|
Natrium karbonat
|
783,8
|
47.
|
Naftalin
|
607,2
|
48.
|
V-naftol
|
8586,5
|
49.
|
Nikel
|
43800
|
50.
|
Qalay-xlorid (qalaya görə hesabla)
|
1175,8
|
51.
|
Propilen-oksid
|
831,4
|
52.
|
Ağac tozu
|
157
|
53.
|
Əhəng və gips istehsalatı tozu
[8]
|
200
|
54.
|
Toz (kətan, pambıq), sulfanol tozu
|
235,2
|
55.
|
Tərkibində silisium 4-oksid olan qeyri-üzvi tozlar
|
235,2
|
56.
|
Şüşə liflərin tozu
|
480
|
57.
|
Şüşə plastiklərin tozu
|
480
|
58.
|
Sement istehsalatı tozu
[9]
|
360
|
59.
|
Civə birləşmələri (civəyə görə hesabla)
|
179200
|
60.
|
Civə
|
214663,5
|
61.
|
His
|
332
|
62.
|
Qurğuşun və onun birləşmələri, tetra-etil qurğuşundan başqa (qurğuşuna görə hesabla)
|
172000
|
63.
|
Hidrogen-sulfid
|
328,8
|
64.
|
Karbon-sulfid
|
1314,5
|
65.
|
Skibidar
|
8,6
|
66.
|
Butil spirti (butanol)
|
7,4
|
67.
|
Etil spirti
|
2,4
|
68.
|
Stirol
|
1487,2
|
69.
|
Tetrahidrofuran, epixoloqidrin
|
33,3
|
70.
|
Tetraxloretilen (perxoretilen)
|
96
|
71.
|
Toluon
|
1,36
|
72.
|
Dördxlorlukarbon
|
20
|
73.
|
Formaldehid
|
1920
|
74.
|
Furfurol
|
105,2
|
75.
|
Xlor
|
715,2
|
76.
|
Tsikloheksan
|
7
|
77.
|
Sink-oksid
|
1960
|
78.
|
Etil-xlorid
|
23,5
|
79.
|
Tsikloheksanon
|
117,6
|
80.
|
Etilbenzol
|
525,8
|
81.
|
Etilen oksidi
|
429,3
|
82.
|
Etilenqlikol
|
105,2
|
83.
|
Karbon-2 oksidi (dəm qazı)
[10]
|
8
|
84.
|
Sulfat turşusu
|
396
|
85.
|
Fenol
|
136
|
86.
|
Akril turşusu
|
277,1
|
87.
|
Pridin
|
235,2
|
88.
|
Dibutilftlat
|
1176
|
89.
|
Karbohidrogenlər
[11]
|
1,04
|
Qeyd: Gələcəkdə zərərli maddələr siyahısı genişləndirilib dəqiqləşdiriləcəkdir.
Qeyd: Əgər atmosferə atılan zərərli maddə cədvəldə göstərilməmişdirsə, onda belə maddə üçün cədvəldə verilən homoloji cəhətcə ən yaxın maddənin ödəmə normativi əsas götürülür. Bu məsələni yerli təbiəti mühafizə komitəsi ilə həll etmək lazımdır.
[12]
İşlər müdirinin müavini İ.Hacıyev
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 3 mart
tarixli 122 nömrəli qərarına
5 nömrəli əlavə
Atmosferə atılan çirkləndirici maddələrə görə ödəmə
NORMATİVLƏRİ
Yanacaq növü
|
Yanacağın yanmasından əmələ gələn çirkləndirici maddələrin atmosfer havasına atılmasına görə ödəmələrin normativi (t/manat)
|
Dizel yanacağı
|
50,1
|
Benzil: etilləşmiş
|
61,7
|
Etilləşməmiş
|
37,4
|
Qeyd: işlənmiş qazların zərərsizləşdirilməsi üçün neytrallaşdırıcılardan istifadə etdikdə, ödəmə normativləri üçün 0,75 əmsalından istifadə olunur.
İşlər müdirinin müavini İ.Hacıyev
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 3 mart
tarixli 122 nömrəli qərarına
6 nömrəli əlavə
Sülb tullantıları yerləşdirilməsinə görə ödəmə
NORMATİVLƏRİ
Tullantı növləri
|
1 ton tullantının yerləşdirilməsi üçün ödəmə normativləri (manat)
|
I dərəcəli toksik tullantılar — fövqəladə təhlükəli
|
1500
|
II dərəcəli toksik tullantılar — yüksək təhlükəli
|
1000
|
III dərəcəli toksik tullantılar — orta təhlükəli
|
500
|
IV dərəcəli toksik tullantılar — az təhlükəli
|
250
|
Qeyri-toksik tullantılar
|
50
|
Qeyd: Atmosferi və su mənbələrinin mühafizəsini təmin edən xüsusi quraşdırılmış yerlərdə (poliqonlarda) anbarlaşdırılan tullantılara görə ödəmələr tutulmur.
İşlər müdirinin müavini İ.Hacıyev
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 3 mart
tarixli 122 nömrəli qərarına
7 nömrəli əlavə
[13]
Azərbaycan Respublikasının ərazisində ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları
[14]
Azərbaycan Respublikasının ərazisi üzrə:
[15]
|
Ekoloji vəziyyət əmsalı, K1
|
Atmosfer havasının ekoloji əhəmiyyət əmsalı, K2
|
1. Bakı şəhərinin rayonları:
|
||
Xətai, Nizami, Nərimanov, Səbail, Nəsimi, Yasamal
[16]
|
5
|
1
|
Xəzər, Pirallahı, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ
|
3
|
1
|
2. Sumqayıt şəhəri
|
5
|
1
|
3. Gəncə şəhəri
|
3
|
1
|
4. Mingəçevir şəhəri
|
3
|
1
|
5. Şirvan şəhəri
[17]
|
4
|
1
|
6. Meşəlik və kurort zonasına aid rayonlar: Astara, Ağdərə, Balakən, Cəbrayıl, Daşkəsən, Zaqatala, Zəngilan, İsmayıllı, Gədəbəy, Kəlbəcər, Qaz, Qubadlı, Quba, Qusar, Qəbələ, Laçın, Lənkəran, Lerik, Masallı, Oğuz, Samux, Xaçmaz, Göygöl, Xocavənd, Xocalı, Şamaxı, Şuşa, Şəki, Yardımlı
[18]
|
1
|
3
|
7. Qalan bütün rayonlar və şəhərlər
[19]
|
1
|
1
|
8. Xəzər dənizinin akvatoriyası
|
1
|
3
|
İşlər müdirinin müavini İ.Hacıyev
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1.
1 may 1993-cü il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
2.
23 noyabr 1993-cü il tarixli 566 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
3.
3 fevral 1995-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
4.
7 mart 2002-ci il tarixli 41 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №3, maddə 144)
5.
9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 584)
6.
10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 586)
7.
15 oktyabr 2021-ci il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 19 oktyabr 2021-ci il, № 225, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1180)
8.
17 mart 2022-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 mart 2022-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 272)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1]
17 mart 2022-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 mart 2022-ci il, № 62) ilə 3-cü hissədə “Su ehtiyatlarından istifadəyə və ətraf” sözləri “Ətraf” sözü ilə və “1-7” rəqəmləri “3-7” rəqəmləri ilə əvəz edilmişdir.
[2]
17 mart 2022-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 mart 2022-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 272) ilə 4-cü hissə ləğv edilmişdir.
[3]
17 mart 2022-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 mart 2022-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 272) ilə “Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə Qaydaları”nın 12-ci bəndinin ikinci abzasından “yerli su mənbələrindən,” sözləri çıxarılmışdır və həmin bəndin üçüncü abzası ləğv edilmişdir.
[4]
3 fevral 1995-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 12-ci bəndinin üçüncü yarımbəndindən «və meşə ehtiyatlarından» sözləri çıxarılmışdır və həmin bənd yeni yarımbəndlə tamamlanmışdır.
[5]
7 mart 2002-ci il tarixli 41 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №3, maddə 144) ilə “Təbii ehtiyatlara görə haqq və təbii mühitə atılan zərərli maddələrə görə ödəmələr alınması və bu ödəmələrdən istifadə Qaydaları"nın 15-ci bəndinin 2-ci abzasında “vergi" sözü “ödəniş" sözü ilə əvəz edilmişdir və həmin abzasdan “və vergi müfəttişliklərinin" sözləri çıxarılmışdır.
[6]
17 mart 2022-ci il tarixli 95 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 29 mart 2022-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 272) ilə qərarın 1 və 2 nömrəli əlavələri ləğv edilmişdir.
[7]
1 may 1993-cü il tarixli 216 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 saylı «Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında» Qərarı ilə təsdiq edilmiş normativlər on dəfə artırılmışdır.
[8]
23 noyabr 1993-cü il tarixli 566 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 4 №-li əlavədə 53-cü bənd «əhəng və gips tozu» əvəzinə «əhəng və gips istehsalatı tozu» kimi yazılmışdır.
[9]
23 noyabr 1993-cü il tarixli 566 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 4 №-li əlavədə 58-ci bənd «sement tozu» əvəzinə «sement istehsalatı tozu» kimi yazılmışdır.
[10]
23 noyabr 1993-cü il tarixli 566 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 4 №-li əlavədə 83-cü bənd «karbon oksidi» əvəzinə «karbon-2 oksidi (dəm qazı)» kimi yazılmışdır.
[11]
23 noyabr 1993-cü il tarixli 566 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 4 №-li əlavədə 89-cu bənd əlavə edilmişdir.
[12]
23 noyabr 1993-cü il tarixli 566 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 4 №-li əlavədə yeni qeyd əlavə edilmişdir.
[13]
23 noyabr 1993-cü il tarixli 566 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 7 №-li əlavə yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Ərazilərin ekoloji vəziyyəti və ekoloji əhəmiyyəti
ƏMSALI
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Kurort və meşə zonalarının yerləşdiyi rayonlar (Astara, Balakən, Cəlilabad, Zaqatala, Zəngilan, İsmayıllı, Qusar, Qax, Quba, Qəbələ, Lənkəran, Lerik, Masallı, Oğuz, Xaçmaz, Xanlar, Şuşa, Şəki, Yardımlı) üçün ərazilərin ekoloji əhəmiyyəti əmsalı 3 götürülür.
İşlər müdirinin müavini İ.Hacıyev
[14]
15 oktyabr 2021-ci il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 19 oktyabr 2021-ci il, № 225, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1180) ilə 7 nömrəli əlavə – “Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları”nın adında “Azərbaycanın iqtisadi rayonlarında” sözləri “Azərbaycan Respublikasının ərazisində” sözləri ilə əvəz edilmişdir.
[15]
15 oktyabr 2021-ci il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 19 oktyabr 2021-ci il, № 225, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1180) ilə 7 nömrəli əlavə – “Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları”nın cədvəlin “İqtisadi rayonlar” sütununda “İqtisadi rayonlar” sözləri “Azərbaycan Respublikasının ərazisi üzrə:” sözləri ilə əvəz edilmişdir.
[16]
15 oktyabr 2021-ci il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 19 oktyabr 2021-ci il, № 225, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1180) ilə 7 nömrəli əlavə – “Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları”nın cədvəlin 1-ci bənddə “Səbayel” sözü “Səbail” sözü ilə, “Əzizbəyov” sözü “Xəzər, Pirallahı” sözləri ilə əvəz edilmişdir.
[17]
10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 586) ilə «Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları»ndakı cədvəlin 5-ci bəndinin «İqtisadi rayonlar» sütununda «Əli-Bayramlı» sözləri «Şirvan» sözü ilə əvəz edilmişdir.
[18]
9 iyun 2008-ci il tarixli 132 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №6, maddə 584) ilə «Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları» cədvəlinin 6-cı bəndinin «İqtisadi rayonlar» sütununda «Xanlar» sözü «Göygöl» sözü ilə əvəz edilmişdir.
[19]
15 oktyabr 2021-ci il tarixli 311 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 19 oktyabr 2021-ci il, № 225, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 10, maddə 1180) ilə 7 nömrəli əlavə – “Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları”nın cədvəlin 17-ci bəndə “rayonlar” sözündən sonra “və şəhərlər” sözləri əlavə edilmişdir.